Qusar rayon Yuxarı Tahircal kənd ümumi orta məktəbi

Qusar rayon Yuxarı Tahircal kənd ümumi orta məktəbi Qusar rayonu Yuxarı Tahircal kənd ümumi orta ümumtəhsil məktəbi

10/05/2026

Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir.

08.05.2026-cı il tarixində Qusar rayonu Yuxarı Tahircal kənd ümumi orta ümumtəhsil məktəbində Ümummilli Lider Heydər Əli...
08/05/2026

08.05.2026-cı il tarixində Qusar rayonu Yuxarı Tahircal kənd ümumi orta ümumtəhsil məktəbində Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.Dövlət himninin səsləndirilməsi ilə başlamış , şəhidlərin əziz xatirəsini yad edilməsi ilə davam etmişdir.

Bizim siyasi əlaqələrimiz ən yüksək səviyyədədir.  Bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrini...
05/05/2026

Bizim siyasi əlaqələrimiz ən yüksək səviyyədədir.
Bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərin məzmunlu olmasından xəbər verir. Hər kəs bilir ki, Siz bu gün Ermənistanda idiniz. Ermənistanda öz proqramınızı bitirib Azərbaycana gəlmək bizim üçün xüsusi məna daşıyır, çox böyük rəmzi məna daşıyır, eyni zamanda, Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür.İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir. Təbii ki, əlaqələrimizin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır.
Bu gün bu barədə də danışıldı. Birgə layihələrin həyata keçirilməsi, birgə istehsalın təşkil edilməsi, İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaitinin birləşməsi ilə əlaqədar konkret fikirlərimiz var. Bu barədə də geniş danışılıb.İtaliya bazarı bizim üçün çox maraqlıdır. İtaliya iqtisadiyyatı xanım Baş nazirin rəhbərliyi ilə uğurla inkişaf edir. Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Bu sərmayələrin yeni layihələrə cəlb edilməsi məsələləri də müzakirə olunmuşdur.
İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. İstəyirəm ki, onların sayı daha da çox olsun. O cümlədən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir.
Bütün bu biznes, kommersiya, ticarət əlaqələri, şirkətlərin birgə fəaliyyəti və digər məsələlərlə yanaşı, biz bəlkə də ən vacib sahəni də unutmamışıq, o da təhsil sahəsidir. Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq. Bizə verilən məlumata görə, artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar. Beləliklə, bizim dostluğumuz bundan sonra inamla davam etdiriləcəkdir.

Prezident İlham Əliyevin 2026-cı il 4 may tarixində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı fo...
05/05/2026

Prezident İlham Əliyevin 2026-cı il 4 may tarixində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı

Ermənistan “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün 2028-ci ildə Azərbaycanda keçirilməsini dəstəkləyib.Prezident Koştanın Azərbaycana iki aydan az vaxt əvvəl etdiyi səfəri zamanı biz Zirvə görüşündə iştirakımı müzakirə etdik və razılaşdıq ki, mən tədbirə videobağlantı formatında qoşulacam. Mən, həmçinin auditoriyanı məlumatlandırmaq istərdim ki, bir il öncə Tiranaya səfərim zamanı Prezident Koşta və Prezident Fon der Lyayen Zirvə görüşünün 2026-cı ilin mayında Ermənistanda təşkil olunması ideyasına rəyimi soruşdular. Mən dəstəklədim. Öz növbəmdə mən tarazlı yanaşmanın saxlanılması üçün növbəti Zirvə görüşlərindən birinin Azərbaycanda keçirilməsi təklifi ilə çıxış etdim. Təklif qəbul olundu. Beləliklə, mən “Avropa Siyasi Birliyi”nin üzvlərini 2028-ci ilin mayında Azərbaycanda keçiriləcək Zirvə görüşünə dəvət edirəm. Yeri gəlmişkən, Ermənistan, həmçinin namizədliyimizi dəstəklədi. Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisidir. Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik.Sülhün əldə olunması faktı əsasında Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yük çatdırılıb.Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar. Prezident Tramp, artıq qeyd edildiyi kimi, həmçinin şahid kimi imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub. Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı - benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib.Təəssüflər olsun ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası Ermənistan-Azərbaycan sülh prosesində konstruktiv mövqe sərgiləmir və ikili standartlar nümayiş etdirirlər.Sülh sahəsində digər nailiyyət bağlantılardır. “Trampın Beynəlxalq Sülh və Rifah Maşrutu” Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər. Bu fürsətdən istifadə edərək, mən Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürümü bildirmək istəyirəm.Lakin əfsuslar olsun ki, heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır (AŞPA).Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür. Yeri gəlmişkən, mən o vaxt parlament üzvü və Azərbaycanın nümayəndə heyətinin rəhbəri kimi AŞPA-nın fəal üzvlərindən biri idim. Nümayəndə heyətimizə 2024-cü ilin yanvarına qədər Avropa Şurasında heç zaman məhdudiyyətlər tətbiq edilməmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir.Avropa Parlamenti ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır.İndi isə Avropa Parlamentini götürək. Bu qurum sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl - bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib. Cavab olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib. Nəzərə alsaq ki, “Avropa Siyasi Birliyi”nin Zirvə görüşlərində biz öz fikirlərimizlə və narahatlıq doğuran məsələlərlə açıq şəkildə mübadilə edirik, mən, sadəcə, bu halda baş verənlər barədə həmkarlarımızı məlumatlandırmaq istədim ki, son qərarla bağlı səhv informasiya və manipulyasiya olmasın. Sülh prosesinə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir.Yekun olaraq mən Baş nazir Paşinyanı “Avropa Siyasi Birliyi”nin Zirgə görüşünün Ermənistanda keçirilməsi ilə bağlı təbrik etmək istəyirəm. Bildirirəm ki, prosesə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir və ermənistanlı həmkarımın şərhləri bunu aydın şəkildə göstərir

İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan milli güləşçilərimizi qəbul edibAzərbaycan Respublikası...
30/04/2026

İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan milli güləşçilərimizi qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa çempionatında böyük uğur qazanaraq komanda hesabında birinci olan milli güləşçilərimizlə görüş keçirib. Dövlət başçısı idmançılarımızı bu möhtəşəm qələbə münasibətilə təbrik edərək bildirib ki, bu uğur bütün Azərbaycan xalqında böyük qürur və sevinc hissi yaradıb.

Qeyd olunub ki, Avropa Çempionatı kimi nüfuzlu yarışda komanda hesabında birinci olmaq böyük nailiyyətdir. Prezident vurğulayıb ki, gərgin rəqabət şəraitində qazanılan bu qələbə Azərbaycan güləş məktəbinin gücünü və idmançılarımızın yüksək peşəkarlığını bir daha sübut edir.

Dövlət başçısı çıxışında güləşin Azərbaycanda dərin ənənələrə malik olduğunu qeyd edib, həm təcrübəli, həm də gənc idmançıların uğurlarının sevindirici olduğunu bildirib. Bu isə ölkədə düzgün qurulmuş məşq və seleksiya sisteminin nəticəsi kimi qiymətləndirilib.

Prezident həmçinin vurğulayıb ki, idman sahəsində qazanılan qələbələr gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Azərbaycan bayrağının beynəlxalq arenalarda yüksəlməsi hər bir vətəndaş üçün qürur mənbəyidir.

Görüş zamanı bildirilib ki, ölkədə idmana göstərilən dövlət qayğısı, Olimpiya idman komplekslərinin yaradılması və beynəlxalq yarışların təşkili bu sahənin inkişafına böyük təkan verir. Xüsusilə qeyd olunub ki, həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşi üzrə əldə edilən nəticələr Azərbaycanın bu idman növündə lider mövqeyini təsdiqləyir.

Sonda Prezident idmançılara gələcək yarışlarda da uğurlar arzulayıb, onların yalnız yarış meydanında deyil, gündəlik həyatda da yüksək mənəvi keyfiyyətlər nümayiş etdirməsinin vacibliyini vurğulayıb.

Aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş...
28/04/2026

Aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər.
xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin

bəyanatı

- Hörmətli cənab Baş nazir.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Sizi səmimiyyətlə salamlayıram.
Mən çox şadam ki, cənab Baş nazir bu gün bizim qonağımızdır. Biz üç ay bundan əvvəl Davosda görüşmüşük. Bu, bizim birinci görüşümüz olmuşdur və görüş çox məhsuldar keçmişdir, bir çox məsələlər ətrafında fikir mübadiləsi apardıq. Mən cənab Baş naziri Azərbaycana rəsmi səfərə dəvət etmişəm və şadam ki, bu gün cənab Baş nazir bu səfəri Azərbaycana həyata keçirir. Bu, iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Bizim indi çox fəal siyasi dialoqumuz var. Bu gün bir çox məsələlər – həm regional, həm ikitərəfli, həm də daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
İqtisadi sahədə görüləcək işlərlə bağlı konkret təkliflər var. Mən şadam ki, cənab Baş nazirlə birlikdə Azərbaycana Çexiyadan böyük qrup iş adamları gəlmişdir və bu gün keçiriləcək biznes-forumda həm yeni təmaslar qurulacaq, həm də mövcud layihələrlə bağlı fikir mübadiləsi aparılacaq. Bizim çox böyük ümidimiz ondan ibarətdir ki, ticarət dövriyyəmizi daha da yüksək səviyyəyə qaldıraq. Halbuki bu gün də ticarət dövriyyəmiz əhəmiyyətli dərəcədə artmışdır, 800 milyon dollardan çoxdur. Amma əgər biz ticarət dövriyyəsinin strukturuna baxsaq görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözə dəyir. Ona görə biz ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini arzulayırıq. Ümid edirəm ki, biz buna nail olacağıq. Çünki bu gün həm təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlarda bir çox konkret iqtisadi və sərmayə yönümlü layihələr müzakirə edilmişdir.
Təbii ki, əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir. Təbii ki, bu gün biz bu barədə də danışdıq və bu sahədə gələcək əməkdaşlıq haqqında qərara gəldik. Biz buna daha geniş prizmadan yanaşırıq. Bu, sadəcə olaraq, ticarət əməliyyatları, enerji resurslarının ixracı əməliyyatları olmayacaq. Biz buna daha genişmiqyaslı, uzunmüddətli əməkdaşlıq kimi yanaşırıq.
Bizim ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır. Burada da uzun müddət ərzində uğurlu əməkdaşlıq aparılır. Biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Əminəm ki, bu sahə də çox genişmiqyaslı olacaq. Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır.
Bu gün bir çox digər sahələr ətrafında fikir mübadiləsi aparıldı. Hökumətlərarası Komissiyanın tezliklə tədbir keçirməsi, yenidən görüşməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Yəni bu gün bir daha Çexiya-Azərbaycan dostluğu, əməkdaşlığı öz təsdiqini tapır və bizim qarşımızda çox gözəl perspektivlər açılır.
Cənab Baş nazir, bir daha Azərbaycana xoş gəlmisiniz.
x x x
Sonra Çexiyanın Baş naziri bəyanatla çıxış etdi.

