Salyan Rayon Heydər Əliyev Mərkəzi

Salyan Rayon Heydər Əliyev Mərkəzi Mərkəz Ulu öndər Heydər Əliyev irsini və Azərbaycançılıq məfkurəsini tədqiq və təbliğ edən dövlət müəssisəsidir.

15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü
15/06/2026

15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü

13/06/2026
Salyanda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilibİyunun 11-də Şirvan-Salyan Regional Mədəniyyət İdarəs...
11/06/2026

Salyanda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilib

İyunun 11-də Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Memarlıq və müasir şəhərsalma: dayanıqlı gələcəyə doğru" adlı tədbir keçirilib.

Salyan Dövlət Kukla Teatrında baş tutan tədbirdə Salyan Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Məhərrəm Məmmədov, YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Orxan Həsənzadə, mədəniyyət müəssisələrinin rəhbərləri və nümayəndələri, ziyalılar, ağsaqqallar və partiya fəalları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə teatrın həyətində Salyan Tarix-Diyarşünaslıq Muzeyi, Salyan Dövlət Rəsm Qalereyası və Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən təşkil olunmuş sərgi ilə tanış olublar. Sərgidə Azərbaycanın memarlıq irsini, şəhərsalma ənənələrini və ölkəmizdə həyata keçirilən müasir quruculuq proseslərini əks etdirən kitablar, rəsm əsərləri, fotoşəkillər və digər eksponatlar nümayiş olunub.

Tədbir sonra teatrın tamaşa salonunda davam etdirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan videoçarx nümayiş etdirilib.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətindən bəhs edərək bildiriblər ki, bu qərar milli memarlıq irsinin qorunması, şəhərsalma sahəsində müasir yanaşmaların təşviqi və gələcək nəsillərdə bu sahəyə marağın artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, Azərbaycanda son illər həyata keçirilən genişmiqyaslı quruculuq işləri, şəhər və kəndlərin müasir standartlara uyğun yenidən qurulması, tarixi-mədəni irsin qorunması istiqamətində görülən tədbirlər ölkəmizin davamlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Çıxışlarda, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin Azərbaycanın müasir şəhərsalma siyasətinin parlaq nümunəsi olduğu vurğulanıb. Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr milli memarlıq ənənələri ilə müasir texnologiyaların uğurlu vəhdətini özündə əks etdirir və bu ərazilərin regionun ən müasir yaşayış məkanlarına çevrilməsinə xidmət edir.

Tədbir Salyan rayon Mədəniyyət Mərkəzi və Uşaq İncəsənət Məktəbinin xanəndə və musiqiçilərinin təqdim etdikləri bədii proqramla davam edib.

10 iyun 2026-cı il tarixində Salyan şəhər 1 saylı Humanitar fənlər təmaüllü məktəb liseyinin  şagirdlərinin iştirakı ilə...
11/06/2026

10 iyun 2026-cı il tarixində Salyan şəhər 1 saylı Humanitar fənlər təmaüllü məktəb liseyinin şagirdlərinin iştirakı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib .

Tədbirdə “15 İyun – Azərbaycanın Qurtuluş Salnaməsi” mövzusunda mühazirə oxunub.
Mühazirə zamanı şagirdlərə Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, 1993-cü ilin 15 iyun tarixində xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıdaraq ölkəni ağır ictimai-siyasi böhrandan xilas edib, dövlət müstəqilliyinin qorunmasına və sabitliyin bərpasına nail olub. Qeyd edilib ki, məhz buna görə 15 İyun Azərbaycan tarixində Milli Qurtuluş Günü kimi qeyd olunur.
Daha sonra mövzu ətrafında çıxışlar dinlənilib, Milli Qurtuluş Gününün Azərbaycanın dövlətçilik tarixindəki rolu və əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Sonda şagirdlər Mərkəzdə ekskursiya edərək ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar və sərgi ilə tanış olublar. Şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Salyanda “Heydər Əliyev irsi: Qurtuluşdan güclü Azərbaycana” adlı tədbir keçirilib10 iyun 2026-cı il tarixində Yeni Azər...
10/06/2026

