23 iyun tarixində Xəzər Gənclər evinin əməkdaşı Arzu Qarazadə və könüllümüz “Cırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində gənclər arasında Quiz intellektual yarış təşkil ediblər!
Komandalara oyunun qaydaları barədə məlumat veriləndən sonra intellektual yarışa start verilib. Yarışın keçirilməsində məqsəd gənclərin intellektual səviyyələrini artırmaqdır. Mübarizə aparan gənclər arasında yekun nəticələrə əsasən Venera komandası birinci yerə layiq görülüb.
#gənclərvəidmannazirliyi #xəzərgənclərevi #xge
Əziz gənclər! 😊
Evimizin gəncləri Qurban bayramını özlərinəməxsus şəkildə qeyd etdilər.
Həmin görüntüləri sizlərə təqdim edirik.
#gənclərvəidmannazirliyi #xəzərgənclərevi #xge
Xəzər Gənclər evi tərəfindən təşkil olunan maraqlı və maarifləndirici təlimlərimiz davam edir. 15 iyun tarixində Xəzər Gənclər Evin də “Sağlam ətraf mühit “ adlı təlim keçirildi. 😊
Təlimdə əməkdaşımız Çinarə Salehli gənclərə sağlam həyat tərzinin formalaşması, düzgün qidalanma, mütəmadi fiziki aktivlik, fiziki aktivlik nədir, fiziki aktivliyin üstünlükləri nədir, fiziki aktivlik haqqında ətraflı məlumat verib. Təlimdə Xəzər Gənclər evinin direktoru və əməkdaşları iştirak edib.
Sonda gəncləri maraqlandıran suallar cavablandırıldı və əməkdaşımıza Xəzər Gənclər evinin direktoru Gündüz Vəliyev tərəfindən təşəkkürnamə təqdim edildi.
#gənclərvəidmannazirliyi #xəzərgənclərevi #xge #İnsanHüquqlarıAylığı #HumanRightsMonth
Şuşa Dövlət Musiqili Dram Teatrında “Ana” tamaşası nümayiş olundu.
15 iyun tarixində Xəzər Gənclər evinin əməkdaşları və könüllüləri Şuşa Dövlət Musiqili Dram Teatrında Hüseyn Cavidin “Ana” tamaşasını izləyiblər.
#gənclərvəidmannazirliyi #xəzərgənclərevi #xge #İnsanHüquqlarıAylığı #HumanRightsMonth
Əziz gənclər!
Xəzər Gənclər evinin gənc rəssamları Xəzər Muzeyində olublar! 😍
Xəzər Gənclər evinin əməkdaşı rəsm kursunun rəhbəri Nofəl Abbasquliyevin tələbələri Xəzər Muzeyində keçirilən massterklasda iştirak ediblər.
🖼️ Gənclər klubumuza qoşularaq siz də rəsm bacarığınızı inkişaf etdirə bilərsiniz.
#gənclərvəidmannazirliyi #xəzərgənclǝrevi #xge