Siyəzən Gənclər Evi

Siyəzən Gənclər Evi Siyəzən Gənclər Evi Sosial Xidmət Müəssisəsi

Siyəzən Gənclər Evində əməkdaşımız Vəsilə Əliyeva tərəfindən keçirilən Azərbaycan tarixi dərslərimiz uğurla davam edir. ...
02/06/2026

Siyəzən Gənclər Evində əməkdaşımız Vəsilə Əliyeva tərəfindən keçirilən Azərbaycan tarixi dərslərimiz uğurla davam edir.





02/06/2026

Siyəzən Gənclər Evində rəsm dərsləri davam edir!🎨🎨

Əməkdaşımız Əhmədova Ayşənin rəhbərliyi ilə keçirilən rəsm dərslərində gənclərimiz yaradıcılıqlarını kəşf edir, öz fikirlərini rəngarəng kətan üzərində əks etdirirlər.

Əyləncəli, öyrədici və inkişafetdirici bu dərslər sizə də yaradıcı dünyamızın bir parçası olma imkanı yaradır.

Gəlin, birlikdə rənglərin sehrli dünyasına addım ataq və unudulmaz anlar yaşayaraq yeni üfüqlərə doğru irəliləyək!





02/06/2026

Bu gün Siyəzən Gənclər Evində psixoloq Hasilova Rəna tərəfindən gənclərlə qrup terapiyası keçirildi.
Fəaliyyətin əsas məqsədi gənclərin bir-birini daha yaxından tanıması, ünsiyyət qurması, qarşılıqlı etimadın formalaşması və qrupdaxili münasibətlərin gücləndirilməsi idi.
Terapiya çərçivəsində iştirakçılarla metodik oyun təşkil olundu. Oyunun əsas məqsədi qrup üzvlərinin ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi idi.
İnteraktiv fəaliyyət zamanı gənclər müxtəlif tapşırıqları yerinə yetirərək bir-birlərini kəşf etdilər, komanda ruhunu gücləndirdilər və maraqlı anlar yaşadılar.
Sonda iştirakçılar fəaliyyətlə bağlı təəssüratlarını bölüşərək görüşü müsbət əhval-ruhiyyə ilə başa vurdular.

Əziz gənclər! 😊📍Sizləri Siyəzən Gənclər Evinin 1-5 iyun tarixləri arasında keçiriləcək müxtəlif təlim və tədbirlərdə işt...
01/06/2026

Əziz gənclər! 😊

📍Sizləri Siyəzən Gənclər Evinin 1-5 iyun tarixləri arasında keçiriləcək müxtəlif təlim və tədbirlərdə iştirak etməyə dəvət edirik!

📌Bu həftə boyunca fərdi inkişafınızı dəstəkləyəcək, sosial bacarıqlarınızı artıracaq maraqlı fəaliyyətlər təşkil ediləcək.

Yeni biliklər əldə etmək, dostlar qazanmaq və cəmiyyətə töhfə vermək üçün bizimlə olun!

Tarixlər: 1-5 iyun
Yer: Siyəzən Gənclər Evi

Gəlin, birlikdə inkişaf edək! 😊





Mayın 22–25-də Bakı şəhərində, “Arena Plaza”da Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, ...
27/05/2026

Mayın 22–25-də Bakı şəhərində, “Arena Plaza”da Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Türkiyə Yeşilay Cəmiyyətinin tərəfdaşlığı ilə “Asılılıqlara qarşı mübarizə: tətbiqedici təlim proqramı”nın I mərhələsi keçirilib.

Təlim proqramında Gənclər Evləri sosial xidmət müəssisələrinin psixoloqları və gənclərlə iş sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər. Proqram çərçivəsində Türkiyə Yeşilay Cəmiyyətinin mütəxəssisləri tərəfindən “A” və “B” qruplarına bölünən iştirakçılar üçün ümumilikdə 19 saatlıq təlim təşkil olunub. Təlimlərdə “Sağlam həyat və önləyici tədbirlərə yanaşmalar”, “TBM (Türkiyə Asılılıqlarla Mübarizə) təhsil tətbiqi nümunəsi”, “Asılılıqlara qarşı mübarizənin nəzəri və praktik aspektləri”, “Tütün asılılığı”, “Texnologiya asılılığı”, “Maddə asılılığı”, “Qumar asılılığı”, “Təqdimat texnikaları və interaktiv təlim metodları” mövzuları əhatə edilib.