Salyanda “Heydər Əliyev irsi: Qurtuluşdan güclü Azərbaycana” adlı tədbir keçirilib

10 iyun 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının, Salyan Rayon İcra Hakimiyyətinin, rayon Heydər Əliyev Mərkəzinin, Qərbi Azərbaycan İcmasının Salyan rayonu üzrə nümayəndəliyinin və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “15 İyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş “Heydər Əliyev irsi: Qurtuluşdan güclü Azərbaycana” adlı tədbir keçirilib. Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının rəhbərliyi və nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, ağsaqqallar, partiya fəalları, Qərbi Azərbaycan İcmasının üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
YAP Salyan rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini, Ulu Öndər Heydər Əliyevin xalq və dövlət qarşısındakı misilsiz xidmətlərini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov qeyd edib ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının müstəqillik iradəsinin təntənəsi, dövlətçiliyimizin xilası və gələcək inkişafının başlanğıcı kimi tarixə həkk olunub. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq və dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edərək ölkədə sabitliyin, qanunun aliliyinin və inkişafın təmin olunmasına şərait yaradıb. Vurğulanıb ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün də ölkəmizin hərtərəfli tərəqqisinin əsasını təşkil edir.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov vurğulayıb ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi olmaqla müasir dövlətçilik tariximizin ən əlamətdar səhifələrindən biridir. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycan müstəqil dövlət kimi öz varlığını qoruyub saxlayıb, ölkədə ictimai-siyasi sabitlik bərqərar olunub və davamlı inkişafın əsası qoyulub. Qeyd edilib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasəti uğurla davam etdirilir, ölkəmiz bütün sahələrdə mühüm nailiyyətlər qazanır, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir.
Tədbirdə çıxış edən digər natiqlər, Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova, Qərbi Azərbaycan İcmasının Salyan rayonu üzrə nümayəndəsi Kərəm Muradov, Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Avdi Həsənov, Yelo Bank ASC-nin Salyan filialının müdiri Anar Hacıyev və rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Səidə Əliyeva Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ənənələrinin formalaşdırılması və möhkəmləndirilməsi istiqamətində göstərdiyi misilsiz xidmətlərdən danışıblar. Çıxışlarda qeyd olunub ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər ölkəni ağır siyasi böhrandan çıxararaq sabitlik və inkişafın təməlini qoyub. Vurğulanıb ki, bu gün müasir Azərbaycanın əldə etdiyi uğurlar, beynəlxalq nüfuzu, hərbi və iqtisadi qüdrəti məhz həmin siyasi kursun uğurlu nəticəsidir.

9 iyun  2026-cı il tarixində Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Əliağa Kürçaylı adına 7 nömrəli texniki v...
10/06/2026

9 iyun 2026-cı il tarixində Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Əliağa Kürçaylı adına 7 nömrəli texniki və təbiət fənləri təmayüllü liseydə 15 iyun "Milli Qurtuluş Günü" ilə əlaqədar olaraq “Ulu Öndər Heydər Əliyevin dövlətçilik yolu” adlı mühazirə ilə çıxış ediblər.

Dövlətçilik ənənələrimizin formalaşması, milli müstəqillik ideyalarının inkişafı və Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətlərindən bəhs olunub. Çıxış zamanı şagirdlərə müstəqil Azərbaycanın əldə etdiyi uğurlar, milli-mənəvi dəyərlərimizin qorunması və gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin əhəmiyyəti haqqında ətraflı məlumat verilib və Azərbaycan dövlətçiliyinin keçdiyi şərəfli yolun gənc nəsil tərəfindən dərindən öyrənilməsinin vacibliyini vurğulayaraq, bu kimi maarifləndirici görüşlərin milli ruhun və vətənə bağlılığın gücləndirilməsində mühüm rol oynadığını bildiriblər.

