Şəki şəhər Əbdürrəhman Abdullayev adına 21 saylı tam orta məktəb.

  • Home
  • Azerbaijan
  • Sheki
  • Şəki şəhər Əbdürrəhman Abdullayev adına 21 saylı tam orta məktəb.

Şəki şəhər Əbdürrəhman Abdullayev adına 21 saylı tam orta məktəb. Məktəbimizin təlim-tərbiyə sahəsində etdiyi yeni işlərlə izləyicilərimizi məlumatlandırmaq.

🌟 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü 🌟Bu gün məktəbimizdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olundu.Şagi...
01/06/2026

🌟 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü 🌟

Bu gün məktəbimizdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olundu.Şagirdlər müxtəlif çıxışlar, mahnılar, rəqslər edərək bu əlamətdar günü böyük sevinc və coşqu ilə qeyd etdilər.

Uşaqlar bizim gələcəyimizdir. Onların sağlam, xoşbəxt və təhlükəsiz mühitdə böyüməsi hər birimizin ən vacib vəzifəsidir.

Bütün uşaqları bu gözəl bayram münasibətilə təbrik edir, onlara sağlamlıq, xoşbəxtlik və uğurlu gələcək arzulayırıq! 🎈🎉

26 may 2026-cı il tarixdə Şəki şəhər Ə.Abdullayev adına 21 nömrəli tam orta ümumtəhsil məktəbin 6-cı sinfində  texnalogi...
29/05/2026

26 may 2026-cı il tarixdə Şəki şəhər Ə.Abdullayev adına 21 nömrəli tam orta ümumtəhsil məktəbin 6-cı sinfində texnalogiya müəllimi Xuraman Cəlilova "Geyimin təmiri texnalogiyası" mövzusunda açıq dərs keçirib.Açıq dərsdə şagirdlər geyimlərin təmiri texnalogiyası haqqında ətraflı məlumatlar əldə ediblər.

26.05.2026-cı il tarixdə Şəki şəhər Ə.Abdullayev adına 21 nömrəli tam orta ümumtəhsil məktəbinin 3-cü sinif müəllimi Ayt...
29/05/2026

26.05.2026-cı il tarixdə Şəki şəhər Ə.Abdullayev adına 21 nömrəli tam orta ümumtəhsil məktəbinin 3-cü sinif müəllimi Aytən Məmmədova "Həyat bilgisi" dərsində "Yol hərəkəti qaydaları" mövzusunda dərs keçib.Dərsdə şagirdlərə qaydalar haqqında növbəti dəfə ətraflı məlumat verilib.

Azərbaycan və dünya üzrə tanınmış şəxsiyyətlərin daha yaxından tanıdılması, onların həyat və yaradıcılığı ilə şagirdləri...
29/05/2026

Azərbaycan və dünya üzrə tanınmış şəxsiyyətlərin daha yaxından tanıdılması, onların həyat və yaradıcılığı ilə şagirdlərin yaxından tanış olması məqsədi ilə məktəb şagirdlərinin ştirakı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunmuş tədbir keçirildi.Şairin həyatı və yaradıcılığı haqqında şagirdlərə ətraflı məlumatlar verdi.Tədbirin əsas məqsədi Bəxtiyar Vahabzadənin zəngin ədəbi irsinin şagirdlərə tanıdılması, onlarda milli -mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunun aşılanmasıdır.

26.05.2026-cı il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ...
26/05/2026

26.05.2026-cı il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən daxil olmuş məktubda qeyd olunan məsələlərin əhəmiyyəti nəzərə alınaraq, Şəki şəhər Ə.Abdullayev adına 21 nömrəli tam orta ümumtəhsil məktəbində hərbi rəhbər Rahim Camalov ibtidai hərbi hazırlıq fənni çərçivəsində şagirdlər və onların qanuni nümayəndələri arasında müəyyən olunmuş istiqamətlər üzrə müvafiq maarifləndirmə işi aparıb.Tədbirdə “MyGov” elektron hökumət portalında “Şəxsi kabinet”in yaradılması qaydaları, “Hərbi xidmət” bölməsindən istifadə mexanizmi,ilkin hərbi qeydiyyat prosesinin elektron qaydada həyata keçirilməsi ilə bağlı yeniliklər,çağırış və tibbi müayinə prosesləri barədə ətraflı məlumat verilib.