Təlim proqramının sonunda iştirakçıların əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsi məqsədilə imtahan keçirilib. İmtahanda bütün iştirakçılar yüksək nəticə göstəriblər.

Mayın 25-də Bakı Gənclər Mərkəzində təşkil olunan bağlanış mərasimində iştirakçılara Gənclər və İdman Nazirliyi və Türkiyə Yeşilay Cəmiyyəti tərəfindən sertifikatlar təqdim edilib.

🇦🇿 28 May – Müstəqillik Günümüz mübarək!Bu gün Siyəzən Gənclər Evi olaraq 28 May Müstəqillik Gününə həsr olunmuş tədbiri...
26/05/2026

🇦🇿 28 May – Müstəqillik Günümüz mübarək!

Bu gün Siyəzən Gənclər Evi olaraq 28 May Müstəqillik Gününə həsr olunmuş tədbirimizi böyük qürur və coşqu ilə həyata keçirdik.

Tədbirimiz rəsmi qonaqlarımızın dəyərli çıxışları ilə başladı. Daha sonra gənclərimiz və qonaqlarımızla birlikdə müstəqilliyimizin əhəmiyyətini əks etdirən videoçarx izlədik. Tədbirin sonunda isə gənclərimizin hazırladığı səhnəcik iştirakçılar tərəfindən maraq və alqışla qarşılandı. 🎭

Bu xüsusi gündə bizimlə olan hər kəsə təşəkkür edir, xalqımıza daim müstəqil, güclü və firavan Azərbaycan arzulayırıq! 💙❤️💚


23/05/2026

Siyəzən Gənclər Evində əməkdaşımız Seyidova Jalə tərəfindən ingilis dili dərslərimiz uğurla davam edir.





23/05/2026

Quba Olimpiya İdman Kompleksində keçirilən “Əlilliyi olan şəxslərin hüquqlarının dövlət qurumlarında müdafiəsi” adlı təlim proqramında bizdə iştirak etdik

3 gün davam edən təlim çərçivəsində əlilliyi olan şəxslərin hüquqlarının qorunması, inklüziv yanaşma və dövlət qurumlarının bu sahədə rolu ilə bağlı faydalı məlumatlar təqdim olunub.

Təlim müddətində maarifləndirici sessiyalarla yanaşı, iştirakçılar arasında ünsiyyətin və komanda ruhunun gücləndirilməsi üçün müxtəlif fəaliyyətlər də təşkil olunub.

23/05/2026

Siyəzən Gənclər Evi olaraq Vətən uğrunda canından keçən şəhidimiz Cəbiyev Qardaşağanın əziz xatirəsini ehtiramla yad etdik.

Bu video bir qəhrəmanın arxasında qalan səssiz həsrəti, bir ananın sonsuz qürurunu və Vətən sevgisinin necə müqəddəs olduğunu özündə əks etdirir.

Qardaşağanın yarım qalan ömrü bu gün bir xalqın qüruruna çevrilib.
Onun adı, xatirəsi və Vətənə olan sevgisi daim yaşayacaq.

Ruhun şad olsun, qəhrəman. 🇦🇿





Siyəzən Gənclər Evində həyata keçirilən təcrübə səfəri layihəsi çərçivəsində könüllülər Siyəzən Rayon Polis Şöbəsini ziy...
21/05/2026

Siyəzən Gənclər Evində həyata keçirilən təcrübə səfəri layihəsi çərçivəsində könüllülər Siyəzən Rayon Polis Şöbəsini ziyarət ediblər.

Səfər zamanı iştirakçılar polis şöbəsinin fəaliyyəti ilə yaxından tanış olmuş, inzibati bina barədə ətraflı məlumat əldə etmişlər. Eyni zamanda, görüş çərçivəsində səmimi mühitdə fikir mübadiləsi aparılmış, könüllülərə marağlı olan suallar cavablandırılmış və könüllülər çay süfrəsinə qonaq edilmişlər.

Bu cür səfərlər gənclərin dövlət qurumlarının fəaliyyəti ilə yaxından tanış olmasına, onların dünyagörüşünün genişlənməsinə və praktiki biliklərinin artırılmasına mühüm töhfə verir.





Address

Siyəzən şəhəri, H. Əliyev Küçəsi 90 A
Siazan'
AZ5300

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994233043410

Website

Alerts

Be the first to know and let us send you an email when Siyəzən Gənclər Evi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Siyəzən Gənclər Evi:

Share