06/03/2023
2020-ci il 9 fevral parlament seçkiləri Azərbaycanın hüquqi,demokratik dövlət quruculuğu tarixinə yeni bir səhifə yazdı. Bu tarix, eyni zamanda, yeni, təkmil, müasir parlamentin formalaşmasının başlanğıcı oldu. Parlament seçkilərinin keçirilməsi ölkəmizdə həyata keçirilən islahatlar strategiyasının reallaşması ilə bilavasitə bağlı idı. Martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirildi. Həmin tarixdən üç il ötür. Yeni fəaliyyətə başlayan parlament bütün sahələrin inkişafına xidmət edən yeni, təkmil qanunların qəbulu ilə ölkəmizin davamlı inkişafına töhfəsini verməkdədir. Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında Prezident İlham Əliyevin proqram xarakterli çıxışında ölkədə başlanmış yeni islahatlar kursunun davam etdiriləcəyi ilə bağlı verdiyi anons öz təsdiqini tapıb. "Hesab edirəm ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir" – deyə bildirən Cənab Prezident deputatlar qarşısında böyük vəzifələrin durduğunu bildirmişdi. Bunun ilk növbədə, qanunvericilik sahəsində olduğunu qeyd edərək parlamentin əsas işini qanunvericilik olduğunu qeyd etmişdir: "Mənim tövsiyəm ondan ibarətdir ki, nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verilsin. Çünki mövcud olan qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır". Cənab Prezident deputatların diqqətinə onu da çatdırmışdı ki, qanunvericilik missiyası ilə yanaşı, yerlərdə seçicilərlə ünsiyyət sistemi dəyişməli, deputat-seçici ünsiyyəti dövlət-xalq arasında olan bir körpü rolunu oynamalıdır.
Qanunvericilik bazasını yeniləyən, yeni çağırışlara uyğun təşəbbüslərlə çıxış edən tərkibdə formalaşan Milli Məclis Cənab İlham Əliyevin irəli sürdüyü siyasi iradə, inqilabi islahatlar kursunu uğurla həyata keçirir, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə töhfələrini verir. Altıncı çağırış Milli Məclisə seçkilər bir daha Azərbaycanın demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün amillərin ölkəmizdə bərqərar olmasında maraqlı olduğunu ortaya qoydu. Altıncı çağırış Milli Məclis yeni tərkibdə və yeni müstəvidə uğurla fəaliyyət göstərir və dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasına öz töhfəsini verir. Parlament xüsusilə Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən islahatlar kursuna uyğun işini quraraq və normativ hüquqi bazanın formalaşdırılması istiqamətində mühüm addımlar atır. Belə ki, bir sıra qanun layihələrin müzakirə və təsdiqində önəmli rol oynayır. Bildiyimiz kimi, Milli Məclis "Media haqqında" müzakirəyə çıxarılan yeni qanun layihəsini təsdiq etdi. "Turizm haqqında" qanun layihəsini qəbul edib. "Qida təhlükəsizliyi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri etdiyindən Milli Məclis tərəfindən müzarirlər aparılır və zamanın tələbinə uyğun olaraq öz həllini tapmış olur.
Altıncı çağırış Milli Məclis yeni tərkibdə və yeni müstəvidə uğurla fəaliyyət göstərərək dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasına öz töhfəsini verir. Beynəlxalq fəaliyyətini genişləndirir. Cənab Prezident çıxışında bildirdiyi kimi, "Beynəlxalq təşkilatlar çərçivəsində bizim fəaliyyətimiz daha məqsədyönlü olmalıdır. Orada bizi təmsil edən deputatlar fəal olmalıdırlar, turist kimi getməməlidirlər, sonra hesabat verməlidirlər ki, nə iş görmüsən, kiminlə görüşmüsən, hansı məsələni qaldırmısan. Yoxsa bəzi hallarda bu, turist səfərlərini xatırladır. Getdik, görüşdük, oturduq, danışdıq, yedik, qayıtdıq. Özü də bəzi səfərlər, ümumiyyətlə, qəbuledilməzdir. Mən bu gün bu haqda çox danışmaq istəmirəm, amma bilirəm nə baş verir, hansı hadisələr baş verir."
Uğurlu beynəlxalq əlaqələrini məntiqi olaraq türkdilli dövlətlərlə əməkdaşlığı istiqamətində fəaliyyəti həyata keçirilir. Beynəlxalq əlaqələrini daha da möhkəmləndirmək və inkişaf etdirmək üçün lazımi tədbirlər görür. Bu məqsədlə Azərbaycanın üzv olduğum beynəlxalq təşkilatlarda fəaliyyətini ardıcıl davam etdirir, bir sıra xarici səfərlər həyata uğurla reallaşır. Həm Bakıda, həm də xarici ölkələrdə beynəlxalq tədbirlərin, görüşlərin keçirilməsində önəmli rola malikdir.
Parlament xüsusilə Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən islahatlar kursuna uyğun işini qurur və normativ hüquqi bazanın formalaşdırılması istiqamətində mühüm addımlar atır.