Düyərli Kənd Kitabxanası

Düyərli Kənd Kitabxanası Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Düyərli Kənd Kitabxanası, Library, Şəmkir rayon Düyərli kəndi Altun Dəmirli küçəsi, Shamkhor.

13/11/2022

Əziz oxucu izləyici Sizlərin istəyiylə paylaşıram bu yazımı.Onuda qeyd etməliyəmki mən-Əsginaz Həmid qızı Düyərli kənd k/xanasının müdürü bu alleqodik hekayəni 10 03.1992ci ildə qələmə almışam

Xalqıma azda olsa Azadlığın nə olduğunu dadızdırdım deyən Kişinin doğum günüdür bu gün.O üç rəngli bayraq uğrunda Şəhid ...
31/01/2022

Xalqıma azda olsa Azadlığın nə olduğunu dadızdırdım deyən Kişinin doğum günüdür bu gün.O üç rəngli bayraq uğrunda Şəhid oldu bütün silahdaşları...Ailəsi sürgün olundu.Ağzı dualı anası O qarlı-buzlu çöllərdə xristian azuqəsinə əl vurmadı,acınnan öldü...balaları pərən-pərən düşdü...Özü ölkələri azadlıx eşqiylə günnəri saydı..aylar dolandı ...il oldu...amma arzusu çin olmadı...Son nəfəsində üç dəfə Azərbaycan deyib gözlərini əbədi yumdu....O üç rəngli bayraq uğrunda Şəhid olan Kişi doğum günün mübarək!!!Səni n və silahdaşlarının --O bayraq uğrunda Şəhid olan hər kəsin ruhu qarşısında baş əyirəm.Ruhunuz şad olsun.

20/05/2021

Çox hörmətli feyzbuk izləyicilərimiz bir müddətdirki bizim kitabxana öz paylaşımlarını edə bilmir.Səbəb:Tabe olduğumuz idarənin göstərişi ilə paylaşımları öz adımla-yəni Esginaz Həmid qızı adıyla edirəm. Məni dəstəklədiyiniz və izlədiyiniz üçün Sizlərə minnətdaram. Əziz izləyicilər mənim paylaşımlarım Sizlərə maraqlıdırsa məni öz adımla izləyərsiniz .Əvvəlcədən Sizlərə öz minnətdarlığımı bildirirəm.

1918-ci il 31 Mart-Azərbaycanlıların soyqırım günüdür.O soyqırım  bütün məmələkəti başına götürdüyü bir zamanda bizim ob...
31/03/2021

1918-ci il 31 Mart-Azərbaycanlıların soyqırım günüdür.O soyqırım bütün məmələkəti başına götürdüyü bir zamanda bizim obanın mərd oğullarıda silaha sarılmış və gavırı kökünün qazınmasında Türk Ordusuna kömək durmuşlar.Bu mövzuya elimin-obamın tarixinnən bəhs edən kitabımda yer verilmişdir.Əziz oxucu,izləyici həmin səhifələri Sizlərə təqdim edirəm.Bu Sənində mənimdə elimizin-obamızın tarixidir.Tariximizi unutmayaxki unudulmayax.Tariximiz-bizin qan yaddaşımızdır.

18/03/2021

Dədə Qorqud dastanında belə bir deyim var:yurdumuz çox bəlalar gördü...yağıdan azad olmuş torpaqlarda əkinə başlamaq üçün 3 tonqal qalayax...Bəli...Bəlkə bütün ağrılardan-acılardan qurtulub yağının bağrını çatlatmax üçün 3 tonqal qalayax elimizdə-obamızda...Axı yaz gəlir elimizə-obamıza...Axır çərşənbədə-Torpax çərşənbəsində yerə nəfəs verildi...yəni torpağa toxum səpməyin vaxtıdı....Taa qədimnən bunu bayram edib xalqımız....bütün pislikləri aradan aparmax üçün tonqallar çatılıb yazın gəlişində...Elimiz-obamız əsir torpaxlarına qovuşdu. ..həsrətə son qoyuldu...xəyallar gerçəkləşdi...nağıllar şirinləşdi...Bahar gəldi-yaz gəldi elimizə-obamıza....Əkin-tikin vaxtıdı...Gəlin..gəlin 3 tonqal çatax diyarımızın hər yerində...yağının yağmaladığı torpaxlar qurtuldu axı.Əkib biçməyə çağırış rəmzi -3 tonqal qalayax məmləkətimizin hər yerində....Tonqallarınız gur yansın əziz izləyicilər # mədəniyyətnazirliyi # şəmkirregionalmədəniyyətidarəsi # düyərlikəndkitabxanası # bizbirlikdəgüclüyük

Xocalı Soyqırımyla bağlı Düyərli kənd kitabxanasında sərgi təşkil olunmuş vəkəndin uşaq baxçasında körpə fidannara bu fa...
26/02/2021

Xocalı Soyqırımyla bağlı Düyərli kənd kitabxanasında sərgi təşkil olunmuş vəkəndin uşaq baxçasında körpə fidannara bu faciə barədə məlumat verilmişdir.

