Qusar Rayonu Bədirqala Kənd Ümumi Orta Məktəbi

Qusar Rayonu Bədirqala Kənd Ümumi Orta Məktəbi Qusar rayon Bədirqala kənd ümumi orta məktəbinin yeni binası 2014-cü il mart ayının 10-da

25/06/2026

Quba-Xaçmaz Regional Təhsil İdarəsi Qusar rayonu təhsil sektoru Bədirqala kənd ümumi orta ümumtəhsil məktəbinin Fiziki tərbiyə müəllimi Vadim Priverdiyev sertifikasiya imtahanında 50 bal toplayaraq yüksək nəticə göstərmişdir.
Bu münasibətlə Pirverdiyev Vadim müəllimi səmimi qəlbdən təbrik edirik.

25/06/2026

Quba-Xaçmaz Regional Təhsil İdarəsi Qusar rayonu təhsil sektoru Bədirqala kənd ümumi orta ümumtəhsil məktəbinin Tarix müəllimi Vəliyeva Nərmin sertifikasiya imtahanında 52 bal toplayaraq yüksək nəticə göstərmişdir.
Bu münasibətlə Nərmin Vəliyeva müəllimi səmimi qəlbdən təbrik edirik.

Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun 2026-cı il iyunun 22-də Azərbaycana səfəri zam...
24/06/2026

Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun 2026-cı il iyunun 22-də Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat barədə

Qarabağın bərpasında köməyə görə Türkmənistana, əziz qardaşım Arkadağ Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova bir daha təşəkkürümü bildirmək istərdim. O, ötən ilin iyulunda ölkəmizə səfər edərkən Füzuli şəhərində məscidin tikintisi təşəbbüsünü irəli sürdü və artıq tikintiyə başlanılıb. Bu, Türkmənistanın, onun Ümummilli Liderinin və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisi idi.

Mən, həmçinin Sərdar Qurbanquluyeviçə əməkdaşlığa görə minnətdaram. Bu gün, artıq qeyd etdiyim kimi, bir çox məsələlər üzrə ətraflı fikir mübadiləsi apardıq. Konkret tapşırıqlar verildi. Əminəm ki, gələn ay Türkmənistanda keçiriləcək Hökumətlərarası Komissiya çərçivəsində bu gün verdiyimiz tapşırıqlar həmin vaxta qədər hərtərəfli işlənib hazırlanacaq və biz yeni birgə problemlərin həlli, yeni layihələrin reallaşdırılması mərhələsinə keçəcəyik.

Münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub. Biz müntəzəm olaraq yaradıcı kollektivlərin çıxışlarını təşkil edirik. Elə bu yaxınlarda, bu ayın əvvəlində həm Aşqabadda, həm də Arkadağda Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Keçən il isə Türkmənistanın mədəniyyət xadimləri həm Bakıda, həm də Gəncədə keçirilən Mədəniyyət Günlərində bizi ziyarət etdilər.

Onu da qeyd etməliyəm ki, Bakı və Aşqabad Arkadağ və Füzuli kimi, qardaş şəhərlərdir. Bütün bunlar bizim birliyimizin nümayişidir. Əməkdaşlığımızı konkret məzmunla zənginləşdirməyə və qarşılıqlı fəaliyyətimizi dərinləşdirməyə çalışırıq.

Həmçinin Türkmənistan tərəfinə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində fəal dəstəyinə görə bir daha təşəkkürümü bildirmək istərdim. Mən buna tarixi hadisə kimi baxıram, çünki coğrafi olaraq Mərkəzi Asiyanın bir hissəsi olmasaq da, mədəni və tarixi əlaqələrimiz, həmçinin bu gün regional qarşılıqlı əlaqə və nəqliyyat-logistika problemləri ilə bağlı həll etdiyimiz konkret məsələlər təbii olaraq böyük Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi bölgə kimi qəbul edilməsi üçün ilkin şərtlər yaradır. Təbii ki, biz ilk gündən çoxtərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərməyə başladıq.

Bu gün nəqliyyat-logistika sahəsi haqqında da çox danışıldı. Təbii ki, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir. Çünki bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq.

Əlbəttə, Türkmənistan və Azərbaycan geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik iki ölkədir. Belə olan halda biz səylərimizi birləşdirmək üzrə əməkdaşlıq etmək niyyətindəyik.

