Mil - Muğan Regional Təhsil İdarəsi

Vətəndaşlar Mil-Muğan Regional Təhsil İdarəsinin rəhbər vəzifəli şəxslərinin qəbuluna yazılmaq üçün Çağrı Mərkəzinin "146-0-6" nömrəli telefonuna zəng edə və ya aşağıdakı link vastəsi ilə yazıla bilərlər. Vətəndaşlar Elm və Təhsil Nazirliyinin və Mil-Muğan Regional Təhsil İdarəsinin rəhbər vəzifəli şəxslərinin qəbuluna yazılmaq üçün Çağrı Mərkəzinin "146-0-6" nömrəli telefonuna zəng edə, Elm və Təhsil Nazirliyinin (+9940512067848) “Whatsapp” nömrəsinə və ya aşağıdakı link vastəsi ilə yazıla bilərlər.

18/09/2026

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu axşam saat 22:50-də İctimai Televiziyanın efirində yayımlanacaq “Pressinq” verlişində jurnalistlərin suallarını cavablandıracaq.

📢 Ailə tipli icma əsaslı məktəbəqədər təlim qrupları üçün tərbiyəçi-müəllimlərin qeydiyyatına başlanılırMəktəbəqədər təh...
18/09/2026

📢 Ailə tipli icma əsaslı məktəbəqədər təlim qrupları üçün tərbiyəçi-müəllimlərin qeydiyyatına başlanılır

Məktəbəqədər təhsilin əhatəliliyinin artırılması və uşaqların keyfiyyətli erkən inkişaf imkanlarına çıxışının genişləndirilməsi məqsədilə “Ailə tipli icma əsaslı məktəbəqədər təlim qrupları”na tərbiyəçi-müəllim kimi fəaliyyət göstərmək istəyən namizədlərin qeydiyyatına başlanılır.

Tərbiyəçi-müəllim kimi fəaliyyət göstərmək istəyən valideynlər, məktəbəqədər təhsil, məktəbəhazırlıq və ya ümumi pedaqoji təcrübəyə malik mütəxəssislər, erkən yaşlı uşaqların inkişafına töhfə vermək istəyən təşəbbüskar şəxslər, eləcə də şəxsi mənzilində və ya digər müvafiq məkanda təlim qrupunun təşkilinə şərait yarada bilən namizədlər müraciət edə bilərlər.

Nəzərinizə çatdırırıq ki, müraciət edən şəxslərdən minimum tam orta təhsil səviyyəsi, uşaqlarla işləmək bacarığı və yüksək məsuliyyət hissi tələb olunur. Namizədlər xüsusi təlim proqramında iştirak etməyə hazır olmalı, eyni zamanda təqdim edəcəkləri məkan təhlükəsizlik və sanitariya-gigiyena normalarına tam cavab verməlidir.

Bununla yanaşı, təlim qruplarının fəaliyyəti hər qrupda 4–8 nəfər uşaq olmaqla, həftədə 4 gün və gündəlik 2–2,5 saatlıq tədris rejimi əsasında təkil edilir. Tədris prosesi oyun əsaslı və məktəbəhazırlıq yönümlü keçiriləcək, qrupların fəaliyyəti isə mentor və metodist heyəti tərəfindən mütəmadi olaraq dəstəklənəcək və monitorinq ediləcək.

Qeyd edək ki, müraciət üçün son tarix 23 sentyabr 2026-cı il olaraq müəyyən edilib. Müraciət zamanı təqdim olunan məlumatlar qiymətləndirildikdən sonra növbəti mərhələyə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Müraciət üçün keçid: https://forms.cloud.microsoft/r/r39WsgUFVa

18 sentyabr Milli Musiqi Günüdür.Dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim Üzeyi...
18/09/2026

18 sentyabr Milli Musiqi Günüdür.

Dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim Üzeyir Hacıbəylinin doğum günü ölkəmizdə hər il Milli Musiqi Günü kimi qeyd olunur.

