Talabıqışlaq Bələdiyyəsi / Talabigishlag Municipality

Talabıqışlaq Bələdiyyəsi / Talabigishlag Municipality Talabıqışlaq Bələdiyyəsi Quba rayonu ərazisində fəaliyyət göstərir. Bələdiyyəyə 6 k?

08/01/2026

Quba rayonu Talabıqışlaq bələdiyyəsinin 2025-ci ildə gördüyü işlər barədə
H E S A B AT I

Talabıqışlaq bələdiyyəsi öz işində Azərbaycan Respublikası Prezidentinin bələdiyyələrlə bağlı imzaladığı fərman və sərəncamlardan, Milli Məclisin yerli özünüidarə ilə əlaqədar qəbul etdiyi qərar və qanunlardan, Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Baş İdarəsinin , Xaçmaz Regional Ədliyyə İdarəsinin təklif və tövsiyyələrindən , bələdiyyənin öz Nizamnaməsindən irəli gələn vəzifələri, eləcə də bələdiyyə iclasları tərəfindən qəbul edilmiş qərarları, həmçinin, Quba rayon icra Hakimiyyətinin tövsiyyələrini rəhbər tutaraq fəaliyyətini qurur.
Bələdiyyə olaraq fəaliyyətimizi əsasən quruculuq-abadlıq, bələdiyyə ərazisində səliqə-sahman işlərinin görülməsinə, eyni zamanda ərazidə yaşayan şəhid ailələri ,qazilər, müharibə iştirakçıları, imkansız ailələrə yardımlar göstərilməsinə yönəldirik. Talabıqışlaq bələdiyyəsi Talabıqışlaq İnzibati Ərazi Dairəsinin ərazisini əhatə edir. Biz nümayəndəliklə birlikdə yerli əhali ilə sıx əməkdaşlıq şəraitində fəaliyyətimizi həyata keciririk.
Hesabat ilində bələdiyyənin 12 iclası keçirilib. İclasların gündəliyinə 46 məsələ daxil edilib və müvafiq qərarlar qəbul olunub. Bundan başqa, iclaslarda sakinləri narahat edən bir sıra cari məsələlər müzakirə edilib, komissiyaların rəy və təklifləri, arayışları dinlənilib. İclaslarda qəbul edilən qərarların icrası təmin edilmişdir.
Cari ildə bələdiyyəyə vətəndaşlar tərəfindən 15 müraciət olmuşdur. Müraciətlərin əksəriyyəti maddi yardım. mülkiyyətə, icarəyə torpaq sahəsinin ayrılması və suvarma suyu ilə ilə bağlı olmuşdur. Suvarma suyu ilə təminat daim bələdiyyənin diqqətində saxlanılır. Bələdiyyə ərazisində əhalinin suvarma suyuna olan ehtiyaclarını ödəmək məqsədi ilə suvarma arxlarının 1000 metrə yaxın məsafəsi lil və palçıqdan təmizlənərək əhalinin istifadəsinə verilmişdir. Bu istiqamətdə aparılan efektiv işlərin nəticəsində ərazidə suvarma suyunda problem yaranmayıb.
Talabıqışlaq bələdiyyəsinin Cağacıq kəndində yerləşən “Giriş qapısı” arkoda qopmuş ağlaylar bələdiyyə tərəfindən yenilənərək təmir edilmişdir.
Ərazinin Talabıqışlaq kəndinin əsas su mənbəyi olan təbii bulaqlar ekskovatorla lil və palçıqdan təmizlənmiş, bulaqların gözü açılmış içməli su xətlərində bəzi xırda təmir işləri görülmüşdür. Hazırda kəndin fasiləsiz su təminatı bərpa edilmişdir.
Aprel ayında yağan intensiv yağışlardan sonra baş vermiş selin fəsadlarının aradan qaldırılması istiqamətində təxirə salınmaz işlər görülmüşdür. Belə ki, bələdiyyənin əsasən Küçeyi və Xaruşa kəndlərində sel keçən yollar şeben və qrabillə daşlanmış, qreyderlə hamarlanaraq təmir edilmişdir.
Ərazidə olan Şəhid ailələri,Qarabağ qaziləri daim diqqətdə saxlanılır, onlara bələdiyyə tərəfindən mütamadi olaraq yardımlar edilir, onların problemlərinin vaxtında həlli istiqamətində işlər görülür, bundan sonra da onlara edilən diqqət və qayğımız daha da artırılacaqdır.
Bələdiyyə tərəfindən Cağacıq kənd sakini birinci qrup Qarabaq müharibəsi əlili Şahverdiyev Raqif Şahbaba oğluna 150 manat maddi yardım edilmişdir.
Abdullayev Rakif Nəcəf oğlunun Cağacıq kənd qəbirstanlığında olan məzarının təmiri üçün şəhidin qardaşı Abdullayev Rafiq Nəcəf oğluna 600 manat yardım edilmişdir.
Zəfər günü ilə əlaqədar bələdiyyə ərazisində yaşayan 18 nəfər müharibə əlilləri və vətən müharibəsi iştirakçılarının hər birinə 50.00 manat olmaqla cəmi 900.00 manat yardım edilmişdir.
