YAP Salyan Rayon Təşkilatı

YAP Salyan Rayon Təşkilatı Yeni Azərbaycan Partiyası Salyan Rayon Təşkilatı

20/09/2026
20/09/2026

20 Sentyabr – Dövlət Suverenliyi Günü

Prezident İlham Əliyev 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.
19/09/2026

Prezident İlham Əliyev 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.

Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyurAzərbaycanın müasir tarixində xalqımızın yaddaşında dərin iz buraxan hadisə...
19/09/2026

Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur

Azərbaycanın müasir tarixində xalqımızın yaddaşında dərin iz buraxan hadisələrdən biri torpaqlarımızın uzun illər işğal altında qalması və nəhayət, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpa olunmasıdır. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazilərinin mühüm hissəsi uzun illər düşmən nəzarətində qalmış, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin salınmış, şəhər və kəndlərimizdə tarixi-mədəni irsimizə qarşı məqsədyönlü şəkildə dağıdıcı siyasət həyata keçirilmişdir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə də uzun illər doğma Azərbaycan torpaqları olaraq xalqımızın yaddaşında və qəlbində yaşasa da, işğal reallığının yaratdığı ağır vəziyyətlə üz-üzə qalmışdır.
Bu illər ərzində Azərbaycan dövləti qarşıya qoyduğu əsas milli məqsəddən – ölkənin ərazi bütövlüyünün bərpasından – heç vaxt geri çəkilməmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət, güclü ordu quruculuğu, iqtisadi və hərbi potensialın artırılması, xalq–iqtidar birliyi Azərbaycanın qarşısında yeni imkanlar yaratdı. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər torpaqlarımızın böyük hissəsinin işğaldan azad edilməsini təmin etdi. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın dövlət suverenliyi bütün ərazisində tam bərpa olundu.
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Gününün təsis edilməsi də bu tarixi prosesin məntiqi davamıdır. Bu gün həmin şəhərlərin Azərbaycanın ayrılmaz hissəsi olduğunu ifadə etməklə yanaşı, onların yeni inkişaf mərhələsinə qədəm qoymasını da simvolizə edir. Artıq bu şəhərlərin adı yalnız uzun illər davam edən işğalın yaratdığı məhrumiyyətlərlə deyil, dövlət suverenliyinin bərpası, quruculuq, inkişaf və Böyük Qayıdışla əlaqələndirilir.
Bu baxımdan Xankəndinin timsalında baş verən proses xüsusi diqqət çəkir. Xankəndi şəhərində Azərbaycan Bayrağının yenidən ucaldılması dövlət suverenliyimizin bərpasının mühüm rəmzinə çevrildi. Prezident İlham Əliyevin şəhərdə Dövlət Bayrağını ucaltdığı tarixi gündən etibarən Xankəndidə ardıcıl şəkildə yeni həyatın əsasları formalaşdırılmağa başlandı. Ardınca şəhərin mərkəzində Zəfər paradının keçirilməsi, burada futbol matçının təşkili, Novruz tonqalının alovlandırılması və digər mühüm tədbirlər Xankəndinin Azərbaycanın ictimai-siyasi və mədəni həyatına yenidən qovuşmasının rəmzi ifadələrinə çevrildi.
Xankəndidə aparılan işlərin əsas xüsusiyyəti şəhərin mövcud imkanlarının müasir tələblərə uyğunlaşdırılması, sosial və ictimai infrastrukturun yenilənməsi, yeni iqtisadi fəaliyyət sahələrinin yaradılması və şəhərin regional inkişaf proseslərinə fəal şəkildə qoşulmasıdır. Bu istiqamətdə Prezident İlham Əliyevin Xankəndiyə səfərləri xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının hər səfəri zamanı şəhərin gələcək inkişafı üçün mühüm layihələrin təqdimatı, təməlqoyma mərasimləri və açılışlar həyata keçirilib, yeni istiqamətlər müəyyənləşdirilib.
Xankəndidə təhsil sahəsinin inkişafı bu prosesin mühüm istiqamətlərindən biridir. Qarabağ Universitetinin yaradılması və fəaliyyətə başlaması şəhərin gələcəyində yeni səhifə açdı. Prezident İlham Əliyevin iştirakı ilə universitetin əsas binasının və tələbə yataqxanasının istifadəyə verilməsi, burada müasir təhsil mühitinin yaradılması, sonrakı mərhələdə Biznes və iqtisadiyyat fakültəsinin yeni binasının açılması və Mühəndislik fakültəsinin binasının təməlinin qoyulması Xankəndinin elm və təhsil mərkəzi kimi mövqeyinin gücləndirilməsinə xidmət edir. Qarabağ Universitetinin Klinikası, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusu və digər təhsil infrastrukturu isə şəhərdə yeni nəsil mütəxəssislərin hazırlanması üçün geniş imkanlar yaradır.
