Şəki şəhər 11 nömrəli tam orta məktəb

UĞURLARIMIZ DAVAM EDİR! Şəki təhsilindən növbəti yüksək nəticə və qürurverici xəbər!Şəki şəhər 11 nömrəli tam orta məktə...
18/06/2026

UĞURLARIMIZ DAVAM EDİR!
Şəki təhsilindən növbəti yüksək nəticə və qürurverici xəbər!
Şəki şəhər 11 nömrəli tam orta məktəbin Təsviri incəsənət müəllimi Vüsalə Məmmədova sertifikasiya imtahanında yüksək peşəkarlıq nümayiş etdirərək 57 bal toplamışdır!
Müəllimimizin bu yüksək nailiyyəti həm məktəbimizin, həm də Şəki təhsil ictimaiyyətinin böyük uğurudur. Öz savadı və bacarığı ilə gənc nəslə incəsənətin sirlərini sevdirən Vüsalə müəllimi ürəkdən təbrik edir, ona gələcək pedaqoji fəaliyyətində daha böyük uğurlar və yeni-yeni zirvələr fəth etməyi arzulayırıq!
Uğurunuz daimi olsun, dəyərli müəllim!


44 günlük Vətən müharibəsinin qəhrəmanlarından olan Rəşad Əhmədovun dəyişməyən ad günündə adını daşıdığı 4 m sinfinin si...
17/06/2026

44 günlük Vətən müharibəsinin qəhrəmanlarından olan Rəşad Əhmədovun dəyişməyən ad günündə adını daşıdığı 4 m sinfinin sinif rəhbəri Pərvanə Məmmədova və bir qrup valideyn şəhidin ailəsində oldu .
Allah şəhidlərimizə rəhmət eləsin !

16 iyun 2026- cı il tarixində uzun illər məktəbimizdə səmərəli pedaqoji fəaliyyət göstərmiş məktəbin riyaziyyat müəllimi...
17/06/2026

16 iyun 2026- cı il tarixində uzun illər məktəbimizdə səmərəli pedaqoji fəaliyyət göstərmiş məktəbin riyaziyyat müəllimi Şəfəq Qiyasovanın 65 yaşı tamam oldu .Bu münasibətlə ETİHİ Şəki şəhər komitəsi adından Yubilyar fəxri fərman və hədiyyə ilə təltif olundu .
Əzizimiz Şəfəq müəllimə !Məktəbimizin inkişafında uzun illər göstərdiyiniz səmərəli fəaliyyətinizə, pedaqoji sahədə qazandığınız uğurlara və gənc nəslin təlim-tərbiyəsindəki əvəzsiz xidmətlərinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

65 yaşınızın tamam olması və əmək fəaliyyətinizi başa vuraraq təqaüdə çıxmanız münasibəti ilə sizi təbrik edirik .


"Əsrlərin məktəbi "adlandırılan doğma məktəbimiz növbəti məzunlarını müstəqil həyata yola saldı "Son zəng " tədbirində u...
13/06/2026

"Əsrlərin məktəbi "adlandırılan doğma məktəbimiz növbəti məzunlarını müstəqil həyata yola saldı
"Son zəng " tədbirində uzun illər məktəbimizə rəhbərlik etmiş hazırda yaş həddinə görə pedaqoji fəaliyyətini tamamlayan Ədalət Sədiyeva ,"Qarabağ müharibəsi veteranları ,əlilləri,"ictimai birliyinin Şəki rayon komitəsinin sədri Məmmədnuru Əzizov ,Miqrasiya idarəsinin rəis müavini Taleh Etibarlı ,Şəki rayon Təhsil sektorunun əməkdaşı Şükür Həsənli ,uzun illər məktəbimizdə pedaqoji fəaliyyət göstərmiş "Əməkdar müəllim",Ağsaqqallar şurası"nın sədr müavini Ruhangiz Abdullayeva ,şəhid anaları ,valideynlər və məktəb müəllimləri iştirak edirdilər .
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərin xatirəsinin yad edilməsi ilə açıq elan olundu
Tədbiri direktor səlahiyyətlərini icra edən Ruslan Əzizov açaraq hər kəsi salamladı və məzunlara uğurlar arzuladı .
1 və 11 sinif şagirdlərinin maraqlı çıxışları alqışlarla qarşılandı .
Hər bir məzunumuza uğurlar arzulayırıq .

