Lütfəli Abdullayev adına şəhər Diyarşünaslıq klubu

Lütfəli Abdullayev adına şəhər Diyarşünaslıq klubu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lütfəli Abdullayev adına şəhər Diyarşünaslıq klubu, Government Organization, Sheki.

18/03/2026
17/03/2026
14/03/2026

"İşğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız - hesab edirəm ki, bu, beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir. Mən dəfələrlə demişəm ki, biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi yeddi ay əvvəl paraflandı və birgə bəyanat qəbul olundu. Lakin biz artıq real həyatda sülhü təmin etmişik. Sərhədimizdə sakit vəziyyət hökm sürür, atəş açılmır, artıq heç bir qurban və itki yoxdur."

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

14/03/2026

"Zənnimcə, indi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır."

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

14/03/2026

Azərbaycan - Avropa İttifaqı münasibətləri barədə

Azərbaycan-Avropa İttifaqı münasibətləri çoxşaxəli və strateji xarakter daşıyır. Enerji təhlükəsizliyi, iqtisadi tərəfdaşlıq, nəqliyyat imkanları və regional sabitlik bu əməkdaşlığın əsas istiqamətlərini təşkil edir. Avropa İttifaqı ilə münasibətlər müxtəlif səviyyələrdə aparılan dialoq üzərində qurulub. Son dövrlərdə Avropa Komissiyasının nümayəndələrinin regiona tez-tez səfərləri bu əməkdaşlığın dinamik və davamlı olduğunu nümayiş etdirir. Bu səfərlər siyasi və iqtisadi sahələrdə intensiv dialoqun mövcudluğunu göstərməklə yanaşı, yeni əməkdaşlıq imkanlarının formalaşmasına da şərait yaradır. İqtisadi tərəfdaşlıq bu əməkdaşlığın əsas faktorlarından biridir. 2026-cı ilin yanvar ayı üzrə statistik göstəricilər sübut edir ki, ticarət dövriyyəsinin təxminən 50 faizi Avropa İttifaqı ilə bağlıdır. Bu amil Avropa İttifaqının region üçün əsas ticarət tərəfdaşı olduğunu açıq şəkildə təsdiqləyir. Enerji sahəsində əməkdaşlıq isə tərəfdaşlığın strateji xarakter daşıyan digər istiqamətidir. Xüsusilə 2022-ci ildə Avropa Komissiyası ilə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Sənədin imzalanmasından sonra əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Bərpaolunan enerji sahəsində əməkdaşlıq da strateji əhəmiyyət daşıyır.

14/03/2026

Enerji sahəsində əməkdaşlığımızın digər istiqaməti bərpaolunan enerji ilə bağlıdır və onun böyük potensialı var

Azərbaycanda alternativ enerji mənbələrinin istifadəsindən böyük fayda götürülməsi üçün geniş potensial mövcuddur. Respublikamızın təbii iqlim şəraiti tükənməz alternativ enerji mənbəyi olan günəş enerjisindən istifadə etməklə elektrik və istilik enerjisinin istehsalını artırmağa imkan verir. Biz külək, Günəş və su elektrik enerjisinə böyük sərmayələr yatırırıq. Külək və Günəş enerjisinin burada böyük potensialı var. Bu gün məqsəd beş və ya altı il ərzində ixraca hazır olan 6-8 giqavatlıq bərpaolunan enerjiyə malik olmaqdır. Bir sözlə, hazırda biz Avropa tərəfdaşları ilə ötürülmə xətləri, dəniz dibi kabelləri, enerji infrastrukturunun digər fərqli hissələri üzərində çalışırıq.

14/03/2026

Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qaz alır

Azərbaycanın həyata keçirdiyi müstəqil və çoxşaxəli enerji siyasəti ölkəmizi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaşa çevirib. Bizim üçün Avropa bazarı artım potensialına malik ümumi qaz ixracımızın yarısını təşkil edir. Biz həm həcm, həm də ölkələrin sayı baxımından Avropa ölkələrinə qaz ixracımızı artırmışıq. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16-ya çatıb. Bu göstəriciyə görə biz dünyada boru kəməri ilə qazı təchiz edən bir nömrəli ölkəyik. On altı ölkə bu gün Azərbaycan qazını alır və beləliklə, bir çox ölkələrin enerji təhlükəsizliyində oynadığımız rol artır. Biz qazı yeni yataqda hasil etməyə başlayacağıq. Nnövbəti iki və ya üç il ərzində bizim bugünkü həcmlə müqayisədə minimum 10 milyard kubmetr əlavə qazımız olacaq.

14/03/2026

"..Biz cəmi yeddi aydır ki, sülh şəraitində yaşayırıq. Müstəqilliyimiz hələ 1991-ci ildə bərpa olunub. Bununla belə, cəmi yeddi aydır ki, sülhdə yaşayırıq. Lakin biz bunun faydasını artıq hiss edirik və əminəm ki, Ermənistanla sülh daimi olacaq."

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

14/03/2026

"..Biz müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindəyik. Mən bəzi iqtisadi göstəricilərə nəzər saldım və gördüm ki, bu ilin yanvarında ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub. Ötən il dövriyyə bir az aşağı olmuşdur, lakin o, həqiqətən göstərir ki, Avropa İttifaqı bizim üçün bir nömrəli ticari tərəfdaşdır."

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

14/03/2026

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

Enerji təhlükəsizliyi müasir dövrdə dövlətlərin milli təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilmişdir. Xüsusilə enerji resurslarından asılı olan ölkələr üçün qaz təchizatının müxtəlif mənbələr və marşrutlar üzrə təmin edilməsi iqtisadi sabitlik və siyasi müstəqillik baxımından mühüm rol oynayır. Biz görürük ki, neft və qaz qiymətlərinin kəskin yüksəlişi yalnız istehlakçılar üçün deyil, geniş mənada bir çox problemlər yaradır. Kimsə düşünürsə ki, bu tarazlaşdırılmamış qiymət neft istehsalçıları və ixracatçıları üçün faydalıdır, bu yanlışdır. Çünki bir çox ölkələrin, neft və digər faydalı yanacaq istehsal və ixrac edən ölkələrin suveren fondları var və bu fondlar müxtəlif maliyyə alətlərinə, o cümlədən istiqrazlara investisiya qoyurlar. Birjalar çökdükdə isə bu ölkələr yüksək neft qiymətindən qazandıqlarından daha çox itkiyə məruz qalırlar. Buna görə də biz OPEC+ formatının məsuliyyətli üzvü olaraq, tarazlı və proqnozlaşdırıla bilən neft qiymətinin tərəfdarıyıq, ortaq həllin tapılmasına böyük səylər göstərmişik və OPEC+-dakı vasitəçilik fəaliyyətimiz yüksək qiymətləndirilir.

Address

Sheki

Website

Alerts

Be the first to know and let us send you an email when Lütfəli Abdullayev adına şəhər Diyarşünaslıq klubu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share