Saatlı Gənclər evi

Saatlı Gənclər evi "Saatlı Gənclər evi" sosial xidmət müəssisəsi

15/09/2026

Boş vaxtını faydalı və maraqlı keçirmək istəyirsən?

O zaman səni Saatlı Gənclər evinin könüllü komandasına gözləyirik! 🤩

Yeni insanlar, yeni təcrübələr, yeni imkanlar — hamısı bir komandada! 😎

Sən də aramıza qatıl və bu hekayənin bir parçası ol! 🥰

15/09/2026

🎭 Bu gün Saatlı Gənclər evində “Səhnə və Gənc” adlı səhnə təqdimatı təşkil etdik.

Bu dəfə mövzuları sadəcə danışmadıq, onları səhnədə canlandırdıq!

Gənclərimizə müxtəlif mövzular təqdim etdik, onlar isə öz yanaşmaları və yaradıcılıqları ilə həmin mövzulara səhnə həyatı verdilər. Hər təqdimatda fərqli fikir, fərqli obraz və fərqli baxış ortaya çıxdı. ✨

📚 Bu gün 15 Sentyabr – Bilik Günüdür!Yeni biliklər, yeni hədəflər və yeni başlanğıclar üçün məktəb qapıları yenidən açıl...
15/09/2026

📚 Bu gün 15 Sentyabr – Bilik Günüdür!

Yeni biliklər, yeni hədəflər və yeni başlanğıclar üçün məktəb qapıları yenidən açılır. Bilik insanın gələcəyinə gedən yolda ən böyük gücüdür. Öyrənmək, araşdırmaq və özünü inkişaf etdirmək hər bir gəncin uğura gedən yolunu daha da möhkəmləndirir.

Yeni tədris ilinin bütün şagird və tələbələr üçün uğurlu, məhsuldar və yaddaqalan keçməsini arzulayırıq!

15/09/2026

14 sentyabrda “Free Time” çərçivəsində gənclərin asudə vaxtını maraqlı və əyləncəli keçirmələri üçün müxtəlif oyunlar keçirdik.

Gülüş, əyləncə və xoş anlarla yadda qalan görüşdə gənclər aktiv iştirak ediblər. 😊

Bu günün əyləncəsi bitdi, amma “Free Time” davam edir! 😉 Növbəti görüşdə səni də gözləyirik! 🤗

Məsuliyyətli gənc olmaq nə deməkdir? 🤔Məsuliyyətli olmaq yalnız verilən tapşırıqları yerinə yetirmək deyil. Bu, öz seçim...
14/09/2026

Məsuliyyətli gənc olmaq nə deməkdir? 🤔

Məsuliyyətli olmaq yalnız verilən tapşırıqları yerinə yetirmək deyil. Bu, öz seçimlərinə, davranışlarına və gələcəyinə şüurlu yanaşmaqdır. Vaxtını düzgün idarə etmək, təhsilinə diqqət yetirmək, verdiyin sözə əməl etmək, qaydalara riayət etmək və ətrafındakı insanlara hörmətlə yanaşmaq məsuliyyətli gəncin əsas xüsusiyyətlərindəndir. Unutma, gələcək böyük qərarlardan əvvəl gündəlik kiçik seçimlərlə formalaşır. Bu gün atdığın məsuliyyətli addım sabahkı uğurunun başlanğıcı ola bilər.

Məsuliyyətli seçim et, gələcəyini özün formalaşdır! 🤗

“Saatlı Gənclər evi” SXM işə qəbul elan edir.“Saatlı Gənclər evi” sosial xidmət müəssisəsinə dərnək rəhbəri və psixoloq ...
14/09/2026

“Saatlı Gənclər evi” SXM işə qəbul elan edir.

