Saatlı rayon Heydər Əliyev Mərkəzi

Saatlı rayon Heydər Əliyev Mərkəzi Saatlı rayon Heydər Əliyev Mərkəzi 2008-ci il tarixdə AR Prezidenti cənab İlham Əliyevin i?

18 may 2026-cı il tarixdə Saatlı Tarix Diyarşünaslıq Muzeyində “18 May – Beynəlxalq Muzeylər Günü” münasibətilə tədbir k...
19/05/2026

18 may 2026-cı il tarixdə Saatlı Tarix Diyarşünaslıq Muzeyində “18 May – Beynəlxalq Muzeylər Günü” münasibətilə tədbir keçirilib. Tədbir Saatlı rayon Heydər Əliyev Mərkəzi və Tarix Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı baş tutub.

Tədbirdə rayon gəncləri, ictimaiyyət nümayəndələri, müəllim və şagirdlər, həmçinin idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.

Çıxışlar zamanı muzeylərin cəmiyyətin mədəni həyatındakı rolu, tarixi irsin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində əhəmiyyəti barədə ətraflı məlumat verilib. Qonaqlara muzeylərin yaranma tarixi, fəaliyyət istiqamətləri və dünya mədəniyyətinin inkişafındakı yeri haqqında məlumat təqdim olunub, muzeylərə həsr edilmiş sənədli film nümayiş etdirilib.

Tədbirin davamında iştirakçılar üçün Saatlı Tarix Diyarşünaslıq Muzeyində və Saatlı rayon Heydər Əliyev Mərkəzində ekskursiyalar təşkil olunub. Ekskursiya zamanı qonaqlar eksponatlar, tarixi materiallar və ekspozisiya zalları ilə yaxından tanış olublar.

Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb və muzeylərin maarifləndirici rolunun təbliği baxımından əhəmiyyətli olub.

12/05/2026
30 aprel – 10 may 2026-cı il tarixlərində Saatlı rayon Heydər Əliyev Mərkəzi tərəfindən Ümummilli Lider, Ulu Öndər Heydə...
12/05/2026

30 aprel – 10 may 2026-cı il tarixlərində Saatlı rayon Heydər Əliyev Mərkəzi tərəfindən Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illik yubileyi münasibətilə silsilə ekskursiyalar təşkil olunub.

Keçirilən ekskursiyalarda rayon gəncləri, ictimaiyyət nümayəndələri, müəllim və şagirdlər, eləcə də rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları iştirak ediblər. Tədbirin əsas məqsədi iştirakçıları Ulu Öndərin zəngin həyat yolu, çoxşaxəli siyasi fəaliyyəti və Azərbaycan dövlətçiliyinin inkişafındakı müstəsna xidmətləri ilə daha yaxından tanış etmək olub.

Ekskursiyalar zamanı qonaqlara Heydər Əliyev Mərkəzinin ekspozisiya zalında nümayiş etdirilən fotoşəkillər, arxiv sənədləri və digər tarixi materiallar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, ekspozisiyada əks olunan materiallar Ulu Öndərin dövlətçilik fəlsəfəsini, xalqına və Vətəninə bağlılığını, həmçinin Azərbaycanın müstəqilliyi və inkişafı naminə həyata keçirdiyi mühüm xidmətləri özündə əks etdirir.

İştirakçılar ekskursiyanı böyük maraqla izləyərək nümayiş olunan materiallarla yaxından tanış olub, Ulu Öndərin zəngin irsi barədə geniş məlumat əldə ediblər.

04 may 2026-cı il tarixdə Saatlı rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ...
06/05/2026

04 may 2026-cı il tarixdə Saatlı rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə ekskursiya təşkil olunub.

Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, Yeni Azərbaycan Partiyasının Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, eləcə də rayon idarə və müəssisələrinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib.

Ekskursiya zamanı qonaqlara Ulu Öndərin zəngin həyat yolu, çoxşaxəli siyasi fəaliyyəti və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi mühüm islahatlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, Heydər Əliyevin formalaşdırdığı dövlətçilik fəlsəfəsi bu gün də ölkənin inkişaf strategiyasının əsas istiqamətlərini müəyyən edib.

