Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatı

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatı YAP Saatlı rayon təşkilatının rəsmi facebook səhifəsi

“28 May – Müstəqillik Günü” ilə bağlı Saatlı rayon Statistika İdarəsində tədbir keçirilib.26.05.2026-cı il tarixində  Ye...
26/05/2026

“28 May – Müstəqillik Günü” ilə bağlı Saatlı rayon Statistika İdarəsində tədbir keçirilib.

26.05.2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının, Saatlı rayon Statistika İdarəsinin və Saatlı rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə Saatlı rayon Statistika İdarəsinin inzibati binasında “28 May – Müstəqillik Günü” ilə bağlı tədbir keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Saatlı rayon Statistika İdarəsinin rəisi Rövşən İsayev 28 May – Müstəqillik Gününün dövlətçilik tariximizdəki əvəzsiz rolundan bəhs edərək, bu müqəddəs tarixin bizə qazandırdığı ən böyük dəyərin milli inkişaf olduğunu bildirib. R.İsayev həmçinin vurğuladı ki, respublikamızın bütün bölgələrində, o cümlədən Saatlı rayonunda həyata keçirilən genişmiqyaslı infrastruktur layihələrini, sənaye və kənd təsərrüfatı sahələrində qeydə alınan artım dinamikasını, eləcə də əhalinin rifah halının yüksəldilməsi istiqamətində görülən ardıcıl tədbirlərin əhəmiyyətini statistik təhlillər də aydın şəkildə sübut edir.
Tədbirdə çıxış edən YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov Azərbaycan xalqının dövlətçilik tarixinin şanlı səhifəsi olan Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi əhəmiyyətindən bəhs edib. O vurğuladı ki, 1918-ci ildə əsası qoyulmuş müstəqillik ənənələrinin qorunub saxlanılması, XX əsrin sonlarında onun yenidən bərpa edilməsi və əbədi, dönməz xarakter alması birbaşa Ulu Öndər Heydər Əliyevin uzaqgörən dövlətçilik strategiyasının, xilaskarlıq missiyasının nəticəsidir. E.Əzizov bildirdi ki, bu gün Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Hazırda Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad edilmiş və suverenliyi tam bərpa olunmuş ərazilərimizdə üçrəngli bayrağımızın əzəmətlə dalğalanması müstəqillik tariximizin ən bariz və qürurverici nümunəsidir.
Daha sonra çıxış edən Saatlı rayon Ağsaqqallar Şurasının sədri Sədafər Hüseynov müstəqil dövlətimizin daxili və xarici siyasətdə qazandığı uğurlar, cəmiyyətin inkişafı və ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əhəmiyyəti barədə ətraflı məlumat verib. Bildirdi ki, dövlət müstəqilliyinin bərpasından sonra Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən iqtisadi strategiya ölkəmizi regionun lider dövlətinə çevirib.
Mövzu ətrafında çıxış edənlər – Lütvəli Şıxəliyev, Həmzə Əliyev və Nəsir Ağayev müstəqilliyimizin qorunmasında və gənc nəslə aşılanmasında tarixi yaddaşın əhəmiyyətindən bəhs etdilər. Çıxışçılar xüsusilə vurğuladılar ki, dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesində iqtisadi və statistik göstəricilərin dayanıqlı artımı, həmçinin milli-mənəvi dəyərlərin qorunması prinsipləri əsas götürülməlidir. Müstəqillik idealına sadiq qalmaqla yanaşı, qlobal uğurların ölkəmizdə tətbiq edilməsi Azərbaycanın beynəlxalq arenadakı müsbət imicini və suveren statusunu daha da gücləndirir. Bildirildi ki, vətənimizin gələcək inkişafında və müstəqilliyimizin əbədi qorunmasında intellektual gənc kadrların hazırlanması, elm və vətənpərvərlik ruhu həlledici əhəmiyyət kəsb edir. Sonda çıxışçılar müstəqilliyimizin əbədi və dönməz saxlanılması naminə hər bir vətəndaşı, xüsusilə də gəncləri dövlətçilik idealları ətrafında daha sıx birləşməyə çağırıblar.