26 Fevral-Xocalı Soyqırımı...Uşaxdan böyüyə hamıya bəlli olan O faciə... "Günümüzün ağrılar ı"seriyasınnan olan foto-alb...
26/02/2021

26 Fevral-Xocalı Soyqırımı...Uşaxdan böyüyə hamıya bəlli olan O faciə... "Günümüzün ağrılar ı"seriyasınnan olan foto-albomların içində bir albomda var:Xocalı Soyqırımı...O dövrkü mətbuatdan istifadəylə hazırladığım foto-albomu vərəqləyirəm.O gnnəri O qəhəri yenidən yaşayıram.Bu mənim işimnən yox öz içimnən gələn bir hissdir.Qarabağ Müharibəsi başlayan günnən bu hissin nəticəsidirki O hadisələri günbəgün qeydə almışam.Bu gün-bu Anma günündə O Soyqırımla bağlı öz kəndimizdəki uşaq baxçasında körpə fidannara bu barədə məlumat verdim.Və bu münasibətlə kitabxanamızdakı daimi sərgidən əlavə Soyqırımla bağlı kitab sərgisidə təşkil etdim.O Soyqırımı törədənnərə və baiskarrara qiyamətə qədər Allahın lənəti olsun. #

16/02/2021

Kiçik çillənin başa çatmasına 3gün qaldı...Yolda rastlaşanda yəni böyük çillə gedəndə kiçik çillə gələndə demişdiki sən ocağın qırağına yığmısan,mənsə ocağın içinə doldurajam.Payızdan qalannarı qurtarajam...Bəli əziz izləyici kiçik çillənin başa çatmasına 3 gün qaldı.Elə bərk soyux olmadı....Birdəki kiçik çillə tən yarı olan gün Xıdır Nəbi bayramıydı.Elə həmən günə qoottux bayramıda deyilir.Yəni el-oba üzü yaza getdiyinnən bayram edərdi....Buğda yuyulub təmizlənir,soora qovrulur,kirkirədə çəkilərdi....padnusa qoyulub evin bir tərəfinə qoyulardı....ürəkdə niyyət tutulardı,əgər O niyyətin qəbul olarsa Xızır peyğəmbər gəlib əsasıyla O una iz qoyasıydı....Həə əziz eşidənnər soora O una bəhməz yada şərbət qatılıf yumru düzəldilərdi. O yumru qartopuna işarəydi,yəni qar çox yağarsa bollux olar.. O bolluğa doğru bayramların bir işarəsiydi -Xıdır Nəbi bayramı!...Kiçik çillənin qurtarmasına 3 gün qaldı...hər cür dərddən-bəladan uzaq olasız əziz izləyicilər. Üzünüzə barrı-bəhrəli gəlsin günnərini saydığımız -görən yaza nə qaldı-dediyimiz yazımız-baharımız! .

02/02/2021

2 Fevral -Gənclər günüdür!Təməli ulu öndər tərəfindən qoyulan Gənclər Günü...Tanrım gəncləri qorusun....Adı münaqişə olan Qarabağ müharibəsi başlayan gündən Vətən torpağına qıpqırmızı qanı tökülən Gənclər!!!Həmişə cavan-O yaşda qalan Gənclər.Onların tay-tuşları ,qohum-qələbələri yaşlanacax...qocalacax...amma O Şəhidlər həmişə gənc yaşda qalacaxlar,həmişə gənc olacaxlar...Bax bu gün mən O gənclərin bayramını təbrik etmək istəyirəm...O gənclərdən danışmax istəyirəm.Onların hər birinin ömrü çox qısa olsada bir dastana sığmayan ömürdü...nağıla dönən ,yaddaşlarda yaşayan ömürdü...O ömrü yazmağa qələm acizdi əziz izləyici...Bu gün O gənclərin,öz ömrünü bu günkü gəncliyin asayişi naminə qurban verən O ŞƏHİD Gənclərində bayramıdır...Gəl sənli-mənli O Gənclərə Bayramın mübarək deyək.Cənnətdəki Gənclər Günün mübarək olsun elimin-obamın Şəhid oğulları!!!! .