Tədbirin bədii hissəsində Bülbül adına Saatlı rayon Uşaq Musiqi Məktəbinin müəllimləri tərəfindən fortepiano müşayiəti ilə müxtəlif musiqi nömrələri təqdim olunub, səsləndirilən ifalar iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Belə tədbirlər gənc nəslin milli-mənəvi dəyərlərə bağlı ruhda tərbiyə olunmasına, ümummilli liderin zəngin irsinin daha dərindən öyrənilməsinə və təbliğinə mühüm töhfə verib.

Saatlıda Ulu Öndər Heydər Əliyevin 103 illik yubileyinə həsr olunmuş sərgi təşkil olunub.30 aprel 2026-cı il tarixdə Saa...
01/05/2026

Saatlıda Ulu Öndər Heydər Əliyevin 103 illik yubileyinə həsr olunmuş sərgi təşkil olunub.

30 aprel 2026-cı il tarixdə Saatlı rayon Gənclər evi sosial xidmət müəssisəsinin qarşısında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə sərgi təşkil olunub. Saatlı rayon Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Mərkəzi Kitabxana və Gənclər Evinin birgə təşkilatçılığı ilə baş tutan sərgini rayon ictimaiyyəti, xüsusilə gənclər, müəllim və şagirdlər, eləcə də müxtəlif idarə və müəssisələrin əməkdaşları ziyarət ediblər.

Sərgi çərçivəsində iştirakçılara Ulu Öndərin zəngin həyat yolu, çoxşaxəli dövlətçilik fəaliyyəti, milli ideologiyanın formalaşmasında rolu və Azərbaycançılıq məfkurəsinin əsas prinsipləri barədə ətraflı məlumat verilib. Tədbir gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərin təbliği baxımından mühüm əhəmiyyət kəsb edib.

23 aprel 2026-cı il tarixdə Saatlı rayon Peşə liseyində Tarixdən gələcəyə: Heydər Əliyev irsinə həsr olunmuş intellektua...
23/04/2026

23 aprel 2026-cı il tarixdə Saatlı rayon Peşə liseyində Tarixdən gələcəyə: Heydər Əliyev irsinə həsr olunmuş intellektual yarış təşkil olunub. Saatlı rayon Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi və Peşə liseyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon gəncləri, müəllim və şagirdlər, eləcə də mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyev və Vətən uğrunda canını fəda etmiş Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Ardınca Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini, həmçinin onun Saatlı rayonuna səfərlərini əks etdirən fotoşəkillər və kitablar sərgilənib. Daha sonra 5 komandanın, ümumilikdə 25 nəfərdən ibarət heyətlə qatıldığı intellektual yarışma təşkil olunub.

Yarış zamanı iştirakçılar Heydər Əliyevin zəngin irsi, dövlətçilik fəaliyyəti, eləcə də Saatlı rayonunun tarixi və mədəni həyatı ilə bağlı sualları cavablandırıblar. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışmanın sonunda qalib komandalar müəyyən edilərək təltif olunublar.

Tədbirin əsas məqsədi gənclər arasında milli-mənəvi dəyərlərin təbliği, tarixi biliklərin artırılması və Ulu Öndərin zəngin irsinin daha geniş şəkildə tanıdılması olub.

17 aprel 2026-cı il tarixində Saatlı Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətil...
20/04/2026

17 aprel 2026-cı il tarixində Saatlı Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə maarifləndirici tədbir təşkil olunub. Saatlı rayon Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi və Saatlı Peşə Liseyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon gəncləri, müəllim və şagirdlər, eləcə də müxtəlif idarə və müəssisələrin əməkdaşları iştirak ediblər.

Tədbir çərçivəsində çıxış edənlər iştirakçılara tarixi irsimizin qorunmasının əhəmiyyətindən bəhs edib, ölkəmizin və xüsusilə Saatlı rayonunun ərazisində yerləşən tarixi abidələr haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, bu cür tədbirlər gənc nəslin milli-mədəni irsə marağının artırılması və onun qorunması istiqamətində mühüm rol oynayır.

Aprelin 15-də Dünya İncəsənət Günü münasibətilə Saatlı Dövlət Rəsm Qalereyasında dəyirmi masa formatında tədbir keçirili...
14/04/2026

Aprelin 15-də Dünya İncəsənət Günü münasibətilə Saatlı Dövlət Rəsm Qalereyasında dəyirmi masa formatında tədbir keçirilib.

Tədbir Saatlı Rayon Heydər Əliyev Mərkəzi, Dövlət Rəsm Qalereyası, Mərkəzi Kitabxana və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub. Görüşün məqsədi incəsənətin cəmiyyətdəki rolunu vurğulamaq və mədəniyyət müəssisələri arasında əməkdaşlığı gücləndirmək olub.

