MİQİB Qəbələ Regional İdarəsi

MİQİB Qəbələ Regional İdarəsi Qəbələ Regional İdarəsi

Ağdaş şəhəri, M. İsayev küçəsində yerləşən Qarabəy karvansarayında təhlükəsizlik tədbirləri həyata keçirilibAğdaş şəhəri...
01/06/2026

Ağdaş şəhəri, M. İsayev küçəsində yerləşən Qarabəy karvansarayında təhlükəsizlik tədbirləri həyata keçirilib

Ağdaş şəhərinin M. İsayev küçəsində yerləşən, 4066 inventar nömrəli Qarabəy karvansarayının qarşısında abidənin fasadına, dam örtüyünə və ətrafda hərəkət edən insanlara təhlükə yaradan ağac budaqları müəyyən edilib.

Qəbələ Regional İdarəsinin və aidiyyəti dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində təhlükə yaradan budaqlar budanaraq ərazi təhlükəsiz vəziyyətə gətirilib.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
01/06/2026

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

26 may 2026-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bər...
28/05/2026

26 may 2026-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndələrinin, İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “28 May – Müstəqillik Günü” münasibətilə “Dünənin bəyannaməsi, bu günün qüruru, sabahın təminatı” mövzusunda tədbir keçirilmişdir.

Tədbir İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq Şöbəsində baş tutmuş, tədbirdə mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşları, həmçinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndələri iştirak etmişlər.

Tədbirdən əvvəl “Müstəqillik Günü”nə həsr olunmuş fotosərgi, “Şəhərsalma və memarlıq ili”nə dair nəşrlər və “İsmayıllı” jurnalı nümayiş etdirilmişdir.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Çıxış edən natiqlər müstəqilliyimizin xalqımızın azadlıq uğrunda apardığı mübarizənin nəticəsi olduğunu vurğulayaraq, dövlətçilik ənənələrinin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd etmişlər.

Müstəqilliyimiz əbədi, Azərbaycanımız isə daim uca olsun!

Qanun hamı üçün eynidir; Tarixi abidələr toxunulmazdır! Son günlər sosial şəbəkələrdə Pəri qalası abidəsində qanunsuz mü...
26/05/2026

Qanun hamı üçün eynidir; Tarixi abidələr toxunulmazdır!

Son günlər sosial şəbəkələrdə Pəri qalası abidəsində qanunsuz müdaxilə etdiyi üçün inzibati qaydada cərimələnmiş şəxsin müxtəlif açıqlamalar yayaraq özünü “günahsız” kimi təqdim etməyə çalışdığını müşahidə edirik.

Məsələyə bir daha aydınlıq gətiririk: Söhbət adi bir qayaya çıxmaqdan getmir. Söhbət dövlət mühafizəsində olan tarix-mədəniyyət abidəsinə fiziki müdaxilədən gedir. Şəxsin sosial media hesabında paylaşdığın videogörüntülərdə abidənin qayalıq hissəsinə dəmir bərkidicilərin vurulması, həmin bərkidicilərə kəndir və ip bağlanması, qəzalı vəziyyətdə olan abidəyə insanların kütləvi çıxışınən təşkili və burada foto və video çəkilişlərin aparılması açıq şəkildə görünür.

Bu hərəkətlər isə abidənin fiziki vəziyyətinə zərər vuraraq uçqun və qəza riskini artırır. Eyni zamanda insanların həyatını təhlükə altına qoyur.

📌Vətəndaş əvvəlcədən məlumatlandırılıb

28 oktyabr 2025-ci il tarixində Qəbələ Regional İdarəsi tərəfindən Zaqatala Tarix-Mədəniyyət Qoruğunun ərazisində videobloqerlər, dağ bələdçiləri və abidə mühafizəçilərinin iştirakı ilə dəyirmi masa təşkil olunmuşdur. Görüşdə Zaqatala rayonu üzrə baş mütəxəssislər – abidə mühafizəçiləri və cərimələnən şəxs də daxil olmaqla bölgənin tarixi-mədəni irsi ilə bağlı maarifləndirici paylaşımlar edən və dağlıq ərazilərdə bələdçilik fəaliyyəti göstərən şəxslər iştirak etmişlər. Görüşdə yuxarıda sadalanan halların yolverilməz olduğu, tarixi abidələrdə hər hansı müdaxilənin qanunvericiliyə zidd olduğu xüsusi vurğulanmışdır.

Məhz qeyd olunan faktlar əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsinə uyğun olaraq vətəndaş barəsində inzibati protokol tərtib edilmiş və müvafiq qərarla 700 manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur.

Bir daha ictimaiyyətin diqqətinə çatdırırıq ki:
Tarixi və mədəniyyət abidələri ümummilli sərvətdir və bu abidələrin qorunması hər bir vətəndaşın borcudur. Nəzərə alınmalıdır ki,
təhlükəli və qanunsuz müdaxilələr həm inzibati, həm də daha ağır hüquqi məsuliyyət yarada bilər.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində“28 May – Müstəqillik Günü” münasibətilə Şamaxı rayon Mərkəzi Kitabxanasında ki...
26/05/2026

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində
“28 May – Müstəqillik Günü” münasibətilə Şamaxı rayon Mərkəzi Kitabxanasında kitabxanaçı və gənclərin iştirakı ilə dəyirmi masa keçirildi. Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı.

Şamaxı rayon MKS-nin rəhbər və işçi heyyəti çıxışlarında Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən və müstəqilliyin xalqımız üçün böyük dəyər olmasından danışdılar.

Tədbirdə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin baş mütəxəssisləri də iştirak ediblər. İdarənin əməkdaşı Savalan Mürsəlov çıxış edərək müstəqil Azərbaycanın inkişaf yolundan, milli-mənəvi dəyərlərin qorunmasında gənclərin rolundan və müasir şəhərsalma layihələrinin əhəmiyyətindən bəhs edib.

