Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəsmi Facebook hesabı

Sabirabadda şairə, esseist Şahnaz Şahinlə görüş keçirilib.İyunun 4-də Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyin...
04/06/2026

Sabirabadda şairə, esseist Şahnaz Şahinlə görüş keçirilib.

İyunun 4-də Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Sabirabad rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Hophopnamə Kitab Mərkəzində Prezident mükafatçısı, Beynəlxalq Rəsul Rza mükafatı laureatı şairə, esseist Şahnaz Şahinin "Şəkkizinci not" adlı yaradıcılıq gecəsi və "Səkkizinci not", "Şahlar", "Qaraciyərinlə gülümsə" kitablarının təqdimat keçirilib.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, AYB-in Beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlı, AYB-in baş müşaviri Rauf Aslan, Tərcümə mərkəzi və bədii əlaqələr mərkəzinin sədri Əsəd Cahangir, şair, publisist Daməd Salman, yazıçı, publisist, ədəbiyyat üzrə fəlsəfə doktoru Şəfəq Nasir, "Dədə Ələsgər ocağı" İctimai Birliyinin sədri Xətai Ələsgərli, iş adamı, AYB-in fəxri üzvü Rəşid Süleymanov, yazıçı Yaqut xanım və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxış edənlər müəllifin zəngin və çoxşaxəli ədəbi irsindən bəhs edərək, əsərlərindəki milli qürur və vətənpərvərlik ruhunun gələcək nəsillərə aşılanmasında mühüm rol oynadığını vurğulayıblar. Bildirilib ki, şairənin lirikası insan ruhunun dərinliklərinə nüfuz edərək, onun xəyallarını, ümidlərini və daxili iztirablarını incə bədii dillə əks etdirir.

Tədbirin sonunda şairəyə Azərbaycan Yazıçılar Birliyinin fəxri diplomu, “Dədə Ələsgər ocağı” İctimai Birliyinin fəxri fərmanı və xatirə hədiyyələri təqdim olunub.

Görüş çərçivəsində gənclər tərəfindən Şahnaz Şahinin sevilən şeirləri səsləndirilib.

İmişlidə Uşaqlar Gününə həsr olunmuş tamaşa nümayiş olunub.31 may və 1 iyun 2026-cı il tarixlərində Mil-Muğan Regional M...
01/06/2026

İmişlidə Uşaqlar Gününə həsr olunmuş tamaşa nümayiş olunub.

31 may və 1 iyun 2026-cı il tarixlərində Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İmişli Rayon Mədəniyyət Mərkəzi və İmişli Şəhər Uşaq İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Nağıl qəhrəmanları bu gün” adlı əyləncəli musiqili tamaşa nümayiş etdirilib.

Mədəniyyət Mərkəzində səhnələşdirilən tamaşanın ssenari müəllifi və rejissoru Yeganə Gülalıyeva, tamaşanın rəhbəri və səs rejissoru Daşqın İsmayılov, rəssamı Namiq Mehtiyev, musiqi tərtibatçısı isə Tünzalə Qasımova olub.

Səhnə əsərində müxtəlif nağıl qəhrəmanlarının iştirakı ilə maraqlı və rəngarəng səhnələr təqdim olunub. Rolları Baxış Babaşov (Çoban), Elnur Məcidov (Canavar), Vüsalə Hüseynli (Kraliça, Nənə və Tülkü), Valeh Həşimov (Div), Nazlı Nəsirova (Ağca), Kamlı Qədir (Cırtdan), Yağmur Məmmədzadə (Tıq-tıq xanım), Röyal Məmmədzadə (Siçan) və Ümid Hacılı (Məlikməmməd) canlandırıblar.

Nağıl qəhrəmanlarının macəralarını əks etdirən tamaşa uşaqlar tərəfindən böyük maraqla izlənilib, onların sevinc və alqışları ilə qarşılanıb. Musiqili və əyləncəli səhnələr balaca tamaşaçılara xoş anlar yaşadaraq bayram əhval-ruhiyyəsi bəxş edib.

Mil-Muğan regionunda Uşaqlar Günü qeyd olunubİyunun 1-də Mil-Muğan Regional Mədəniyyət İdarəsinin xidməti əhatəsinə daxi...
01/06/2026

Mil-Muğan regionunda Uşaqlar Günü qeyd olunub

İyunun 1-də Mil-Muğan Regional Mədəniyyət İdarəsinin xidməti əhatəsinə daxil olan Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər təşkil olunub.

Rayon İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdə uşaq musiqi, incəsənət məktəblərinin, eləcə də ümumtəhsil məktəblərinin və uşaq baxçalarının uşaq kollektivlərinin hazırladıqları bir-birindən maraqlı, rəngarəng musiqi və rəqs nömrələri nümayiş olunub.