Şəhərin sosial infrastrukturunun yenilənməsi də diqqət mərkəzində saxlanılır. Xankəndidə məktəb və məktəbəqədər təhsil müəssisələrinin əsaslı təmirdən sonra istifadəyə verilməsi, Kərkicahan qəsəbəsində məktəbin yenilənməsi, burada sakinlərin məskunlaşması üçün şəraitin yaradılması görülən işlərin yalnız şəhər mərkəzi ilə məhdudlaşmadığını göstərir. Bu tədbirlər Xankəndidə gündəlik həyatın bütün sahələrini əhatə edən yeni sosial mühitin formalaşdırılmasına yönəlib.
Xankəndinin iqtisadi potensialının artırılması istiqamətində də mühüm addımlar atılır. Şəhərdə tikiş fabrikinin fəaliyyətə başlaması, yeni istehsal müəssisələrinin yaradılması, “Xankəndi” Biznes Mərkəzinin, mehmanxanaların və Konqres Mərkəzinin istifadəyə verilməsi burada sahibkarlıq, xidmət və turizm imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Bu obyektlər şəhərin iqtisadi həyatının canlanmasına, yeni iş yerlərinin yaranmasına və Xankəndinin Qarabağın mühüm iqtisadi mərkəzlərindən birinə çevrilməsinə zəmin yaradır.
Nəqliyyat və şəhər infrastrukturu istiqamətində həyata keçirilən layihələr də Xankəndinin gələcək inkişafında mühüm rol oynayacaq. Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlinin qoyulması, Xankəndi–Şuşa kanat yolunun inşası üçün ərazinin müəyyənləşdirilməsi, elektrik enerjisi infrastrukturunun gücləndirilməsi və digər layihələr şəhərin Qarabağın ümumi nəqliyyat və iqtisadi sisteminə daha sıx inteqrasiyasına imkan verəcək.
Xankəndidə Zəfər parkının yaradılması isə şəhərin yeni simasının mühüm elementlərindən biridir. Parkın təməlqoyma mərasimindən sonra burada aparılan genişmiqyaslı işlərin başa çatdırılması və Zəfər parkının istifadəyə verilməsi 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin və Azərbaycanın ərazi bütövlüyünün bərpasının şəhərin məkanında əbədiləşdirilməsinə xidmət edir. Bu məkan həm tarixi yaddaşın qorunması, həm də gələcək nəsillərin Zəfər tariximizi daha yaxından öyrənməsi baxımından xüsusi məna daşıyır.
Xankəndinin inkişafı yalnız yerli əhəmiyyətli layihələrlə məhdudlaşmır. Şəhərdə yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi onun Azərbaycanın regional və beynəlxalq əlaqələrində yeni mövqeyini də nümayiş etdirir. İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün Xankəndidə keçirilməsi, müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin burada qəbul edilməsi, beynəlxalq media nümayəndələri ilə görüşlərin təşkili şəhərin artıq yeni Azərbaycanın beynəlxalq tədbirlər məkanlarından birinə çevrildiyini göstərir.
Bu gün Xankəndidə müşahidə olunan mənzərə Zəfərin yalnız hərbi nəticələrlə məhdudlaşmadığını aydın şəkildə göstərir. Dövlət Bayrağının ucaldılması ilə başlayan yeni mərhələ sonrakı dövrdə təhsil, səhiyyə, nəqliyyat, iqtisadiyyat, turizm, mədəniyyət və sosial infrastruktur sahələrində ardıcıl layihələrlə davam etdirilir. Mədəniyyət Mərkəzinin yenidən qurularaq istifadəyə verilməsi, yeni istehsal müəssisəsinin fəaliyyətə başlaması, mehmanxana və digər xidmət obyektlərinin açılması Xankəndidə həyatın müxtəlif istiqamətlər üzrə canlandığını göstərən nümunələrdəndir.
Beləliklə, uzun illər Azərbaycanın ümumi inkişaf prosesindən ayrı salınmış Xankəndi bu gün ölkəmizin yeni quruculuq mərhələsinin mühüm ünvanlarından birinə çevrilir. Burada görülən işlər şəhərin tarixi və mövcud imkanlarının qorunmaqla müasir tələblər əsasında inkişaf etdirilməsinə, sosial-iqtisadi həyatın canlandırılmasına və yeni yaşayış mühitinin formalaşdırılmasına yönəlib. Xankəndidə baş verən dəyişikliklər Azərbaycanın öz ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etdikdən sonra qarşıya qoyduğu əsas məqsədlərdən birinin – Qarabağda davamlı, təhlükəsiz və firavan həyatın təmin olunmasının – ardıcıl şəkildə həyata keçirildiyini göstərir.
20 Sentyabr – Xankəndi şəhəri Günü də məhz bu yeni reallığın ifadəsidir. Bu gün keçmişi xatırlamaqla yanaşı, gələcəyə baxışın, quruculuq əzminin və Qarabağın dirçəldilməsi istiqamətində görülən işlərin əhəmiyyətini də önə çıxarır. Xankəndidə həyata keçirilən layihələr Zəfərdən sonra Azərbaycanın qarşısında açılan yeni imkanların real nəticələrə çevrildiyini və bu şəhərin ölkəmizin gələcək inkişaf xəritəsində mühüm yer tutacağını göstərir.

