Şahbuz Rayon Təhsil Şöbəsi

Şahbuz Rayon Təhsil Şöbəsi Təhsil millətin gələcəyidir. H.Əliyev

ℹ️ Qızıl və gümüş nişanla təltif olunan məzunlarla görüş keçirilib📢 Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 202...
10/09/2026

ℹ️ Qızıl və gümüş nişanla təltif olunan məzunlarla görüş keçirilib

📢 Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 2025–2026-cı tədris ili üzrə qızıl və gümüş nişanla təltif olunan məzunlarla görüş keçirilib.

✅️ Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov iştirak edib. Təhsil naziri məzunları əldə etdikləri yüksək nailiyyət münasibətilə təbrik edərək bildirib ki, qızıl və gümüş nişanlar onların təhsil müddətində göstərdikləri yüksək nəticələrin, əzmkarlıq və zəhmətin qiymətləndirilməsinin ifadəsidir. Qeyd olunub ki, bu uğur məzunların qarşıdakı təhsil və peşə həyatında yeni hədəflərə doğru inamla irəliləmələri üçün mühüm stimuldur.

🔷 ️Elxan Nəcəfov məzunlara gələcək təhsil həyatlarında və fəaliyyətlərində uğurlar, yeni nailiyyətlər arzulayıb.

✔️ Görüş çərçivəsində qızıl və gümüş nişanla təltif olunan məzunlara Kapital Bank və “Sirab” ASC tərəfindən hədiyyələr təqdim olunub.

🔗 Qeyd edək ki, Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən Naxçıvan şəhəri 12 nömrəli tam orta məktəbin şagirdi Ərsadiq Cabbarlı və Culfa rayonu Saltaq kənd tam orta məktəbi şagirdi Murad Zülfüqarov qızıl, Babək rayon Şəkərabad kənd tam orta məktəbin şagirdi Fidan Babayeva və Naxçıvan şəhəri 4 nömrəli tam orta məktəbin şagirdi Solmaz Ələkbərli isə gümüş medala layiq görülüblər.
Sonda xatirə fotosu çəkdirilib.

☑️ 09 sentyabr 2026-cı il tarixində Şahbuz Rayon Təhsil Şöbəsi tərəfindən təhsil işçilərinin bölmə iclası keçirilib.İcla...
09/09/2026

☑️ 09 sentyabr 2026-cı il tarixində Şahbuz Rayon Təhsil Şöbəsi tərəfindən təhsil işçilərinin bölmə iclası keçirilib.İclasda rayon ümumtəhsil məktəblərinin rəhbərləri,təhsil işçiləri və aidiyyəti şəxslər iştirak ediblər.

03/09/2026

ℹ️ Naxçıvanın 4 məzunu qızıl və gümüş nişanla təltif olunub

📢 Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrlə 2025–2026-cı tədris ilində ümumi təhsil müəssisələrini yüksək nəticələrlə başa vuran məzunlar qızıl və gümüş nişanlarla təltif ediliblər.

✅ ️Naxçıvandan 2 məzun qızıl, 2 məzun isə gümüş nişana layiq görülüb.

🥇Qızıl nişan: • Cabbarlı Ərsadiq İlham oğlu – Naxçıvan şəhəri 12 nömrəli tam orta məktəb

🥇Qızıl nişan: • Zülfüqarov Murad Rəşad oğlu – Culfa rayonu Saltaq kənd tam orta məktəbi

🥈Gümüş nişan: • Babayeva Fidan Nahid qızı – Babək rayon Şəkərabad kənd tam orta məktəbi

🥈Gümüş nişan: • Ələkbərli Solmaz Şahmar qızı – Naxçıvan şəhəri 4 nömrəli tam orta məktəb

🔗 Məzunlarımızı təbrik edir, onlara gələcək təhsil və fəaliyyətlərində uğurlar arzulayırıq!