Baş nazir Andrey Babişin

bəyanatı

-Cənab Prezident.
Burada, iqamətgahınızda məni çox səmimiyyətlə qəbul etdiyinizə görə Sizə çox minnətdaram. Bunu həqiqətən yüksək dəyərləndirirəm və mənim üçün böyük şərəfdir. Şadam ki, Davosdan sonra söhbətimizi davam etdiririk.
Burada bəyan edə bilərəm ki, Azərbaycan Çex Respublikasının strateji tərəfdaşıdır. Buna görə məmnunam ki, münasibətlərimiz də dostluğa söykənir. Aydındır ki, Azərbaycan dünyanın diqqət mərkəzindədir. Ukrayna Prezidenti Zelenski burada oldu, sonra Ciorcia Meloni bura səfər edəcək. Bu, sadəcə, gözəl ölkənizin əhəmiyyətini bir daha nümayiş etdirir.
Bu gün keçirdiyimiz görüş çox xüsusi oldu. Əlbəttə, Avropa bu gün enerji haqqında danışır, çünki neftayırma zavodlarına xammal tələb olunur, müxtəlif məhsulların istehsalı üçün təbii qaz lazımdır. Azərbaycan Çex Respublikasında ən iri neft təchizatçısıdır. İdxal edilən neftin 42 faizi Azərbaycandan daxil olur.
Cənab Prezident, biz buraya ÇES adlanan yarıdövlət şirkətimizlə gəlmişik və o, buradan qaz təchizatı ilə bağlı müqavilə imzalamaq istəyir. Siz əsasən hasilatı artıracaqsınız. ÇES şirkətinin baş icraçı direktoru buradadır. O, ən iri qazpaylayıcı şirkətlərdən biri olan ÇES ilə qaz təchizatı haqqında Sizinlə uzunmüddətli müqaviləni gələcəkdə imzalasa, təbii ki, çox məmnun olardı. Beləliklə, Azərbaycan neftdən əlavə, bu sahədə de-fakto bizim strateji tərəfdaşımız ola bilər.
Çox şadam ki, Siz Hökumətlərarası Komissiyanın iclasını keçirməyi təklif etmisiniz və düşünürəm ki, Sizin tərəfdən komissiyaya təyinatı artıq öyrənmişik. Bizim tərəfdən isə Baş nazirin birinci müavini Karel Havliçek olacaq və o, danışdığımız bütün məsələləri əhatə edəcək.
Əlbəttə ki, enerji bizim üçün olduqca vacibdir. Həmçinin vacibdir ki, Avropa anlasın: onun bəzi direktivləri, əslində, qeyri-Avropa təchizatçılarına zərər vurur və Avropada yalnız iki qaz təchizatçısının olması bizim üçün yaxşı deyil. Bir sözlə, biz həmin təchizatda maraqlıyıq və düşünürəm ki, uzunmüddətli müqavilələri imzalamağa hazırıq.
Ən mühüm Çex şirkətləri bizimlədir və bütövlükdə nümayəndə heyətimizdə 50 şirkət təmsil olunub. Əlbəttə ki, bizim Bakı Metropoliteni ilə müqavilənin imzalanmasında çox böyük marağımız var. “ŞKODA Daşımalar” ölkəmizin, bəlkə də ən iri iqtisadi “PPF Qrupu”nun bir hissəsidir. Həmin qrup digər şirkətlərlə yanaşı, birgə müəssisə qurmaq, Azərbaycanda istehsalata başlamaq, elm və tədqiqata sərmayə yatırmaq, universitetlərinizlə əməkdaşlıq etmək və təbii ki, Sizin insanlarınızla işləməyə hazırdır. Bilirik ki, qarşımızda Çin var, lakin biz çox bacarıqlıyıq və bunlar tarixən bizim qanımızdadır. Çexoslovakiya dünyada on ən çox sənayeləşmiş ölkələrdən biri olub və mən əminəm ki, biz bir kapital ola bilərdik. “Çekoslova Qrup” burada artıq fəaliyyət göstərir və əlbəttə ki, birgə müəssisə olaraq biz öz məhsullarımızı istehsal edirik.
“Aero Vodoxodı” şirkəti köhnəlmiş “L-39” təyyarələrinə de-fakto xidmət göstərir və təmir edir. Əlbəttə, biz yeni “L-39NG” təyyarəsini Sizə təqdim edirik və onu dəyərləndirsəniz, çox şad olardıq. “Kolt” şirkəti, sözün əsl mənasında, mühüm beynəlxalq şirkətdir və o, bütün dünyaya əla məhsullarını təchiz edir və şadıq ki, sizin polis və digər qüvvələr həmin məhsulları artıq tanıyır.
Bir sözlə, bu haqda biz bu gün biznes-forumda danışacağıq. Əlbəttə, başqa variantlarımız da var. Siz burada yükdaşımalarında fəal olan şirkətinizi qeyd etdiniz və biz onda təbii ki, maraqlıyıq. Bir faktı da qeyd etdik. Karlovı Varıda yeni layihə haqqında danışdıq və istərdik ki, hava limanı və onun uçuş zolağı genişlənsin. Beləliklə, bu, Çex Respublikasının sərmayə yatıracağımız yeni strateji əhəmiyyətə malik hava limanı ola bilərdi. Nəticədə ölkələrimiz arasında turizmə və inkişafa töhfə ola bilərdi. Bir sözlə, bu gün bir çox məsələləri müzakirə etdik.
Bütün bunlardan çox məmnunam. Çox yaxşı hisslər keçirirəm. Söhbətimiz xüsusi oldu və təbii ki, biz, ümumiyyətlə, dünyadakı vəziyyət haqqında danışdıq. Lakin bu gün buraya iqtisadi münasibətlərimizi sürətləndirməyə və intensivləşdirməyə gəlmişik. Həmin layihələrin sayı çoxdur. Biz hazırıq, sürətli və çevik olacağıq.
Ayırdığınız vaxta, ölkənizə səfər etmək imkanına görə çox minnətdaram. Əla qəbula görə təşəkkür edirəm. Bütün bunları, həqiqətən yüksək dəyərləndirirəm.

