Saatlı rayon İcra Hakimiyyəti

Saatlı rayon İcra Hakimiyyəti Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Saatlı rayon İcra Hakimiyyəti, Government Organization, Saatlı.

Saatlıda kənd təsərrüfatının və emal sahələrinin inkişafı üzrə layihələrə baxış keçirilib, Dövlət Proqramından irəli gəl...
17/09/2026

Saatlıda kənd təsərrüfatının və emal sahələrinin inkişafı üzrə layihələrə baxış keçirilib, Dövlət Proqramından irəli gələn məsələlər müzakirə olunub

Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli 1044 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın rayonlarda icrası ilə bağlı Saatlı rayonunda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən təsərrüfatların mövcud vəziyyəti və inkişaf perspektivləri araşdırılıb.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Məmmədiyə Məmmədov, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin məsul əməkdaşı İzzət Talıbov, rayonda yaradılmış qərargah üzvləri Saatlı rayonunda fəaliyyət göstərən bir sıra kənd təsərrüfatı müəssisələrində olublar.
Səfər çərçivəsində “Alles” MMC-də ərzaqlıq buğda məhsulunun istehsalı və ət istehsalının artırılması, “İD-Aqropark” MMC-də intensiv nar və badam bağları və müasir istixana kompleksi, “İlk-aqro və heyvandarlıq” MMC-də ərzaqlıq buğda məhsulunun istehsalı, “BFT Cheesella” MMC-də süd məhsullarının istehsalı, “Müstəqil” KFT-də intensiv nar, nektarin, şaftalı, gilas və ərik bağları və “Həbib” KFT-də intensiv bağçılıq istiqamətində həyata keçirilən layihələrə baxış keçirilib və mövcud imkanlar nəzərdən keçirilib. Eyni zamanda kənd təsərrüfatı istehsalının genişləndirilməsi üçün müasir texnologiyalardan istifadə, suvarma və torpaq ehtiyatlarının səmərəli idarə olunması və məhsuldarlığın artırılması ilə bağlı məsələlərə diqqət yetirilib.
Təsərrüfatlara baxış keçirildikdən sonra Saatlı Rayon İcra Hakimiyyətinin inzibati binasında Dövlət Proqramının icrası ilə əlaqədar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfatların və emal müəssisələrinin rəhbərlərinin, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinin və Qərargah üzvlərinin iştirakı ilə görüş keçirilib.
Görüş zamanı Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov bildirdi ki, Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilmişdir. Bu proqram qarşıdakı illərdə aqrar sahənin daha da inkişaf etdirilməsi, kənd təsərrüfatı istehsalının artırılması, fermerlərin fəaliyyətinin dəstəklənməsi və kənd yerlərində məşğulluğun genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı icrasına başlanılan Dövlət Proqramı və rayon iş planı nəzərdə tutulan hədəflərə nail olmaq üçün Saatlı rayon əməkçilərini, istehsalçılarını və aidiyyəti dövlət qurumlarını məhsul istehsalı və emalı sahələrində məhsuldarlığın artırılmasında daha da məsuliyyətli çalışmağa sövq etmişdir. O, həmçinin qeyd etdi ki, rayonun kənd təsərrüfatı potensialından daha səmərəli istifadə edilməsi, münbit torpaqlı əlavə əkin sahələrinin dövriyyəyə cəlb olunması, torpaqlardan düzgün və səmərəli istifadə, müasir aqrotexniki tədbirlərin tətbiqi və suvarma imkanlarının genişləndirilməsi məhsuldarlığın yüksəldilməsi məqsədilə daim diqqət mərkəzində saxlanılmalıdır.
Ümidvarıq ki, aidiyyəti qurumların və kənd təsərrüfatı ilə məşğul olan məhsul istehsalçılarının və fermerlərin birgə səyləri nəticəsində 2026–2030-cu illər üçün Dövlət Proqramında müəyyən edilmiş vəzifələrin rayonumuzda uğurla həyata keçirilməsinə nail olacağıq.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Məmmədiyə Məmmədov bildirdi ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” nın icrası aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsi, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndilrilməsi, istehsal potensialının artırılması istiqamətində mühüm əhəmiyyətə malikdir. Dövlət proqramında qarşıya qoyulan əsas vəzifələrdən biri də nəzərdə tutulmuş tədbirlərin vaxtında və səmərəli icrasının təmin edilməsidir. Bu istiqamətdə yerli icra hakimiyyəti, aidiyyəti dövlət qurumları, fermerlər və sahibkarlar arasında koordinasiyanın gücləndirilməsi vacibdir. Dövlət Proqramının uğurlu icrası üçün hər bir aidiyyəti qurum öz üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməli, qarşıya qoyulan hədəflərin icrasına nəzarət gücləndirilməli, görülən işlər üzrə mütəmadi monitorinq aparılmalı və nəticələr təhlil edilməlidir.
İclasın sonunda Saatlı rayonunda Dövlət Proqramının icrasının təmini məqsədilə mövcud imkanlardan daha geniş istifadə olunmaqla, qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün aidiyyəti qurumlara müvafiq tapşırıq və tövsiyələr verilmişdir.