Azadlığın nə olduğunu azacıqdq olsa xalqıma dadızdırdım-deyən Kişinin-Məmməd Əmin Rəsulzadənin doğum günüdür bu gün. Düz...
31/01/2021

Azadlığın nə olduğunu azacıqdq olsa xalqıma dadızdırdım-deyən Kişinin-Məmməd Əmin Rəsulzadənin doğum günüdür bu gün. Düz 137 il bundan əvvəl Bakıda doğulmuşdu....İllər keçdi...Doğulduğu Bakısınıda bütöv Azərbaycanıda bütün dünyaya tanıtdı....Müstəqil Azərbaycan hökumətinin başında durdu...Özü başda olmaxla azadlıxsevər Kişilərin adı tarixə düşdü...Bir kərə yüksələn bayrax bir daha enmədi..O Bayrax uğrunda nələrə uğraşmadı azadlıxsevərlər....Əziz oxucu,dinləyici, gəl sənli-mənli O Bayrax uğrunda Şəhid olannarın ruhu qarşısında baş əyək. .

20/01/2021

1990-cı il....Yanvarın 19-u...Şər təzə qarışmışdı...Televizorda uşax verilişi gedirdi,Nərgiz Cəlilova aparırdı verilişi..birdən televizor qaraldı,lampalı televizorun xarab olduğunu sandım.Tez qonşuya qaçdım,hamıda eyni vəziyyət idi....bilirdik paxtaxtda vəziyyətin gərgin olduğunu...amma belə yox...Səhər açılar-açılmaz xəbər bütün məmləkəti bürüdü.....elə bilirəm dünən olub-damarımda qanım dondu...həyat öldü nəzərimdə. hər şey elə bil dayanmışdı....Təkcə Azərbaycan radiosu danışırdı...Xalqın şairi B.Vahabzadənin alovlu çıxışları ...partbiletini cırması....O qanlı partiyanın tökdüyü nahaq qanların ahı idi-tutdu O partiyanı...taxtı laxladı...mənim yaşıdlarımın şahidi olduğu O Qanlı Yanvar gecəsi unudulan tariximizi oyandırdı..Sinələrdə dastanlaşan O tariximizin səhifələri cözələndi..şanlı partiyanın taxt-tacı tar-mar oldu....mən deyərdimki bax O partiyada,O quruluşda mənim nənəmin qrğışına düşdü.Hey deyərdi:baydağı uca olmasın Şuura hökumətinin....vallah-billah nahaq qan yerdə qalmır...qan-qarğışı eşidir səbri gen olan Allahım...həmişə içimdə bir qəm qarışıx bir sevinc varki...şükürlər olsunki Şuura hökumətinin baydağının endiyini,taxtının laxladığını nənəm eşıtdı,soora dünyadan köcdü...sinəsi dağlı Analara xəbər apardı......20 Yanvar -Azadlığa gedən yolun başlanğıcı oldu...20 Yanvar unudulan tariximizin oyanışı oldu... Əziz oxucu,dinləyici, UNUTMAYAQki Unudulmayax!!!! -unudulmayaq

06/01/2021

Böyük çillə yarı olmağa az qalıb..lap az..Demək qışın oğlan çağıdı.Hələ yaza çox var..lap çox...Xəyalım məni O illərə aparır. Laap uşaxlığıma...şirə çəkilmiş torpax döşəmədə hər çarpayının önündə bir dəri vardı-quzu dərisi....Odun peçi astaca pırıltıyla yanırdı,taxtın üstündə cərgə ilə düzülmüş döşəkcələr....Odun peçinin üstündə qızdırılmış çörək və motal pendiri.Payızın son ayında açılardı motalın ağzı....Gecələr uc-uca calanan söhbətlər ...nağıllar..əfsanələr...ən sonda gecəyarı peçə kötük salınardı və Ana qucağında şirin yuxular. O gecələr bir özgə gecələr idi....O nağılı danışanda O nağılı dinləyəndə inanırdı işıxlı sabaha.Çünki O nağıllardan ağ işıxlar süzülürdü...dümağ işıxlar.... Sümurğ quşu O nağıllardan süzülüb gələn ağ işığın selində O uşaxlıx illərinnən tezcə ayırdı məni yaşıdlarım kimi....Calasan günü günə çatarmı O günə....O günün xiffətini bu gün çox çəksəmdə qayıtmır heç nə...xatirələrdən savayı....Daim məni O xoş ovqatda saxlayan xatirələrdən skavayı heç nə qayıtmır geri...Məni tərk edən atam anam kimi. ...O xoş ovqatlı xatirələrin istisiylə Sizlərlə yenidən görüşmək ümüdüylə əziz izləyicilər. .

Address

Şəmkir Rayon Düyərli Kəndi Altun Dəmirli Küçəsi
Shamkhor
5716

Website

Alerts

Be the first to know and let us send you an email when Düyərli Kənd Kitabxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category