N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının rəsmi facebook səhifəsi

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası dünyanın ən böyük rəsədxanalarından biridir. Müasir dövrün prioritet problemləri ilə uzlaşdırılmış elmi proqram əsasında fəaliyyət göstərən bu rəsədxanada səma cisimlərinin tədqiqi kimi aktual fundamental məsələ ilə yanaşı, seysmik proseslərin proqnozu, ətraf kosmik mühitin, günəş və geomaqnit fəallığının yerüstü texnoloji sistemlərin fəaliyyətinə, insan da daxil olmaqla, bioloji orqanizmlərə təsiri öyrənilir.

15/04/2026

Keçən ildən ilk müşahidələr başlamış Vera Rubin Rəsədxanası 1.6 il müddətində toplanmış məlumatlara əsasən Asteriod qurşağının bir hissəsini xəritələşdirib.

Bu teleskop dünyada ən böyük görüş bucağına malikdir və ən yüksək ayırdetməli kamera ilə təchiz olunub. Bu xüsusiyyətlər teleskopa eyni anda minlərlə obyekti (kiçik asterioidləri belə) aşkarlamağa imkan verir. O, fəaliyyətə başladığı andan 12700 yeni obyekt aşkarlayıb.

Günəş fəallığıHal-hazırda Günəş fəallıq dövründədir və bu, sayca 25-ci Günəş tsiklidir. Günəşin təxminən 11 illik fəallı...
15/04/2026

Günəş fəallığı
Hal-hazırda Günəş fəallıq dövründədir və bu, sayca 25-ci Günəş tsiklidir. Günəşin təxminən 11 illik fəallıq dövrünə malik olması ilk dəfə 1843-cü ildə alman astronomu Samuel Henrix Şvabe tərəfindən uzunmüddətli müşahidələr əsasında aşkar edilmişdir. Daha sonra isveçrəli astronom Rudolf Volf Şvabenin və digər müşahidəçilərin məlumatlarını sistemləşdirərək Günəş aktivliyinin tarixini bərpa etmiş və ilk nömrələnmiş Günəş tsiklinin 1755-ci ilin fevralında başladığını müəyyən etmişdir. O, həmçinin bu gün də geniş istifadə olunan Günəş ləkələrinin sayını xarakterizə edən indeks — Volf rəqəmini tətbiq etmişdir.

Günəş tsikli ərzində fəallıq minimum və maksimum mərhələlər arasında dəyişir. Aktivlik maksimumuna yaxın dövrdə Günəş səthində müşahidə olunan ləkələrin sayı əhəmiyyətli dərəcədə artır. Bu ləkələr əsasən Günəşin maqnit sahəsinin güclü olduğu regionlardır və onların coğrafi paylanması da tsikl ərzində dəyişir, tsiklin əvvəlində ləkələr daha çox orta enliklərdə yaranır, maksimuma yaxın isə ekvatora doğru miqrasiya edir.

Günəş ləkələri ilə əlaqəli olaraq tez-tez güclü enerji boşalmaları — alışmalar və xüsusilə Tac Kütlə Atılmaları (TKA) baş verir. TKA-lar nəticəsində böyük həcmdə plazma Günəşdən açıq kosmosa atılır. Əgər bu axın Yer istiqamətində yönələrsə, Yerin maqnit sahəsi ilə qarşılıqlı təsirə girərək geomaqnit qasırğalarına səbəb olur. Bu qasırğalar nəticəsində ionosferdə ciddi dəyişikliklər baş verir, rabitə və naviqasiya sistemləri pozulur, həmçinin yüksək enliklərdə parlaq qütb parıltıları müşahidə olunur.

Sakit dövrlərdə isə geomaqnit qasırğalarının əsas mənbəyi Günəş tacında yaranan Tac dəlikləri olur. Bu sahələrdən yüksək sürətli günəş küləyi axınları yayılır və Yerə çatdıqda daha zəif, lakin davamlı geomaqnit qasırğaları.

