Şəki şəhər İHB-nın Baş Zəyzid kənd İƏD üzrə nümayəndəliyi

  • Home
  • Azerbaijan
  • Sheki
  • Şəki şəhər İHB-nın Baş Zəyzid kənd İƏD üzrə nümayəndəliyi

Şəki şəhər İHB-nın Baş Zəyzid kənd İƏD üzrə nümayəndəliyi Şəki şəhər İHB-nın Baş Zəyzid kənd İƏD üzrə nümayəndəliyinin rəsmi Facebook səhifəsi

31/03/2026
31/03/2026

“1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. Həm də qeyd olunmalıdır ki, xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağabaşlamışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur.”
Ulu Öndər Heydər Əliyev

Baş Zəyzid kənd İƏD üzrə nümayəndəliyin təşəbbüsü və kənd sakinlərinin dəstəyi ilə Baş Zəyzid kənd sakinlərinin pay torp...
17/03/2026

Baş Zəyzid kənd İƏD üzrə nümayəndəliyin təşəbbüsü və kənd sakinlərinin dəstəyi ilə Baş Zəyzid kənd sakinlərinin pay torpaq sahəsinə (Söyünlü bağı-toxmaçar sahəsi) gedən təsərrüfat yoluna qum-çınqıl tökülərək səthi texnika vasitəsilə hamarlanmışdır.
Görülən işlərə göstərilən dəstəyə görə Şəki Şəhər İcra Hakimiyyətinin Başçısı cənab Elxan Usubova, Baş Zəyzid kənd sakinləri Calalov Musa Vəlyəddin oğluna, Səfərov Məmmədhənifə Əyyub oğluna və digərlərinə təşəkkürümüzü bildiririk.

16/02/2026

Azərbaycan Respublikası və Serbiya Respublikası arasındakı ikitərəfli münasibətlər

Azərbaycanın uğurlu xarici siyasət kursu yüksək tərəfdaşlığa, etibarlı əməkdaşlığa hədəflənib. Yeni dövrdə regional güc mərkəzi kimi çıxış edən respublikamız həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əlaqələr mühiti formalaşdıra bilib. Ölkəmiz ilə yaxın münasibəti olan dövlətlər respublikamızın inkişaf modelini hər zaman örnək sayırlar. Məsələn, Azərbaycanın yaxın tərəfdaşlarından olan Serbiya hər zaman ölkəmizlə əlaqələrə yüksək dəyər verir.
İki ölkə arasında diplomatik münasibətlər 1997-ci il avqustun 21-də qurulub. Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatı, enerji, investisiya və digər sahələrdə əməkdaşlıq məsələləri, eyni zamanda siyasi dialoq aktuallığını qoruyub. İki ölkə arasında mühüm siyasi dialoq mövcuddur. İki ölkə arasında siyasi dialoqun yüksək dinamizmlə inkişaf etməsi, həmçinin indiyədək imzalanan sənədlər qarşılıqlı iqtisadi əlaqələrin dərinləşməsinə müsbət təsir göstərir. Azərbaycanla Serbiya arasında iqtisadi sahədə yaxşı əlaqələr mövcuddur. Serbiya Azərbaycanla ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. İki ölkə mədəniyyət sahəsində də sıx əlaqələrə malikdir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanla Serbiya arasındakı münasibətlərin yaxşı perspektivləri var.

16/02/2026

Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır

Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Serbiya Respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Azərbaycanla Serbiya arasında iqtisadi sahədə yaxşı əlaqələr mövcuddur. Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Bu gün Serbiya xarici investorlar üçün cəlbedicidir, çünki bu ölkədə investisiya iqlimi müsbətdir. Məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır. Birgə sərmayə layihələrinin həyata keçirilməsi, energetika və nəqliyyat sahələrində yaranmış yeni imkanlardan səmərəli istifadə etməklə güclü və uzunmüddətli əməkdaşlıq əlaqələri yaratmaq qarşıya qoyulan əsas hədəflərdəndir.