Prezident İlham Əliyevin Prezident Volodimir Zelenskinin aprelin 25-də Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyana...
27/04/2026

Prezident İlham Əliyevin Prezident Volodimir Zelenskinin aprelin 25-də Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat barədə

Son dörd il ərzində bu, bizim yeddinci görüşümüzdür. Son görüşlər beynəlxalq təşkilatların toplantıları çərçivəsində baş vermişdir. Ancaq mən xatırlayıram ki, Siz Prezident kimi Azərbaycana ilk dəfə 2019-cu ildə gəlmisiniz. Bizim şəxsi münasibətlərimiz də o vaxtdan başlayır və bu gün də uğurla davam edir. Mən 2022-ci ilin yanvarında Kiyevə səfərimi də xatırlayıram. Sizinlə apardığımız fikir mübadiləsi və ondan sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daha yüksək səviyyəyə qaldırmışdır. 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir. Keçən il iki mühüm hadisə baş vermişdir. Bakıda Xarici İşlər nazirliklərinin məsləhətləşmələri və Hökumətlərarası Komissiyanın iclası keçirilmişdir. Bu gün söhbət əsnasında bu tədbirlərin Ukraynada növbəti dövrdə keçirilməsi haqqında da fikir mübadiləsi aparılmışdır. Bir sözlə, bu gün biz bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq bu gün bir daha təsdiqləndi. Müzakirə olunan məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində əməkdaşlığı qeyd etmək istərdim. Burada həm əldə edilmiş nailiyyətlər var, - SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir. Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var.
Hərbi-texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı və burada da çox böyük perspektivlər var. Həm Azərbaycanda, həm Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla bağlı, ümumiyyətlə, sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var. Bu barədə də bu gün ətraflı danışıldı və biz bütün başqa sahələrdə əməkdaşlığımızı dərinləşdirmək istəyirik. Qeyd etdiyim kimi, son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi, - sonuncu görüş iki ay bundan əvvəl Münxen şəhərində olmuşdur, - gözəl göstəricidir. Bu, əlaqələrimizin nə qədər dinamik olmasından xəbər verir. Biz bu gün qarşılıqlı hörmətdən, qarşılıqlı maraqların təmin edilməsindən danışırıq. Əminəm ki, bugünkü səfər Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır.

🇦🇿 Azərbaycan–Latviya münasibətlərində yeni mərhələ 🇱🇻Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Resp...
24/04/2026

🇦🇿 Azərbaycan–Latviya münasibətlərində yeni mərhələ 🇱🇻

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs arasında 22 aprel 2026-cı il tarixində Bakıda keçirilən görüş ölkələrimiz arasında əməkdaşlığın inkişafına mühüm töhfə verdi.

Səfər çərçivəsində keçirilən təkbətək və geniş tərkibli görüşlərdə ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri, o cümlədən siyasi, iqtisadi, nəqliyyat, təhsil və təhlükəsizlik sahələrində əməkdaşlıq geniş şəkildə müzakirə olundu. Dövlət başçıları vurğuladılar ki, ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq münasibətləri daha da güclənəcək və yeni imkanlar yaradacaq.

