Şirvan-Salyan Regional Təhsil İdarəsi

Şirvan-Salyan Regional Təhsil İdarəsi Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəsmi “Facebook” səhifəsi
(1)

📚 Hacıqabulda yeni məktəb binası istifadəyə verilibHacıqabul şəhəri Fərhad Süleymanov adına 3 nömrəli tam orta ümumtəhsi...
15/09/2026

📚 Hacıqabulda yeni məktəb binası istifadəyə verilib

Hacıqabul şəhəri Fərhad Süleymanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin yeni binasının açılışı və “Bilik günü” tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Daha sonra Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini Rəvan Baxışov, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Elm və Təhsil Nazirliyinin Uşaq və Gənclərin İnkişaf Şöbəsinin müdiri Elnur Əliyev, müəllimlər, təhsil ictimaiyyətinin nümayəndələri və şagirdlər iştirak ediblər.

Çıxışlarda yeni məktəb binasının müasir təhsil mühitinin formalaşdırılması, şagirdlərin keyfiyyətli təhsil alması və müəllimlərin səmərəli fəaliyyət göstərməsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.

Daha sonra məktəbin yeni binasına baxış keçirilib və şagirdlərə yeni tədris ilində uğurlar arzulanıb. 🎓📚

15/09/2026
Neftçala şəhər E.Həbibov adına 4 nömrəli tam orta məktəbin yeni binasının açılışı olub------15 sentyabr 2026-cı il tarix...
15/09/2026

Neftçala şəhər E.Həbibov adına 4 nömrəli tam orta məktəbin yeni binasının açılışı olub
------
15 sentyabr 2026-cı il tarixində Neftçala şəhər E.Həbibov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində “Bilik Günü” qeyd olunub və məktəbin yeni binasının açılış mərasimi keçirilib.

Tədbirdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, şəhid ailələrinin üzvləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəbin müəllim və şagird kollektivi, həmçinin valideynlər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənimizin azadlığı və suverenliyi uğrunda qəhrəmancasına şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayonun şəhid ailələri adından Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filara xanım çıxış edərək yeni tədris ili münasibətilə şagird və müəllimləri təbrik edib. O, dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev “Bilik Günü” münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, Neftçala şəhər E.Həbibov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin yeni binasının inşa edilərək şagird və müəllimlərin istifadəsinə verilməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirib.

Rəşad Musayev qeyd edib ki, yeni tədris ilində qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün səylə çalışılacaq. Müəllimlərin əməyi və valideynlərin dəstəyi ilə milli-mənəvi dəyərlərə hörmət edən, vətənpərvər ruhda böyüyən, bilikli və bacarıqlı şagirdlərin yetişdirilməsi istiqamətində işlər davam etdiriləcək.

Daha sonra Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək tədbir iştirakçılarını yeni tədris ili və məktəbin yeni binasının istifadəyə verilməsi münasibətilə təbrik edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu təhsil siyasətindən, təhsil müəssisələrinin maddi-texniki bazasının və infrastrukturunun ildən-ilə daha da yaxşılaşdırılmasından danışıb.

Mirhəsən Seyidov, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərinin Azərbaycanın iqtisadi qüdrətinin göstəricisi olduğunu vurğulayıb.

Tədbirin sonunda məktəbin həyətində rəmzi olaraq ağaclar əkilib.

✨Bilik Günü ilə bağlı tədbirlər keçirilib--------Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müə...
15/09/2026

✨Bilik Günü ilə bağlı tədbirlər keçirilib
--------
Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Bilik Günü ilə bağlı tədbirlər keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə çıxış edən müəssisə rəhbərləri yeni tədris ilində qarşıya qoyulan hədəflərdən və təhsil sahəsində aparılan islahatlardan söz açıblar.
Bildirilib ki, ümumi təhsil müəssisələrində ilk dərslər “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr olunub.
Qeyd edək ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 2026-2027-cı tədris ilində 75 444 nəfər şagird təhsil alacaq.

15/09/2026
14/09/2026

📢 132 MƏKTƏBDƏ VAKANT YER ÜZRƏ YENİDƏN MÜRACİƏT QƏBULU ELAN OLUNUR!

İcma əsaslı məktəbəqədər təhsil qrupları üzrə əvvəlki seçim mərhələsində uyğun namizəd müəyyən edilməyən 132 məktəbdə müəllim (tərbiyəçi) vakant yerlər yenidən vakansiyaya çıxarılır.

Bu ildən etibarən müraciətlər yalnız elektron platforma vasitəsilə qəbul edilir.

Müraciət qaydası:

🔹 İşə qəbul portalına daxil olun;
🔹 Şəxsi kabinet yaradın;
🔹 Tələb olunan məlumatları sistemə daxil edin;
🔹 Uyğun vakansiyanı seçərək müraciətinizi tamamlayın.

🎥 Şəxsi kabinetin yaradılması və müraciət prosesi ilə bağlı hazırlanmış təlimat videosunu müraciətdən əvvəl izləməyiniz tövsiyə olunur.

Seçim zamanı üstünlük veriləcək namizədlər:

✔️ Məktəbəqədər təhsil, ibtidai təhsil, pedaqogika, psixologiya və digər uyğun ixtisaslar üzrə ali və ya orta ixtisas təhsili olanlar;
✔️ Məktəbəqədər yaşlı uşaqlarla iş təcrübəsinə malik olanlar;
✔️ Vakansiya elan olunan yaşayış məntəqəsində və ya həmin icmada yaşayanlar;
✔️ Ünsiyyət, təşkilatçılıq və komandada işləmək bacarıqları yüksək olanlar.

⚠️ Müraciət zamanı bütün məlumatların düzgün və tam daxil edilməsi vacibdir. Yanlış və ya natamam məlumat təqdim edilməsi müraciətin etibarsız hesab olunmasına səbəb ola bilər.

🔗 Müraciət: https://vakansiya.ilk5il.az
🎥 Təlimat videosu: https://youtu.be/aq5DUIYCXXs
📅 Son müraciət tarixi:

İcma əsaslı məktəbəqədər təhsil komandasına siz də qoşulun!

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 2026–2027-ci tədris ilində TOM-larda təhsil alac...
14/09/2026

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 2026–2027-ci tədris ilində TOM-larda təhsil alacaq şagirdlər, onların valideynləri və tədris prosesinə cəlb olunan müəllimlərlə görüş keçirilib.

Görüş zamanı TOM-larda tədris prosesinin təşkili, tədrisin keyfiyyətinin təmin olunması və təlimin səmərəli təşkili ilə bağlı müəllimlərə ətraflı məlumat verilib.

Şagirdlər dərs cədvəlləri ilə tanış edilib, tədris prosesi və dərslərin təşkili ilə bağlı onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Görüşün sonunda valideynlərin sualları dinlənilib və onları maraqlandıran məsələlər ətrafında ətraflı cavablar verilib.

Address

Salyan ş. Ə. Hüseynov 2a
Salyan
AZ5200

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994105250925

Alerts

Be the first to know and let us send you an email when Şirvan-Salyan Regional Təhsil İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share