Samir Hüseynov,
Salyan regional “ASAN xidmət Mərkəzinin direktoru, YAP fəalı

Suverenliyimiz milli iradəmizin təntənəsidirHər bir xalq üçün öz taleyini müəyyən etmək, müstəqil dövlət qurmaq və onun ...
18/09/2026

Suverenliyimiz milli iradəmizin təntənəsidir

Hər bir xalq üçün öz taleyini müəyyən etmək, müstəqil dövlət qurmaq və onun gələcəyini sərbəst şəkildə müəyyənləşdirmək ən böyük tarixi nailiyyətlərdəndir. Azərbaycan xalqının dövlətçilik tarixi də bu baxımdan mürəkkəb sınaqlarla zəngindir. Dövlət müstəqilliyimizin bərpasından sonra qarşıda dayanan ən mühüm vəzifələrdən biri ölkənin ərazi bütövlüyünün təmin edilməsi idi. 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsi işğal olundu, yaşayış məntəqələri dağıdıldı, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin düşdü.
1993-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə dövlət idarəçiliyinin möhkəmləndirilməsi, iqtisadi potensialın artırılması və ordu quruculuğuna xüsusi diqqət yetirilməsi sonrakı mərhələdə qarşıya qoyulan milli məqsədlərin reallaşdırılması üçün mühüm zəmin yaratdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycanın müdafiə imkanları əhəmiyyətli dərəcədə gücləndirildi və ölkə işğal faktının aradan qaldırılması üçün lazımi siyasi, iqtisadi və hərbi potensiala malik oldu.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi bu tarixi mübarizənin həlledici mərhələsinə çevrildi. 44 gün davam edən müharibə nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının əhəmiyyətli hissəsi, Hadrut qəsəbəsi və digər yaşayış məntəqələri işğaldan azad edildi. Noyabrın 8-də Şuşanın azad olunması müharibənin gedişində mühüm dönüş yaratdı. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edildi. Beləliklə, 30 ilə yaxın davam edən işğala böyük ölçüdə son qoyuldu.
Lakin 2020-ci ilin Zəfərindən sonra qarşıda dövlətçilik baxımından daha bir mühüm məsələ dayanırdı. Qarabağ iqtisadi rayonunda Azərbaycan dövlətinin konstitusion quruluşuna və təhlükəsizliyinə təhdid yaradan qanunsuz silahlı birləşmələrin mövcudluğu aradan qaldırılmalı, ölkənin bütün ərazisində dövlət hakimiyyətinin tam təmin olunması həyata keçirilməli idi. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri məhz bu mərhələnin başlanğıcı oldu. Sentyabrın 20-də tədbirlər dayandırıldı və bununla Qarabağda qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoyuldu. Azərbaycan Prezidentinin rəsmi məlumatında da qeyd edildiyi kimi, bu prosesin ardınca Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qarabağdan çıxarılması, qanunsuz silahlı dəstələrin silahı yerə qoyması və tərk-silah edilməsi ilə bağlı razılaşma əldə olundu.
20 Sentyabr 2023-cü il məhz bu baxımdan Azərbaycan tarixində xüsusi yer tutur. 2020-ci ildə ərazi bütövlüyünün bərpası istiqamətində həlledici nəticələr əldə edilmişdisə, 2023-cü il sentyabrın 20-də ölkənin bütün ərazisində dövlət suverenliyinin tam bərpası təmin edildi. Prezident İlham Əliyev də 2023-cü ilin noyabrında Xankəndidə keçirilən hərbi paradda bu iki tarixi mərhələni bir-birini tamamlayan hadisələr kimi xarakterizə edərək, 20 sentyabrda dövlət suverenliyinin tam bərpa edildiyini bildirmişdi.
Bu tarixi hadisədən bir il sonra, 19 sentyabr 2024-cü ildə Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzalandı. Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Sənəddə bu qərarın əsasını 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində qanunun aliliyinin təmin olunması və dövlət suverenliyinin bərpa edilməsi təşkil edir. Dövlət Suverenliyi Gününün təsis edilməsi 20 Sentyabrın milli yaddaşımızdakı yerini daha da möhkəmləndirdi. Bu tarix artıq yalnız 2023-cü ilin sentyabrında baş vermiş hadisələrin xatırlanması deyil, Azərbaycan dövlətinin bütün ərazisində öz konstitusion hüquqlarını və dövlət hakimiyyətini təmin etməsinin rəmzi kimi qeyd olunur.
20 Sentyabrın tariximizdəki əhəmiyyətini müəyyən edən başqa bir məqam da milli iradə ilə dövlət siyasətinin eyni istiqamətdə birləşməsidir. 30 ilə yaxın davam edən işğal dövründə Azərbaycan xalqı öz torpaqlarına qayıdacağına inamını qorudu. 2020-ci ildə bu inam hərbi Zəfərlə, 2023-cü ildə isə Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin təmin olunması ilə yeni məzmun qazandı. Bu nəticənin arxasında şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı, Azərbaycan Ordusunun döyüş qabiliyyəti və dövlətin uzunmüddətli hazırlıq siyasəti dayanır.
Bu gün 20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycan xalqının keçdiyi mürəkkəb yolun mühüm nəticələrindən birini ifadə edir. Müstəqilliyin bərpasından ərazi bütövlüyünün uğrunda mübarizəyə, 2020-ci ilin Zəfərindən 2023-cü ilin sentyabr hadisələrinə qədər uzanan bu yol dövlətçiliyin yalnız siyasi sənədlərlə deyil, konkret tarixi hadisələr və real nəticələrlə möhkəmləndiyini göstərir. Dövlət Suverenliyi Gününün təsis edilməsi isə həmin tarixi yolun mühüm mərhələsinin milli təqvimdə öz layiqli yerini tutması deməkdir.
Azərbaycan xalqı bu gün öz dövlətinin bütün ərazisində suveren hüquqlarını həyata keçirir. Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, insanların öz doğma torpaqlarına qayıtması və burada yeni həyatın qurulması artıq əldə edilmiş tarixi nəticələrin davamıdır. Buna görə 20 Sentyabr həm qazanılmış Zəfərlərin yadda saxlanıldığı, həm də müstəqil Azərbaycanın gələcək inkişafının dövlət suverenliyi üzərində qurulduğunu ifadə edən əlamətdar gündür.

