Şəki Şəhər Heydər Əliyev Mərkəzi

Şəki Şəhər Heydər Əliyev Mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Şəki Şəhər Heydər Əliyev Mərkəzi, Public & Government Service, Azərbaycan Respublikası, Şəki şəhəri, Heydər Əliyev pr. 216, Sheki.

Şəki Heydər Əliyev Mərkəzi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsini təmin edən mədəniyyət, elmi-tədqiqat qurumu olan dövlət müssisəsidir.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
01/06/2026

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

01/06/2026
01/06/2026

Əziz övladlar! 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hər birinizi təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.

28 May - Müstəqillik Günü münasibətilə "Müstəqil Azərbaycan hər birimizin qürur mənbəyidir" adlı tədbir keçirilib28 May ...
28/05/2026

28 May - Müstəqillik Günü münasibətilə "Müstəqil Azərbaycan hər birimizin qürur mənbəyidir" adlı tədbir keçirilib
28 May - Müstəqillik Günü münasibətilə mayın 26-da Şəki şəhər Heydər Əliyev Mərkəzinin, Şəki Şəhər İcra Hakimiyyətinin, və Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının birgə təşkilatçılığı "Müstəqil Azərbaycan hər birimizin qürur mənbəyidir" adlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini yad ediblər.
Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, partiya fəalları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, sonra Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri Elman İmamverdiyev, YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən, Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasından, ölkəmizin dövlət müstəqilliyinin dönməz xarakter almasından bəhs etmiş, tədbir iştirakçılarını 28 May - Müstəqillik Günü münasibətilə təbrik etmişlər.
Tədbirdə Azərbaycan Dövlət Televiziyasının hazırladığı 28 May – Müstəqillik Günününə həsr olunmuş sənədli film nümayiş olunub.

28/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

26/05/2026

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

Şəkidə Ümumdünya Kitabxanaçılar Günü qeyd olunubMayın 26-da Ümumdünya Kitabxanaçılar Günü münasibətilə Səməd Vurğunun 12...
26/05/2026

Şəkidə Ümumdünya Kitabxanaçılar Günü qeyd olunub

Mayın 26-da Ümumdünya Kitabxanaçılar Günü münasibətilə Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş “Vurğunu da salar yada” adlı ədəbi-bədii gecə keçirilib.

Şəki şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı, Şəki şəhər Heydər Əliyev Mərkəzi, 3 nömrəli Uşaq musiqi məktəbi və MİHİ şəhər Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin əməkdaşları, yerli yazarlar, mədəniyyət və təhsil işçiləri iştirak edib.

Tədbirdə çərçivəsində Şəki şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin müəllimlərindən ibarət ansambl tərəfindən şairin sözlərinə yazılmış musiqilər ifa olunub, müəllimlərdən ibarət xor kollektivi çıxış edib.

Tədbirin sonunda bir sıra kitabxanaçı səmərəli fəaliyyətinə görə təltif edilib.

Mayın 25-də Şəki Heydər Əliyev Mərkəzinin və Şəki MKS-nin 9 nömrəli kitabxana filialının birgə təşkilatçılığı, MİHİ Şəki...
26/05/2026

Mayın 25-də Şəki Heydər Əliyev Mərkəzinin və Şəki MKS-nin 9 nömrəli kitabxana filialının birgə təşkilatçılığı, MİHİ Şəki şəhər Komitəsinin və Şəki şəhər üzrə təhsil sektorunun təşkilati dəstəyi ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Gülən uşaqlar, işıqlı sabahlar” adlı tədbir keçirilib.
Tədbirdə ümumtəhsil məktəblərinin şagirdləri, müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bayram proqramı çərçivəsində uşaqların ifasında təqdim olunan bədii kompozisiyalar, rəngarəng rəqslər, musiqi nömrələri və şeirlər tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışla qarşılanıb. İstedadlı məktəblilərin çıxışları tədbirə xüsusi bayram ovqatı və yüksək əhval-ruhiyyə bəxş edib.
Uşaqlar arasında kiçik viktorinalar təşkil edilib və fərqlənən azyaşlılar MİHİ Şəki şəhər Komitəsi tərəfindən hazırlanmış hədiyyələrlə mükafatlandırılıblar.
Çıxış edənlər, ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğıdan söhbət açaraq, Azərbaycanda dövlət uşaq siyasətinin formalaşması və inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıblar. Çıxışçılar tədbirin kiçik iştirakçılarını «1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü» münasibətilə ürəkdən təbrik edərək, onlara səadət, şən həyat, uzun ömür, xoşbəxt gələcək arzulayıblar.

26/05/2026
26/05/2026

"Bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələr təbii ki, kənd təsərrüfatının inkişafına böyük təkan vermişdir."

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Address

Azərbaycan Respublikası, Şəki şəhəri, Heydər Əliyev Pr. 216
Sheki
AZ5500

Alerts

Be the first to know and let us send you an email when Şəki Şəhər Heydər Əliyev Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Şəki Şəhər Heydər Əliyev Mərkəzi:

Share