20.05.2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Saatlı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Parti...
20/05/2026

20.05.2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Saatlı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsində “Müasir şəhərsalma və memarlığın prioritet istiqamətləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov müasir Azərbaycanın şəhərsalma və memarlıq sahəsində qazandığı uğurların tarixi köklərinə nəzər salıb. O vurğuladı ki, ölkəmizdə bu sahənin formalaşması və milli memarlıq ənənələrinin qorunaraq gələcək nəsillərə ötürülməsi birbaşa Ulu Öndər Heydər Əliyevin uzaqgörən inkişaf strategiyasının nəticəsidir. E.Əzizov bildirdi ki, bu gün Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin fəaliyyətinin nəticəsidir ki, ölkəmiz bütün sahələrdə uğurlar qazanır. Məhz bu uğurlardan biri də BMT-nın Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ölkəmizdə uğurla keçirilməsidir.
Tədbirdə çıxış edən Saatlı Rayon İcra Hakimiyyətinin əməkdaşı Mirəli Məmmədov şəhərsalma və memarlığın cəmiyyətin inkişafındakı rolu, müasir yaşayış mühitinin formalaşdırılması, milli memarlıq irsinin qorunması və ölkəmizdə həyata keçirilən abadlıq-quruculuq siyasətinin əhəmiyyəti barədə ətraflı məlumat verib. Çıxış zamanı ölkədə tətbiq olunan müasir şəhərsalma yanaşmaları ilə yanaşı, Saatlı rayonunda aparılan abadlıq-quruculuq işləri, infrastrukturun yenilənməsi və yaşayış mühitinin daha müasir və rahat formalaşdırılması istiqamətində görülən tədbirlərin əhəmiyyəti diqqətə çatdırılıb.
Daha sonra mövzu ətrafında çıxış edənlər – Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Sürayyə Zeynalova və Saatlı rayon Statistika İdarəsinin əməkdaşı Elnur Muradov müasir şəhərsalmada yeni yanaşmaların əhəmiyyətindən bəhs etdilər. Çıxışçılar xüsusilə vurğuladılar ki, müasir tikinti prosesində ekoloji tarazlığın gözlənilməsi, "yaşıl enerji" layihələri və dayanıqlı inkişaf prinsipləri əsas götürülməlidir. Milli memarlıq irsimizi qorumaqla yanaşı, qlobal tendensiyaların ölkəmizdə tətbiq edilməsi Azərbaycanın beynəlxalq arenadakı müsbət imicini daha da gücləndirir. Bildirildi ki, bu sahənin gələcək inkişafında gənc kadrların hazırlanması, elm və texnoloji innovasiyaların rolu həlledici əhəmiyyət kəsb edir.
Tədbirin sonunda “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibl...
12/05/2026

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərindən biri, Nəsimikənd kənd tam orta ümümtəhsil məktəbinin X sinif şagirdi Çaxalova Yağmur Qasım qızı və onu bu müsabiqəyə hazırlaşdıran müəllimi Elşən Dədəyev ilə Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatında görüş keçirilib.
Görüş zamanı YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi, Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətləri gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynayır. O bildirib ki, bu cür müsabiqə və intellektual yarışların keçirilməsi şagirdlərin tariximizə, milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə marağının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Çıxışında həmçinin vurğuladı ki, müasir Azərbaycan təhsilinin əsas məqsədlərindən biri savadlı, milli ruhda yetişən, müstəqil düşüncəyə malik gənclərin formalaşdırılmasıdır. O, müsabiqədə qalib olan Yağmur Çaxalovanı təbrik edərək onun gələcək uğurlarına inandığını bildirib, qalibin əldə etdiyi nailiyyətin digər məktəblilər üçün də motivasiya mənbəyi olduğunu qeyd edib.
Görüş zamanı çıxış edən müsabiqənin qalibi Y.Çaxalova və müəllimi E.Dədəyev belə layihələrin gənclərin intellektual inkişafına, liderlik bacarıqlarının formalaşmasına və Heydər Əliyev ideyalarının daha dərindən öyrənilməsinə mühüm töhfə verdiyini bildiriblər. Çıxış edənlər bu görüşün təşkilinə görə YAP Saatlı rayon təşilatına təşəkkürlərini ifadə ediblər.
Sonda müsabiqə qalibinə və onu müsabiqəyə hazırlaşdıran Elşən müəllimə rayon təşkilatı adından gül buketi və hədiyyələr təqdim olunub.