Çıxışlarda Dünya İncəsənət Gününün əhəmiyyəti, incəsənətin insanın mənəvi inkişafına təsiri barədə məlumat verilib. İştirakçılar rəngkarlıq, heykəltəraşlıq və digər yaradıcılıq sahələrinin rolu, eləcə də müasir Azərbaycan incəsənətinin inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparıblar.

Eyni zamanda gənc istedadların aşkar edilməsi və onlara dəstək göstərilməsinin vacibliyi vurğulanıb. Tədbirin sonunda bu cür görüşlərin rayonun mədəni həyatına müsbət təsir göstərdiyi qeyd edilib.

03 aprel 2026-cı il tarixində Saatlı Tarix-Diyarşünaslıq Muzeyində Aprel döyüşlərinə həsr olunmuş "Zəfərə gedən yol: Apr...
06/04/2026

03 aprel 2026-cı il tarixində Saatlı Tarix-Diyarşünaslıq Muzeyində Aprel döyüşlərinə həsr olunmuş "Zəfərə gedən yol: Aprel döyüşlərinin izi ilə" adlı anım və maarifləndirici tədbir təşkil olunub. Tədbir Saatlı rayon Heydər Əliyev Mərkəzi ilə Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı, Saatlı Gənclər Evi sosial xidmət müəssisəsinin dəstəyi ilə həyata keçirilən tədbirdə rayon gəncləri, müxtəlif idarə və müəssisələrin əməkdaşları iştirak edib.

Tədbir zamanı Aprel döyüşlərinin əhəmiyyəti və qəhrəmanlıq salnaməsi geniş şəkildə diqqətə çatdırılıb. Tədbirdə çıxış edən Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, Aprel döyüşlərinin iştirakçısı Rauf Salmanov döyüş xatirələrini bölüşərək həmin günlərin çətinliyindən, əsgər və zabitlərimizin şücaətindən bəhs edib, iştirakçılarda dərin təəssürat yaradıb.

Tədbirin sonunda muzey nəzdində fəaliyyət göstərən sənətkarlar birliyinin üzvü Tahir Bədəlovun Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş polkovnik-leytenant Murad Mirzəyevin əziz xatirəsinə həsr etdiyi büstün təqdimatı keçirilib. Təqdimat mərasimi iştirakçılar tərəfindən böyük ehtiram və minnətdarlıq hissi ilə qarşılanıb.

Tədbir vətənpərvərlik ruhunun təbliği, gənclərin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib.

10 mart 2026-cı il tarixində Saatlı Tarix-Diyarşünaslıq Muzeyində Yel Çərşənbəsi münasibətilə "Baharın Nəfəsi – Yel Çərş...
11/03/2026

10 mart 2026-cı il tarixində Saatlı Tarix-Diyarşünaslıq Muzeyində Yel Çərşənbəsi münasibətilə "Baharın Nəfəsi – Yel Çərşənbəsi" adlı musiqili tədbir təşkil olunub. Saatlı rayon Heydər Əliyev Mərkəzi və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı, Saatlı Gənclər Evi sosial xidmət müəssisəsinin dəstəyi ilə baş tutan tədbirdə rayon gəncləri, ictimaiyyət nümayəndələri, həmçinin Səməd Vurğun adına Saatlı rayon 1 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı iştirakçılara Novruz bayramının qədim tarixi, xalqımızın zəngin milli-mənəvi dəyərləri, eləcə də Novruza gedən yolun mühüm mərhələsi olan çərşənbələrin mahiyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Yel Çərşənbəsi xalq inanclarına görə təbiətin oyanışını, baharın yaxınlaşmasını müjdələyən mühüm mərhələlərdən biridir.

Tədbirin bədii hissəsində Novruz şənliklərinə həsr olunmuş musiqi nömrələri səsləndirilib, azyaşlı şagirdlər tərəfindən maraqlı rəqs nömrələri nümayiş etdirilib. Səmimi və bayram əhval-ruhiyyəsində keçən tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və Novruz ənənələrinin təbliğinə töhfə verib.

Address

Heydər Əliyev Meydanı 49A
Saatlı
AZ4900

Website

Alerts

Be the first to know and let us send you an email when Saatlı rayon Heydər Əliyev Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Saatlı rayon Heydər Əliyev Mərkəzi:

Share