Salyan rayon Qırx Çıraq qəsəbə ümumi orta ümumtəhsil məktəbinin IX sinif şagirdləri Salyan rayon Heydər Əliyev Mərkəzinə...
10/06/2026

Salyan rayon Qırx Çıraq qəsəbə ümumi orta ümumtəhsil məktəbinin IX sinif şagirdləri Salyan rayon Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.

Ekskursiya zamanı şagirdlər Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın müstəqillik tarixi və dövlətçilik ənənələri ilə bağlı məlumatlarla tanış olublar.

09 iyun 2026-cı il tarixində Salyan rayon İcra Hakimiyyətinin, Salyan Heydər Əliyev Mərkəzinin, Yeni Azərbaycan Partiyas...
09/06/2026

09 iyun 2026-cı il tarixində Salyan rayon İcra Hakimiyyətinin, Salyan Heydər Əliyev Mərkəzinin, Yeni Azərbaycan Partiyasının Salyan Rayon Təşkilatının, Şirvan -Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Salyan Rayon Heydər Əliyev Mərkəzində "Rəqəmsal gələcək - süni intellektlə yeni dövrə" adlı maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Vətən torpaqlarının bütövlüyü uğrunda vuruşmuş qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mövzu ilə bağlı videoçarx nümayiş olunub.
Sonra Salyan rayon İcra Hakimiyyətinin başçısı aparatının İctimai-siyasi məsələlər üzrə sektorun aparıcı məsləhətçisi, ,Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi psixoloqu Sevinc Səmədova, YAP Salyan Rayon Təşkilatının məsləhətçisi Yalçın Abdullazadə, Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova, "Aztelekom" MMC-nin Cənub-Şirvan Regional Filialının Salyan şöbəsinin Müştərilərlə əlaqələr sektorunun əməliyyatçısı Cəmalə Abbasova, şəhər 1 nömrəli humanitar fənlər təmayüllü məktəb liseyin informatika müəllimi Sevda Quliyeva çıxışlarında süni intellekt anlayışı, onun gündəlik həyatda və müxtəlif peşə sahələrində təbliği, eləcə də gələcək perspektivləri barədə ətraflı məlumat veriblər.
Tədbirdə Uşaq Səfirlər məclisinin rayon fəalları, rayon ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak edib. Sonda iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi ilə tədbir yekunlaşıdırılıb.

3 iyun 2026-cı il tarixində Quyçu kənd tam orta ümumtəhsil məktəbinin şagirdləri Salyan rayon Heydər Əliyev Mərkəzində e...
04/06/2026

3 iyun 2026-cı il tarixində Quyçu kənd tam orta ümumtəhsil məktəbinin şagirdləri Salyan rayon Heydər Əliyev Mərkəzində ekskursiyada olublar.

Ekskursiya zamanı şagirdlər Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən ekspozisiyalarla yaxından tanış olub, Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkəmizin sosial-iqtisadi inkişafı və milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində göstərdiyi misilsiz xidmətlər barədə ətraflı məlumat əldə ediblər.

Mərkəzin əməkdaşları tərəfindən şagirdlərə Heydər Əliyevin dövlətçilik irsi, gənclərə göstərdiyi diqqət və qayğı haqqında məlumat verilib, onların sualları cavablandırılıb.

Şagirdlər ekskursiyadan xoş təəssüratlarla ayrılaraq, bu cür maarifləndirici tədbirlərin onların dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını qeyd ediblər.

Address

Heydər Əliyev Parkı
Salyan
0400

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Sunday 09:00 - 17:00

Telephone

0212555581

Alerts

Be the first to know and let us send you an email when Salyan Rayon Heydər Əliyev Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Salyan Rayon Heydər Əliyev Mərkəzi:

Share