Xeyrulla Hüseynov,
Salyan şəhər 6 saylı tam orta ümumtəhsil məktəbin hərbi rəhbəri, ehtiyatda olan polkovnik-leytenant, Qarabağ müharibəsi iştirakçısı, YAP fəalı

18/09/2026
Salyanda “Suverenliyimiz milli gücümüzün təməlidir” mövzusunda tədbir keçirilib17 sentyabr 2026-cı il tarixində Salyan R...
17/09/2026

Salyanda “Suverenliyimiz milli gücümüzün təməlidir” mövzusunda tədbir keçirilib

17 sentyabr 2026-cı il tarixində Salyan Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının, Salyan Rayon Heydər Əliyev Mərkəzinin və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə “20 Sentyabr – Dövlət Suverenliyi Günü”nə həsr olunmuş “Suverenliyimiz milli gücümüzün təməlidir” mövzusunda tədbir keçirilib. Salyan Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca “20 Sentyabr – Dövlət Suverenliyi Günü”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə Salyan Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Məhərrəm Məmmədov, YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin aparıcı məsləhətçisi Orxan Həsənzadə, Salyan Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova, Azərbaycan Yazıçılar Birliyi Muğan Bölməsinin sədri Nəbi İbrahimov, Salyan şəhər 6 saylı tam orta ümumtəhsil məktəbin hərbi rəhbəri, ehtiyatda olan polkovnik-leytenant, Qarabağ müharibəsi iştirakçısı Xeyrulla Hüseynov, Salyan şəhər 8 saylı tam orta məktəbin hərbi rəhbəri, Aprel döyüşləri iştirakçısı, qazi Zamiq Əsgərov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Salyan rayon Komitəsinin sədri Vəfa Məmmədova, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə Gənclər və İdman Sektorunun baş məsləhətçisi Əlişir Əliyev, Salyan rayon Sarvan kənd tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Seymur Nuriyev, şair-publisist Əzizağa Məmmədli və başqaları çıxış ediblər. Çıxış edənlər 20 Sentyabr – Dövlət Suverenliyi Gününün tarixi əhəmiyyətindən, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasının xalqımızın çoxəsrlik dövlətçilik tarixində mühüm hadisə olmasından bəhs ediblər. Bu tarixi Qələbənin əldə olunmasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, Azərbaycan Ordusunun gücü və peşəkarlığı, xalqımızın sarsılmaz birliyinin əsas amillərdən olduğu vurğulanıb.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində əldə edilən Zəfərdən sonra 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpası yeni tarixi reallıqlar yaradıb. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir, Qarabağ və Şərqi Zəngəzurda müasir infrastruktur formalaşdırılır. Eyni zamanda, vaxtilə işğal altında olmuş ərazilərimizin artıq beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsinin Azərbaycanın yaratdığı yeni reallıqların mühüm göstəricilərindən biri olduğu vurğulanıb. Çıxışlarda həmçinin, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinin və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin ölkəmizin əldə etdiyi tarixi nailiyyətlərdə mühüm rol oynadığı diqqətə çatdırılıb. Dövlət suverenliyinin qorunmasının, milli həmrəyliyin möhkəmləndirilməsinin və gənc nəslin Vətənə, dövlətə və milli dəyərlərə bağlı ruhda tərbiyəsinin hər bir vətəndaşın qarşısında dayanan mühüm vəzifələrdən olduğu bildirilib.