25-ci Günəş tsikli 2019-cu ildə başlamış və 2024-cü ildə maksimum mərhələsinə çatmışdır. Bu tsiklin əvvəlki bəzi proqnozlardan daha fəal keçdiyi müşahidə olunmuşdur. Növbəti, 26-cı tsiklin isə təxminən 2029–2032-ci illər intervalında başlaması gözlənilir, lakin bu tarixlər Günəş dinamikasının mürəkkəbliyinə görə müəyyən qeyri-müəyyənlik daşıyır.

Qeyd etmək vacibdir ki, Günəşin maqnit sahəsi əslində 22 illik tam dövrə malikdir. Bu dövr Heyl dövrü adlanır və hər iki 11 illik tsikldən sonra Günəşin maqnit qütblərinin tam olaraq əvvəlki vəziyyətinə qayıtmasını təsvir edir. Tsiklin maksimum mərhələsi adətən maqnit qütblərinin yer dəyişməsi ilə üst-üstə düşür.

Günəş fəallıq dövrünün öyrənilməsi və proqnozlaşdırılması həm fundamental elm, həm də tətbiqi sahələr üçün böyük əhəmiyyət daşıyır. Xüsusilə kosmik hava şəraitinin qiymətləndirilməsi üçün bu məlumatlar kritikdir. Günəş fəallığı artdıqca Yer atmosferinin yuxarı qatları qızır və genişlənir, bu da aşağı Yer orbitində hərəkət edən peyklər üçün aerodinamik müqavimətin artmasına səbəb olur. Nəticədə peyklərin orbital hündürlüyü daha sürətlə azalır və onların istismar müddəti qısalır.

Bundan əlavə, Günəş fəallığı radio rabitəsində fasilələrə, GPS siqnallarında səhvlərə, elektrik ötürücü şəbəkələrdə induksiya cərəyanlarının yaranmasına və hətta bəzi hallarda texnogen qəzalara – elektrik avadanlıqlarının, hətta elektrik stansiyalarının sıradan çıxmasına, peyklərin Yerə düşməsinə və s. səbəb ola bilər. Bu səbəbdən müxtəlif kosmik agentliklər və sənaye qurumları Günəş tsiklinin proqnozlarını istifadə edərək peyk missiyalarını planlaşdırır, rabitə sistemlərini qoruma tədbirləri hazırlayır və kosmik hava risklərini minimuma endirməyə çalışırlar.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR), Tusi Bohm...
13/04/2026

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR), Tusi Bohm Planetarium və Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə "Ümumdünya Aviasiya və Kosmonavtika Günü"nə həsr olunmuş tədbir keçirilib.

🔗 https://shao.az/az/news/1413

Bu gün Bakı vaxtı ilə 04:07-də Orion kosmik gəmisi Yerə qayıdıb və Artemis 2 missiyası uğurla başa çatıb. Astronavtların...
11/04/2026

Bu gün Bakı vaxtı ilə 04:07-də Orion kosmik gəmisi Yerə qayıdıb və Artemis 2 missiyası uğurla başa çatıb. Astronavtların vəziyyəti qənaətbəxşdir.

Qeyd: Kapsul atmosferə daxil olan zaman hava ilə sürtünmə nəticəsində təxminən 5000 dərəcə Selsiyədək qızır.

📷: NASA's Artemis II Crew Comes Home live

Bir qara dəliyin ilk şəklinin alınmasından 7 il ötür. "Event Horizon telescope"  layihəsində dünyanın müxtəlif nöqtələri...
10/04/2026

Bir qara dəliyin ilk şəklinin alınmasından 7 il ötür. "Event Horizon telescope" layihəsində dünyanın müxtəlif nöqtələrindəki radio teleskoplar birləşərək bir "Yer ölçüsündə teleskop" kimi fəaliyyət göstərirdi.

🌀7 years since this magnificent astronomical achievement!🌀

The Event Horizon Telescope , a global array of eight ground-based radio telescopes, including the ALMA observatory, captured the first-ever image of a black hole on April 10, 2019.

➡1979: Side view.
➡2014: Tilted front view.
➡2019: Pure front view, defined ring of light.