“Saatlı Gənclər evi” sosial xidmət müəssisəsinə dərnək rəhbəri və psixoloq vəzifəsinə sənəd qəbulu elan edir.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:

* Gənclərlə iş sahəsində təcrübə;
* Yaş həddi 29-dək;
* MS Office paketinə daxil olan proqramlarda sərbəst işləmə bacarığı;
* Komanda ilə işləmə bacarığı;
* Şəxslərarası effektivlik.

Qeyd: Könüllü və ya əməkdaş qismində müvafiq təcrübənin olması, dil və kompüter bilikləri haqqında qeyd CV-də öz əksini tapmalıdır.

Təqdim ediləcək sənədlər:

* CV foto ilə (iddia edilən vəzifənin adı qeyd olunmalıdır);
* Şəxsiyyət vəsiqəsinin surəti;
* Ali təhsil haqqında diplomun surəti (əgər varsa);
* Tərcümeyi-hal (elektron formada).

Sənədlər 24 sentyabr 2026-cı il tarixinədək elektron formada [email protected] ünvanına göndərilməlidir. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Müraciət etdiyiniz müəssisənin və vəzifənin adı sənədlər göndərilərkən “mövzu” bölməsində qeyd edilməlidir.

̇dmannazirliyi

11/09/2026

“Media Akademiyası” layihəsi çərçivəsində təlimlər keçirilib.

3–6 sentyabr tarixlərində Qazax Olimpiya İdman Kompleksində “Media Akademiyası” layihəsi çərçivəsində “Gənclər Evi” əməkdaşları və könüllülər üçün təlimlər keçirilib.

Təlimdə Füzuli-Mil-Muğan Media komandasının hazırladığı videonu sizlərə təqdim edirik.😍💚

Heç düşünmüsünüz, niyə bəzi rənglər bizə rahatlıq, bəziləri isə enerji hissi verir? 🤔Rənglər əhvalımıza və diqqətimizə t...
09/09/2026

Heç düşünmüsünüz, niyə bəzi rənglər bizə rahatlıq, bəziləri isə enerji hissi verir? 🤔

Rənglər əhvalımıza və diqqətimizə təsir göstərə bilər. Məsələn:⤵️
🔴 Qırmızı – enerji və həyəcan hissini artıra bilər.
🟡 Sarı – pozitivlik və diqqətlə əlaqələndirilir.
🟢 Yaşıl – təbiət və sakitlik hissi yarada bilər.
🔵 Mavi – sakitlik və güvənlə əlaqələndirilir.
🟣 Bənövşəyi – yaradıcılıq və xəyal gücü ilə assosiasiya olunur.

Amma unutmayaq: rənglərin təsiri hər kəsdə eyni olmur. Şəxsi təcrübələrimiz, mədəniyyətimiz və rəngə olan münasibətimiz də bu hisslərə təsir edir.
✨ Sizcə, hansı rəng sizin əhvalınızı daha çox dəyişir?

09/09/2026

8 sentyabrda rənglərin, yaradıcılığın və pozitiv enerjinin bir araya gəldiyi “Bir mandala, min rəng” tədbirindən görüntülər. 💛

8 sentyabr tarixində Saatlı Gənclər evinin və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Saatlı rayonu üzrə gənclər ...
08/09/2026

8 sentyabr tarixində Saatlı Gənclər evinin və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Saatlı rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Bir mandala, min rəng” adlı tədbir keçirilib. ✅

📌Tədbirin əsas məqsədi gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, estetik zövqünün inkişaf etdirilməsi və mandala boyama vasitəsilə özünüifadə bacarıqlarının gücləndirilməsi olub.

➡️Tədbir zamanı gənclər mandala boyama fəaliyyəti vasitəsilə yaradıcılıq qabiliyyətlərini nümayiş etdirib, rənglərin harmoniyasından istifadə edərək fərdi yanaşmalarını ifadə ediblər.

Address

H. B. Zərdabi 71A
Saotly
AZ4900

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994212853738

Website

Alerts

Be the first to know and let us send you an email when Saatlı Gənclər evi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Saatlı Gənclər evi:

Shortcuts

Share