12 iyun "Ümumdünya Uşaq Əməyinə qarşı mübarizə "günü münasibəti ilə məktəbimizin 4 b sinif şagirdləri ,valideynlər sinif...
12/06/2026

12 iyun "Ümumdünya Uşaq Əməyinə qarşı mübarizə "günü münasibəti ilə məktəbimizin 4 b sinif şagirdləri ,valideynlər sinif rəhbəri Gülbəniz Əhmədovanın rəhbərliyi ilə "Yuxarı baş Tarix - Memarlıq qoruğun"da ekskursiyada oldular .Şagirdlər həm öyrəndilər ,həm də günlərini maraqlı keçirdilər .

11 iyun 2026- cı il tarixində məktəbimizin 10 h humanitar təmayüllü sinfində Azərbaycan dili müəllimi Cimnaz Məmmədovanı...
12/06/2026

11 iyun 2026- cı il tarixində məktəbimizin 10 h humanitar təmayüllü sinfində Azərbaycan dili müəllimi Cimnaz Məmmədovanın rəhbərliyi ilə "Tanınmış şəxsiyyətlər ,"layihəsinə uyğun olaraq M.F.Axundzadə yaradıcılığına müraciət olunmuşdur .

Məktəbimizin 6 sinif şagirdi Nilufər Sədiyevanın ilk fərdi sərgisi keçirilmişdir .Sərgi Yuxarı baş Tarix memarlıq qoruğu...
11/06/2026

Məktəbimizin 6 sinif şagirdi Nilufər Sədiyevanın ilk fərdi sərgisi keçirilmişdir .Sərgi Yuxarı baş Tarix memarlıq qoruğunun ərazisində yerləşən "Şəki rəsm qalereyası"nda təşkil olunmuşdur .
Sərgidə ETİHİ Şəki şəhər komitəsinin sədri Ziyafət Xasiyeva ,Şəki rəsm qalereyasının ,"Narınqala folklor evi"nin əməkdaşları ,məktəbin pedaqoji heyətinin bir qrup nümayəndəsi iştirak etmişdir .
Nilufər Sədiyeva müxtəlif yerli və beynəlxalq rəsm müsabiqələrinin iştirakçısı və qalibdir .
Nilufərə uğurlar arzulayırıq .

Müsabiqə Baş Tutdu: "Ən Yaxşı Rəqəmsal Təqdimat" 🚀​Məktəbimizdə 8-ci sinif şagirdləri arasında "Rəqəmsal Bacarıqlar" fən...
11/06/2026

Müsabiqə Baş Tutdu: "Ən Yaxşı Rəqəmsal Təqdimat" 🚀

​Məktəbimizdə 8-ci sinif şagirdləri arasında "Rəqəmsal Bacarıqlar" fənni üzrə maraqlı və rəqabət dolu təqdimat müsabiqəsi keçirilib!

​Fənn müəllimləri Mətanət Cələbiyeva və Çinarə Kərimovanın təşkilatçılığı ilə baş tutan bu yarışmada şagirdlərimiz həm rəqəmsal savadlılıqlarını, həm də natiqlik məharətlərini nümayiş etdiriblər.

​Müsabiqə çərçivəsində şagirdlər müasir texnologiyalar, proqramlaşdırma və rəqəmsal dünya trendlərinə dair hazırladıqları vizual və innovativ təqdimatları münsiflər heyətinə təqdim ediblər. Yarışma şagirdlərin komanda işi, tənqidi təfəkkür və layihə idarəetmə bacarıqlarının inkişafında mühüm rol oynayıb.

​Bütün iştirakçı şagirdlərimizə və onlara bələdçilik edən dəyərli müəllimlərimizə təşəkkür edir, uğurlarının davamını diləyirik!

11/06/2026

🎸 Məktəbimizin musiqi sədaları! 🎶

​Gününüzə gözəl bir musiqi enerjisi qatmaq istəyirik! 7-A sinif şagirdimiz Hümmətli Ümid gitara ifası ilə öz məharətini nümayiş etdirib. 💫

​Belə istedadlı gənclərimizin varlığı gələcəyə olan ümidlərimizi daha da artırır. Ümidə gələcək musiqi karyerasında və dərslərində böyük müvəffəqiyyətlər diləyirik. Afərin! 🎉 Standardan kənar istedadları dəstəkləməyə davam edirik!

Address

Bəşir Məmmədov Küçəsi 1
Sheki
5500

Telephone

+994242447442

Website

Alerts

Be the first to know and let us send you an email when Şəki şəhər 11 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Şəki şəhər 11 nömrəli tam orta məktəb:

Share

Category