16/02/2026

"..Bu gün Serbiya-Azərbaycan Strateji Şurasının birinci iclasında bir çox məsələlər müzakirə edildi. Ondan əvvəl biz təkbətək görüşümüzdə məsələlərin geniş spektrinə toxunduq. Bizim gələcək üçün də açıq-aydın planlarımız var. Həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır."

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

16/02/2026

"Bildiyiniz kimi, bizim təmaslarımız uzun illərdir ki, davam edir. Biz bir-birimizi yaxından tanıyırıq, səmimi söhbətlər aparırıq və dostluq münasibətlərimiz var. Bilirəm ki, Prezident Vuçiç Serbiya xalqına, dövlətinə, dövlət maraqlarına nə qədər bağlı olan insandır və hər bir ölkənin uğurunun arxasında məhz bu amillər dayanır. Biz, əlbəttə ki, Serbiyanın dostları kimi bunu yüksək qiymətləndiririk və buna görə sevinirik."

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

"20 Yanvar" ümumxalq hüzn gününün  36-cı il dönümü ilə əlaqəli olaraq Baş Zəyzid kənd inzibati ərazi dairə üzrə nümayənd...
20/01/2026

"20 Yanvar" ümumxalq hüzn gününün 36-cı il dönümü ilə əlaqəli olaraq Baş Zəyzid kənd inzibati ərazi dairə üzrə nümayəndəliyin əməkdaşları, idarə və təskilat əməkdaşları , şəhid ailəsinin üzvləri və kənd sakinləri Baş Zəyzid kəndində yerləşən "1941-1945-ci il ikinci dünya müharibəsində şəhid olanların adına ucaldılmış abidə kompleksi"nə və "Baş Zəyzid kənd Şəhidlər Abidə Kompleksi"nə yürüş etmiş, şəhid məzarları önünə güllər qoyulmuşdur. Ehtiram əlaməti oluraq 1 dəqiqəlik sükutla şəhidlərimiz yad edilmişdir. Baş Zəyzid kənd inzibati ərazi dairə üzrə nümayəndə Məmməd Həmzətov 20 Yanvar gecəsi baş vermiş hadisələr haqqında ürək ağrısı ilə söz açmış, bu gününün təkcə hüzn günü deyil, eyni zamanda xalqımızın azadlıq ruhunun, sınmayan iradəsinin və mübarizə əzminin simvolu oldugunu bildirmişdir. Sonra din xadimləri tərəfindən şəhidlərin ruhuna quran ayələri oxunub, dualar edilmişdir.
Allah bütün şəhidlərə rəhmət etsin.

"Zəfər günü" nün 5-ci il dönümü ilə əlaqəli olaraq Baş Zəyzid kənd İƏD üzrə nümayəndəliyin əməkdaşları, nümayəndəlik əra...
08/11/2025

"Zəfər günü" nün 5-ci il dönümü ilə əlaqəli olaraq Baş Zəyzid kənd İƏD üzrə nümayəndəliyin əməkdaşları, nümayəndəlik ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, Şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, məktəblilər, din xadimləri və kənd sakinləri tərəfindən "Baş Zəyzid kənd Şəhidlər Abidə Kompleksi"nə və "1941-1945-ci il ikinci dünya müharibəsində şəhid olanların adına ucaldılmış abidə kompleksi"nə yürüş olmuş, şəhid məzarları önünə güllər qoyulmuşdur. Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Din xadimləri tərəfindən şəhidlərin ruhuna quran ayələri oxunub, dualar edilmişdir.
Daha sonra Baş Zəyzid kənd İƏD üzrə nümayəndə Məmməd Həmzətov, Baş Zəyzid kənd tam orta məktəbin müəllimi Sahib Məhyəddinov, kənd sakini Əsman Məmmədov və digərləri Zəfər gününə dair çıxışlar etmişdir.

Allah bütün şəhidlərə rəhmət etsin.
Yaşasın Azərbaycan!
Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!

Address

Azərbaycan
Sheki
5517

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994242495154

Website

Alerts

Be the first to know and let us send you an email when Şəki şəhər İHB-nın Baş Zəyzid kənd İƏD üzrə nümayəndəliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share