Milli musiqimizi tanımaq, yaşatmaq və gələcək nəsillərə ötürmək milli-mədəni irsimizə bağlılığımızın ifadəsidir.

Milli Musiqi Günümüz mübarək! 🎶

Uşaqların məktəbəqədər təhsilə çıxış imkanlarının genişləndirilməsi məqsədilə Ailə tipli icma əsaslı məktəbəqədər təlim ...
17/09/2026

Uşaqların məktəbəqədər təhsilə çıxış imkanlarının genişləndirilməsi məqsədilə Ailə tipli icma əsaslı məktəbəqədər təlim qruplarının təşkilinə başlanılır.

Əgər yaşadığınız ərazidə dövlət və ya özəl bağça, yaxud icma əsaslı məktəbəqədər təlim qrupu fəaliyyət göstərmirsə, uşaqların məktəbəqədər təhsilə çıxışı məhduddursa və öz evinizdə və ya digər uyğun məkanda təhlükəsiz təlim mühiti yaratmaq imkanınız varsa, bu təşəbbüsə qoşula bilərsiniz.

Kimlər müraciət edə bilər?

* Tərbiyəçi-müəllim kimi fəaliyyət göstərmək istəyən valideynlər, xüsusilə xanımlar;
* Məktəbəqədər təhsil, məktəbəhazırlıq və ya tədris təcrübəsi olan şəxslər;
* Erkən yaşlı uşaqların inkişafına dəstək vermək istəyən təşəbbüskar şəxslər;
* Öz evində və ya digər uyğun məkanda təlim qrupu təşkil etmək imkanı olan şəxslər.

İlkin tələblər:

* Minimum tam orta təhsil;
* Uşaqlarla işləməyə maraq və məsuliyyətli yanaşma;
* Təlim proqramında iştirak etməyə hazırlıq;
* Təhlükəsizlik və gigiyena tələblərinə cavab verən məkan.

Təlim qrupları necə fəaliyyət göstərəcək?

* Hər qrupda 4-8 uşaq iştirak edəcək;
* Fəaliyyət həftədə 4 gün, gündə 2 - 2,5 saat təşkil olunacaq;
* Təlimlər oyun əsaslı və məktəbə hazırlıq istiqamətində keçiriləcək;
* Fəaliyyət mentor və metodistlər tərəfindən dəstəklənəcək və monitorinq ediləcək.

Müraciət zamanı təqdim olunan məlumatlar qiymətləndirildikdən sonra növbəti mərhələyə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

📌 Müraciət üçün: https://forms.cloud.microsoft/r/r39WsgUFVa
📅 Son müraciət tarixi: 23.09.2026

İcma Tərəfdaşlıq Modeli ilə məktəbəqədər təhsilə dəstək olun! 🏫Məktəbəqədər təhsil imkanlarının genişləndirilməsi məqsəd...
17/09/2026

İcma Tərəfdaşlıq Modeli ilə məktəbəqədər təhsilə dəstək olun! 🏫

Məktəbəqədər təhsil imkanlarının genişləndirilməsi məqsədilə İcma Layihəsi uşaq inkişaf mərkəzlərini, məktəbəqədər və məktəbə hazırlıq təhsil xidmətləri təklif edən və uyğun məkanı olan şəxsləri əməkdaşlığa dəvət edir.

Tərəfdaş nə təqdim edir?
🏠 Təlim otağı
🪑 Mebel, inventar və zəruri ləvazimatlar
👩‍🏫 Müəllim namizədi

İcma Layihəsi nə təmin edir?
📚 Müəllimə metodiki dəstək və maliyyələşməsi
👩‍🏫 Tədris proqramı
💻 Elektron portal üzərindən qeydiyyat və fəaliyyətin idarə olunması
🔎 Monitorinq və keyfiyyətə nəzarət

Model necə fəaliyyət göstərir?
Bir təlim otağında gün ərzində 3 qrupa qədər fəaliyyət təşkil oluna bilər. Hər qrupda 10-15 uşaq iştirak edir və qruplar təsdiq edilmiş qrafik üzrə fəaliyyət göstərir. Təlim 8 ay (oktyabr-may) ərzində həyata keçirilir.