İslam həmrəyliyi və mədəni irs birliyimizin mühüm dayaqlarıdırAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin senty...
17/09/2026

İslam həmrəyliyi və mədəni irs birliyimizin mühüm dayaqlarıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etməsi Azərbaycanın Türk dünyası və İslam ölkələri ilə əlaqələrin inkişafına verdiyi önəmi bir daha nümayiş etdirib. Görüşdə Azərbaycanın zəngin tarixi-mədəni irsi, Türk dünyası və Qafqaz xalqları ilə əlaqələri, İslam həmrəyliyinin gücləndirilməsi, sülh və əməkdaşlığın təşviqi ilə bağlı mühüm fikirlər səsləndirilib.
Bakıda bu günlərdə iki mühüm beynəlxalq tədbirin – Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Hər iki tədbir mahiyyət etibarilə fərqli istiqamətləri əhatə etsə də, onları birləşdirən ümumi məqam mənəvi dəyərlərin, tarixi irsin və xalqlar arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsidir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “bu iki tədbirin eyni vaxtda Bakıda keçirilməsinin böyük mənası var”. Bu yanaşma Azərbaycanın öz tarixi-mədəni irsinə münasibətinin, eləcə də həmin irsi müasir beynəlxalq əməkdaşlığın mühüm tərkib hissəsi kimi təqdim etməsinin göstəricisidir.
Azərbaycanın belə zəngin irsə malik olmasının əsas səbəblərindən biri xalqımızın əsrlər boyu elmə, ədəbiyyata, fəlsəfi düşüncəyə və mənəvi dəyərlərə verdiyi yüksək qiymətdir. Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi böyük şəxsiyyətlərin yaradıcılığı bu mənəvi zənginliyin müxtəlif dövrlərdə formalaşmış parlaq nümunələridir. Onların irsi yalnız müəyyən bir tarixi mərhələ ilə məhdudlaşmır, əsrlər keçməsinə baxmayaraq, bu gün də Azərbaycan xalqının milli-mədəni yaddaşının mühüm hissəsini təşkil edir. Daha geniş mənada isə həmin irs İslam dünyasının ümumi mədəni xəzinəsinin dəyərli nümunələri sırasında yer alır.
Məhz bu böyük irsin davamlılığını göstərən şəxsiyyətlərdən biri də XV əsrdə yaşayıb-yaratmış Seyid Yəhya Bakuvridir. Onun adına beynəlxalq konfransın təşkil olunması mütəfəkkirin elmi-fəlsəfi irsinin öyrənilməsi ilə yanaşı, Azərbaycanın çoxəsrlik mənəvi irsinin beynəlxalq səviyyədə tanıdılması baxımından da əhəmiyyətlidir. Müxtəlif ölkələrdən alimlərin, dini xadimlərin və tədqiqatçıların Bakıda bir araya gəlməsi belə bir irsin ayrı-ayrı xalqları birləşdirən ortaq dəyərlər yaratmaq gücünü nümayiş etdirir. Belə tədbirlər tarixə yalnız keçmişin yadigarı kimi deyil, bu gün üçün də mühüm mənəvi resurs kimi yanaşılmasına imkan verir.
Tarixi-mədəni irs məsələsi ilə yanaşı, görüşdə Türk dünyası və Qafqaz arasındakı əlaqələrə xüsusi diqqət yetirilməsi də təsadüfi deyil. Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, sivilizasiyaların və xalqların qarşılıqlı əlaqədə olduğu bir coğrafiyanın mühüm hissəsini təşkil edib. Qədim Qafqaz Albaniyasının Azərbaycan ərazilərində mövcud olması, Qəbələnin bu dövlətin paytaxtı kimi tarixə düşməsi, Atabəylər dövlətinin paytaxtının Naxçıvan olması regionun qədim dövlətçilik və mədəniyyət tarixinin zənginliyini göstərən faktlardandır. Bu tarixi bağlılıqlar Azərbaycanı həm Türk dünyası, həm də Qafqaz məkanı ilə əlaqələndirən mühüm amillərdəndir.
Bu tarixi reallıqlar müasir dövrdə Azərbaycanın həyata keçirdiyi regional və beynəlxalq əməkdaşlıq siyasətində də öz əksini tapır. Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv olan yeganə Qafqaz ölkəsi kimi Türk dünyası ilə Qafqaz arasında əlaqələrin inkişafında mühüm mövqeyə malikdir. Ölkəmizin Türk dövlətləri ilə münasibətləri siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmır, humanitar, mədəni və dini sahələri də əhatə edir. Qafqaz xalqları ilə tarixən formalaşmış dostluq və qarşılıqlı hörmət münasibətləri isə bu əməkdaşlıq imkanlarını daha da genişləndirir.
