Quba Tarix Diyarşünaslıq Muzeyi - Guba History and Etnography Museum

  • Home
  • Azerbaijan
  • Quba
  • Quba Tarix Diyarşünaslıq Muzeyi - Guba History and Etnography Museum

Quba Tarix Diyarşünaslıq Muzeyi - Guba History and Etnography Museum Muzeylər xalqımızın maddi-mənəvi sərvətlər xəzinəsidir.

28 May - Azərbaycanın Müstəqillik Günü
28/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

UNUTMADIQ, UNUTMARIQ!Şəhid Əliyev Rəvan Yusif oğlu (27.05.2001- 29.10.2020)ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZİN RUHUN ŞAD ETSİN !!...
27/05/2026

UNUTMADIQ, UNUTMARIQ!
Şəhid Əliyev Rəvan Yusif oğlu
(27.05.2001- 29.10.2020)
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZİN RUHUN ŞAD ETSİN !!!

Quba Tarix-Diyarşünaslıq Muzeyində 28 May – Müstəqillik Günü nə həsr olunmuş “Cümhuriyyətin səsi” adlı tədbir keçirilib....
25/05/2026

Quba Tarix-Diyarşünaslıq Muzeyində 28 May – Müstəqillik Günü nə həsr olunmuş “Cümhuriyyətin səsi” adlı tədbir keçirilib.

Tədbirdə YAP Quba rayon təşkilatının nümayəndələri, Ombudsmanın Şimal Regional Mərkəzinin rəhbəri, şəhid ailələri, Yazıçılar Birliyinin üzvü olan şairə, müəllim və şagirdlər, eləcə də mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti, müstəqilliyin qorunması və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi qeyd edilib.

Sonda bayrama həsr olunmuş videoçarx nümayiş etdirilib, musiqi nömrələri təqdim olunub.

Müharibə zamanı valideyn himayəsindən məhrum olan ukraynalı  uşaqlar  Quba Tarix-Diyarşünaslıq Muzeyinin qonağı olublar.
22/05/2026

Müharibə zamanı valideyn himayəsindən məhrum olan ukraynalı uşaqlar Quba Tarix-Diyarşünaslıq Muzeyinin qonağı olublar.

18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Quba rayon MKS-nin əməkdaşları, 6 və 7 nömrəli tam orta məktəblərin müəll...
19/05/2026

18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Quba rayon MKS-nin əməkdaşları, 6 və 7 nömrəli tam orta məktəblərin müəllim-şagird kollektivi, Alekseyevka kənd tam orta məktəbi, “Günəş” körpələr evi və Mehrab Niftəliyev adına Texniki Təmayüllü Liseyin müəllim-şagird kollektivi Quba Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər.

Ziyarət zamanı iştirakçılara muzeydə qorunan tarixi eksponatlar, milli-mədəni irsimizi əks etdirən nümunələr və rayonun zəngin tarixi haqqında ətraflı məlumat verilib.

Quba Tarix-Diyarşünaslıq Muzeyi kollektivinin əməkdaşları 18 May — Beynəlxalq Muzeylər Günü münasibətilə Xaçmaz və Qusar...
18/05/2026

Quba Tarix-Diyarşünaslıq Muzeyi kollektivinin əməkdaşları 18 May — Beynəlxalq Muzeylər Günü münasibətilə Xaçmaz və Qusar şəhərində yerləşən muzeylərə ekskursiya təşkil ediblər.

Səfər zamanı muzey əməkdaşları ekspozisiya zalları ilə yaxından tanış olmuş, burada qorunan tarixi eksponatlar, etnoqrafik nümunələr və bölgənin zəngin mədəni irsini əks etdirən materiallar haqqında ətraflı məlumat əldə etmişlər. Həmçinin muzey fəaliyyəti, sərgilərin təşkili, fondların mühafizəsi və ziyarətçilərlə iş sahəsində fikir mübadiləsi aparılıb.

Beynəlxalq Muzeylər Günü münasibətilə keçirilən bu görüş mədəniyyət müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin təbliği və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından əlamətdar olmuşdur.

UNUTMADIQ, UNUTMARIQ!Şəhidlər  Xeyrullayev Cəmil Mürvət oğlu (16.05.1989-17.10.2020) və Alimov Fərid Elçin oğlu (11.10.1...
16/05/2026

UNUTMADIQ, UNUTMARIQ!
Şəhidlər Xeyrullayev Cəmil Mürvət oğlu (16.05.1989-17.10.2020) və Alimov Fərid Elçin oğlu (11.10.1993-16.05.2021)
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZİN RUHUN ŞAD ETSİN !!!

“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Gələcəyin şəhərlərini Birlikdə Quraq” adlı rəsm müsabiqəsi keçirilib.Mayın ...
15/05/2026

“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Gələcəyin şəhərlərini Birlikdə Quraq” adlı rəsm müsabiqəsi keçirilib.

Mayın 15-də Quba Tarix-Diyarşünaslıq Muzeyində “Şəhərsalma və Memarlıq İli” münasibətilə muzeyin nəzdində fəaliyyət göstərən rəsm dərnəyinin şagirdləri arasında “Gələcəyin şəhərlərini Birlikdə Quraq” adlı rəsm müsabiqəsi keçirilib.

Tədbirdə Ombudsmanın Şimal Regional Mərkəzinin rəhbəri, Quba İdman-Şahmat Məktəbinin əməkdaşları, muzeyin işçiləri və valideynlər iştirak ediblər.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib, münsiflərin rəyi əsasında qaliblər müəyyən olunaraq fəxri fərmanla təltif edilib və onlara hədiyyələr təqdim olunub.

UNUTMADIQ, UNUTMARIQ!Şəhid Həbibov Murad Asəf oğlu (15.05.2021 - 05.10.2020).ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZİN RUHUN ŞAD ETSİN ...
15/05/2026

UNUTMADIQ, UNUTMARIQ!
Şəhid Həbibov Murad Asəf oğlu (15.05.2021 - 05.10.2020).
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZİN RUHUN ŞAD ETSİN !!!

Address

Quba Rayonu, Nizami Gəncəvi Adına Park
Quba
AZ4000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 10:00 - 17:00
Sunday 10:00 - 17:00

Telephone

+994233353675

Alerts

Be the first to know and let us send you an email when Quba Tarix Diyarşünaslıq Muzeyi - Guba History and Etnography Museum posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Quba Tarix Diyarşünaslıq Muzeyi - Guba History and Etnography Museum:

Share