Orion kosmik gəmisi artıq Aya yaxınlaşıb və ekipaj Ayın Yerdən görünməyən tərəfinin fotosunu Yerə göndəriblər.Bu gün 18:...
06/04/2026

Orion kosmik gəmisi artıq Aya yaxınlaşıb və ekipaj Ayın Yerdən görünməyən tərəfinin fotosunu Yerə göndəriblər.
Bu gün
18:45-də Ayın müşahidəsi başlayacaq.
22:44-də gəmi tamamilə Ayın arxa üzünə keçdiyi üçün ekipajla rabitə kəsiləcək.
23:02-də gəmi Aya maksimum yaxınlaşacaq və Ayın səthindən təxminən 6000 km məsafədə olacaq.
23:25-də ekipajla əlaqə bərpa olunacaq.
7 aprel 00:35-01:32 Orionun pozisiyasından Günəş tutulması müşahidə olunacaq.
7 aprel 01:20-də Ayın müşahidəsi yekunlaşacaq.
7 aprel 17:25-də kosmik gəmi Ayın təsir dairəsini tərk edərək Yerə doğru yönələcək.
Bu uçuş zamanı növbəti missiya üçün lazım olan bütün testlər yerinə yetiriləcək və 2027-ci ildə Artemis 3 missiyası zamanı Aya eniş olacaq.




1 apreldə qeydə alınmış Tac Kütlə Atılmalarının, həmçinin Tac Dəliyi Axınlarının Yerə çatması nəticəsində başlamış geoma...
03/04/2026

1 apreldə qeydə alınmış Tac Kütlə Atılmalarının, həmçinin Tac Dəliyi Axınlarının Yerə çatması nəticəsində başlamış geomaqnit qasırğası güclənərək G3 səviyyəsinə, yəni güclü geomaqnit qasırğasına keçmişdir. Qasırğanın sabah da davam edəcəyi proqnozlaşdırılır.

© NOAA





Əməkdaşımız Famil Mustafa beynəlxalq SCOSTEP Visiting Scholar (SVS) proqramı çərçivəsində NASA-da elmi araşdırmalara cəl...
03/04/2026

Əməkdaşımız Famil Mustafa beynəlxalq SCOSTEP Visiting Scholar (SVS) proqramı çərçivəsində NASA-da elmi araşdırmalara cəlb olunub. O, Günəş fizikası sahəsində mütəxəssisdir və Günəş-Yer əlaqələri, kosmik havanın proqnozlaşdırılması mövzularını araşdırır.

🔗 https://shao.az/az/news/1405

Link vasitəsilə Orion kosmik gəmisindən mənzərəni canlı izləyə bilərsiniz
02/04/2026

Link vasitəsilə Orion kosmik gəmisindən mənzərəni canlı izləyə bilərsiniz

As bandwidth allows, this stream will feature live views from Artemis II's Orion spacecraft, without commentary, as it makes its journey around the Moon. Thi...

Artemisin uzun müddət təxirə salınan uçuşu bu gün baş tutub. 50 il sonra Aya uçuşları təzələyən "NASA" bu mərhələdə 4 as...
02/04/2026

Artemisin uzun müddət təxirə salınan uçuşu bu gün baş tutub.
50 il sonra Aya uçuşları təzələyən "NASA" bu mərhələdə 4 astronavt göndərib. 10 gün çəkəcək bu uçuşda Aya eniş olmayacaq, növbəti uçuş və enmə üçün sistemlər test olunacaq.
Raket Kennedi Kosmik Mərkəzindən Bakı vaxtı ilə 02:35-də qalxıb.




NASA’s Artemis II SLS (Space Launch System) rocket and Orion spacecraft lift off from Launch Complex 39B at NASA’s Kennedy Space Center in Florida on Wednesd...

Gözlənilən TKA-ın Yerə çatması ilə 20 mart gecə saatlarından geomaqnit qasırğası başlamışdır və G3 (güclü qasırğa) səviy...
21/03/2026

Gözlənilən TKA-ın Yerə çatması ilə 20 mart gecə saatlarından geomaqnit qasırğası başlamışdır və G3 (güclü qasırğa) səviyyəsinədək yüksəlmişdir.
Hal-hazırda qasırğanın intensivliyi G2 (orta) səviyyəsindədir. Gün ərzində yenidən yüksələcəyi gözlənilir.

📍Azərbaycan orta coğrafi enlikdə yerləşdiyi üçün geomaqnit qasırğasının təsiri daha zəif olur.

