Siyəzən Rayon İcra Hakimiyyəti

Siyəzən Rayon İcra Hakimiyyəti Siyəzən Rayon İcra Hakimiyyəti Dövlət Qurumu

Hörmətli Siyəzən rayon sakinləri!Müqəddəs Qurban bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, ailələrinizə möh...
27/05/2026

Hörmətli Siyəzən rayon sakinləri!

Müqəddəs Qurban bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, ailələrinizə möhkəm cansağlığı, ruzi-bərəkət, firavanlıq və xoş günlər arzulayıram.
Qurban bayramı xalqımızın milli-mənəvi dəyərlərini, humanizm və mərhəmət hisslərini özündə yaşadan ən müqəddəs bayramlardan biridir. Bu əziz gün insanları birlik və həmrəyliyə, yardımlaşma və xeyirxahlığa səsləyir. Əsrlər boyu xalqımız bu müqəddəs ənənələri böyük ehtiramla qoruyub yaşatmış, milli-mənəvi irsimizə sadiqliyini nümayiş etdirmişdir.
Əminəm ki, Qurban bayramının ülvi dəyərləri cəmiyyətimizdə qarşılıqlı hörmətin, həmrəyliyin və mənəvi birliyin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.
Bu müqəddəs bayram günlərində etdiyiniz duaların, kəsdiyiniz qurbanların Allah dərgahında qəbul olunmasını diləyir, hər bir ocağa sevinc, əmin-amanlıq və bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!

Siyəzən Rayon İcra
Hakimiyyətinin başçısı Novruz Novruzov

https://x.com/i/status/2059333762866106839https://www.instagram.com/p/DYz6daItkPk/
27/05/2026

https://x.com/i/status/2059333762866106839

https://www.instagram.com/p/DYz6daItkPk/

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

“28 May – Müstəqillik Günü” münasibətilə Siyəzən rayonunda bayram konserti təşkil olunmuşdur. Tədbir iştirakçıları ilk ö...
26/05/2026

“28 May – Müstəqillik Günü” münasibətilə Siyəzən rayonunda bayram konserti təşkil olunmuşdur. Tədbir iştirakçıları ilk öncə Siyəzən Gənclər Evində fəaliyyət göstərən Bayraq Muzeyi ilə tanış olmuşlar. Azərbaycanın üçrəngli dövlət bayrağının tarixi, onun dövlətçiliyimiz və milli-mənəvi dəyərlərimiz üçün əhəmiyyəti barədə ətraflı məlumat verilmişdir. Daha sonra Bayraq Meydanında konsert proqramı təqdim edilmişdir. Tədbirdə vətənpərvərlik ruhunda musiqilər səsləndirilmiş, bir-birindən maraqlı rəqs nömrələri nümayiş olunmuşdur.

Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı bu sahənin ölkənin sosial-iqt...
25/05/2026

Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı bu sahənin ölkənin sosial-iqtisadi inkişafında strateji əhəmiyyət daşıdığını vurğulayaraq görülmüş işlərə və qarşıdakı dövr üçün müəyyən edilən prioritetlərə toxunub. Çıxışda kənd təsərrüfatının inkişafı, regionların dirçəldilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması və investisiya mühitinin gücləndirilməsi əsas istiqamətlər kimi təqdim edilib.
Dövlət başçısı qeyd edib ki, hələ 2004-cü ildən başlayaraq həyata keçirilən regional inkişaf proqramları ölkənin kənd təsərrüfatı potensialının formalaşmasında mühüm rol oynayıb. Bir neçə mərhələdə icra olunan proqramlar nəticəsində regionlarda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilib, yaşayış şəraiti yaxşılaşdırılıb və məşğulluq imkanları genişlənib.
Qazlaşdırma səviyyəsinin yüksək həddə çatdırılması, elektrik təchizatının tam təmin olunması, yeni avtomobil yollarının çəkilməsi, su anbarlarının və suvarma sistemlərinin qurulması kənd təsərrüfatının inkişafı üçün əsas baza yaradıb.
Prezident çıxışında bildirib ki, kənd təsərrüfatının inkişafında subsidiyalar, güzəştli kreditlər, texnika təminatı və metodiki dəstək mühüm rol oynayır. Azərbaycanda tətbiq edilən subsidiya mexanizmlərinin genişliyi fermerlərin fəaliyyətini stimullaşdıran əsas amillərdən biridir.
Üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq və digər istiqamətlər üzrə qəbul edilmiş dövlət proqramları nəticəsində məhsul istehsalında ciddi artım əldə olunub.
Müşavirədə kənd təsərrüfatının müxtəlif sahələri üzrə əldə olunan nəticələrə də toxunulub. Xüsusilə pambıqçılıq sahəsində istehsalın əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artdığı qeyd edilib. Baramaçılığın və ipəkçiliyin yenidən canlandırılması istiqamətində görülən işlər də müsbət nəticələr verib.
Bununla yanaşı, dövlət başçısı son illərdə kənd təsərrüfatı istehsalında müşahidə olunan dinamikanın qənaətbəxş olmadığını vurğulayaraq yeni Dövlət Proqramının hazırlanmasının zəruriliyini qeyd edib.
Dünyada baş verən müharibələr, logistika problemləri, enerji böhranı və iqlim dəyişiklikləri ərzaq təhlükəsizliyi məsələsini daha da aktuallaşdırır. Bu səbəbdən Azərbaycanın daxili istehsal imkanlarını genişləndirməsi və idxaldan asılılığı azaltması əsas məqsədlərdən biri kimi müəyyənləşdirilib.
Xüsusilə buğda, bitki yağları, süd və ət məhsulları üzrə özünütəminetmə göstəricilərinin artırılması qarşıya qoyulan əsas hədəflər sırasındadır. Eyni zamanda tərəvəz, meyvə, bostan məhsulları və bəzi digər istiqamətlər üzrə ixrac potensialının yüksək olduğu vurğulanıb.
Çıxışda diqqət çəkən əsas məqamlardan biri urbanizasiya prosesinə münasibət olub. Prezident bildirib ki, məqsəd kəndlərdən şəhərlərə axını azaltmaq və əksinə, şəhərlərdən kəndlərə qayıdış üçün əlverişli şərait yaratmaqdır.
Bunun üçün kəndlərdə müasir sosial infrastrukturun – məktəblərin, xəstəxanaların, xidmət sektorunun və məşğulluq imkanlarının genişləndirilməsi əsas şərt kimi göstərilib.
Yeni hazırlanacaq Dövlət Proqramının 2026–2030-cu illəri əhatə edəcəyi bildirilib.
Eyni zamanda dövlət və özəl sektorun birgə fəaliyyəti ilə kənd təsərrüfatına milyardlarla manat həcmində investisiyanın cəlb olunması planlaşdırılır.
Kənd təsərrüfatı Azərbaycanın iqtisadi inkişafında, regionların dirçəldilməsində və ərzaq təhlükəsizliyinin təmin olunmasında əsas istiqamətlərdən biri olaraq qalır. Müşavirədə səsləndirilən hədəflər göstərir ki, qarşıdakı illərdə aqrar sektorun modernləşdirilməsi, məhsuldarlığın artırılması və ixrac imkanlarının genişləndirilməsi dövlət siyasətinin əsas prioritetləri sırasında olacaq.