“Sülh aylığı” çərçivəsində tədbir keçirilib11 sentyabr 2026-cı il tarixdə Saatlı Rayon İcra Hakimiyyətinin inzibati bina...
15/09/2026

“Sülh aylığı” çərçivəsində tədbir keçirilib

11 sentyabr 2026-cı il tarixdə Saatlı Rayon İcra Hakimiyyətinin inzibati binasında “Sülh aylığı” çərçivəsində rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisə əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Saatlı Rayon İcra Hakimiyyətinin əməkdaşı Mirəli Məmmədov sülhün cəmiyyətin dayanıqlı inkişafında mühüm əhəmiyyət daşıdığını qeyd edərək, I Qarabağ müharibəsi zamanı xalqımızın üzləşdiyi çətinliklərdən, Ulu Öndər Heydər Əliyevin münaqişənin sülh yolu ilə həlli istiqamətində apardığı ardıcıl siyasətdən, 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün bərpasından və 2023-cü ildə suverenliyimizin tam təmin olunmasından danışıb. O, eyni zamanda, sülh və həmrəylik dəyərlərinin gənclər arasında təbliğinin, onların qarşılıqlı hörmət, tolerantlıq və dialoq mədəniyyəti ruhunda formalaşdırılmasının vacibliyini vurğulayaraq, müxtəlif dövlət qurumları tərəfindən yeniyetmə və gənclərin hərtərəfli inkişafı, ictimai fəallığının artırılması və sülh dəyərlərinin təşviqi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti barədə geniş məlumat verib.
Daha sonra çıxış edən Saatlı rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sürayyə Zeynalova çıxışında sülhün və tarixi yaddaşın qorunmasının əhəmiyyətindən bəhs edib. O, muzeylərin tariximizin, milli-mənəvi dəyərlərimizin və xalqımızın keçdiyi yolun gələcək nəsillərə çatdırılmasında mühüm rol oynadığını bildirib. Sülh və həmrəylik dəyərlərinin gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayan Sürayyə Zeynalova bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətinə diqqət çəkib.
Tədbirdə sülh və həmrəylik dəyərlərinin təbliği, gənclərin maarifləndirilməsi və cəmiyyətdə qarşılıqlı hörmət və anlaşma mühitinin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Saatlı rayon icra hakimiyyətinin başçısı Elmir Bağırovun növbəti səyyar qəbul-görüşü rayonun Mircəlal kəndində keçirilib...
11/09/2026

Saatlı rayon icra hakimiyyətinin başçısı Elmir Bağırovun növbəti səyyar qəbul-görüşü rayonun Mircəlal kəndində keçirilib. Tədbir iştirakçıları öncə Mircəlal kəndində şəhid məzarlarını ziyarət edərək gül dəstələri düzüb və xatirələrini ehtiramla yad ediblər. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər. Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Saatlı Rayon Icra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Saatlı rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.
Səyyar görüş-qəbulda çıxış edən kənd sakinləri kəndlərinin mövcud problemlərindən danışmışlar.
Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.

Saatlı rayonunda müxtəlif sahələrdə uğur qazanan gənclərlə görüş keçirilib   7 sentyabr 2026-cı il tarixdə Saatlı Rayon ...
07/09/2026

Saatlı rayonunda müxtəlif sahələrdə uğur qazanan gənclərlə görüş keçirilib

7 sentyabr 2026-cı il tarixdə Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon icra hakimiyyətinin inzibati binasında ali məktəblərə qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərən məzunlar, təhsilin digər sahələrində uğur qazanan şagirdlər və idman sahəsində nailiyyətlər əldə edən gənclərlə görüş keçirilib.
Görüşdə rayon icra hakimiyyətinin rəhbərliyi, aidiyyəti qurumların məsul əməkdaşları, müəllimlər, valideynlər və uğur qazanmış gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov ölkəmizdə təhsil və idmanın inkişafına, gənclərin hərtərəfli formalaşmasına və onların potensialının üzə çıxarılmasına göstərilən diqqət və qayğıdan danışıb.
Rayon rəhbəri cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, gənclərin təhsil, elm, idman və digər sahələrdə uğur qazanmaları üçün ölkəmizdə geniş imkanlar yaradılıb.
Elmir Bağırov yüksək nəticə göstərən məzun, şagird və gəncləri təbrik edərək, onların nailiyyətlərinin rayon üçün əhəmiyyətli olduğunu vurğulayıb. Bu uğurlarda müəllim və valideynlərin əməyini xüsusi qeyd edən rayon rəhbəri gənclərə gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb.
Daha sonra çıxış edənlər təhsil və idman sahəsində əldə olunan uğurlardan, gənclərin inkişafı üçün yaradılan imkanlardan danışıblar.
Tədbirin sonunda uğur qazanmış məzun, şagird və gənclər Saatlı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərman və hədiyyələrlə təltif ediliblər.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Saatlı rayonunda növbəti qanvermə aksiyası təşkil olunub.4 sentyabr 2026-cı il tarixində Saatlı Rayon İcra Hakimiyyətini...
07/09/2026

