Bakı şəhəri Elxan Misirxanov adına 71 nömrəli tam orta ümumtəhsil məktəbi

Bakı şəhəri Elxan Misirxanov adına 71 nömrəli tam orta ümumtəhsil məktəbi Təhsil ocağı

Ekskursiya təşkil olunubŞagirdlərin asudə vaxtlarının səmərəli təşkilinin təmin edilməsi məqsədilə  06/06/2026-cı il tar...
06/06/2026

Ekskursiya təşkil olunub

Şagirdlərin asudə vaxtlarının səmərəli təşkilinin təmin edilməsi məqsədilə 06/06/2026-cı il tarixdə 7 "C" sinif şagirdləri sinif rəhbəri Abduləzimova Susannanın təşkilatçılığı ilə Mərkəzi Nəbatat Bağında maarifləncdirici ekskursiyada olmuşlar.
Ekskursiya zamanı şagirdlər bağın ərazisində yerləşən Oranjereyada müxtəlif tropik bitkilərlə yaxından tanış olmuş, onların xüsusiyyətləri və yetişdirilmə şəraiti haqqında maraqlı məlumatlar əldə etmişlər.
Bu cür ekskursiyalar şagirdlərin dünyagörüşünün genişlənməsinə, təbiətə maraq və sevgisinin artmasına, eləcə də nəzəri biliklərinin praktik müşahidələrlə zənginləşməsinə mühüm töhfə verir.

06/06/2026

Mövzu : 5 iyun -Ümumdünya Ətraf Mühit Günü
Sinif- 2 "Ç"
Müəllim- Abbasova Pərvanə
Videosüjet- təbiətin qorunması ilə bağlı fikirlər şagirdlərin dilində

BSQ-2-nin yoxlanılması üzrə komissiya öz işinə başlayıb.... 5 iyun 2026-cı il tarixindən etibarən BSQ-2-nin təşkili ilə ...
06/06/2026

BSQ-2-nin yoxlanılması üzrə komissiya öz işinə başlayıb....

5 iyun 2026-cı il tarixindən etibarən BSQ-2-nin təşkili ilə bağlı yaradılmış test yoxlama komissiyası öz işinə başlamışdır. Məqsəd, imtahan tapşırıqlarının obyektiv və təlimata uyğun şəkildə yoxlanılması və qısa müddətdə cavabların rəhbərliyə təqdim edilməsidir.

"5 İyun -Ümümdünya Ətraf Mühit Günü"nə  həsr olunmuş maarifləndiricii dərs keçirilibHər il 5 iyun tarixi dünyada Ümumdün...
06/06/2026

"5 İyun -Ümümdünya Ətraf Mühit Günü"nə həsr olunmuş maarifləndiricii dərs keçirilib

Hər il 5 iyun tarixi dünyada Ümumdünya Ətraf Mühit Günü olaraq qeyd edilir. 1972-ci ildə BMT tərəfindən təsis edilən bu günün əsas məqsədi ekoloji problemlərə diqqət çəkmək, təbiəti qorumaq, iqlim dəyişiklikləri ilə mübarizə aparmaq və əhali arasında ekoloji maarifləndirməni artırmaqdır. Bu məqsədlə məktəbin ibtidai sinif müəllimi Abbasova Pərvanə 2 "Ç" sinfində maarifləndirici dərs keçmişdir. Dərsin keçirilməsində əsas məqsəd ətraf mühitin mühafizəsi, yaşıllıqların artırılması və ekosistemlərin zərərli təsirlərdən qorunması ilə bağlı şagirdləri maarifləndirmək, onlarda təbiətin qorunması haqqında bilikləri möhkəmləndirməkdir. Dərsdə şagirdlər maraqlı təqdimatlar etmiş,öz fantaziyalarına uyğun dizayn etdikləri gözəl əl işlərini təqdim etmişlər.

05/06/2026

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə imtahanlarda iştirak etmək üçün qeydiyyat 18 – 29 iyun tarixlərində aşağıdakı istiqamətlər üzrə aparılacaq:

təsviri sənət;
musiqi sənəti;
teatr, kino və xoreoqrafiya sənəti.

Abituriyentlər istiqamətlərdən yalnız birinin Qabiliyyət İmtahanı Komissiyaları (QİK) üzrə qeydiyyatdan keçə bilərlər. Ümumi (9 illik) orta təhsil bazasında Bakı İlahiyyat Kollecinin dini-mənəvi xidmət ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün də qeydiyyat 18 – 29 iyun tarixlərində aparılacaq.

İstiqamətlər üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışları artıq nəşr olunub.Xüsusi buraxılışlarda qəbul imtahanının qabiliyyət imtahanı mərhələsi, ixtisaslar üzrə müsabiqə şərtləri, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər, bir sözlə, burada xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin marağına uyğun olan, sorğularına aydınlıq gətirən, imtahana hazırlaşmalarına fayda verə bilən ən zəruri materiallar əksini tapıb.

Vəsaitləri DİM-in inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür.