Mövcud məkanınız və imkanlarınız varsa, İcma Layihəsinə tərəfdaş olun və məktəbəqədər təhsilin daha çox uşaq üçün əlçatan olmasına töhfə verin. 🤝

Müraciət linki: https://forms.cloud.microsoft/r/NRDFeY3BaS

Son tarix: 21.09.2026 saat: 23:59

16/09/2026

Elm və təhsil naziri Emin Əmrullayevin AZTV-nin “Hədəf” verilişinə müsahibəsi

Mühasib vəzifələrinə işə qəbul üzrə müsabiqəyə start verilir.---Mil-Muğan Regional Təhsil İdarəsinin strukturuna daxil o...
15/09/2026

Mühasib vəzifələrinə işə qəbul üzrə müsabiqəyə start verilir.
---
Mil-Muğan Regional Təhsil İdarəsinin strukturuna daxil olan Maliyyə-İqtisadiyyat sektorunun nəzdində fəaliyyət göstərən Beyləqan rayonu üzrə Mərkəzləşdirilmiş Mühasibatlıqda vakant olan mühasib vəzifələrinin tutulması ilə bağlı işə qəbul üzrə müsabiqə elan edilir.

Müsabiqədə mühasibat ixtisası üzrə orta ixtisas və ya ali təhsilə malik şəxslər iştirak edə bilərlər.

⚠️İştirak etmək istəyən namizədlərdən aşağıdakı sənədləri təqdim etmələri tələb olunur:
🔹şəxsiyyət vəsiqəsi;
🔹diplom;
🔹əmək kitabçasının surəti.

Qeyd edək ki, mühasib vəzifələrinə işə qəbul müsabiqə və müsahibə mərhələləri əsasında həyata keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 15–18 sentyabr 2026-cı il tarixlərində aşağıda qeyd olunan keçid vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

🔗 Qeydiyyat linki: https://forms.gle/t4BA1hADAuKxCMwF7

“Bilik Günü” fotolarda.
15/09/2026

“Bilik Günü” fotolarda.

2026-2027-ci tədris ilinin başlanması münasibətilə “Bilik Günü”nə həsr olunmuş tədbirlər keçirilib.---Təhsil ocaqlarında...
15/09/2026

2026-2027-ci tədris ilinin başlanması münasibətilə “Bilik Günü”nə həsr olunmuş tədbirlər keçirilib.
---
Təhsil ocaqlarında keçirilən tədbirlərdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, müdir müavini Rabil Şahbazov, struktur bölmə rəhbərləri, rayon icra hakimiyyətlərinin nümayəndələri, ziyalılar, məktəb rəhbərləri, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

Məktəblərin həyətində keçirilən tədbirlər yeni tədris ilinin yaratdığı xoş ovqat və böyük sevinc hissi ilə yadda qalıb. Xüsusilə məktəb həyatına ilk dəfə qədəm qoyan birincilərin həyəcanı və sevinci tədbirlərə xüsusi rəng qatıb.

Tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda “Bilik Günü” münasibətilə müəllim və şagirdlər təbrik olunub, yeni tədris ilində bütün təhsil iştirakçılarına uğurlar arzulanıb. İlk dəfə məktəbə qədəm qoyan birincilərə isə məktəb həyatının yaddaqalan və uğurlu başlanğıc olması, bilik və bacarıqlarını artıraraq gələcəkdə ölkəmizin inkişafına töhfə verən vətəndaşlar kimi yetişmələri dilənib.

Çıxışlarda vurğulanıb ki, məktəb yalnız bilik və bacarıqların formalaşdırıldığı məkan deyil, eyni zamanda uşaqların şəxsiyyət kimi yetişdiyi, onların dünyagörüşünün və həyata baxışlarının formalaşdığı mühüm sosial mühitdir. Bu baxımdan müəllim, valideyn və şagird əməkdaşlığının gücləndirilməsi, hər bir şagird üçün sağlam və əlverişli təhsil mühitinin yaradılması əsas prioritetlərdəndir.