Saatlı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının birgə təşkilatçılığı ilə Saatlı ray...
10/05/2026

Saatlı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının birgə təşkilatçılığı ilə Saatlı rayon Heydər Əliyev Mərkəzinin inzibati binasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil işçiləri, ziyalılar, ağsaqqallar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilərək abidəsi önünə gül dəstələri düzülmüşdür.
Tədbiri giriş sözü ilə açan Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətin, incəsənətin, təhsilin inkişafı, gənclərin vətənpərvərlik ruhunda formalaşdırılması və cəmiyyət həyatının bütün sahələrinə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs etmiş, Ulu Öndərin müəyyən etdiyi siyasi kursun bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Daha sonra çıxış edən Saatlı Rayon Ağsaqqallar Şurasının sədri Sədafər Hüseynov, Saatlı Rayon Ziyalılar Cəmiyyətinin üzvü Lütvəli Şıxəliyev, Saatlı rayon Orta Muğan kənd tam orta ümumtəhsil məktəbinin direktoru Leyla Rəcəbova və “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşı Sahil Hüseynzadə Ulu Öndər Heydər Əliyevin kənd təsərrüfatı, iqtisadiyyat, elm və digər sahələrin inkişafı istiqamətində həyata keçirdiyi mühüm xidmətlərdən və zəngin dövlətçilik irsindən bəhs etmişlər.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunmuşdur.

08/05/2026

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatı silsilə tədbirlər həyata keçirmişdir.

07.05.2026-cı il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan...
07/05/2026

07.05.2026-cı il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatı, Saatlı rayon Ağsaqqallar Şurası və Saatlı rayon Ziyalılar Cəmiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Elşən Əzizov bildirdi ki, müasir və müstəqil Azərbaycan dövlətinin hər bir uğurunun təməlində Ulu Öndər Heydər Əliyevin dühası və onun müəyyən etdiyi uzaqgörən inkişaf strategiyası dayanır. Məhz Ümummilli Liderin rəhbərliyi dövründə ölkəmizin hərtərəfli tərəqqisinin, milli-mənəvi dəyərlərimizin qorunmasının və dövlətçilik ənənələrimizin möhkəmləndirilməsinin əsas prinsipləri formalaşdırılmışdır. Qeyd etdi ki, bu gün Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasi xətt nəticəsində Azərbaycan öz inkişafının ən qüdrətli mərhələsinə qədəm qoymuşdur. Ulu Öndərin ideyalarından güc alan bu siyasətin bariz nümunəsi kimi, işğaldan azad edilmiş ərazilərimizdə aparılan möhtəşəm quruculuq işləri, regionlarımızın simasının müasirləşməsi və ölkəmizin beynəlxalq nüfuzunun artması hər birimizdə böyük qürur hissi doğurur.
Tədbirdə çıxış edən Saatlı rayon Ağsaqqallar Şurasının sədri Sədafər Hüseynov, Saatlı rayon Ziyalılar Cəmiyyətinin sədri Lətif Şimşəkov, Saatlı rayon Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü Lütvəli Şıxəliyev, Saatlı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Sakit Bağırov və Sımada kənd İƏD üzrə nümayəndə Həmzə Əliyev Ulu Öndər Heydər Əliyevin həm rəhbərliyi dövründə, həm də onun zəngin irsində elm, təhsil və milli quruculuq işlərinə verdiyi müstəsna önəmdən bəhs etdilər. Qeyd etdilər ki, Ümummilli Liderin təməlini qoyduğu inkişaf strategiyasının ən mühüm istiqamətlərindən biri də müasir dövrün tələblərinə cavab verən kadr potensialının yetişdirilməsidir. Vurğulandı ki, gənc nəslin bu irsi mənimsəməsi, elm və texnologiyanın nailiyyətlərindən istifadə edərək vətənimizin tərəqqisinə töhfə verməsi Heydər Əliyev ideyalarına sadiqliyin ən bariz nümunəsidir.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Saatlı rayon təş...
05/05/2026

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının və Saatlı rayon Uşaq - Gənclər İdman - Şahmat məktəbinin birgə təşkilatçılığı, Saatlı Olimpiya İdman Kompleksinin təşkilati dəstəyi və ev sahibliyi ilə yeniyetmələr və gənclər arasında sərbəst güləş idman növü üzrə yarış keçirilib.
Yarışı giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov Ümummilli Lider Heydər Əliyevin bütün sahələrlə yanaşı, idmanın inkişafına da böyük diqqət yetirdiyini bildirib. Ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən bu sahənin inkişafına yüksək dövlət qayğısı göstərildiyini bildirib.
Daha sonra Saatlı rayon İcra Hakimiyyətinin əməkdaşı Ruhid Əzizov idmançılara uğurlar arzulayıb, yarışın keçirilməsində əsas məqsədin Ulu Öndərin xatirəsini yad etmək, eyni zamanda, gənclərin fiziki sağlamlığını inkişaf etdirmək və idmana olan marağını artırmaq olduğunu qeyd edib.
Sərbəst güləş üzrə 24, 27, 30, 35, 45, 55, 60 və 65 kq çəki dərəcələrində ümumilikdə 53 yeniyetmə və gənc mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən yarışda ilk 3 yerlərin qalibi (1-ci, 2-ci, 3-cü yerlər) müvafiq diplom, medal və hədiyyələrlə təltif edilib.
Sonda xatirə şəkli çəkdirilib.