Əlbəttə ki, qardaş türkmən xalqını və onun rəhbərliyini sosial-iqtisadi inkişafda əldə edilən əhəmiyyətli nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Mən artıq uzun illər ərzində dəfələrlə Türkmənistana səfər etmişəm və qardaş ölkəmizin davamlı inkişafına, şəhərlərin necə yaxşılaşdığına, infrastrukturun, o cümlədən turizmin necə qurulduğuna həmişə əmin olmuşam. Bütün bunlar rəhbərliyin müdrikliyindən və milli maraqların prioritet olmasından xəbər verir.

15/06/2026

Beş il davam edən müəllim-şagird yolunun duyğulu sağollaşma anları... Xatirələr qəlblərdə, öyrədilənlər isə həyat yolunda yaşayacaq.

15/06/2026

15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü

2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqın...
14/06/2026

2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar

“İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”.
Prezident İlham Əliyev
Bəyannamənin verdiyi strateji mesaj.
Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.
İki ölkə arasında sarsılmaz müttəfiqlik münasibətləri.
Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır. Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir.
Bütün sahələri əhatə edən əməkdaşlıq.
Bəyannamə Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün sahələrini əhatə edir. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.
Əməkdaşlığın yeni perspektivləri.
Şuşa Bəyannaməsi əhatəli sülhə və inteqrasiyaya yol açır. Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırır.
Bəyannamə hər iki ölkənin iqtisadi qüdrətini artırır.
Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırır. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaqdır. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılır.
Bəyannamə ölkəmizin beynəlxalq nüfuzunu artırır.
Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artırır.
Gələcək münasibətlərin məzmunu.
Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır.
İşğaldan azad olunmuş ərazilərin bərpası.
Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur.
Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi hər iki dövlətin iqtisadi inkişafına böyük təkan verir.
Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanaraq regionda yeni reallıqlar yaratdı. Bu reallıqlardan biri Bəyannamədə də qeyd edilən Zəngəzur dəhlizidir. Bu dəhliz Mərkəzi Asiya ilə Avropa arasındakı ticarəti genişləndirməklə yanaşı, siyasi əlaqələri də artırır və bu əlaqələrin formalaşmasında Türkiyə ilə Azərbaycan aparıcı rol oynayır. Orta Dəhlizin yeni nəfəsi olan Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi uğurla həyata keçirilir. Həmin dəmir yolu layihəsi muxtar respublikanın nəqliyyat və iqtisadi potensialını artıracaq, eyni zamanda, beynəlxalq ticarətə yeni imkanlar yaradacaq. Zəngəzur dəhlizinin tərkib hissəsi olan Qars-İğdır-Aralıq-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti təkcə Türkiyə və Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirmir, eyni zamanda daha qlobal xarakter daşıyır və Avropa ilə Asiyanın ticarət əlaqələri üçün olduqca əlverişlidir. Həmçinin dəmir yolu xəttinin Bakı-Tbilisi-Qars layihəsi ilə inteqrasiyası nəzərdə tutulur.
Əlverişli investisiya mühitinin yaranması.
Bəyannamədə əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarətdir. Qarşılıqlı investisiya qoyuluşları ölkələrin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir. Bəyannamə ilə Azərbaycan və Türkiyə, bir-biri ilə ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsinə nail olmuşdur.
Bəyannamədə Azərbaycan və Türkiyənin xarici siyasət ilə bağlı müddəa da yer almışdır.
Tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər və bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar. Tərəflər öz milli maraq və mənafelərinin təmin edilməsinə yönəlmiş müstəqil xarici siyasət aparırlar. Sənədə əsasən, tərəflər beynəlxalq münasibətlərin inkişafı, regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli üçün birgə səylər göstərirlər.
Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir.
Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir. İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması ilə bağlı da razılığa gəlmişdir.
“Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz yüz il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir.”
Prezident İlham Əliyevin
Şuşa Bəyannaməsinin imzalanması
mərasimindəki çıxışından
Revanşist qüvvələrə vacib mesaj.
Bəyannamə Ermənistandakı revanşist qüvvələrə mühüm ismarışdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır;
- Bəyannamənin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər.
Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir.
\ İnformasiya mübadiləsi.
Sənədin ortaya qoyduğu mühüm məsələlərdən biri də xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsini artırmaq və diplomatik səyləri birləşdirməkdir. Beynəlxalq aləmdə daha səmərəli fəaliyyət göstərmək istiqamətində media platforması və diaspor sferasında birgə, qarşılıqlı əlaqələrin genişləndirilməsinə zərurət yaranıb. Məhz bu istiqamətdə gələcəkdə genişmiqyaslı işlər aparılması üçün vacib olan aşağıdakı məsələlər bəyannamədə öz əksini tapıb: hər iki ölkənin diasporları arasında ikitərəfli əməkdaşlığın bütün parametrlər üzrə inkişaf etdirilməsi, birgə media platforması (https://e-qanun.az/framework/46888) əsasında ölkələrin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya, həmçinin diplomatiya istiqamətində ikitərəfli əlaqələrin genişləndirilməsi, strateji məsələlər üzrə birgə qərarların qəbul edilməsi və icra edilməsi, qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə həmrəyliyin təmin edilməsi.
Bəyannamənin imzalanmasından sonra Şuşada 15 uyun tarixində ənənəvi olaraq keçirilən konfranslar.
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 2022-ci ilin iyunun 15-də Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” adlı konfrans keçirilmişdir.
2023-cü ilin iyunun 15-də “Heydər Əliyev İli” çərçivəsində Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünə həsr olunmuş “Qurtuluşdan Zəfərə” mövzusunda konfrans keçirilmişdir.
2024-cü ilin iyunun 15-də “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfranslar keçirilmişdir.
2025-ci ilin iyunun 15-də “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” adlı beynəlxalq konfrans keçirilmişdir.
Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında ikitərəfli münasibətlər .
.