Elə buna görə də Bakıda keçirilən toplantıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə yanaşı, Gürcüstan, Suriya və Şimali Qafqazın müxtəlif respublikalarından dini liderlərin iştirak etməsi xüsusi məna daşıyır. Müxtəlif ölkələri və xalqları təmsil edən dini rəhbərlərin eyni məkanda bir araya gəlməsi dini dialoqun və qarşılıqlı anlaşmanın əhəmiyyətini önə çıxarır. Bu cür görüşlər yalnız fikir mübadiləsi aparmaq üçün deyil, ortaq dəyərlər ətrafında əməkdaşlıq imkanlarını genişləndirmək üçün də mühüm platforma rolunu oynayır.
Dini liderlərin bu prosesdəki rolu isə xüsusilə əhəmiyyətlidir. Çünki onların ictimaiyyətə ünvanladığı mesajlar geniş müsəlman icmalarına təsir göstərir və bu baxımdan sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və əməkdaşlıq çağırışları xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin görüşdə diqqətə çatdırdığı kimi, müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün dəyərlidir. Bu sözlərin sülhə və barışığa istiqamətlənməsi isə cəmiyyətlərdə qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, müxtəlif dini və etnik qruplar arasında etimad mühitinin formalaşmasına xidmət edə bilər.
Bu yanaşma Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüslərdə də özünü aydın göstərir. Azərbaycan uzun illərdir İslam Əməkdaşlıq Təşkilatı və ICESCO ilə əməkdaşlıq çərçivəsində müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu fəaliyyətin mühüm nümunələrindən biri 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarıdır. Azərbaycanın həmin tədbirə yanaşması da diqqətəlayiq idi: Oyunlar yalnız idman yarışlarının keçirildiyi tədbir kimi deyil, müsəlman ölkələri arasında həmrəyliyin və birliyin nümayiş olunduğu böyük platforma kimi qiymətləndirilirdi.
Bu istiqamətdə atılan addımların davamı olaraq gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün Bakıda keçirilməsi də xüsusi əhəmiyyət daşıyır. Dünyada mürəkkəb proseslərin getdiyi, müsəlman ölkələri arasında müxtəlif məsələlərlə bağlı fikir ayrılıqlarının və qarşıdurmaların mövcud olduğu bir vaxtda belə bir tədbirin Azərbaycanda keçirilməsi dialoq və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm platforma yaradacaq. Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarda birləşdirici və əməkdaşlığa yönəlmiş mövqe nümayiş etdirməsi bu tədbirin də gündəliyində qarşılıqlı anlaşma və həmrəyliyin ön plana çıxarılmasına imkan verir.
Bütün bunlar göstərir ki, Azərbaycanın İslam dünyası ilə münasibətlərində həm tarixi-mədəni irsə, həm də müasir əməkdaşlıq imkanlarına xüsusi əhəmiyyət verilir. Bir tərəfdən Seyid Yəhya Bakuvi kimi böyük mütəfəkkirlərin irsi beynəlxalq səviyyədə təbliğ olunur, digər tərəfdən dini liderlərin iştirakı ilə sülh və həmrəylik məsələləri müzakirə edilir. Bu iki istiqamətin Bakıda eyni vaxtda gündəmə gəlməsi Azərbaycanın mənəvi irslə müasir diplomatik və humanitar əməkdaşlığı bir-birini tamamlayan sahələr kimi gördüyünü göstərir.
Prezident İlham Əliyevin görüşdə vurğuladığı “İslam həmrəyliyini əməli-praktiki addımlarla” gücləndirmək yanaşması da məhz bu siyasətin mahiyyətini ifadə edir. İslam dünyasında birlik və həmrəyliyin möhkəmlənməsi yalnız siyasi qərarlardan deyil, xalqlar və cəmiyyətlər arasında qarşılıqlı etimadın, dini və mədəni dialoqun inkişafından da asılıdır. Azərbaycanın müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, dini liderləri və alimləri bir araya gətirməsi, ortaq tarixi-mədəni dəyərlərin təbliğinə şərait yaratması bu istiqamətdə həyata keçirilən ardıcıl fəaliyyətin nümunəsidir.
Ümumilikdə Bakıda keçirilən bu görüş və tədbirlər Azərbaycanın Türk dünyası, İslam aləmi və Qafqaz xalqları arasında əlaqələrin inkişafına verdiyi önəmi bir daha nümayiş etdirir. Azərbaycanın tarixi-mədəni irsinin dünyaya təqdim olunması ilə sülh, həmrəylik və əməkdaşlıq çağırışlarının eyni müstəvidə səsləndirilməsi ölkəmizin beynəlxalq təşəbbüslərinin əsas mahiyyətini əks etdirir. Bu baxımdan, Bakının müxtəlif ölkələrdən dini liderlərin, alimlərin və ictimai xadimlərin görüşdüyü məkana çevrilməsi Azərbaycanın qarşılıqlı anlaşmaya əsaslanan əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfənin göstəricisidir.