Tərəfimizdən bələdiyyənin Xaruşa , Talabı, Küçeyi və Cağacıq kəndlərində vətəndaşlarla səyyar görüşlər keçirilmiş, əhalinin problemləri ilə yaxından tanış olararaq onların həlli istiqamətində işlər diqqət mərkəzində saxlanılır . Bu işlər mütəmadi davam etdirilir.
Bələdiyyə ərazisində kənd içi yollara əsasən Talabıqışlaq , Küçeyi, Xaruşa , Cağacıq kəndlərinə kamaz markalı yük maşını ilə 70 reys qrabil və 65 reys şebel 5000 metr məsafədə daşınıb tökülmüş və qreyderlə hamarlanaraq istifadəyə verilmişdir.
Talabıqışlaq-Küçeyi və Cağacıq kənd qəbirstanlığında iməclik yolu ilə təmizlik işləri aparılmış, ərazi kol-kosdan təmizlənmişdir.
Bələdiyyənin əsas məqsədlərindən biri də büdcə gəlirlərini artırmaq, maliyyə sabitliyini təmin etməkdir.Vergilərin yığılması zamanı SMS xidmətindən, bildirişlərin paylanmasından, reyestr məlumatlarının əldə edilməsindən istifadə olunur. Son olaraq 432 nəfərə son xəbərdarlıq sms-i göndərilmiş, müsbət nəticə vermədiyi təqdirdə aidiyyati üzrə məcburi ödəməni təmin etmək üçün növbəti bələdiyyə iclasında ödəməyən vergi ödəyiciləri barəsində qərar qəbul edib icra probasiya şöbəsinə müraciət etmək nəzərdə tutulub. Bu istiqamətdə görülən işlərin nəticəsində hazırda Talabıqışlaq bələdiyyəsinn heç bir DSMF və əmək haqqı borcu yoxdur.
Eyni zamanda vətəndaşlar tərəfindən zəbt edilmiş bələdiyyə torpaqlarının invertarizasiyasının aparılması və zəbtdən azad edilməsi məqsədi ilə bələdiyyə üzvlərindən ibarət komissiya təşkil edilmişdir. Artıq Cağacıq kəndində yaşayış məntəqələri torpaqlarında invertarizasiya başa çatdırılmışdır. Komissiyanın fəaliyyəti nəticəsində Talabı kəndində 0.18 ha, Toxmar kəndində 0.45 ha yaşayış məntəqələri torpaqları kategoriyalı, küçeyi kəndində 3.5 ha örüş, Talabı kəndində 0.55 ha əkin təyinatlı torpaqlar zəbtdən azad edilmişdir. Komissiyanın fəaliyyəti davam etdirilir.
Talabı kənd sakini, beş ildən artıq ərazidə daimi yaşayan Əliyev Ağamurad Hacımurad oğlunun özünə 0.10 ha həyətyanı torpaq istəməsi ilə etdiyi yazılı müraciəti bələdiyyənin 16 dekabr 2025-ci il tarixli 12 saylı iclasında baxılmış və bələdiyyə üzvlərinin yekdil qərarı ilə vətəndaş Əliyev Ağamurad Hacımurad oğlunun ərizəsi nəzərə alınaraq, bələdiyyənin KPİ torpaqlarına aid 0.10 ha torpaq sahəsinin fərdi yaşayış evi tikintisi məqsədi ilə bilavasitə satılması üçün müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınmasından ötrü aidiyyati qurumlara müraciət edilməsi məqsədi ilə 3 saylı qərar qəbul edilmişdir.
Bələdiyyə üzvlərimiz nəinki sosial-iqtisadi məsələlərin həllində, eləcədə bələdiyyənin iş üslubunun,forma və metodlarının təhkimləşdirilməsi prosesesində də fəallıq göstərirlər. Bələdiyyənin fəaliyyəti, strukturu və iş prinsiplərində şəffaflıq və hesabatlılıq vardır.
Talabıqışlaq bələdiyyəsinin şəxsi Facebook səhifəsi vardır. Bələdiyyə olaraq biz ərazidə olan görülən işləri, maliyyə hesabatlarımızı işıqlandırırıq, həm də lazım olan bəzi qanunvericiliyə aid olan digər məlumatları paylaşırıq. Talaqbıqışlaq bələdiyyəsi olaraq, biz, çalışırıq ki, bələdiyyə vətəndaş yaxınlığı yaradılsın, bələdiyyədə aşkarlıq, şəffaflıq təmin edilsin.
Talabıqışlaq bələdiyyəsinin 2025-ci ildə
G Ə L İ R L Ə R İ: 37210.00
Ondan ;
Torpaq vergisi 6176.19
Əmlak vergisi 4407.32
İcarə t/vergisi 1159.49
Debitor borc 20980.00
Dotasiya 4000.00
Səhv köçürmə 487.00
X Ə R C L Ə R İ: 41981.12
Ondan ;
Əmək haqqı 22373.45
DSMF ayırmaları 7392.71
Yanacaq xərci 2010.57
Bank xidməti 596.80
Dəftərxana xərci 200.00
Audit xidmətinə 1600.00
Abunə üçün 986.40
AFRİN PRİCE MMC –yə 470.00
Yol təmirinə 2980.00
Sərəncama əsasən DSMF tutulub 557.66
Milli Assosiasiyaya 360.00
Yardımlar 1953.00
Bələdiyyə otaqlarının icarə haqqısı 444.80
Atəşgah Həyat Sığortaya 31.68
BOXM –nə SMS xidməti üçün 24.05

