14/12/2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon MKS-nin 3 saylı Saray qəsəbə kitabxana filialında ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar maarifləndirici söhbət təşkil olunub. Kitabxananın daimi oxucuları olan Saray qəsəbə 2 saylı tam orta məktəbin şagirdləri ilə maarifləndirici söhbət aparılıb.İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Heydər Əliyevin ruhu bir dəqiqəlik sükutla yad edilib .Filialın müdiri Rühəngiz Rəşidova və informasiya texnologiyaları üzrə mütəxəssisi Vüsalə Adıgözəlova şagirdlərə ulu öndər Heydər Əliyev və onun zəfər yolu haqqında ətraflı məlumat veriblər. Sonra şagidlər Heydər Əliyevə həsr olunan şeirlərdən parçalar səsləndirib və həyatı haqqında biliklərini paylaşıblar.