Vüqar Ağayev,
YAP Salyan rayon təşkilatının məsləhətçisi

16 sentyabr 2026-cı il tarixində şəhid İsayev Sadiq Rəşad oğlunun anım günü münasibətilə məzarı və ailəsi ziyarət edilib...
16/09/2026

16 sentyabr 2026-cı il tarixində şəhid İsayev Sadiq Rəşad oğlunun anım günü münasibətilə məzarı və ailəsi ziyarət edilib. Ziyarətdə YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev, rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Rəşad Kərimov, şəhid ailələri, rayon təşkilatının əməkdaşları və fəalları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhid Sadiq İsayevin məzarı ziyarət olunub, əziz xatirəsi ehtiramla yad edilib. Çıxışlarda Sadiq İsayevin Vətən qarşısında xidmətlərindən bəhs olunub, onun 2022-ci il sentyabrın 12–14-də Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı göstərdiyi şücaət və qəhrəmanlıq xüsusi vurğulanıb. Bildirilib ki, həmin günlərdə dövlət sərhədində baş verən hərbi təxribatların qarşısının alınması zamanı Azərbaycan hərbçiləri ərazi bütövlüyünün və dövlət sərhədlərinin müdafiəsi uğrunda əsl fədakarlıq nümayiş etdiriblər.
Daha sonra şəhidin ailəsi ziyarət olunub, ailə üzvləri ilə görüş keçirilib. Görüş zamanı Sadiq İsayevin döyüş yolu, Vətən qarşısında xidmətləri və şəhidlik zirvəsinə ucalması barədə danışılıb. Qeyd olunub ki, şəhidlərin əziz xatirəsinin daim yad edilməsi, onların ailələrinə diqqət və ehtiram göstərilməsi cəmiyyətimizin mənəvi dəyərlərindən biridir.

Sülh gündəliyinə uyğun gəlməyən mövqelərSentyabrın 11–12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndə...
16/09/2026