Qarabağın incisi olan Şuşa şəhərində keçirilən Birgə Hökumətlərarası Komissiyanın iclası və Bakıda təşkil olunan biznes-forum iqtisadi əlaqələrin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu tədbirlər qarşılıqlı sərmayələrin artırılması, birgə layihələrin həyata keçirilməsi və ticarət dövriyyəsinin genişləndirilməsi üçün böyük potensial yaradır.

Görüşdə birbaşa uçuşların təşkili, insanlar arasında əlaqələrin gücləndirilməsi və təhsil sahəsində əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub. Hazırda Latviyada yüzlərlə azərbaycanlı tələbənin təhsil alması bu sahədə əlaqələrin inkişaf etdiyini göstərir.

Eyni zamanda, regional və beynəlxalq təhlükəsizlik məsələləri, xüsusilə Cənubi Qafqazda sülh prosesi müzakirə olunub. Azərbaycanın sülh təşəbbüsləri və bölgədə sabitliyin təmin olunmasına yönəlmiş addımları yüksək qiymətləndirilib.

Bu səfər bir daha göstərdi ki, Azərbaycan və Latviya arasında münasibətlər möhkəm təməl üzərində qurulub və gələcəkdə daha da inkişaf edəcək.

🤝 Dostluq, əməkdaşlıq və qarşılıqlı etimad – ortaq gələcəyimizin əsas sütunlarıdır!

15 aprel Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, akademik Zərifə Əliyevanın anım günü kimi qeyd olunur.Zərifə Əliy...
15/04/2026

15 aprel Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, akademik Zərifə Əliyevanın anım günü kimi qeyd olunur.
Zərifə Əliyeva Azərbaycan oftalmologiya elminin inkişafında müstəsna xidmətlər göstərmişdir.
O, göz xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası sahəsində mühüm elmi araşdırmalar aparmışdır.
Akademikin elmi fəaliyyəti xüsusilə peşə ilə bağlı göz xəstəliklərinin öyrənilməsi istiqamətində böyük əhəmiyyət kəsb edir.
Onun tədqiqatları nəticəsində bir çox yeni müalicə üsulları işlənib hazırlanmış və praktikada tətbiq olunmuşdur.
Zərifə Əliyevanın elmi əsərləri təkcə Azərbaycanda deyil, beynəlxalq elmi ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilmişdir.
O, uzun illər ərzində elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş, gənc kadrların yetişdirilməsində mühüm rol oynamışdır.
Akademik zəngin elmi irsi ilə yanaşı, yüksək mənəvi keyfiyyətləri, insanlara olan qayğısı və xeyirxahlığı ilə də yadda qalmışdır.
Onun fəaliyyəti insan sağlamlığının qorunmasına, cəmiyyətin rifahına xidmət etmişdir.
Zərifə Əliyeva Azərbaycan qadınının elm və cəmiyyət həyatındakı rolunun parlaq nümunələrindən biridir.
Onun həyat yolu gənc nəsil üçün vətənpərvərlik, zəhmətkeşlik və elmə bağlılıq baxımından örnəkdir.
Akademikin adı Azərbaycan tibb tarixində xüsusi yer tutur və hər zaman ehtiramla xatırlanır.
Təhsil müəssisələrində onun həyat və fəaliyyəti ilə bağlı maarifləndirici tədbirlərin keçirilməsi mühüm əhəmiyyət daşıyır.
Şagirdlərdə elmə marağın artırılması və milli dəyərlərə bağlılığın formalaşdırılması baxımından bu kimi anım günləri xüsusi rol oynayır.
Akademik Zərifə Əliyevanın xatirəsi daim qəlblərdə yaşayır və dərin hörmətlə yad edilir.

Address

Qusar
AZ3837

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Qusar rayon Yuxarı Tahircal kənd ümumi orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Qusar rayon Yuxarı Tahircal kənd ümumi orta məktəbi:

Share

Category