Quba rayonu Daşqın Cavadov adına Qələdüz kənd ümumi orta ümumtəhsil məktəbi

  • Home
  • Azerbaijan
  • Quba
  • Quba rayonu Daşqın Cavadov adına Qələdüz kənd ümumi orta ümumtəhsil məktəbi

Quba rayonu Daşqın Cavadov adına Qələdüz kənd ümumi orta ümumtəhsil məktəbi Azərbaycan Respublikası Quba rayonu Qələdüz kəndində ümumtəhsil məktəbi

17 mart tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə “Sehirli Novruz” bayram tədbiri keçirilmişdi...
19/03/2026

17 mart tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə “Sehirli Novruz” bayram tədbiri keçirilmişdir. Tədbirdə bölgənin müxtəlif ümumtəhsil müəssisələri fəal iştirak etmiş, milli adət-ənənələrimizi əks etdirən rəngarəng guşələr və sərgilər nümayiş olunmuşdur.

Bu tədbirdə məktəbimiz də fəallığı ilə seçilmişdir. Belə ki, məktəbimiz adından hazırlanan quru meyvələrdən ibarət çərəz sərgisi qonaqlar tərəfindən böyük maraqla qarşılanmışdır. Sərgidə müxtəlif növ quru meyvələr – ərik qurusu, kişmiş, qoz, fındıq və digər təbii nemətlər estetik şəkildə təqdim olunmuş, onların həm faydaları, həm də milli süfrələrimizdəki əhəmiyyəti barədə məlumat verilmişdir.

Biologiya, fizika-kimya aylığı çərçivəsində məktəbimizdə şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olundu.Sərgidə şa...
19/03/2026

Biologiya, fizika-kimya aylığı çərçivəsində məktəbimizdə şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olundu.
Sərgidə şagirdlərin hazırladıqları müxtəlif maketlər, yaradıcı işlər nümayiş etdirildi. Təbiətə, biologiya mövzularına həsr olunan bu işlər onların həm biliklərini, həm də yaradıcılıq bacarıqlarını əks etdirdi.

📚🌿 Fizika , Kimya, Biologiya  fənn aylığı çərçivəsində məktəbimizdə maarifləndirici dərs keçirildi.Biologiya müəllimimiz...
19/03/2026

📚🌿 Fizika , Kimya, Biologiya fənn aylığı çərçivəsində məktəbimizdə maarifləndirici dərs keçirildi.
Biologiya müəllimimiz Sevinc Əhmədovanın təşəbbüsü ilə təşkil olunan dərsdə şagirdlərə çiçəklərə zərər verən bağacılar haqqında geniş məlumat verildi. Tədbir zamanı bu zərərvericilərin bitkilərə vurduğu ziyan, onların növləri və mübarizə üsulları izah olundu.
Şagirdlər mövzuya böyük maraq göstərərək fəal iştirak etdilər, suallar verdilər və faydalı biliklər əldə etdilər. Belə tədbirlər onların təbiətə qayğı və ekoloji düşüncə tərzinin formalaşmasında mühüm rol oynayır.
🌱 Təbiəti qoruyaq, bitkiləri sevək!

Məktəbimizdə Novruz bayramı münasibətilə tədbir keçirildi 🌸🔥Tədbir zamanı şagirdlərimizin hazırladığı maraqlı çıxışlar, ...
18/03/2026

Məktəbimizdə Novruz bayramı münasibətilə tədbir keçirildi 🌸🔥

Tədbir zamanı şagirdlərimizin hazırladığı maraqlı çıxışlar, milli rəqslər və səhnəciklər hər kəsə unudulmaz anlar yaşatdı. Baharın gəlişini böyük sevinc və şən əhval-ruhiyyə ilə qeyd etdik.
Bütün iştirakçılara və təşkilatçılara təşəkkür edirik! Novruz bayramınız mübarək! ✨

“Kimya, fizika və biologiya” aylığı çərçivəsində məktəbin biologiya müəllimi Sevinc Əhmədova biologiya fənni üzrə “Orqan...
14/03/2026

“Kimya, fizika və biologiya” aylığı çərçivəsində məktəbin biologiya müəllimi Sevinc Əhmədova biologiya fənni üzrə “Orqanların söhbəti” adlı maarifləndirici və maraqlı dərs təşkil etmişdir. Dərs zamanı şagirdlər insan orqanizminin orqanları və onların funksiyaları haqqında məlumat əldə etmiş, mövzu interaktiv şəkildə izah edilmişdir.