Vəsaitlərin elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar.

"5 İyun- Ümumdünya Ətraf Mühüt Günü" münasibətilə məşğələ keçirilibTədris planına uyğun olaraq 05/06/2026-cı il tarixdə ...
05/06/2026

"5 İyun- Ümumdünya Ətraf Mühüt Günü" münasibətilə məşğələ keçirilib

Tədris planına uyğun olaraq 05/06/2026-cı il tarixdə ibtidai sinif müəllimi Salahova Rəna 2 "A" sinfində "5 İyun- Ümumdünya Ətraf Mühüt Günü" münasibətilə məşğələ keçmişdir. Məktəbin həyətyanı sahəsində keçirilən bu məşğələdə uşaqlarla ətraf mühitə qarşı qayğı, ətraf mühitin qorunması ilə bağlı söhbətlər aparılmış, heyvanlara qarşı qayğıkeş və mərhəmətli davranmağın vacibliyi izah edilmişdir. Daha sonra müəllim və uşaqlar məktəb həyətindəki ağaclarda quşlar üçün yuvalar asmışlar,bitkilərə qulluq etmişlər, eləcə də bu balaca körpələr təbiətə aid şeirlər söyləmiş, maraqlı məlumatlar danışmışlar.
Məktəb rəhbərliyinin də iştirak etdiyi bu cür tədbirlər yüksək qiymətləndirilir, digər şagirdlərə də örnək olur.

Sərgi keçirilib"5 iyun- ümumdünya ətraf mühitin mühafizəsi günü " münasibətilə sərgi keçirilib.Təhsilalanların ekoloji m...
05/06/2026

Sərgi keçirilib

"5 iyun- ümumdünya ətraf mühitin mühafizəsi günü " münasibətilə sərgi keçirilib.
Təhsilalanların ekoloji maariflən-dirilməsi, onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istfadə edilməsi məqsədilə keçirilən bu sərgidə məktəbin müxtəlif yaş qrupu üzrə şagirdləri həvəslə qoşulmuşlar.
Sərgini UBTR Aynurə Qasımova təşkil etmişdir.

Məktəblərarası Milli Kosmik Poçt müsabiqəsi"Kosmosa poçt kartları" (Postcards to Space), “Blue Origin” şirkəti tərəfində...
05/06/2026

Məktəblərarası Milli Kosmik Poçt müsabiqəsi

"Kosmosa poçt kartları" (Postcards to Space), “Blue Origin” şirkəti tərəfindən təsis edilmiş "Club for the Future" təşkilatı tərəfindən həyata keçirilən beynəlxalq təhsil təşəbbüsüdür. Bu layihə dünyanın hər yerindən olan şagirdlərə öz yaradıcı mesajlarını və rəsm əsərlərini realkosmik missiyalar çərçivəsində kosmosa göndərməyə imkan yaradır. Bu münasibətlə məktəbin direktoru Sahil Abbasov şagirdlərlə görüş keçirmiş, təlimat üzrə tapşırıqları şagirdlərin nəzərinə çatdırmışdır.

ll yarım il üzrə Rəqəmsal qaydada  BSQ keçirilir...     2025/2026-cı tədris ilinin illik Fəaliyyət Planına əsasən, 04/06...
05/06/2026

ll yarım il üzrə Rəqəmsal qaydada BSQ keçirilir...

2025/2026-cı tədris ilinin illik Fəaliyyət Planına əsasən, 04/06/2026-ci il tarixdə məktəbdə ll yarımil üzrə BSQ keçirilməsi davam etmişdir. BSQ cədvəl üzrə təyin olunmuş vaxtda məktəb rəhbərliyinin və imtahan komissiyasının nəzarəti ilə keçirilir. Rəqəmsal qaydada 9-cu siniflərdə keçirilən bu imtahan zamanı nəzarətçi informatika müəllimlərin iştirakı ilə şəffaflıq və obyektivlik təmin edilmiş və prosesə sona qədər nəzarət olunmuşdur.
Bütün şagirdlərimizə uğurlar arzulayırıq!

"Sağlam qidalanma" mövzusu ilə  bağlı məşğələ keçirilib.04/06/2026-cı il tarixdə  məktəbin biologiya müəllimi Abdullayev...
05/06/2026

"Sağlam qidalanma" mövzusu ilə bağlı məşğələ keçirilib.

04/06/2026-cı il tarixdə məktəbin biologiya müəllimi Abdullayeva Aliyə 6 "Ç" sinfində "Sağlam qidalanma" mövzusu üzrə məşğələ keçmişdir. Məşğələdə şagirdlər sağlam həyat tərzi ilə bağlı məlumatlandırılmış və onlara müvafiq tövsiyələr verilmişdir.

Address

Baki şəhəri Sabunçu Rayonu
Sabunçu Raion
AZ1104

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00

Telephone

+994125502489

Alerts

Be the first to know and let us send you an email when Bakı şəhəri Elxan Misirxanov adına 71 nömrəli tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category