Həmrəy Qazilər İctimai Birliyi

Həmrəy Qazilər İctimai Birliyi Səhifə Şəki sakinlərinin sosial problemlərini işıqlandırmaq məqsədi ilə açılmışdır.

07/11/2022

Prezident İlham Əliyev : “Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir”.

Bu Zəfəri bizlərə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə can sağlığı arzulayırıq!

Zəfərin Mübarək Azərbaycan!



🇦🇿🇹🇷ZƏFƏR GÜNÜN MÜBARƏK AZƏRBAYCAN! 🇦🇿🇹🇷
07/11/2022

🇦🇿🇹🇷ZƏFƏR GÜNÜN MÜBARƏK AZƏRBAYCAN! 🇦🇿🇹🇷

Şəki rayon Baltalı kəndində yerləşən bu daxmada Vətən üçün iki dənə igid əsgər yetişib. Böyük qardaş olan Manafzadə Ram ...
15/07/2022

Şəki rayon Baltalı kəndində yerləşən bu daxmada Vətən üçün iki dənə igid əsgər yetişib. Böyük qardaş olan Manafzadə Ram 2 Qarabağ müharibəsinə könüllü şəkildə iştirak edib Qazilik dərəcəsinə yüksəlib, balaca qardaş olan Manafzadə Ruslan isə 13 iyul axşam saatlarında N saylı hərbi hissədə, döyüşə hazırlıq təlimində bilinməyən səbəbdən öz canına qəsd edib.
Ailənin maddi vəziyyəti çox çətindi. İkinci Qarabağ Müharibəsinin bitməsindən 2 il keçsə də heç bir dövlət qurumu Qazinin ailəsinə baş çəkməyib, hansı vəziyyətdə yaşaması ilə maraqlanmayıb.
Onuda qeyd edim ki, Manafzadə Ram-ın hələ də əlillik dərəcəsi təsdiqlənməyib.

25/06/2022
Bu gün Azərbaycan Türk Cumhuriyyətinin qurulduğu gündən 104 il keçir. Ulu Öndər Məhəmməd Əmin Rəsulzadə və silahdaşların...
27/05/2022

Bu gün Azərbaycan Türk Cumhuriyyətinin qurulduğu gündən 104 il keçir.
Ulu Öndər Məhəmməd Əmin Rəsulzadə və silahdaşlarına minnətdarıq.

Bu gün Həmrəy Qazilər İctimai Birliyi olaraq 1-ci Qarabağ müharibəsi Şəhidi Sadıqov Mahir Məmməd oğlunun, Şəhid(itkin) İ...
09/04/2022

Bu gün Həmrəy Qazilər İctimai Birliyi olaraq
1-ci Qarabağ müharibəsi Şəhidi Sadıqov Mahir Məmməd oğlunun, Şəhid(itkin) İsmayılov Kazım Murad oğlunun, Şəhid(itkin) Cumayev Akif Bayram oğlunun, 1 - ci Qarabağ veteranı Yusifov Rasim Kamal oğlunun və 2-ci Qarabağ müharibəsi qazisi Daşdəmirov Yusif Fikrət oğlunun ailələrini ziyarət etdik, ərzaq yardımı apardıq.
——————————
Xeyriyyə işində bizə maddi və mənəvi dəstək olmaq istəyən şəxslər paylaşımın rəy bölümünə yaza bilərlər.
——————————

HQXC olaraq bu ay daha beş Şəhid ailəsini ziyarət etdik. Şəki şəhər Şəhidi Məmmədli Cavidan, Şəki rayon Əliyar kənd Şəhi...
04/03/2022

HQXC olaraq bu ay daha beş Şəhid ailəsini ziyarət etdik.
Şəki şəhər Şəhidi Məmmədli Cavidan, Şəki rayon Əliyar kənd Şəhidləri Əhmədov Qalib, Səlimli Bakıxan, Ələsgərzadə Sənan və Cabbarzadə Məmmədiyənin ailələrini ziyarət etdik,ailələrinə ərzaq yardımı apardıq.

Bu gün Şəki şəhər Giləhli məhəlləsinin qəhrəmanı, Şəhid İmamverdiyev Nicatın doğum günüdür.
19/02/2022

Bu gün Şəki şəhər Giləhli məhəlləsinin qəhrəmanı, Şəhid İmamverdiyev Nicatın doğum günüdür.

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, igidliyi ilə dillərdə dastana dönmüş Mübariz İbrahimovun doğum günüdür.Onun qəhrəma...
07/02/2022

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, igidliyi ilə dillərdə dastana dönmüş Mübariz İbrahimovun doğum günüdür.

Onun qəhrəmanlığından güc alan Vətən övladlarının rəşadəti nəticəsində uğrunda canından keçdiyi torpaqlarda Azərbaycan bayrağı yenidən dalğalanır!🇦🇿

Qəhrəmanımızı dərin ehtiram və qürurla anırıq!

01/02/2022

Bu gün Şəki rayon Oxud kəndinin Şəhidləri, Şəhid əsgər Əhmədov Asif Vasif oğlu, Şəhid əsgər İbrahimli Məhərrəm Şərif oğlu, Baltalı kəndinin Şəhidi əsgər Surxayzadə Zəfər Şəmsəddin oğlu, Şəki şəhərindən Şəhid əsgər Soltanov Şahmar Soltan oğlu, Şəhid çavuş Nadirov Elçin Nadir oğlunun ailələrini ziyarət etdik. Ərzaq yardımı apardıq.
HQXC olaraq bundan sonra da növbəli şəkildə bütün Şəhid ailələrini ziyarət edəcəyik.

20 Yanvar matəm günüŞəki Şəhidlər Xiyabanı
20/01/2022

20 Yanvar matəm günü
Şəki Şəhidlər Xiyabanı

17/01/2022

Bu gün Şəki daha bir Şəhidini torpağa tapşırdı. Şəhid Məmmədli Cavidan Abdulaziz oğlu.
Ruhu şad olsun! Tanrı sevdiklərinə səbr versin!

Address

Sheki

Website

Alerts

Be the first to know and let us send you an email when Həmrəy Qazilər İctimai Birliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category