Saatlı rayonunda növbəti qanvermə aksiyası təşkil olunub.
4 sentyabr 2026-cı il tarixində Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Qan Bankı” Publik Hüquqi Şəxsi tərəfindən Saatlı rayonunda növbəti qanvermə aksiyası keçirilib.
Tədbirin əsas məqsədi talassemiya, hemofiliya və digər ağır qan xəstəliklərindən əziyyət çəkən şəxslərin, eləcə də təcili cərrahi müdaxiləyə ehtiyacı olan xəstələrin sağlamlığının qorunmasına dəstək olmaq və onların həyatını xilas etməkdir.
Qanvermə aksiyasında Saatlı Rayon İcra Hakimiyyəti, idarə və təşkilat, eləcə də hüquq-mühafizə orqanlarının məsul əməkdaşları, şəhid ailəsi üzvləri, kənd icra nümayəndələri və rayon ictimaiyyətinin üzvləri iştirak etmişdir.
Ötən illərdə olduğu kimi bu il də rayonda keçirilən qanvermə aksiyasında ümumi fəallıq müşahidə olunub.
Unutmayaq ki, verilən hər bir damla qan insan həyatının qorunmasına xidmət edən əvəzsiz töhfədir.

Saatlı rayon icra hakimiyyətinin başçısı Elmir Bağırovun növbəti səyyar qəbul-görüşü rayonun Əhmədbəyli kəndində keçiril...
28/08/2026

Saatlı rayon icra hakimiyyətinin başçısı Elmir Bağırovun növbəti səyyar qəbul-görüşü rayonun Əhmədbəyli kəndində keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər. Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Saatlı Rayon Icra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Saatlı rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.
Səyyar görüş-qəbulda çıxış edən kənd sakinləri kəndlərinin mövcud problemlərindən danışmışlar.
Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.

Saatlı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Heydərabad kəndində keçirilmişdirAzərbaycan Respubl...
28/08/2026

Saatlı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Heydərabad kəndində keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Saatlı rayonunda sakinləri narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılması məqsədi ilə mütəmadi vətəndaşlarla səyyar görüş-qəbullar keçirilir. Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırovun növbəti səyyar görüş-qəbulu Heydərabad kənd sakinləri ilə keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri də iştirak etmişlər. Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra RİH başçısı Elmir Bağırov ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Saatlı rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.
Səyyar görüş-qəbulda çıxış edən kənd sakinləri kəndlərinin mövcud problemlərindən danışmışlar. Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.

Saatlı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Novruzlu kəndində keçirilmişdirAzərbaycan Respublik...
26/08/2026

Saatlı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Novruzlu kəndində keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Saatlı rayonunda sakinləri narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılması məqsədi ilə mütəmadi vətəndaşlarla səyyar görüş-qəbullar keçirilir. Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırovun növbəti səyyar görüş-qəbulu Novruzlu kənd sakinləri ilə keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri də iştirak etmişlər. Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra RİH başçısı Elmir Bağırov ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Saatlı rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.
Səyyar görüş-qəbulda çıxış edən kənd sakinləri kəndlərinin mövcud problemlərindən danışmışlar. Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.

Saatlı rayon icra hakimiyyətinin başçısı Elmir Bağırovun növbəti səyyar qəbul-görüşü rayonun Dəlilər kəndində keçirilib....
26/08/2026

Saatlı rayon icra hakimiyyətinin başçısı Elmir Bağırovun növbəti səyyar qəbul-görüşü rayonun Dəlilər kəndində keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər. Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Saatlı Rayon Icra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Saatlı rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.
Səyyar görüş-qəbulda çıxış edən kənd sakinləri kəndlərinin mövcud problemlərindən danışmışlar.
Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.

26/08/2026

Address

Saatlı

Alerts

Be the first to know and let us send you an email when Saatlı rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Saatlı rayon İcra Hakimiyyəti:

Shortcuts

Share