14/09/2026
📌Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində vətəndaşları qəbul edib.
🔰Qəbul zamanı vətəndaşların ailə məsələləri, övladlarının reabilitasiya və müalicəsi üçün dəstək göstərilməsi, işlə təmin olunma, sosial dəstək və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.
🔰Hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.