📚✨ Böyük Azərbaycan şairi Səməd Vurğunun 120 illik yubileyi qeyd olundu13 mart 2026-cı il tarixində məktəbimizin kitabxa...
13/03/2026

📚✨ Böyük Azərbaycan şairi Səməd Vurğunun 120 illik yubileyi qeyd olundu

13 mart 2026-cı il tarixində məktəbimizin kitabxanasında böyük Azərbaycan şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş ədəbi tədbir keçirildi. Tədbirin əsas məqsədi şairin zəngin yaradıcılığını, Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələri şagirdlərə daha yaxından tanıtmaq və onlarda ədəbiyyata marağı artırmaq idi.

“Memarlıq və Şəhərsalma İli” çərçivəsində məktəbin təsviri incəsənət müəllimi Röya Mustafayevanın rəhbərliyi ilə şagirdl...
12/03/2026

“Memarlıq və Şəhərsalma İli” çərçivəsində məktəbin təsviri incəsənət müəllimi Röya Mustafayevanın rəhbərliyi ilə şagirdlər tərəfindən memarlıq və şəhərsalma mövzusunda rəsmlər hazırlanıb. Bu şagirdlərin estetik zövqünün formalaşmasına və yaradıcı düşüncəsinin inkişafına mühüm töhfə verir. 🎨

12.03.2026-cı il tarixdə IX siniflərin buraxılış imtahanı öncəsi valideynlərlə maarifləndirici və psixoloji söhbət aparm...
12/03/2026

12.03.2026-cı il tarixdə IX siniflərin buraxılış imtahanı öncəsi valideynlərlə maarifləndirici və psixoloji söhbət aparmaq məqsədilə görüş keçirilib
Görüş zamanı imtahan dövründə şagirdlərin psixoloji vəziyyəti, stressin idarə olunması, valideyn dəstəyinin əhəmiyyəti və uşaqlara düzgün motivasiya vermə yolları haqqında fikir mübadiləsi apardıq. Valideynlərlə birlikdə bu mərhələdə şagirdlərin özünə inamının artırılması və sağlam psixoloji mühitin yaradılmasının vacibliyini müzakirə etdik.
Məqsədimiz şagirdlərimizin imtahana daha hazırlıqlı, rahat və özünə güvənli şəkildə qatılmasına dəstək olmaqdır.

📚 Oxu dəqiqələri davam edir! 🎈IV sinif şagirdləri oxu dəqiqələri çərçivəsində görkəmli fransız yazıçısı Jules Verne-nin ...
11/03/2026

📚 Oxu dəqiqələri davam edir! 🎈

IV sinif şagirdləri oxu dəqiqələri çərçivəsində görkəmli fransız yazıçısı Jules Verne-nin “Hava şarında 5 həftə” əsərini mütaliə etdilər. Əsərdə hava şarı ilə Afrikaya edilən maraqlı və macəralarla dolu səyahətdən bəhs olunur.

Şagirdlər əsəri oxuyaraq qəhrəmanların yaşadığı maraqlı hadisələrlə tanış oldular, kitab haqqında öz fikirlərini bölüşdülər və mütaliənin əhəmiyyəti barədə müzakirələr apardılar. Bu cür fəaliyyətlər şagirdlərin oxu bacarıqlarının inkişafına və kitaba olan marağının artmasına böyük töhfə verir. 📖✨

Dövlət imtahanında iştirak edəcək IX sinif şagirdlərinin imtahana hazırlıq səviyyəsinin yüksəldilməsi və onların psixolo...
10/03/2026

Dövlət imtahanında iştirak edəcək IX sinif şagirdlərinin imtahana hazırlıq səviyyəsinin yüksəldilməsi və onların psixoloji baxımdan dəstəklənməsi məqsədilə məktəbin psixoloqu Mətanət Kərimovanın iştirakı ilə maarifləndirici görüş keçirilib.
Görüş zamanı M. Kərimova imtahan stressinin idarə olunması, həyəcanın azaldılması və şagirdlərin psixoloji hazırlığının gücləndirilməsi istiqamətində faydalı tövsiyələr verib. imtahana daha inamla hazırlaşmaları üçün motivasiyaedici məsləhətlər paylaşıb.
Sonda şagirdlərə qarşıdan gələn dövlət imtahanında uğurlar arzulandı və onlara öz biliklərinə inanmağın vacibliyi bir daha vurğulandı. 📚✨

10/03/2026

Bugün məktəbimizdə Yel Çərşənbəsi qeyd olundu! 🌬️✨

Məktəbimizin II sinif şagirdləri sinif rəhbərləri Şəhla İbrahimova ilə birlikdə baharın müjdəçisi olan Yel Çərşənbəsini qeyd etdilər. Şagirdlər özlərində milli-mənəvi dəyərlərə sevgi, Novruz ənənələrinə hörmət və birlik hissini daha da gücləndirdi.

Address

Qələdüz Kəndi
Quba
AZ4000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+994233351906

Website

Alerts

Be the first to know and let us send you an email when Quba rayonu Daşqın Cavadov adına Qələdüz kənd ümumi orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share