Şəki rayon Aran kənd ümumi orta məktəbi

Şəki rayon Aran kənd ümumi orta məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Şəki rayon Aran kənd ümumi orta məktəbi, Government Organization, Aran kəndi, Sheki.

İnformatika Aylığı" çərçivəsində ibtidai sinif şagirdlərimizlə həm əyləncəli, həm də öyrədici bir fəaliyyət etdik. Kiçik...
22/05/2026

İnformatika Aylığı" çərçivəsində ibtidai sinif şagirdlərimizlə həm əyləncəli, həm də öyrədici bir fəaliyyət etdik. Kiçik yaşlı dostlarımız kompüter qurğularını tanımaq üçün öz təxəyyüllərini işə saldılar və rəngləmə vərəqlərini bəzədilər! 🖍️✨
Gülnaz müəllimin rəhbərliyi ilə keçən bu fəaliyyətdə monitor, klaviatura, siçan və sistem blokunu rəngləyərək yadda saxlayan uşaqlar, gələcəyin İKT dərslərinə ilk rəngarəng addımlarını atdılar. 🥰🖥️

22/05/2026

İnformatika Aylığı" çərçivəsində şagirdlərimizlə çox vacib və aktual bir mövzuda — "İnformasiya Təhlükəsizliyi" haqqında maarifləndirici söhbətlər apardıq. 🧠💡
Gülnaz müəllimin rəhbərliyi ilə keçən dərsimizdə rəqəmsal dünyanın təkcə faydalarından deyil, həm də gizli təhlükələrindən danışdıq. Sonda isə şagirdlərimizə internetdən düzgün və təhlükəsiz istifadə qaydalarını özündə əks etdirən xüsusi təqdimatı nümayiş etdirdik. 🖥️✨
Artıq şagirdlərimiz virtual aləmdə özlərini qorumağın "10 Qızıl Qaydasını" çox yaxşı bilirlər!

İnformatika Aylığı tədbirləri çərçivəsində V və VI siniflər arasında keçirdiyimiz bilik yarışını uğurla tamamladıq.Gülna...
22/05/2026

İnformatika Aylığı tədbirləri çərçivəsində V və VI siniflər arasında keçirdiyimiz bilik yarışını uğurla tamamladıq.Gülnaz müəllimin rəhbərliyi ilə keçən yarışmada şagirdlərimiz həm əyləndilər həmdə biliklərini nümayiş etdirdilər.Yüksək nəticə göstərən şagirdlərimizə sertifikat təqdim edildi.Qazanan bütün qaliblərimizi tebrik edir onlara rəqəmsal gələcəkdə yeni-yeni uğurlar arzulayırıq.

22 may 2026-ci ildə məktəbimizin biologiya müəlliməsi İdrisova Gülnarə həyat bilgisi fənnindən V–IX sinif şagirdləri üçü...
22/05/2026

22 may 2026-ci ildə məktəbimizin biologiya müəlliməsi İdrisova Gülnarə həyat bilgisi fənnindən V–IX sinif şagirdləri üçün “Fövqəladə hallar zamanı həyat və sağlamlığın mühafizəsi” mövzusunda maarifləndirici təqdimat keçirildi. Təqdimatda şagirdlərə fövqəladə hallar zamanı düzgün davranış qaydaları, təhlükəsizlik tədbirləri, ilkin yardım və təxliyə qaydaları haqqında məlumat verildi.

Şagirdlərə zəlzələ, yanğın və digər təhlükəli hallar zamanı soyuqqanlı davranmağın vacibliyi izah olundu, onların təhlükəsizlik biliklərinin artırılması məqsədilə maarifləndirici slaydlar nümayiş etdirildi.

Məktəbimizdə davam edən İnformatika Aylığı çərçivəsində informatika müəllimi Gülnaz müəllimin təşkilatçılığı ilə 7-ci si...
19/05/2026

Məktəbimizdə davam edən İnformatika Aylığı çərçivəsində informatika müəllimi Gülnaz müəllimin təşkilatçılığı ilə 7-ci sinif şagirdlərimizlə birlikdə rəqəmsal dünyaya maraqlı bir səyahət etdik.Keçirdiyimiz açıq dərsdə İnternetə Qoşulma Yolları mövzusunu dərindən öyrəndik.Şagirdlərə modemdən provayderə, naqilli texnologiyalardan Wi-Fi-a qədər rəqəmsal dünyanın yol xəritəsini kəşf etdilər.Bu açıq dərsdə fəal telim metodlarindan və müasir kompüter texnologiyalarından istifadə olundu.Dərsimizdə məktəbimizin direktor əvəzi Hüseynəli müəllim həmçinin dəyərli həmkarlarımız Gülnarə müəllim ve Gülçöhrə müəllimdə iştirak edərək öz dəyərli fikirlərini ve dəstəklərini nümayiş etdirdilər .