Talabıqışlaq bələdiyyəsinin sədri M.M.Məmmədov.

08/01/2026
27/09/2025

27 Sentyabr - Anım Günü

07/07/2025
14-15 aprel 2025-ci il tarixlərində yağan intensiv yağışlar nəticəsində yaranmış güclü sel Quba rayon Talabıqışlaq bələd...
21/04/2025

14-15 aprel 2025-ci il tarixlərində yağan intensiv yağışlar nəticəsində yaranmış güclü sel Quba rayon Talabıqışlaq bələdiyyəsi ərazisində də bir sıra fəsadlar törətmişdir. Selin fəsadlarının aradan qaldırılması istiqamətində Talabıqışlaq bələdiyyəsi əlaqədar təşkilatlarla birlikdə ərazidə müəyyən işlər görmüşdür. Belə ki, bələdiyyənin Küçeyi və Xaroşa kəndlərində sel keçən küçələr material tökülərək qreyderlə hamarlanmış, torpaq sürüşməsi nəticəsində tutulmuş su kanalları, arxlar və yollar ekskavatorla təmizlənmişdir. Küçeyi kəndində içməli su xətlərinin bərpası və digər işlər davam etdirilir. Köməyə görə kənd sakinlərinə, Rayon İcra Hakimiyyətinə, 5 saylı yol istismar idarəsinin rəisi Gülağa müəllimə, ərazidə fəaliyyət göstərən bəzi qum- çınqıl karxanalarının rəhbərlərinə Talabıqışlaq bələdiyyəsi adından təşəkkürümüzü bildiririk.

20 Yanvar Ümumxalq Hüzn günü ilə əlaqədar Talabıqışlaq bələdiyyəsində şəhidi Elçin Qeybullayevin məzarı önündə geniş təd...
20/01/2025

20 Yanvar Ümumxalq Hüzn günü ilə əlaqədar Talabıqışlaq bələdiyyəsində şəhidi Elçin Qeybullayevin məzarı önündə geniş tədbir keçirilmişdir. Eyni zamanda bütün şəhidlərin xatirəsi ehtiramla yad edilmişdir. Allah şəhidlərimizə rəhmət etsin!

20/01/2025

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş verən faciədən 35 il keçir.

13/01/2025

Quba rayon Talabıqışlaşlaq bələdiyyəsi ərazisində 2024-cü ildə görülmüş işlər barədə