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədil...
26/05/2026

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə İş Planına uyğun olaraq “Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə” prioritet istiqaməti çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə məktəbimizdə "Korrupsiyaya qarşı mübarizə tədbirləri" adlı
maarifləndirici tədbir təşkil olunmuşdur.

Milli-mənəvi dəyərlər, azərbaycançılıq və vətənpərvərlik ruhunda tədbirlərin təşkili ilə əlaqədar məktəbimizdə silsilə t...
26/05/2026

Milli-mənəvi dəyərlər, azərbaycançılıq və vətənpərvərlik ruhunda tədbirlərin təşkili ilə əlaqədar məktəbimizdə silsilə tədbirlər keçirilir.

Tədbirlər planının 5.1.(Film nümayişləri və müzakirələr) bəndinə uyğun olaraq Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin Milli- mənəvi dəyərlər, azərbaycançılıq və vətənpərvərlik ruhunda tədbirlərin təşkili üzrə Təlimatına əsasən gənclərdə azərbaycançılıq ruhunu, vətənpərvərlik hissini və milli - mənəvi dəyərlərə hörməti formalaşdırmaq məqsədilə 25 may 2026-cı il tarixində Şəki şəhər Ə.Abdullayev adına 21nömrəli tam orta ümumtəhsil məktəbində Milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi, şagirdlərdə vətənə bağlılıq hissinin gücləndirilməsi və tarixi yaddaşın formalaşdırılması məqsədilə şagirdlər ilə "Qərib cinlər diyarında ” filminə baxış təşkil olundu.

Ə.Abdullayev adına 21 nömrəli tam orta məktəbdə şagirdlərlə “İnsan hüquqları” mövzusunda maarifləndirici söhbət aparılmı...
26/05/2026

Ə.Abdullayev adına 21 nömrəli tam orta məktəbdə şagirdlərlə “İnsan hüquqları” mövzusunda maarifləndirici söhbət aparılmışdır.

Görüş zamanı insan hüquq və azadlıqları, uşaqların hüquqları, cəmiyyətdə hüquqi biliklərin əhəmiyyəti barədə şagirdlərə ətraflı məlumat verilmişdir. Şagirdləri maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin hüquqi biliklərinin artırılması, onların hüquq və vəzifələri barədə maarifləndirilməsi olmuşdur.

Abdullayev adına 21 nömrəli tam orta məktəbdə şagirdlərlə “Sağlam qidalanma və reproduktiv sağlamlıq” mövzusunda maarifl...
26/05/2026

Abdullayev adına 21 nömrəli tam orta məktəbdə şagirdlərlə “Sağlam qidalanma və reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici söhbət aparılmışdır.

Görüş zamanı sağlam həyat tərzinin əhəmiyyəti, düzgün qidalanma qaydaları, şəxsi gigiyena və reproduktiv sağlamlığın qorunması barədə şagirdlərə ətraflı məlumat verilmişdir. Şagirdləri maraqlandıran suallar cavablandırılmış, sağlam həyat tərzinə dair tövsiyələr səsləndirilmişdir.

Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin sağlam həyat tərzi barədə məlumatlılığının artırılması və onların düzgün vərdişlər formalaşdırmasına dəstək olmaq olmuşdur.

28 May – Respublika Günü münasibətilə Ə.Abdullayev adına 21 nömrəli tam orta məktəbdə təsviri incəsənət müəllimi Zeynalo...
26/05/2026

28 May – Respublika Günü münasibətilə Ə.Abdullayev adına 21 nömrəli tam orta məktəbdə təsviri incəsənət müəllimi Zeynalova Könül tərəfindən şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olunmuşdur.

Sərgidə nümayiş olunan rəsmlərdə və əl işlərində vətən sevgisi, dövlətçilik ənənələri və milli dəyərlərimiz əks olunmuşdur. Şagirdlərin yaradıcılıq qabiliyyətləri və vətənpərvərlik ruhu tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilmişdir.

Belə tədbirlərin keçirilməsi şagirdlərin estetik dünyagörüşünün formalaşmasına və milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsinə xidmət edir.

Address

Oğuz şossesi
Sheki

Telephone

+994242451376

Website

Alerts

Be the first to know and let us send you an email when Şəki şəhər Əbdürrəhman Abdullayev adına 21 saylı tam orta məktəb. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share