08.05.2026-cı ildə Şəki rayon Aran kənd ümumi orta ümumtəhsil məktəbində Ümummili Liderimiz mərhum prezidentimiz Heydər ...
08/05/2026

08.05.2026-cı ildə Şəki rayon Aran kənd ümumi orta ümumtəhsil məktəbində Ümummili Liderimiz mərhum prezidentimiz Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş ,, MÜSTƏQİLLLİYİN MEMARI-103"adlı tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ÜMUMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN, eləcə də Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Sonra şagirdlərimizin təqdimatında Ümummilli liderimizə həsr olunmuş şeirlər, mahnılar təqdim olundu.Tədbirdə Əbədiyaşar Liderimizin həyat və fəaliyyətinə həsr olunmuş video - linklər nümayiş etdirildi.Sonda mərhum prezidentimiz Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsinə dualar oxundu.

24.04.2026-cı il tarixində Şəki rayonu Aran kənd ümumorta ümumtəhsil məktəbin kitabxanasında Azərbaycanın Xalq şairi Səm...
24/04/2026

24.04.2026-cı il tarixində Şəki rayonu Aran kənd ümumorta ümumtəhsil məktəbin kitabxanasında Azərbaycanın Xalq şairi Səməd Vurgunun 120 illik yubleyi ilə əlaqədar tədbir keçrilmişdir.Tədbirdə məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi şairin həyat və yaradıcılıgı haqqında geniş müəlimat verdi.Şagirdlər tərəfindən şairin yazmış oldugu şerlər səslındirildi.Sonra şairin həyat və yaradıcılıgına həsr olunmuş videoçarx nümayiş etdirildi.

23aprel 2026-cı il tarixində Şəki rayonu Aran kənd ümumorta ümumtəhsil məktəbinin kitabxanasında 23 Aprel-Kitab və Müəll...
23/04/2026

23aprel 2026-cı il tarixində Şəki rayonu Aran kənd ümumorta ümumtəhsil məktəbinin kitabxanasında 23 Aprel-Kitab və Müəllif Hüquqları Günü münasibətilə tədbir keçrildi.Tədbirdə kitabxanaçı şagirdlərə bu gün barədə məlumat verdi.Məktəbin U.Y.B.R-də şagirdlərə kitab oxumagın faydaları haqda tövsiyələr verdi.Sonda şagirdlər kitab mövzusunda şerlər səsləndirdilər.

Şəki rayonu Aran kənd ümumi orta ümumtəhsil məktəbin 1və 4-cü siniflərində 20.04.2026-cı il tarixində "Oxu dəqiqələri"ke...
20/04/2026

Şəki rayonu Aran kənd ümumi orta ümumtəhsil məktəbin 1və 4-cü siniflərində 20.04.2026-cı il tarixində "Oxu dəqiqələri"keçrilmişdir.

11aprel 2026 cı ildə Aran kənd ümumi orta ümumtəhsil məktəbində ingilis dili müəllimi  Əliyeva Gülsənəm tərəfindən ARTi-...
15/04/2026

11aprel 2026 cı ildə Aran kənd ümumi orta ümumtəhsil məktəbində ingilis dili müəllimi Əliyeva Gülsənəm tərəfindən ARTi-nin təlimatına görə açıq dərs keçirilib.Dərs müasir təlim metodlarina görə keçirilmişdir.Təlim nəticəsinə uyğun olaraq motivasiya qurulmuş,şagirdlərlə maraqlı mövzuda verilən sözlərə görə top oyunundan istifadə olunmuşdur.Həmçinin şagirdlərə iş vərəqləri verilib qrup işinə cəlb olunmuşlar.Qrup təqdimatından sonra meyarlara uyğun qiymətləndirmə aparılmış və səviyyələrə görə rəy verilmişdir.Dərsdə Dayaq məntəqə sədri İdrisova Gülnarə müəllim də iştirak etmiş və sonda məktəbin müəllimləri ilə müzakirə aparılmışdır.

Address

Aran Kəndi
Sheki

Opening Hours

Monday 09:00 - 15:00
Tuesday 09:00 - 15:00
Wednesday 09:00 - 15:00
Thursday 09:00 - 15:00
Friday 09:00 - 15:00
Saturday 09:00 - 15:00

Website

Alerts

Be the first to know and let us send you an email when Şəki rayon Aran kənd ümumi orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share