Şəki Şəhər İcra Hakimiyyəti

Şəki Şəhər İcra Hakimiyyəti Şəki Şəhər İcra Hakimiyyəti
Ünvan: Şəki şəhəri, Heydər Əliyev prospekti, 218
Faks: (+99424) 2443994

Şərq-Qərb dəhlizi uğurla fəaliyyət göstərirRegionun əsas nəqliyyat və logistika mərkəzlərindən biri kimi Azərbaycan əraz...
02/06/2026

Şərq-Qərb dəhlizi uğurla fəaliyyət göstərir
Regionun əsas nəqliyyat və logistika mərkəzlərindən biri kimi Azərbaycan ərazisindən keçən Şərq-Qərb nəqliyyat dəhlizi Avropa və Asiya qitəsini birləşdirən ən qısa nəqliyyat marşrutudur və Çin-Qazaxıstan sərhədindən Avropa arasında yükdaşımalarda mühüm əhəmiyyətə malikdir. Bu marşrut xətti yükdaşımaların vaxtına, həmçinin yükdaşımalara çəkilən xərclərə qənaət etməyə imkan verir.
Şübhəsiz ki, Şərq-Qərb dəhlizinin yeni qolu olacaq Zəngəzur dəhlizi də inşa ediləcəkdir. Bu, ötən il avqustun 8-də Ağ Evdə Prezident İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistanın Baş naziri tərəfimdən imzalanmış sənədə əsaslanır.
Bizim dünya okeanlarına çıxışımız yoxdur. Bu səbəbdən enerji resurslarımızı ixrac etmək üçün digər ölkələrin ərazisindən keçmək zərurəti yaranır. Buna nail olmaq üçün isə yalnız qonşularınızla deyil, qonşularınızın qonşuları ilə də yaxşı münasibətlər qurmalısınız. Biz buna nail olmuşuq.

Bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir Azərbaycanın son illərdə sürətli inkişafı onun beynəlxalq aləmdə n...
02/06/2026

Bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir
Azərbaycanın son illərdə sürətli inkişafı onun beynəlxalq aləmdə nüfuzunun artmasına, regionun əsas siyasi aktoruna çevrilməsinə səbəb olmaqdadır. Bu dayanıqlı və möhkəm güc arxitekturası, eyni zamanda dövlətimizin yürütdüyü güclü siyasi iradənin və geridönməz qətiyyətin nümunəsidir. Respublikamızın regionda güc mərkəzinə çevrilməsini şərtləndirən başlıca amillərdən biri iqtisadi müstəqilliyin möhkəmlənməsi, ölkəmizin strateji maliyyə qüdrətinin artmasıdır. Aparıcı beynəlxalq reytinq agentliklərindəki reytinqimiz ildən-ilə artır. Hazırkı vəziyyətə görə bizim artıq investisiya dərəcəli reytinqimiz var. Yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də təqribən eyni rəqəm səviyyəsindədir. Biz xarici borcumuzu əhəmiyyətli dərəcədə azalda bildik. Bu gün bizim xarici borcumuz dünyada ən aşağı xarici borclardandır və o, təqribən ümumi daxili məhsulun 6 faizindən çoxdur; Ehtiyatlarımız xarici borcu 18 dəfədən çox üstələyir. Bütün bunlar birinci növbədə bizim təbii sərvətlərimizdən düzgün istifadə etdiyimizə görə baş verdi. Biz həm investorlara, həm də ev sahibi ölkəsinə qazanc gətirən vəziyyəti yaratdıq. Biz milli maraqlar üzərində dayanan çox praqmatik siyasət həyata keçirtdik və işimizə müdaxilə etmək, bizə p*s məsləhət vermək istəyənlərə qulaq asmadıq.

Azərbaycanın enerji inkişafı 1994-cü ildə başladı1994-cü ilin sentyabr ayının 20-də Bakıda Azərbaycan və dünyanın 8 müxt...
02/06/2026

