Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi, Government Building, Nəriman Nərimanov 88, Shamakhy.

04/06/2026

Azərbaycanın mədəni zənginlikləri Türkmənistanda təqdim olunacaq.

İyunun 5-də Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlanır. Üç gün davam edəcək tədbirlər çərçivəsində ölkənin Arkadağ və Aşqabad şəhərlərinin sakinləri Azərbaycanın zəngin mədəni irsi, musiqi sənəti və yaradıcı ənənələri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Proqramda konsertlər, sərgilər və müxtəlif mədəni tədbirlər nəzərdə tutulur. Bu layihə iki qardaş ölkə arasında humanitar əlaqələrin daha da möhkəmləndirilməsinə, eləcə də mədəni dialoqun genişlənməsinə xidmət edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun siyasi iradəsi nəticəsində iki qardaş ölkə arasında münasibətlər bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Azərbaycan Mədəniyyəti Günləri də bu əməkdaşlığın humanitar və mədəni sahədə növbəti əhəmiyyətli təzahürlərindən biridir.
Azərbaycan Mədəniyyəti Günləri Türkmənistanın mədəni həyatında əlamətdar hadisələrdən biri olmaqla yanaşı, ortaq tarixə, ənənələrə və mənəvi dəyərlərə əsaslanan iki ölkənin dostluq münasibətlərinin yüksək səviyyəsinin növbəti təzahürü olacaq. Bu tədbir xalqlarımız arasında qarşılıqlı anlaşmanın, mədəni yaxınlığın və mənəvi bağların daha da güclənməsinə töhfə verəcək.

04/06/2026
03/06/2026

Mədəniyyət naziri Adil Kərimli Şuşada vətəndaşları qəbul edəcək.

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2026-cı il iyunun 19-da Şuşa şəhərindən olan vətəndaşların qəbulu keçiriləcəkdir. Qəbulun keçirilmə saatı və məkan barədə əlavə məlumat veriləcəkdir.

📍Vətəndaşlar 2026-cı il iyunun 15-dək Nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

03/06/2026

Mədəniyyət Nazirliyi “Mədəni və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı” çərçivəsində bakalavriat və magistratura səviyyələri üzrə xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı sənəd qəbulunu elan edir.

Təqaüd Proqramı “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında nəzərdə tutulan “Mədəni və Yaradıcı Sənayelərin (MYS) dinamik inkişafının təmin edilməsi və bu sahədə ixrac potensialının gücləndirilməsi” fəaliyyət istiqaməti üzrə həyata keçirilir.

Eyni zamanda, “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının 2026–2030-cu illər üçün Konsepsiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planında xaricdə təhsil proqramları çərçivəsində mədəniyyət sahələri üzrə peşəkar kadrların hazırlanması, mədəniyyət sahəsində əmək bazarının tələblərinə cavab verən, yaradıcı və innovativ düşüncəyə malik kadr ehtiyatının formalaşdırılması nəzərdə tutulmuşdur.

Yaşı 15-dən yuxarı olan, yaradıcı potensialını inkişaf etdirmək və MYS sahələrinin müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərmək istəyən, xarici ali təhsil müəssisələrinə qəbul olmuş və ya öz vəsaiti hesabına təhsil alan Azərbaycan Respublikası vətəndaşları Təqaüd Proqramına müraciət edə bilərlər.

Ətraflı: https://culture.gov.az/az/news/news-detail/medeni-ve-yaradici-senayeler-uzre-xususi-teqaud-proqramina-sened-qebulu-elan-edilir/3065

03/06/2026
01/06/2026

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

01/06/2026

Əziz övladlar! 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hər birinizi təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Fikrət Sadıqın doğum günüdür. (30 may 1930 Şamaxı - 16 ...
30/05/2026

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Fikrət Sadıqın doğum günüdür.
(30 may 1930 Şamaxı - 16 noyabr 2016 Bakı)

Böyük hörmət və ehtiramla yad edirik!
Ruhu şad olsun!

Address

Nəriman Nərimanov 88
Shamakhy
5600

Alerts

Be the first to know and let us send you an email when Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share