Sülh gündəliyinə uyğun gəlməyən mövqelər

Sentyabrın 11–12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri geniş beynəlxalq iştirakla həyata keçirilib. 58 dövlətin səfir və diplomatları, 9 beynəlxalq təşkilatın nümayəndələri olmaqla, ümumilikdə 150 nəfərlik nümayəndə heyəti Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə olub, burada həyata keçirilən bərpa-quruculuq işləri, infrastruktur layihələri, sosial-iqtisadi inkişaf, eləcə də tarixi-mədəni irsin qorunması istiqamətində görülən tədbirlərlə tanış olub. Bu səfər müxtəlif ölkələri və beynəlxalq təşkilatları təmsil edən diplomatların Qarabağ və Şərqi Zəngəzurda formalaşmış yeni reallıqları bilavasitə yerində görməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, səfərin Ermənistanda müəyyən siyasi və ictimai dairələr tərəfindən kəskin reaksiyalarla qarşılanması göstərir ki, bölgədə yaranmış yeni reallıqlar bəzi revanşist qüvvələr tərəfindən hələ də qəbul edilmək istənilmir.
Səfərdən sonra Ermənistan cəmiyyətinin müəyyən dairələrində xüsusilə Azərbaycanın tarixi-mədəni irsi ilə bağlı müzakirələrin yenidən gündəmə gətirilməsi diqqət çəkib. Qafqaz Albaniyasının irsi ilə bağlı Azərbaycan tərəfinin mövqeyinə etirazların səsləndirilməsi də bu reaksiyaların əsas istiqamətlərindən birinə çevrilib. Halbuki Qafqaz Albaniyasının Azərbaycan ərazisində mövcudluğu və onun çoxsaylı maddi-mədəni irs nümunələri tarix elminin öyrəndiyi məsələlər sırasındadır. Qarabağda yerləşən bir sıra xristian abidələrinin Qafqaz Albaniyası irsi ilə əlaqəsi Azərbaycan tarixşünaslığında geniş şəkildə araşdırılıb. Bu irsin Ermənistan tərəfindən yalnız etnik mənsubiyyət prizmasından təqdim olunması isə bölgənin mürəkkəb tarixi inkişafının birtərəfli şəkildə izah edilməsinə gətirib çıxarır.
Məsələyə obyektiv yanaşma tələb edir ki, tarixi irsə münasibətdə bütün tərəflər üçün eyni meyarlar tətbiq olunsun. Əgər Azərbaycan ərazisindəki tarixi abidələrin mənsubiyyəti Ermənistan tərəfindən mübahisələndirilirsə, Ermənistan ərazisində tarixən mövcud olmuş Azərbaycan xalqının yaşayış məskənləri, mədəni irsi və tarixi izləri ilə bağlı məsələlərə də eyni obyektivliklə yanaşılmalıdır. Bir ərazidə müəyyən xalqın tarixi varlığını ön plana çəkib digər ərazidə başqa xalqın tarixi izlərini inkar etmək sağlam elmi və siyasi yanaşma sayıla bilməz. Tarixi irs siyasi qarşıdurma vasitəsinə deyil, xalqların keçmişini obyektiv öyrənmək və gələcək nəsillərə çatdırmaq vasitəsinə çevrilməlidir.
Səfərə münasibətdə daha bir diqqətçəkən məqam isə reaksiyaların yalnız Ermənistan müxalifətindəki və ya ayrı-ayrı revanşist qruplardakı şəxslərlə məhdudlaşmamasıdır. Müxtəlif siyasi və ictimai nümayəndələrin açıqlamaları ilə yanaşı, hakimiyyətə yaxın informasiya resurslarında da bu mövzuda yazı və paylaşımların yayılması kampaniyanın Ermənistanın ictimai-siyasi gündəmində müəyyən yer tutduğunu göstərir. Bu baxımdan, səfər ətrafında yaranmış reaksiyaları yalnız ayrı-ayrı şəxslərin mövqeyi kimi təqdim etmək məsələnin siyasi tərəfini tam əks etdirmir. Ermənistan cəmiyyətində Qarabağla bağlı keçmiş yanaşmaların müəyyən hissəsinin hələ də yaşaması və müxtəlif formalarda gündəmə gətirilməsi regionda yeni münasibətlərin formalaşması baxımından ciddi məqamdır.
Mövzu ilə bağlı Ermənistan parlamentinin sədri Ruben Rubinyanın açıqlaması da bu baxımdan diqqət çəkir. Azərbaycan ərazisində keçirilmiş diplomatik səfər və səfər çərçivəsində Azərbaycan tərəfinin tarixi irslə bağlı mövqeyinin Ermənistan parlamentinin rəhbərliyi səviyyəsində müzakirə olunması Azərbaycanın daxili məsələlərinə münasibət bildirilməsi kimi qiymətləndirilə bilər. Azərbaycan öz suveren ərazisində xarici diplomatları qəbul etmək, onları ölkənin müxtəlif bölgələrinə aparmaq və tarixi-mədəni irsi ilə bağlı mövqeyini təqdim etmək hüququna malikdir. Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinə etiraz edilməsi isə Azərbaycanın suveren hüquqlarına münasibətdə ziddiyyətli yanaşmanı ortaya qoyur.
Sentyabrın 14-də Ermənistan parlamentində 2022-ci ilin sentyabrında baş vermiş döyüşlər zamanı həlak olan hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi də hadisələrin ümumi siyasi fonunda diqqət çəkən məqamlardan biridir. Ermənistan tərəfi həmin hadisələri öz mövqeyindən təqdim edir, Azərbaycan isə 2022-ci ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab verdiyini bildirir. Buna görə hadisələrə dair qiymətləndirmələr tərəflərin mövqeləri nəzərə alınmaqla təqdim olunmalıdır. Bununla yanaşı, həmin hadisələrin xatirəsinin məhz Qarabağ mövzusunda kəskin ritorikanın yenidən gücləndiyi bir vaxtda siyasi gündəmə gətirilməsi Ermənistanın ictimai-siyasi mühitində revanşist yanaşmaların mövcudluğu ilə bağlı suallar doğurur.
Bütün bunlar Ermənistanın sülh prosesinə münasibəti ilə bağlı ziddiyyətli mənzərə yaradır. Bir tərəfdən Ermənistan rəhbərliyi Azərbaycanla münasibətlərin normallaşdırılması, sülhün təmin olunması və dövlətlərin ərazi bütövlüyünə hörmət prinsiplərindən danışır, digər tərəfdən isə Ermənistanın siyasi və ictimai məkanında Qarabağla bağlı əvvəlki yanaşmaları yenidən gündəmə gətirən bəyanatlar səslənir. Sülh prosesinin davamlı olması üçün yalnız rəsmi bəyanatlar deyil, cəmiyyətlərdə yeni reallıqların qəbul edilməsi və qarşılıqlı etimadın möhkəmləndirilməsi də vacibdir.
Sentyabrın 11–12-də keçirilən səfər bir daha göstərdi ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın suveren əraziləridir və burada həyata keçirilən bərpa-quruculuq prosesi beynəlxalq nümayəndələrin bilavasitə müşahidə etdiyi reallığa çevrilib. Bu reallığın qəbul edilməsinə mane olan revanşist ritorika isə sülh gündəliyinə xidmət etmir. Davamlı sülh üçün keçmiş qarşıdurmanın siyasi və informasiya müstəvisində yenidən canlandırılması deyil, suverenliyə hörmət, obyektiv tarixi yanaşma və qarşılıqlı etimadın gücləndirilməsi əsas götürülməlidir.

Sahib Həsənov,
Salyan rayonu, tarixçi-tədqiqatçı, YAP fəalı

Address

Salyan Şəhəri
Salyan

Alerts

Be the first to know and let us send you an email when YAP Salyan Rayon Təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to YAP Salyan Rayon Təşkilatı:

Shortcuts

Share