Azərbaycanın enerji inkişafı 1994-cü ildə başladı
1994-cü ilin sentyabr ayının 20-də Bakıda Azərbaycan və dünyanın 8 müxtəlif ölkəsini təmsil edən 13 məşhur neft şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və Günəşli yataqlarının dərinliklərində yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəkilində bölüşdürülməsi” haqqında saziş - tarixə “Əsrin müqaviləsi” adı ilə düşmüş sənəd imzalanmışdır. Müqavilənin bağlanmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev misilsiz rol oynamışdır. Əgər həmin dövrə nəzər salsaq, Azərbaycanın çox ağır vəziyyətdə olduğunu görə bilərik. Ölkə iqtisadi baxımdan tam qarışıq, siyasi baxımdan qeyri-sabit idi. Ərazinin təxminən 20 faizi Ermənistanın işğalı altında idi. Bizim heç bir vəsaitimiz yox idi. Elektrik enerjisini idxal edirdik. Biz hətta təbii qazı idxal edirdik. Yoxsulluq səviyyəsi 50 faizdən artıq idi. İşsizlik geniş yayılmışdı. Müstəqil ölkə kimi yaşamaq və irəliyə getməkdə bizim üçün yeganə yol sahib olduğumuz təbii sərvətlərdən istifadə idi. Azərbaycan ilk ölkə idi ki, Xəzərin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açıq etdi. Həmin vaxtdan etibarən çox hadisələr oldu.

"Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoydu." Azərbaycan Respublikasının Prezide...
02/06/2026

"Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoydu."
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir."Azərbaycan Respublikasının Prezid...
02/06/2026

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir."
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Şəkidə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Şəkidə s...
01/06/2026

Şəkidə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Şəkidə silsilə tədbirlər keçirilib, uşaqlar üçün bayram tədbirləri, əyləncəli proqramlar təşkil olunub.
İyunun 1-də Rasim Ocaqov adına Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzində Şəki şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, Elm və Təhsil İşçiləri və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları Şəki Şəhər Komitələrinin dəstəyi ilə keçirilən “Hərəniz bir çiçəksiz” adlı tədbirdə şəhid övladları, məktəblilər və onların valideyinləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Rasim Ocaqov adına Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzininin dərnək üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Bayram tədbirində ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasəti haqqında videoçarx nümayiş etdirilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bayram münasibətilə uşaqları təbrik edib, onlara xoş arzularını bildirib. O, qeyd edib ki, ölkəmizdə dövlət uşaq siyasətinin formalaşması və inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün uşaqların hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmaları Prezident cənab İlham Əliyevin rəhbərliyi uğurla həyata keçirilən dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir. Uşaq və yeniyetmələrin milli-mənəvi dəyərlərimizə, tarixi köklərimizə bağlı, vətənpərvər ruhda böyüdülməsi qarşıya qoyulmuş əsas vəzifələrdəndir. Vurğulayıb ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara böyük diqqət göstərir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur.
Bayram tədbirində Şəki şəhər 3 və 4 saylı uşaq musiqi məktəblərinin, Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzinin, şəhər 8 nömrəli tam orta məktəbinin şagirdləri rəngarəng konsert proqramı ilə çıxış ediblər.
Tədbirdə uşaqlar üçün maraqlı intellektual oyunlar təşkil olunub, qaliblərə hədiyyələr təqdim edilib, idman sahəsində yüksək nəticələr əldə edən uşaqlar mükafatlandırılıb.
Bayram tədbiri uşaqların böyük sevincinə səbəb olub.

01/06/2026
27/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

27/05/2026

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

28 May - Müstəqillik Günü münasibətilə "Müstəqil Azərbaycan hər birimizin qürur mənbəyidir" adlı tədbir keçirilib28 May ...
26/05/2026

28 May - Müstəqillik Günü münasibətilə "Müstəqil Azərbaycan hər birimizin qürur mənbəyidir" adlı tədbir keçirilib
28 May - Müstəqillik Günü münasibətilə mayın 26-da Şəki Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının və Şəki şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı "Müstəqil Azərbaycan hər birimizin qürur mənbəyidir" adlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini yad ediblər.
Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, partiya fəalları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, sonra Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri Elman İmamverdiyev, YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən, Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasından, ölkəmizin dövlət müstəqilliyinin dönməz xarakter almasından bəhs etmiş, tədbir iştirakçılarını 28 May - Müstəqillik Günü münasibətilə təbrik etmişlər.
Tədbirdə Azərbaycan Dövlət Televiziyasının hazırladığı 28 May – Müstəqillik Günününə həsr olunmuş sənədli film nümayiş olunub.

Address

Heydər Əliyev Pr, 218
Sheki
AZ5500

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994242443323

Alerts

Be the first to know and let us send you an email when Şəki Şəhər İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Şəki Şəhər İcra Hakimiyyəti:

Share