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası.Milli Qurtuluş Günü Azərbaycanın dövlət müstəqilliyinin qorunması, dövlə...
14/06/2026

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası.
Milli Qurtuluş Günü Azərbaycanın dövlət müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, milli həmrəyliyin bərqərar edilməsi və ölkənin gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edən tarixi mərhələdir.
Ümummilli Lider Heydər Əliyevin “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” sözləri həmin dövrün mahiyyətini və onun üzərinə götürdüyü tarixi missiyanı ən dolğun şəkildə ifadə edən fikirlərdən biridir. Bu bəyanatın siyasi məzmunu ondan ibarət idi ki, Heydər Əliyev dövlət idarəçiliyinə sadəcə siyasi vəzifə kimi deyil, xalq və dövlət qarşısında böyük məsuliyyət kimi yanaşırdı.
Azərbaycan müstəqilliyinin ilk illərində daha ağır və mürəkkəb sınaqlarla üzləşdi. Dövlət idarəçiliyində xaosun hökm sürməsi, siyasi qarşıdurmaların dərinləşməsi, müxtəlif silahlı dəstələrin nəzarətsiz fəaliyyəti və cəbhədəki uğursuzluqlar ölkəni ciddi böhran vəziyyətinə gətirmişdi.
1991–1993-cü illər ərzində ölkənin müstəqilliyi və suverenliyi real təhdidlərlə üz-üzə qalmışdı. Hakimiyyət daxilində müxtəlif qrupların formalaşması, idarəçilikdə peşəkarlığın çatışmaması və dövlət maraqlarının lazımi səviyyədə qorunmaması cəmiyyətdə ciddi narahatlıq yaradırdı. İqtisadi vəziyyət getdikcə ağırlaşır, əhalinin sosial rifahı aşağı düşür, dövlətə və hakimiyyətə inam zəifləyirdi. Belə bir şəraitdə xalq ölkənin xilası üçün güclü və təcrübəli liderə ehtiyac duyurdu.
Cəmiyyətin müxtəlif təbəqələri artıq başa düşürdü ki, mövcud böhrandan çıxış yolu yalnız peşəkar idarəçilikdən, milli maraqlara əsaslanan siyasətdən və qətiyyətli rəhbərlikdən keçir. Ümummilli Lider Heydər Əliyev sonralar həmin dövrü belə xarakterizə etmişdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi.”
Bu fikirlər o dövrdəki mürəkkəb siyasi vəziyyəti tam əks etdirirdi. Problem yalnız daxili böhranla məhdudlaşmırdı.
1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və siyasi dairələrin çoxsaylı çağırışlarını qəbul edərək Bakıya qayıtdı. Bu qayıdış adi siyasi hadisə deyildi. Bu, dövlətçiliyin qorunması naminə böyük məsuliyyətin öz üzərinə götürülməsi idi. Həmin günlərdə ölkədə hakimiyyət uğrunda mübarizənin davam etdiyi bir vaxtda onun həyatını riskə ataraq Gəncəyə getməsi və yaranmış böhranın aradan qaldırılması istiqamətində fəaliyyət göstərməsi siyasi liderliyin ən parlaq nümunələrindən biri kimi tarixə düşdü.
Ümummilli Lider Heydər Əliyevin siyasi liderliyini fərqləndirən əsas xüsusiyyətlərdən biri hadisələrə yalnız cari dövrün prizmasından deyil, gələcək perspektivlər baxımından yanaşması idi. O, dövlətin taleyini gündəlik siyasi proseslərin ixtiyarına buraxmır, uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirirdi. Bu baxımdan Milli Qurtuluş prosesi təkcə mövcud böhranın aradan qaldırılması ilə nəticələnmədi, eyni zamanda Azərbaycanın sonrakı onilliklərdəki siyasi və iqtisadi inkişaf istiqamətlərini də müəyyən etdi.