ℹ️ Təhsilverənlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır🗓️ Təhsilverənlərin təkrar ser...
31/08/2026

ℹ️ Təhsilverənlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır

🗓️ Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Namizədlər şəxsi kabinetlərinə daxil olaraq müvafiq məlumatlarla tanış ola bilərlər.

📌 Qeyd edək ki, 3 sentyabrdan etibarən təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi təşkil olunacaq.

❗️ Nəzərinizə çatdırırıq ki, test imtahanında keçid balı toplayan şəxslərin əməkhaqqına 10 faiz, 51 bal və daha yüksək nəticə əldə edən şəxslərin əməkhaqqına isə 35 faiz əlavə tətbiq ediləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq.

📍 Təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak edəcək müəllimlər şəxsi kabinetlərində qeyd olunan tarix və məkana uyğun olaraq prosesdə iştirak etməlidirlər.

🤝 Təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak edəcək bütün müəllimlərə uğurlar arzulayırıq!

14/08/2026
14/07/2026

ℹ️ 14 İyul – Milli inkişaf yolunun başlanğıcı

📢 14 iyul 1969-cu il Azərbaycan tarixində mühüm dönüş nöqtəsidir. Həmin gün Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbər seçilməsi ölkəmizin inkişafında yeni mərhələnin əsasını qoymuş, elm, təhsil, mədəniyyət və digər sahələrin hərtərəfli inkişafına güclü təkan vermişdir.

✅ ️Bu əlamətdar tarix münasibətilə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edir, onun Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və milli təhsilimizin inkişafı istiqamətindəki misilsiz xidmətlərini minnətdarlıqla anırıq.

ℹ️ İyunun 30-da mərkəzləşdirilmiş qaydada təşkil olunan lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb və...
08/07/2026

ℹ️ İyunun 30-da mərkəzləşdirilmiş qaydada təşkil olunan lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb və iştirakçıların şəxsi kabinetlərinə göndərilib.

📢 Diqqət! Lisey və gimnaziyalar üzrə seçim prosesi 8 iyul saat 11:00-da başlayıb 14 iyul saat 12:00-dək davam edəcək.

✅ ️Lisey və gimnaziya seçimləri şəxsi kabinetlərdə yerləşən “İmtahanlar” bölməsinin “Lisey seçimi” hissəsi vasitəsilə həyata keçirilir.

❗️Bu mərhələdə namizədlər maksimum 3 lisey seçə bilərlər. Seçimdə 3 lisey qeyd etmək məcburi deyil. Şagird və valideynlərə yalnız təhsil almağı planlaşdırdıqları lisey və ya gimnaziyanı seçmək tövsiyə edilir.

🔷 ️Şagird seçdiyi lisey və ya gimnaziyaya qəbul olunduğu təqdirdə şagirdlərin elektron yerdəyişmə sistemi aktivləşdiriləcək və onun üçün avtomatik yerdəyişmə sorğusu yaradılacaq. Qəbul olunan şagirdlərin sənəd qəbulu prosesinin avqust ayının ilk yarısında həyata keçirilməsi nəzərdə tutulur.

Ⓜ️əlumat üçün bildiririk ki, qəbul imtahanı ölkə üzrə 41 müxtəlif imtahan mərkəzində təşkil olunub və prosesdə 7 minə yaxın şagird iştirak edib. İmtahan prosesi bütün mərkəzlərdə uğurla həyata keçirilib.

🔗 Nəticələrlə bağlı müraciətlər 10 iyul 17:00-dək [email protected] elektron poçt ünvanına rəsmi ərizə formasında göndərilə bilər.


26/06/2026

Address

Şahbuz şəhəri, 28 May Küçəsi
Sahbuz

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994365430039

Website

Alerts

Be the first to know and let us send you an email when Şahbuz Rayon Təhsil Şöbəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Şahbuz Rayon Təhsil Şöbəsi:

Shortcuts

Share