Sonda “28 May – Müstəqilliyə aparan yol” və “2026-cı il Şəhərsalma və Memarlıq İli” adlı kitab sərgiləri nümayiş olunub.

Zaqatalanın Mazıx kəndində abidəyə müdaxilənin qarşısı alınıbDövlət Xidmətinin Qəbələ Regional İdarəsinin əməkdaşları tə...
25/05/2026

Zaqatalanın Mazıx kəndində abidəyə müdaxilənin qarşısı alınıb

Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin əməkdaşları tərəfindən Zaqatala rayonunun Mazıx kəndində yerləşən, dövlət tərəfindən qorunan, 5234 inventar nömrəli XIX əsrə aid Cümə məscidinin giriş hissəsinin plastik konstruksiya ilə bağlanılması faktı qeydə alınmışdır.

Tarixi abidənin memarlıq xüsusiyyətlərinə uyğun olmayan bu müdaxilə ilə bağlı edilən xəbərdarlıqdan sonra kənd sakinləri tərəfindən həmin əlavə aradan qaldırılmış, məscid binası əvvəlki görkəminə qaytarılmışdır.

Bir daha vətəndaşlardan xahiş olunur ki, tarix və mədəniyyət abidələrində hər hansı bərpa, təmir və ya quruculuq işləri aparılmazdan əvvəl qanunvericiliyin tələbinə uyğun olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə razılaşdırma aparsınlar.

Hər kəsi tarix və mədəniyyət abidələrinə qarşı həssas yanaşmağa, milli-mədəni irsimizin qorunmasına birgə dəstək verməyə çağırırıq.

20/05/2026

Azərbaycanda ən böyük könüllülük platforması fəaliyyətə başlayır

Azərbaycan Respublikası yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “ ” könüllü proqramına qəbul elan edir.

“İrs Dostu” könüllü proqramının həyata keçirilməsində əsas məqsəd gənclərin mədəni irsin qorunması və təbliği sahəsində fəal iştirakının təşviqi, onların bu istiqamətdə bilik və bacarıqlarının inkişafına dəstək göstərilməsi, eləcə də mədəni irsə ictimai marağın daha da artırılmasına töhfə verməkdir.

Proqram Bakıda və regionlarda yerləşən struktur bölmələri, tabeli müəssisələri, həmçinin qoruq və muzeyləri əhatə etməklə, ümumilikdə ölkənin bütün regionlarında 140-dan çox müəssisədə təşkil olunacaq. Könüllülər mədəni irs obyektlərinin qorunması, maarifləndirmə tədbirlərinin təşkili, tədqiqatların aparılması, təşkilati dəstək və digər istiqamətlər üzrə müxtəlif proseslərdə iştirak edəcəklər.

Könüllülər üçün fəaliyyət müddətində xüsusi təlimlər təşkil olunacaq, onların peşəkar bilik və bacarıqlarının artırılmasına dəstək göstəriləcək.

“İrs Dostu”na cəlb olunacaq könüllülər yaradılması nəzərdə tutulan “İrs Dostu” vahid şəbəkəsinin tərkib hissəsi olacaqlar. Belə ki, bu şəbəkə mədəni irsin qorunması sahəsində müxtəlif dövlət qurumları, vətəndaş cəmiyyəti və özəl sektor arasında əməkdaşlığa əsaslanan vahid ekosistemin formalaşdırılmasını nəzərdə tutur.

Mədəni irsimizin qorunmasına töhfə vermək istəyən gənclər üçün yeni inkişaf platforması olan “İrs Dostu”na könüllülərin seçimi müsahibə əsasında həyata keçiriləcək. Müsahibə zamanı namizədlərin mədəni irs sahəsinə marağı, təşəbbüskarlığı, operativliyi, xarici dil bilikləri, ünsiyyət, ofis proqramlarında və komandada işləmə bacarıqları qiymətləndiriləcək.

“İrs Dostu” könüllüsü olmaq istəyən 18-35 yaş arası gənclər öz CV-lərini və motivasiya məktubu [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Mədəni irsimizin qorunmasına töhfə vermək və bu sahədə yeni təcrübə qazanmaq istəyən bütün gəncləri “İrs Dostu” proqramına qoşulmağa dəvət edirik.

İsmayıllının tarix və mədəniyyət abidələri “İsmayıllı” jurnalında təqdim olunurBir regionun yaddaşını yaşadan “İsmayıllı...
19/05/2026

İsmayıllının tarix və mədəniyyət abidələri “İsmayıllı” jurnalında təqdim olunur

Bir regionun yaddaşını yaşadan “İsmayıllı” jurnalı artıq oxucularla görüşür.
Jurnalda rayonun zəngin tarixi, mədəni irsi, milli-mənəvi dəyərləri və turizm potensialı ilə yanaşı, İsmayıllının tarix və mədəniyyət abidələri də geniş şəkildə təqdim olunub.

Xüsusilə qeyd edilməlidir ki, nəşrdə yer alan tarix və mədəniyyət abidələri barədə məlumatların hazırlanması və təkmilləşdirilməsi işləri Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə baş mütəxəssisləri – abidə mühafizəçiləri tərəfindən həyata keçirilib.

Bu mühüm nəşr İsmayıllının zəngin irsinin qorunması, tanıdılması və gələcək nəsillərə ötürülməsi istiqamətində dəyərli addımdır.

Address

Sheki

Telephone

+994504735573

Alerts

Be the first to know and let us send you an email when MİQİB Qəbələ Regional İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to MİQİB Qəbələ Regional İdarəsi:

Share