20/09/2026
🇦🇿Qubada “20 Sentyabr – Suverenlik Günü” münasibətilə tədbir keçirilib.
Quba Rayon İcra Hakimiyyəti, Quba Rayon Heydər Əliyev Mərkəzi, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə “20 Sentyabr – Suverenlik Günü” münasibətilə tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra Quba rayon Heydər Əliyev Mərkəzinin direktoru Sevinc Səlimova tədbiri açıq elan edərək çıxış edib və öz dəyərli fikirlərini gənclərlə bölüşüb.
Tədbirdə, həmçinin Quba Rayon İcra Hakimiyyətinin əməkdaşı Aynur Yəhyayeva, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyinin koordinatoru Eyvaz Xeyrullayev çıxış ediblər.
Çıxışlar zamanı Azərbaycanın suverenliyinin bərpasına aparan yol, bu istiqamətdə həyata keçirilən tədbirlər və ölkə rəhbərliyinin dövlət siyasəti barədə fikirlər səsləndirilib.
Tədbirin sonunda gənclər mövzu ilə bağlı öz fikir və düşüncələrini bölüşüblər.🇦🇿