M.S. Xəlilov adına Şahbuzkənd kənd tam orta məktəbi

M.S. Xəlilov adına Şahbuzkənd kənd tam orta məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from M.S. Xəlilov adına Şahbuzkənd kənd tam orta məktəbi, Public School, Şahbuzkənd kəndi, Sahbuz.

ℹ️ Təhsil naziri Şahbuz rayonunda vətəndaş qəbulu keçirəcək 📢 Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfo...
02/06/2026

ℹ️ Təhsil naziri Şahbuz rayonunda vətəndaş qəbulu keçirəcək

📢 Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfov 11 iyun 2026-ci il tarixində Şahbuz rayonunda vətəndaşları qəbul edəcək.

✅ Şahbuz rayon sakinləri 10 iyun (saat 18:00-dək) tarixinədək 060-473-50-51 "WhatsApp” nömrəsinə müraciətin məzmununu qeyd etməklə qəbula yazıla bilərlər.

❗️Qeyd edək ki, vətəndaş qəbulu saat 15:00-dan 17:00-dək Şahbuz Rayon Təhsil Şöbəsinin inzibati binasında keçiriləcək.

1 iyun 2026-cı il tarixdə Şahbuzkənd kənd tam orta məktəbində " Uşaqların Beynəlxalq Müdafiəsi Günü" ilə bağlı tədbir ke...
01/06/2026

1 iyun 2026-cı il tarixdə Şahbuzkənd kənd tam orta məktəbində " Uşaqların Beynəlxalq Müdafiəsi Günü" ilə bağlı tədbir keçirildi.

ℹ️ 28 May Azərbaycanın Müstəqillik Günüdür 🇦🇿
27/05/2026

ℹ️ 28 May Azərbaycanın Müstəqillik Günüdür 🇦🇿

ℹ️ Cari ildə sertifikatlaşdırma imtahanına ilk dəfə cəlb olunacaq fənn müəllimlərinə (fiziki tərbiyə, musiqi, tarix, təs...
27/05/2026

ℹ️ Cari ildə sertifikatlaşdırma imtahanına ilk dəfə cəlb olunacaq fənn müəllimlərinə (fiziki tərbiyə, musiqi, tarix, təsviri incəsənət, texnologiya) dəstək məqsədilə “MS TEAMS” platformasında sınaq imtahanı təşkil olunacaq.

📢 Sınaq imtahanının səhifəsi 3 iyun tarixində saat 10:00-dan başlayaraq 20:00-dək aktiv olacaq. Bu müddət ərzində hər müəllimin yalnız bir dəfə (120 dəqiqə) sınaq imtahanında iştirak etmək imkanı olacaq.

✅ ️Sınaq imtahanlarında namizədlərə ixtisas fənni üzrə 50, metodika və pedaqogika üzrə 10 test tapşırığı təqdim olunacaq. İmtahan vaxtı bitən kimi nəticəniz ekranda görünəcək.

🔗 Qeyd: Hörmətli müəllimlər, sınaq imtahanında iştirak etmək üçün 1, 2 iyun tarixlərində virtual məktəbdəki (TEAMS) mövcud qrupunuza daxil olub sizə dəvət gəldiyindən əmin olun. Virtual məktəbdə qeydiyyatdan keçməyən şəxslərin sınaq imtahanında iştirak etməsi mümkün olmadığı üçün qeyd edilən tarixə qədər qeydiyyatı olmayanların qeydiyyatdan keçməsi mütləqdir.


ℹ️ Qurban Bayramı münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirik! 🌙✅ ️Bu müqəddəs bayramın hər evə sevinc, bərək...
26/05/2026

ℹ️ Qurban Bayramı münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirik! 🌙

✅ ️Bu müqəddəs bayramın hər evə sevinc, bərəkət və ruzi, hər bir ailəyə sağlamlıq və xoşbəxtlik gətirməsini arzulayırıq. Qurban Bayramı birlik, paylaşma və mərhəmət dəyərlərinin təntənəsidir.

✨ ️Qurban Bayramınız mübarək!

26 may 2026-cı il tarixdə Şahbuzkənd kənd tam orta məktəbində "Müstəqillik Günü" ilə bağlı tədbir keçirildi.
26/05/2026

26 may 2026-cı il tarixdə Şahbuzkənd kənd tam orta məktəbində "Müstəqillik Günü" ilə bağlı tədbir keçirildi.

25 may 2026-cı il tarixdə Şahbuzkənd kənd tam orta məktəbində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlü...
25/05/2026

25 may 2026-cı il tarixdə Şahbuzkənd kənd tam orta məktəbində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasında müstəsna əhəmiyyətə malik olan tarixi "Günnüt əməliyyatı"nın 8-ci ildönümü ilə əlaqədar tədbir keçirildi.

ℹ️ Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırılması üzrə nəticələri şəxsi kabinetlərə göndərildi – apellyasiya mərhələ...
22/05/2026

ℹ️ Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırılması üzrə nəticələri şəxsi kabinetlərə göndərildi – apellyasiya mərhələsinə start verildi

📢 Naxçıvanda 02, 03, 10 və 11 may tarixlərində keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin ikinci dövriyyəsi üzrə test imtahanı mərhələsinin nəticələri müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Eyni zamanda apellyasiya müraciətlərinin qəbuluna başlanılıb.

Ⓜ️üəllimlər 1 ay müddətində portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsi vasitəsilə şəxsi kabinetlərinə daxil olaraq apellyasiya müraciəti edə bilərlər.

🔷 ️Müraciətlərə baxıldıqdan sonra yekun nəticələr elan olunacaq.

🔗 Qeyd edək ki, test imtahanlarında ümumilikdə 2748 müəllim iştirak edib və 99% davamiyyət qeydə alınıb.

❗️Həmçinin bildiririk ki, 11 may tarixində keçirilən Gənclərin Çağırışaqədərki Hərbi Rəhbər vəzifəsi üzrə test imtahanında nəticələrin hesablanması zamanı proqram təminatında 4 sual üzrə texniki xəta qeydə alınıb. Belə ki, həmin sualların qiymətləndirilməsi zamanı 1 bal əvəzinə səhvən 2 bal hesablanıb və bu səbəbdən bəzi nəticələrdə fərqlər yaranıb.
Bununla bağlı müraciətlərinizi portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsi vasitəsilə, eyni zamanda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə yaxınlaşaraq edə bilərsiniz.

22 may 2026-cı il tarixində Şahbuzkənd kənd tam orta məktəbində "Şəhərsalma və Memarlıq İli "ilə bağlı "Gənclərin baxışı...
22/05/2026

22 may 2026-cı il tarixində Şahbuzkənd kənd tam orta məktəbində "Şəhərsalma və Memarlıq İli "ilə bağlı "Gənclərin baxışında şəhərsalma və tarixi irsin qorunması” adlı tədbir keçirildi.

ℹ️  IV və VI sinif şagirdləri üçün monitorinq keçiriləcək🗓️ Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil...
21/05/2026

ℹ️ IV və VI sinif şagirdləri üçün monitorinq keçiriləcək

🗓️ Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutu tərəfindən 5 iyun tarixində IV siniflər, 6 iyun tarixində isə VI siniflər olmaqla ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində monitorinq təşkil olunacaq.

🎯 Qeyd edək ki, monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdir.


Address

Şahbuzkənd Kəndi
Sahbuz

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00

Telephone

+994365430610

Website

Alerts

Be the first to know and let us send you an email when M.S. Xəlilov adına Şahbuzkənd kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category