Siyəzən Rayon İcra Hakimiyyətinin, Siyəzən rayonu üzrə gənclər və idman sektorunun və Siyəzən Gənclər Evi sosial xidmət ...
25/05/2026

Siyəzən Rayon İcra Hakimiyyətinin, Siyəzən rayonu üzrə gənclər və idman sektorunun və Siyəzən Gənclər Evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş “İstiqlalın varisləri” adlı tədbir keçirilmişdir.

2026-cı ilin 27-28 mart və 05-08 aprel tarixlərində Siyəzən rayonu ərazisində müşahidə olunan intensiv və aramsız leysan...
25/05/2026

2026-cı ilin 27-28 mart və 05-08 aprel tarixlərində Siyəzən rayonu ərazisində müşahidə olunan intensiv və aramsız leysan yağışları nəticəsində Siyəzən rayonunun Zarat kənd qəbiristanlığına gedən yola ciddi ziyan dəymişdir. Qeyd edilən əraziyə iri diametrli borular qoyularaq suların axıdılması problemi həll edilmiş, həm də qəbiristanlığa gedən yol bərpa olunmuşdur.

2026-cı ilin mart-aprel aylarında Siyəzən rayonu ərazisində müşahidə olunan intensiv leysan yağışları nəticəsində Ataçay...
25/05/2026

2026-cı ilin mart-aprel aylarında Siyəzən rayonu ərazisində müşahidə olunan intensiv leysan yağışları nəticəsində Ataçay çayında sululuq artmış, güclü sel suları “Siyəzən–Balaca Həmyə” avtomobil yolunun Ataçay çayı üzərində yerləşən körpüsünə ciddi ziyan vurmuşdur. Sel nəticəsində körpünün dayaq hissələrinin altındakı qrunt yuyulmuş və körpü qəzalı vəziyyətə düşmüşdür. Hadisə ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov əraziyə baxış keçirmiş təhlükəsizlik məqsədilə sakinlər alternativ yollara istiqamətləndirilməsi və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti yerli qurumlara tapşırıqlar verilmişdir. Körpüdə təxirəsalınmaz təmir-bərpa işlərinin görülməsi məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər edilmişdir.