Hesabat

Talabıqışlaq bələdiyyəsi həmişə olduğu kimi 2024-cü ildə də öz fəaliyyətini müasir tələblər səviyyəsində qurulmasına, öz iqtisadi resurslarından səmərəli istifadə olunmasına, yerli əhəmiyyətli məsələlərin həllində bilavasitə iştirak edərək, ərazidə yaşayan vətəndaşların problemlərinə , arzu və istəklərinə həsas yanaşaraq vətəndaş məmnunluğuna nail olmağa xüsusi diqqət yetirmişdir.
Cari ildə Talabıqışlaq bələdiyyənin 16 iclası keçirilmiş və 44 məsələyə gündəlikdə baxılmışdır. Gündəlikdə duran məsələlər əsasən bələdiyyə ərazisində aparılan təmizlik- abadlıq işləri, az təminatlı , şəhid və müharbə iştirakçılarının ailələrinə yardımlar ,icarə torpaqlar və digər məsələlər olmuşdur. 2024-cü ildə vətəndaşlardan 14 rəsmi müraciəti olmuş və həmin müraciətlərə vaxtında baxılmışdır. Vətəndaşların müraciətləri əsasən icarə torpaq sahəsi, maddi yardım , mənzil tikintisi üçün həyətyanı torpaq sahəsi , suvarma suyu və içməli su ilə bağlı olmuşdur. Vətəndaşların şifahi qəbula gələnlərinin sayı isə 285 nəfər olmuşdur.
Cari ildə bələdiyyəyə idarə və təşkilatlardan 67 sənəd daxil olmuş, sənədlərə dərkənar qoyularaq vaxtında icra olunmuşdur.Vətəndaşlara, idarə və təşkilatlara bələdiyyə tərəfindən göndəriləm məktubların sayı isə 130 –dür. Bələdiyyə ərazisində yaşayan , sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara daima qayğı göstərilmişdir. Ərazidə 8 şəhid ailəsi və 6 Qarabağ müharibəsi əlili vardır.
2024-cü ildə Talabıqışlaq bələdiyyəsi ərazisində müəyyən işlər görülmüşdür. Belə ki;
-20 Yanvar günü ilə bağlı bələdiyyə ərazisində geniş tədbirlər keçirilmiş və Küçeyi kənd qəbirstanlında 20 yanvar şəhidi Elçin Qeybullayevin məzarında hər il olduğu kimi böyük tədbir keçirilmişdir.
-Bələdiyyə ərazisində yaşayan müharibə veteranı və əlillərinə(cəmi 16 nəfər) Zəfər günü münasibəti ilə 800.00 manat maddi yardım edilmişdir.
Cağacıq kənd sakini Qarabağ müharibəsi iştirakçısı Mahmudov Vüsal Şərafəddin oğluna 100.00 manat ərizəsinə əsasən maddi yardım edilmişdir.
-Şəhid Nağıyev Mahir Şahin oğlunun atası Nağıyev Şahin Sultan oğlunun vəfatı ilə əlqədar ailəsinə 200.00 manat yardım edilmişdur. Eyni zamanda bələdiyyə tərəfindən şəhid ailəsinə bir maşın odun göndərilmişdir.
-Şəhid Əliyev Sahib Sabir oğlunun atası Əliyev Sabirin vəfatı ilə əlaqədar ailəsinə 200.00 manat yardım edlmişdir.
Xaruşa kəndində subartizan quyusu təmir edilərək əhalinin istifadəsinə verilməsinə 3400.00 manat vəsait xərclənmişdir.
-“Yaşıl dünya naminə həmrəylik ili “ çərcivəsində bələdiyyə ərazisində iməcliklər yolu ilə təmizlik abadlıq işləri görülmüşdür.
-Talabıqışlaq kənd sakini 2-ci qrup Qarabağ əlili Bayramov Yolçu Zinyəddin oğluna ərizəsinə əsasən 300.00 manat maddi yardım edilmişdir.
-Cağacıq kəndində subartezian quyusunun təmirinə 1300.00 manat vəsait xərclənmişdir.
-Talabıqışlaq kəndində əhalinin işməli suya olan tələbatını yaxşılaşdırmaq məqsədi ilə kənd sakinləri tərəfindən subartezian quyuları qazılmış, bulaqlar çəkilərək vətəndaşların istifadəsinə verilmişdir.
- Talabıqışlaq kənd sakini Qeybullayev Natiq Mehman oğluna ərizəsinə əsasən 100.00 manat yardım göstərilmişdir.
-Qurban bayramı münasibəti ilə ərazidə yaşayan ehtiyacı olan 140 ailəyə qurban payı paylanmışdır.
-Bələdiyyə ərazisində kənd içi yollara əsasən Talabıqışlaq , Küçeyi, Xaruşa , Cağacıq kəndlərinə kamaz markalı yük maşını ilə qrabil və şebel daşınaraq 3000 metr məsafədə cari təmir işləri aparılmışdır.
-Bələdiyyə ərazisində təmizlik-abadlıq işləri aparılmış, Cağacıq kəndindən keçən Bakı-Quba asfalt yolun 1,5 km məsafədə olan hissəsi daima diqqət mərkəzində saxlanılmış və orada mütəmadi təmizlik abadlıq işləri aparılır.
-Bələdiyyə ərazisində əhalinin suvarma suyuna olan ehtiyaclarını ödəmək məqsədi ilə suvarma arxlarının 1200 metr məsafəsi lil və palçıqdan təmizlənmişdir.
-Ərazidə kənd təsərrüfatı sahəsində meyvəçiliyin inkişaf edirilməsi məqsədi ilə fiziki şəxslər arasında maarifləndirmə işləri aparılmış və 50.0 hektara yaxın super intensiv meyvə bağları salınmışdır.
-Talabıqışlaq kənd qəbirstanlığında əsən güclü külək nəticəsində aşan ağacın bələdiyyə tərəfindən doğranaraq Xaroşa kənd məktəbinə daşınması təşkil olunmuş, eyni zamanda qəbirstanlığın hasarının və qapısının zədələnmiş hissələri bələdiyyə tərəfindən bərpa edilmişdir.
- 2024-cü il ərzində bələdiyyə ərazisində 5G internet xətləri çəkilmiş əhalinin yüksək sürətli internetə çıxışı təmin edilmişdir.
-Talabıqışlaq kəndinin elektrik təsərrüfatının yenidən qurulması-kabelləşmə içlərinə başlanmış, yaxın zamanda əhalinin istifadəsinə veriləcəyi gözlənilir.
-Talabıqışlaq-Küçeyi və Cağacıq kənd qəbirstanlığında iməclik yolu ilə təmizlik işləri aparılışdır.
- Ölkə prezidenti cənab İlham Əliyevin sərəncamına uyğun olaraq 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili ” çərçivəsində bələdiyyə ərazisində müxtəlif tədbirlər görülmüşdür. Belə ki, cari ildə 100 ədəd həmişəyaşıl şam ağacları alınaraq, kəndin fəalları , qazilər, Talabıqışlaq İƏD-nin nümayəndələri və bələdiyyə üzvlərinn iştirakı ilə təyin olunmuş yerdə ağacəkmə aksiyası keçirilmişdir.
-Bələdiyyə olaraq ərazidə daim ekoloji layihələr həyata keçirilir, məişət tullantıları ilə çirklənmiş ərazilər təmizlənilir və nəzarət edilir.
-BAMS (Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi) proqramında tətbiq olunan reyestr məlumatlarının əldə edilməsinin əlçatanlığı 2024-cü ildə əmlak və torpaq vergisinin yığımınin 2023-cü ilə nisbətən uyğun olaraq əmlak vergisi üzrə 60%,proqnoza görə 31.8 %, torpaq vergisi üzrə 123.5 %,proqnoza görə 19.5 % artıqlaması ilə icra olunmasına səbəb olmuşdur.