Bildirilib ki, ümumi təhsil müəssisələrində yeni tədris ilinin ilk dərsləri “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr olunub. İlk dərslərdə şagirdlərə şəhərsalmanın və memarlığın cəmiyyətin inkişafındakı rolu, müasir şəhər mühitinin formalaşdırılması, milli memarlıq irsinin qorunması və gələcək nəsillərə çatdırılması barədə məlumatlar verilib. Tədbirlər çərçivəsində iştirakçılar ilk dərs prosesini də izləyiblər.

Yeni tədris ili Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üçün də mühüm göstəricilərlə başlayır. Belə ki, 2026-2027-ci tədris ilində idarənin tabeliyindəki ümumi təhsil müəssisələrində ümumilikdə 69 510 nəfər şagirdin təhsil alması gözlənilir. Onlardan 5799 nəfəri I sinif, 7146 nəfəri IX sinif, 5330 nəfəri isə XI sinif şagirdləridir.

---

Sabirabad şəhəri Nizami Gəncəvi adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində 15 sentyabr – “Bilik Günü” münasibətilə tədbir keçirilib.

Tədbirdə Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və təhlil şöbəsinin müdiri Leyla Xəlilova Rzazadə, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı birinci müavini Həsən Həsənov, məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Çıxış edən qonaqlar şagirdləri salamlayaraq 15 sentyabr – “Bilik Günü”nün ölkəmizin bütün təhsil ocaqlarında böyük təntənə və yüksək əhval-ruhiyyə ilə qeyd olunduğunu bildiriblər. Qeyd olunub ki, yeni tədris ilinin başlanması hər bir şagird üçün yeni biliklərə, yeni hədəflərə və yeni uğurlara aparan yolun başlanğıcıdır.

Çıxışlarda məktəbin Azərbaycan təhsilində özünəməxsus ənənələri və əldə etdiyi nailiyyətlərə diqqət çəkilib, şagirdlərin keyfiyyətli təhsil alması, onların hərtərəfli şəxsiyyət kimi formalaşması və gələcəkdə ölkəmizin inkişafına layiqli töhfə verməsi istiqamətində müəllimlərin üzərinə mühüm və məsuliyyətli vəzifələrin düşdüyü vurğulanıb.

Tədbirdə şagirdlərə və pedaqoji kollektivə “Bilik Günü” münasibətilə təbriklər çatdırılıb, yeni tədris ilində onlara möhkəm cansağlığı, yüksək nəticələr və uğurlar arzulanıb.

15/09/2026

15 sentyabr təhsilimizdə yeni başlanğıcların günüdür

Bu gün:

📌 İlk dərsimiz “Şəhərsalma və Memarlıq İli”nə həsr olunur.

📌 124 min şagird I sinifdə təhsilə başlayır.

📌 1,6 milyon şagird ümumi təhsilini davam etdirir.

📌 121 642 müəllim şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur.

📌 “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 4 ümumi təhsil müəssisəsi fəaliyyətə başlayır.

📌 550-dən çox təhsil müəssisəsində “Rəqəmsal məktəb” platforması tətbiq olunur.

📌 850-dən çox təhsil müəssisəsi yenilənib, 15 təhsil müəssisəsi isə yeni istifadəyə verilib.

Bütün şagird və müəllimlərimizi 15 sentyabr – Bilik Günü münasibətilə təbrik edir, yeni tədris ilində hər birinə uğurlar arzulayırıq!

Address

Sabirabad şəhəri 20 Yanvar Küçəsi 9
Sabirabad
AZ5400

Alerts

Be the first to know and let us send you an email when Mil - Muğan Regional Təhsil İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Mil - Muğan Regional Təhsil İdarəsi:

Shortcuts

Share