11/09/2026
🥊 Salyan rayonunda boks idman növü üzrə turnir keçirilmişdir.
11 sentyabr 2026-cı il tarixində Salyan şəhəri Tale Davudzadə küçəsində yerləşən boks zalında Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “Dövlət Suverenliyi Günü”nə həsr edilmiş uşaqlar və yeniyetmələr arasında boks idman növü üzrə turnir keçirilmişdir.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra çıxış edən Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun müdiri Elmar Əbilov, boks idman növü üzrə məşqçi-müəllim Fəxrəddin Quliyev idmançıları salamlayaraq bildirdilər ki, belə yarışların keçirilməsinin yeniyetmə boksçuların yetişməsi və perspektivli idmançıların aşkar olunmasında böyük rolu vardır. Daha sonra yarışa start verildi. Maraqlı idman mübarizəsi şəraitində keçən turnirin yekununda qalib idmançılar Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin diplomları və medalları ilə təltif olundular.