📎 Yenilənib:
22 mart 15:50
Geomaqnit qasırğasının intensivliyi G1-G3 (zəif-güclü) səviyyələri arasında dəyişir.

22 mart 20:06
Hesabatına əsasən orta dərəcəli geomaqnit qasırğası (G2) aktivdir.

22 mart 21:59
Hesabatına əsasən güclü geomaqnit qasırğası (G3) aktivdir.



Elimizə Bahar gəlir Yaz fəsli Azərbaycana 20 mart saat 18:46-da daxil olacaq.Yazın gəlişi yalnız iqlim dəyişikliyi ilə d...
19/03/2026

Elimizə Bahar gəlir

Yaz fəsli Azərbaycana 20 mart saat 18:46-da daxil olacaq.
Yazın gəlişi yalnız iqlim dəyişikliyi ilə deyil, həm də astronomik hadisələrlə bağlıdır. Belə ki, Yerin fırlanma oxu orbital müstəviyə nisbətən təxminən 23.4° meyllidir. Fəsillərin yaranmasının əsas səbəbi məhz bu meyllilikdir. Yerin fırlanma oxunun meyli il boyu dəyişməz qalır və Şimal qütbü həmişə Qütb ulduzuna doğru yönəlir. Lakin Yer orbit üzrə hərəkət etdikcə, bu meyl Günəşə nisbətən dəyişir. İlin altı ayı ərzində Şimal qütbü Günəşə doğru meylli olur və Günəş Şimal yarımkürəsinin üzərində görünür. Qalan altı ayda isə Cənub qütbü Günəşə doğru meyllənir və Günəş Cənub yarımkürəsində olur. İldə iki dəfə isə Günəş birbaşa Yerin ekvatoru üzərində yerləşir. Bərabərlik nöqtələri adlandırılan bu nöqtələr göy ekvatoru ilə ekliptika müstəvisinin, yəni Yer orbitinin kəsişmə nöqtələridir. Yaz bərabərliyi adətən 20–22 mart, payız bərabərliyi isə 22–24 sentyabr tarixlərinə təsadüf edir. Bu gün gecə və gündüz bütün coğrafi enliklərdə bərabərləşərək təxminən 12 saat olur.

Bərabərlik günü Günəşin ekvatorial koordinatları — meyli (δ) və düz doğuşu (α) sıfıra bərabər olur və mənfi qiymətdən müsbətə keçir. Bu zaman Günəş tam şərqdə doğur və tam qərbdə batır. Astronomik olaraq yeni il yaz bərabərliyi nöqtəsindən hesablanır. Yaz bərabərliyi nöqtəsi Qoç bürcündə yerləşən xəyali bir nöqtə kimi qəbul edilir və Qoç bürcünün simvolu ilə işarə olunur. Lakin uzunmüddətli dövrdə Yerin oxunun pressesiyası səbəbindən bu nöqtə sürüşərək hazırda Balıqlar bürcünə keçmişdir.

Yaz bərabərliyi günü Azərbaycanda və dünyanın bir çox xalqlarının mədəniyyətində xüsusi yer tutur və müxtəlif adlar altında təntənəli şəkildə qeyd olunur. Azərbaycanda bu tarix Novruz bayramı kimi qeyd olunur və milli-mədəni dəyərlər kontekstində xüsusi əhəmiyyət daşıyır. “Yeni gün” mənasını verən Novruz təbiətin yenidən oyanışını və yeni həyat mərhələsinin başlanmasını simvolizə edir.

Şamaxı Astrofizika Rəsədxanasının kollektivi olaraq xalqımızı Yaz fəslinin müjdəçisi olan Novruz bayramı münasibətilə təbrik edir, sülh, əmin-amanlıq və rifah arzulayırıq!

Address

AZ-5626, Azərbaycan Respublikası, Şamaxı Rayonu, Y. Məmmədəliyev Qəsəbəsi, , Bakı şəhəri, Hüseyn Cavid Prospekti 115 (AMEA-nın əsas Binası, 10-cu Mərtəbə)
Shemakha
P.O.BOX52,MƏRKƏZIPOÇT,BAKI,AZ1000,AZƏRBAYCANRESPUBLIKASI

Alerts

Be the first to know and let us send you an email when N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share