Tədbirlərdə çərçivəsində həmçinin, uşaqların əl işlərindən ibarət rəsm sərgləri təşkil olunub, tamaşalar nümayiş etdirilib

Tədbirlərdə çıxış edənlər Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik edib, onların gələcək həyatlarında uğurlar arzulayıb.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
01/06/2026

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

🎭Regionlarda mədəni qastrol proqramı – iyun 2026Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçıl...
29/05/2026

🎭Regionlarda mədəni qastrol proqramı – iyun 2026

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı bədii kollektivlərinin Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçirilir.

Layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən, ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli mədəni qastrol təşəbbüslərindən biridir.
“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədlərinə uyğun olaraq həyata keçirilir.

📍İyun ayında qastrol proqramı Xızı, Balakən, Ağdam, Ağcabədi, Qəbələ və Şəki rayonlarını əhatə edir.

🎶İyun ayı üzrə konsertlərin proqramı:

📍10 iyun – Xızı rayonu
📌Heydər Əliyev Mərkəzi | 🕑14:00
🎼M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri

📍12 iyun – Balakən rayonu
📌Mədəniyyət Mərkəzi | 🕕18:00
🎼M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı

📍20 iyun – Ağdam şəhəri
📌Ağdam Muğam Mərkəzi | 🕕18:00
🎼Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri

📍21 iyun – Ağcabədi rayonu
📌 Yaqub Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzi | 🕒15:00
🎼Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri

📍22 iyun – Qəbələ rayonu
📌Mədəniyyət Mərkəzi | 🕕18:00
🎼M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri

📍24 iyun – Şəki şəhəri
📌Heydər Əliyev Mərkəzi | 🕔 17:00
🎼M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri

28/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

Qurban bayramınız mübarək!
27/05/2026

Qurban bayramınız mübarək!

Sabirabadda “28 May – Müstəqillik Günü” münasibətilə tədbir keçirilibSabirabad Rayon İcra Hakimiyyəti, Mil-Muğan Regiona...
26/05/2026

Sabirabadda “28 May – Müstəqillik Günü” münasibətilə tədbir keçirilib

Sabirabad Rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Mədəniyyət İdarəsi və YAP Sabirabad rayon təşkilatının birgə təşkilatçılığı ilə Bayraq Muzeyində “28 May – Müstəqillik Günü”nə həsr olunmuş tədbir təşkil olunub.

Tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Sabirabad rayon təşkilatının fəalları, idarə və müəssisə rəhbərləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
Dövlət Himni səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının milli dövlətçilik tariximizdə mühüm yer tutduğunu vurğulayıb. O bildirib ki, cümhuriyyət qısa müddət ərzində mühüm dövlətçilik ənənələri formalaşdırıb və müasir Azərbaycan bu zəngin irsin layiqli davamçısı kimi uğurla inkişaf edir. Nadir Quliyev həmçinin, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətinin müstəsna rol oynadığını qeyd edib.

Daha sonra çıxış edən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov və YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsində gördüyü işlərdən bəhs edib. Onlar müstəqilliyin bərpasından sonra ölkədə sabitliyin təmin olunub, güclü dövlətin qurulduğunu və bu gün Azərbaycanın suverenliyi uğrunda xalqın böyük həmrəylik nümayiş etdirdiyini vurğulayıb.

İmişlidə yubiley tədbiri keçirilibMayın 25-də Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İm...
25/05/2026

İmişlidə yubiley tədbiri keçirilib

Mayın 25-də Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İmişli rayon Mədəniyyət Mərkəzində mərkəzin bədii rəhbəri, bəstəkar və müğənni Şakir Quliyevin 65 illik yubileyinə həsr olunmuş “Şəms kimi işıq saçan sənət yolu” adlı tədbir keçirilib.

Tədbirdə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə nümayəndəsi Nazim Əzimov, İmişli Bələdiyyəsinin sədri Qalib Mirzəyev, rayonun mədəniyyət müəssisələrinin rəhbərləri, mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, sakinlər və sənətkarın sənət dostları iştirak ediblər.

Tədbirin rəsmi hissəsində çıxış edənlər Şakir Quliyevi yubileyi münasibətilə təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıblar. Çıxışlarda sənətkarın uzun illər ərzində rayonun mədəni həyatında göstərdiyi xidmətlərdən, musiqi sahəsindəki fəaliyyətindən və gənc istedadların yetişməsinə verdiyi töhfələrdən bəhs olunub.

Bədii hissə ilə davam edən tədbirdə mədəniyyət və incəsənət nümayəndələrinin ifasında bəstəkarın müəllifi olduğu mahnılar səsləndirilib, musiqi nömrələri iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonda Şakir Quliyev İmişli Bələdiyyəsinin Fəxri fərmanı və hədiyyələrlə təltif olunub.

Address

İlham İsgəndərov Küçəsi 8
Sabirabad
5400

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994202550414

Alerts

Be the first to know and let us send you an email when Mil-Muğan Regional Mədəniyyət İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Mil-Muğan Regional Mədəniyyət İdarəsi:

Share