1993–2003-cü illər ərzində həyata keçirilən siyasət və islahatlar müasir Azərbaycanın əsaslarını formalaşdırdı. Məhz həmin dövrdə ölkənin beynəlxalq əlaqələri genişləndirildi, enerji strategiyasının təməli qoyuldu, dövlət institutları gücləndirildi və milli maraqlara söykənən müstəqil siyasət həyata keçirildi.
Bu gün Azərbaycan Heydər Əliyevin arzuladığı güclü, müstəqil və suveren dövlət kimi inkişaf edir. Ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması, beynəlxalq nüfuzunun yüksəlməsi və regionun aparıcı dövlətlərindən birinə çevrilməsi həmin uzaqgörən siyasətin nəticəsidir.
Cənab Prezident İlham Əliyevin Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirməsi Azərbaycanın yeni inkişaf mərhələsinə daxil olmasına şərait yaratdı. Xüsusilə Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər ölkəmizin siyasi iradəsini, iqtisadi qüdrətini və hərbi gücünü bütün dünyaya nümayiş etdirdi.
Bu gün ölkəmizin əldə etdiyi uğurlar, ərazi bütövlüyünün bərpa olunması, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri, Böyük Qayıdış proqramının uğurla icrası bir daha sübut edir ki, 1993-cü ildə müəyyənləşdirilən siyasi xətt öz səmərəsini verməkdə davam edir.
Tarix göstərir ki, xalqların həyatında bəzi günlər yalnız keçmişin bir hissəsinə çevrilmir, həm də gələcək inkişafın ideoloji və siyasi dayağına çevrilir. 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan üçün məhz belə bir tarixi məna daşıyır. Bu tarix xalqın dövlətçilik əzminin, milli birliyinin və uzaqgörən liderliyin təntənəsi kimi daim yaşayır.

11.06.2026. 2025-2026- cı tədris ilinin sonuncu pedaqoji şura iclası keçirilmişdir
14/06/2026

11.06.2026. 2025-2026- cı tədris ilinin sonuncu pedaqoji şura iclası keçirilmişdir

13/06/2026

Əziz məzunlar,

Bu gün həyatınızın yeni bir mərhələsi başlayır. Geridə qoyduğunuz məktəb illəri sizə yalnız bilik deyil, həm də dəyərlər və həyatda doğru seçimlər etmək bacarığı qazandırdı. Bu yolda sizə böyük fədakarlıqla yol göstərən dəyərli müəllimlərimizə, övladlarının hər uğur və çətinliyində yanlarında olan əziz valideynlərimizə təşəkkür edirəm.

Müasir və güclü Azərbaycanın gələcəyi sizin bilik, bacarıq və intellektinizdən asılıdır. İnanıram ki, seçəcəyiniz peşədən asılı olmayaraq, hər biriniz ölkəmizin inkişafına dəyərli töhfə verəcəksiniz.

Əziz məzunlar, sizə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram!

Address

Qusar Rayon Bədirqala Ümumi Orta Məktəbi
Qusar
2019

Telephone

0773353518

Website

Alerts

Be the first to know and let us send you an email when Qusar Rayonu Bədirqala Kənd Ümumi Orta Məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Qusar Rayonu Bədirqala Kənd Ümumi Orta Məktəbi:

Share

Category