Namaz Namazov adına Qızıl Qışlaq kənd tam orta məktəbi

Namaz Namazov adına Qızıl Qışlaq kənd tam orta məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Namaz Namazov adına Qızıl Qışlaq kənd tam orta məktəbi, Public School, Qızıl Qışlaq kənd, Sahbuz.

ℹ️ Təhsil naziri Şahbuz rayonunda vətəndaş qəbulu keçirəcək 📢 Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfo...
02/06/2026

ℹ️ Təhsil naziri Şahbuz rayonunda vətəndaş qəbulu keçirəcək

📢 Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfov 11iyun 2026-ci il tarixində Şahbuz rayonunda vətəndaşları qəbul edəcək.

✅ Şahbuz rayon sakinləri 10 iyun (saat 18:00-dək) tarixinədək 060-473-50-51"WhatsApp” nömrəsinə müraciətin məzmununu qeyd etməklə qəbula yazıla bilərlər.

❗️Qeyd edək ki, vətəndaş qəbulu saat 11:00-dan 13:00-dək Şahbuz Rayon Təhsil Şöbəsinin inzibati binasında keçiriləcək.

ℹ️ 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edir, onlara sağlam, xoşbəxt və uğurl...
01/06/2026

ℹ️ 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edir, onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulayırıq.

📢 Bayramınız mübarək, əziz uşaqlar! 🌍🎈

ℹ️  IV və VI sinif şagirdləri üçün monitorinq keçiriləcək🗓️ Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil...
21/05/2026

ℹ️ IV və VI sinif şagirdləri üçün monitorinq keçiriləcək

🗓️ Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutu tərəfindən 5 iyun tarixində IV siniflər, 6 iyun tarixində isə VI siniflər olmaqla ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində monitorinq təşkil olunacaq.

🎯 Qeyd edək ki, monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdir.


21 may 2026-cı il tarixdə Qızıl Qışlaq kənd tam orta məktəbində "İnsan Hüquqları Aylığı"çərçivəsində “İnsan hüquqları və...
21/05/2026

21 may 2026-cı il tarixdə Qızıl Qışlaq kənd tam orta məktəbində "İnsan Hüquqları Aylığı"çərçivəsində “İnsan hüquqları və vətəndaş məsuliyyəti” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə insan hüquq və azadlıqlarının mahiyyəti, vətəndaşların hüquq və vəzifələri, cəmiyyətdə qarşılıqlı hörmət və məsuliyyət prinsipləri barədə ətraflı məlumat verilmişdir.Mövzu ilə bağlı çıxışlar etmiş, fikir mübadiləsi aparmış və insan hüquqlarının qorunmasının əhəmiyyəti vurğulanmışdır. Tədbirin əsas məqsədi şagirdlərdə hüquqi maarifləndirməni artırmaq və onları məsuliyyətli vətəndaş kimi formalaşdırmaq olmuşdur.

Qızıl Qışlaq kənd tam orta məktəbində 18 may 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq” mövzusunda tədbir keçirilmişd...
18/05/2026

Qızıl Qışlaq kənd tam orta məktəbində 18 may 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə şagirdlərə mövzu ilə bağlı ətraflı məlumat verilmiş, videoçarx nümayiş olunmuş və maarifləndirici söhbətlər aparılmışdır.

📚 Qızıl Qışlaq kənd tam orta məktəbinin şagirdi buraxılış imtahanında yüksək nəticə göstərmişdir.🎓 Şagirdimizi təbrik ed...
16/05/2026

📚 Qızıl Qışlaq kənd tam orta məktəbinin şagirdi buraxılış imtahanında yüksək nəticə göstərmişdir.
🎓 Şagirdimizi təbrik edir, ona gələcək təhsil həyatında daha böyük uğurlar arzulayırıq.

8 may 2026-cı il tarixində məktəbimizdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ild...
08/05/2026

8 may 2026-cı il tarixində məktəbimizdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda tədbir keçirilib.

ℹ️ Mayın 2-dən Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma imtahanlarına start verilirⓂ️ayın 2–3 və 10–11 tarixlərind...
29/04/2026

ℹ️ Mayın 2-dən Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma imtahanlarına start verilir

Ⓜ️ayın 2–3 və 10–11 tarixlərində Naxçıvan Muxtar Respublikasında təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə test imtahanları keçiriləcək. Prosesdə ümumilikdə 2772 təhsilverənin iştirakı nəzərdə tutulur.

📢 İmtahan qrafikinə əsasən:

🔹 2 may — alman, fransız, ingilis, rus dilləri, Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatı, informatika müəllimləri;
🔹 3 may — riyaziyyat, kimya, biologiya müəllimləri;
🔹 10 may — fizika, ibtidai sinif və coğrafiya müəllimləri;
🔹 11 may — fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, musiqi, tarix, təsviri incəsənət və texnologiya müəllimləri sertifikatlaşdırma imtahanlarında iştirak edəcəklər.

❗️Təhsilverənlərdən xahiş olunur ki, şəxsi kabinetlərinə daxil olaraq imtahan tarixi, mərkəzi və seans vaxtı ilə bağlı məlumatları öncədən dəqiqləşdirsinlər. İmtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması mütləqdir.

✨ ️Sertifikatlaşdırma prosesində iştirak edəcək bütün təhsilverənlərə uğurlar arzulayırıq!

13 aprel 2026-cı il tarixdə Qızıl Qışlaq kənd tam orta məktəbində “Şəhərsalma və Memarlıq İli” ilə baglı dəyirmi masa ke...
13/04/2026

13 aprel 2026-cı il tarixdə Qızıl Qışlaq kənd tam orta məktəbində “Şəhərsalma və Memarlıq İli” ilə baglı dəyirmi masa kecirildi.

ℹ️ Təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsinin test imtahanı   ilə bağlı məlumatlar namizədlərin...
01/04/2026

ℹ️ Təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsinin test imtahanı ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərildi

📢 Naxçıvanda 2026-cı ilin may ayında keçiriləcək təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsinin test imtahanı ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərildi.

✅ ️Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

🔗 Qeyd: Sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsinin test imtahanı ilə bağlı əlavə məlumatlar Nazirliyin sosial şəbəkə hesablarında paylaşılacaq.

Address

Qızıl Qışlaq Kənd
Sahbuz

Telephone

+994365431944

Website

Alerts

Be the first to know and let us send you an email when Namaz Namazov adına Qızıl Qışlaq kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Namaz Namazov adına Qızıl Qışlaq kənd tam orta məktəbi:

Share

Category