28 May Azərbaycan xalqının tarixində yalnız bir təqvim günü deyil, milli dövlətçilik iradəsinin, azadlıq idealının və mü...
24/05/2026

28 May Azərbaycan xalqının tarixində yalnız bir təqvim günü deyil, milli dövlətçilik iradəsinin, azadlıq idealının və müstəqil gələcək qurmaq əzminin simvoludur. 1918-ci il mayın 28-də Azərbaycan xalqı öz tarixinin ən mühüm siyasi hadisələrindən birinə imza ataraq Şərqdə və müsəlman aləmində ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətini yaratdı. Bu hadisə təkcə Azərbaycanın deyil, bütövlükdə regionun siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu.
XX əsrin əvvəllərində dünyada baş verən siyasi dəyişikliklər fonunda Azərbaycan xalqı öz dövlətçilik ənənələrinə söykənərək müstəqil dövlət qurmaq iradəsini nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsi ilə Azərbaycan özünü müstəqil dövlət elan etdi və xalqın öz müqəddəratını müəyyən etmək hüququ rəsmiləşdirildi.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə Şərqdə ilk dəfə olaraq parlament idarəetmə sistemi formalaşdırıldı, hakimiyyət bölgüsü prinsipləri tətbiq edildi və hüquqi dövlət quruculuğunun əsasları qoyuldu. Bu addım Azərbaycanın demokratik inkişaf modelinə sadiqliyini göstərirdi.
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə etdi. İlk parlament və hökumət formalaşdırıldı, dövlət atributları təsis olundu, vətəndaşlıq institutu yaradıldı və milli ordu quruldu.
Cümhuriyyət bütün vətəndaşlara bərabər hüquqlar təqdim etməklə irqi, dini və sosial ayrı-seçkiliyə qarşı müasir dövlət modeli ortaya qoydu. Dövlət bayrağının qəbul edilməsi, milli ordu quruculuğu və hüquqi sistemin formalaşdırılması Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açdı.
Eyni zamanda, təhsil və maarif sahəsində mühüm qərarlar qəbul edildi. Tədrisin ana dilində aparılması istiqamətində addımlar atıldı, 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması haqqında qanun qəbul edildi və milli kadr potensialının formalaşdırılması üçün əsas yaradıldı.
Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətinin ilk günlərindən beynəlxalq münasibətlər sistemində yer almağı əsas prioritetlərdən biri hesab edirdi. Xarici siyasətin əsas məqsədi yeni yaranmış dövləti beynəlxalq ictimaiyyətə tanıtmaq idi.
Paris Sülh Konfransında Azərbaycanın tanınması istiqamətində aparılan diplomatik fəaliyyət ölkənin beynəlxalq hüququn subyekti kimi mövqeyinin möhkəmlənməsinə xidmət etdi. Bu tarixi addımlar nəticəsində Azərbaycanın dövlətçilik ənənəsi beynəlxalq müstəvidə də təsdiq olundu.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə son qoyulsa da, müstəqillik ideyası xalqın yaddaşında yaşamaqda davam etdi. 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi və Azərbaycan Xalq Cümhuriyyətinin siyasi-hüquqi varisi olduğunu bəyan etdi.
Ulu Öndər Heydər Əliyev müstəqillik dövründə dövlətçiliyin qorunması və möhkəmləndirilməsi istiqamətində mühüm siyasi qərarlar qəbul etdi. Onun rəhbərliyi ilə ölkədə sabitlik təmin edildi, dövlət institutları gücləndirildi və milli inkişaf strategiyası formalaşdırıldı.
1990-cı il noyabrın 17-də Naxçıvanda üçrəngli bayrağın dövlət bayrağı kimi qaldırılması müstəqillik yolunda mühüm siyasi addımlardan biri oldu.
Bu gün Azərbaycan Respublikası öz inkişaf strategiyasını dövlətçilik ənənələri və milli maraqlar üzərində quraraq müstəqil siyasət həyata keçirir. Prezident İlham Əliyev rəhbərliyi ilə ölkədə sosial-iqtisadi inkişaf, dövlət institutlarının möhkəmləndirilməsi və milli maraqların təmin olunması istiqamətində siyasət davam etdirilir.
2021-ci ildə qəbul edilən “Müstəqillik günü haqqında” Qanuna əsasən, 28 May rəsmi olaraq Müstəqillik Günü, 18 oktyabr isə Müstəqilliyin Bərpası Günü kimi təsbit edilmişdir.
Bu gün Azərbaycan Bayrağının ölkənin bütün ərazilərində dalğalanması müstəqillik ideyasının və dövlətçilik ənənələrinin davamlılığının rəmzidir.
28 May – Müstəqillik Günü Azərbaycan xalqının azadlıq mübarizəsinin, dövlətçilik düşüncəsinin və milli birliyinin təntənəsidir. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, onun qoyduğu siyasi və hüquqi irs bu gün də müasir Azərbaycanın inkişaf yolunu müəyyən edən əsas dayaqlardan biri olaraq qalır.
Müstəqillik yalnız əldə olunan tarixi nailiyyət deyil, həm də qorunmalı və gələcək nəsillərə ötürülməli olan milli sərvətdir. Bu baxımdan 28 May Azərbaycan dövlətçiliyinin şərəfli keçmişini və gələcəyə inamını ifadə edən ən mühüm milli bayramlardan biridir.

Siyəzən şəhərində iməcilik təşkil olunmuş, yaşıllıqlara qulluq edilmişdir.
22/05/2026

Siyəzən şəhərində iməcilik təşkil olunmuş, yaşıllıqlara qulluq edilmişdir.

Address

39 Heydər Əliyev Küçəsi
Siazan'

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994233040010

Alerts

Be the first to know and let us send you an email when Siyəzən Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Siyəzən Rayon İcra Hakimiyyəti:

Share