Cari ildə Talabıqışlaq bələdiyyəsinin gəlirləri aşağıdakı kimi olmuşdur:
01.01.2024-cü ilə qalıq 837.66

Daxil olmaların cəmi 58367,07
Ondan;
Əmlak vergisi 4614,6
Torpaq vergisi 10152,32
İcar torpaqlara görə ödəniş 1760,15
Debitor borc (mədən vegisi) 37740
Bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsinə görə 1200.00
Dotasiya 2900.00
Xərcləri
Cəmi 52149,67
Ondan;
Əmək haqqı 24864,04
DSMF-na 6949,75
Yanacaq xərcinə 1975,5
İcbari tibbi sığortaya 1056
Bank xidmətinə 1865,46
Autitor xidmətinə 2300
Xacmaz YXO (rüsum) 637
ƏMDX- (xidmət haqqı) 375
Abunəyə 955,2
Az təminatlı ailəyə yardım 1700
Dəftərxana ləvazimatına 150
Milli Asosiasiyaya 540
Bələdiyyə otaqlarının icarə haqqısına 210
“Atəşgah” həyat sığortaya 60,72
Bələdiyyə yollarının təmirinə 2940
Artezian su quyularının təmirinə 4700
Bələdiyyənin koorperativ kart hesabına 850
Hərracların Təşkili PHŞ 21

27 sentyabr anım günü ilə əlaqədar Talabıqışlaq bələdiyyəsində şəhid məzarları  ziyarət edildi,  şəhidlərin ruhuna duala...
27/09/2024

27 sentyabr anım günü ilə əlaqədar Talabıqışlaq bələdiyyəsində şəhid məzarları ziyarət edildi, şəhidlərin ruhuna dualar oxundu, müqəddəs xatirələri böyük ehtiramla yad edildi. Allah şəhidlərimizə rəhmət eləsin!

Address

Quba

Website

Alerts

Be the first to know and let us send you an email when Talabıqışlaq Bələdiyyəsi / Talabigishlag Municipality posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share