Saatlı rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş sərgi təşkil edilib.04 may 2026-cı...
04/05/2026

Saatlı rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş sərgi təşkil edilib.

04 may 2026-cı il tarixdə rayonun Heydər Əliyev Mərkəzində, Saatlı Dövlət Rəsm Qalereyasının və Tarix Diyarşünaslıq muzeyinin inzibati binasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş sərgi təşkil edilib.
Sərgidə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillər, sənədlər və digər materiallar nümayiş olunub.
Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, eləcə də rayonun idarə, təşkilatların rəhbərləri və əməkdaşları iştirak ediblər.
İlk öncə tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videorolik nümayiş etdirilib.
Daha sonra iştirakçılar sərgidə nümayiş etdirilən eksponatlarla tanış olub, Ulu Öndərin zəngin dövlətçilik fəaliyyətini əks etdirən materiallara baxış keçiriblər.
Tədbir zamanı Saatlı şəhər Bülbül adına Uşaq Musiqi məktəbinin müəllim və şagird kollektivinin ifasında Ulu Öndərə həsr olunmuş musiqi nömrələri səsləndirilmişdir.
Sonda tədbirdə iştirak edən rəsmilər Ulu Öndər Heydər Əliyevin fəaliyyəti və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi misilsiz xidmətlərdən bəhs etmiş, onun xalqın yaddaşında böyük lider kimi əbədi yaşayacağını vurğulamış, həmçinin keçirilən tədbirlə bağlı xoş təəssüratlarını bölüşmüşlər.

Saatlı rayonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə  “Nə...
01/05/2026

Saatlı rayonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Nə? Harada? Nə zaman?” intellektual yarış keçirilib.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatı və Mil-Muğan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı, Saatlı Olimpiya İdman Kompleksinin təşkilati dəstəyi və ev sahibliyi ilə rayonun təhsil işçiləri arasında “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov və Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayon təhsil sektorunun müdiri Günay Sultanova çıxış edərək yarış iştirakçılarını salamlayıb, komandaların hər birinə uğurlar arzulayıb. Bildiriblər ki, intellektual yarışın keçirilməsində əsas məqsəd Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi və təbliği, gənclərin dünyagörüşünün genişləndirilməsidir.
Daha sonra “Nə? Harada? Nə zaman?” intellektual yarışına start verilib. Komanda üzvləri Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlar, 44 günlük Vətən Müharibəsi, Milli Qəhrəmanlar, Azərbaycan mədəniyyəti və incəsənəti ilə əlaqədar sualları cavablandırıblar.
Gərgin və maraqlı mübarizə şəraitində keçən bilik yarışında ümumilikdə 14 komanda iştirak edib. Yarışın nəticələrinə görə birinci yerin qalibi Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbinin “Birlik” komandası, ikinci yerin qalibi Əhmədbəyli kənd tam orta ümumtəhsil məktəbinin “Mübarizlər” komandası və üçüncü yerin qalibi Saatlı şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbinin “Turan” komandası olmuşdur. Qaliblər diplom və hədiyyələrlə təltif edildi.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

30 aprel 2026-cı il tarixdə Saatlı rayon Şahmat məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildön...
30/04/2026

30 aprel 2026-cı il tarixdə Saatlı rayon Şahmat məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Saatlı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının və Saatlı rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin birgə təşkilatçılığı ilə rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları arasında keçirilən şahmat yarışının qaliblərinin təltifolunma mərasimi baş tutub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov və YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov tədbirdə çıxış edərək qalibləri təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Daha sonra isə qaliblər Diplom və hədiyyələrlə təltif olunublar.

Address

Heydər Əliyev
Saatlı
AZ4900

Website

Alerts

Be the first to know and let us send you an email when Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share