Qobustan rayon Ərəbqədim,Göydərə,Nardərən kəndləri

Qobustan rayon Ərəbqədim,Göydərə,Nardərən kəndləri Ərəbqədimlilərin İctimai Birliyi

Salam.Ərəbqədimi sevən Ərəbqədim adına hörmət edən hər kəs səyfəmizə dəvətlidir.Etikadan kənar yazan blok olunacaqdır.Gəlin hər kəsə hər şeye hörmətlə yanaşaq.

25/08/2026

🎓 Universitetə qəbul olan Ərəbqədimli tələbələrimizi təbrik edirik!
Əziz gənclər, göstərdiyiniz əzm və zəhmətin nəticəsi olaraq universitet və kolleclərə qəbul olmağınız münasibətilə hər birinizi ürəkdən təbrik edirik! 👏🎉
Sizə təhsildə uğurlar, yüksək nailiyyətlər və parlaq gələcək arzulayırıq. Yolunuz hər zaman açıq olsun! 🇦🇿📚
1
Əhmədzadə Heybətalı Veysəl oğlu
Qarabağ Universiteti
Data analitikası
2
Əzimov Elşən Məcnun oğlu
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Şamaxı filialı
Tarix və coğrafiya müəllimliyi
3
Cənnətli Murad Müşfiq oğlu
Asəf Zeynallı adına Musiqi Kolleci

4
Cənnətli Şəmsnur Kərim qızı
Xəzər Universiteti

5
Məmmədov Zamir Bağı oğlu
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
İnformasiya təhlükəsizliyi
6
Niyazova Sevinc Ədalət qızı
Azərbaycan Dillər Universiteti
İngilis dili fakültəsi
7
Osmanlı Zinət Qurban qızı
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Biologiya müəllimliyi
8
Osmanov Sahib Hicran oğlu
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
İqtisadiyyat
9
Rəfiyeva Könül Haxverdi qızı
Bakı Dövlət Universiteti
Xüsusi pedaqogika
10
Səfərli Aysun Ağasəlim qızı
Bakı Dövlət Universiteti
Hüquq fakültəsi
11
Səfərli Hacı Fəqan Vüqar oğlu
Bakı Avrasiya Universiteti
İqtisadiyyat
12
Soltanlı Gülay Bəhruz qızı
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Kimya və biologiya müəllimliyi
13
Soltanlı Nihad Səyahət oğlu
Bakı Dövlət Universiteti
Coğrafiya müəllimliyi
14
Soltanlı Nuray Çingiz qızı
Bakı Slavyan Universiteti
Regionşünaslıq
15
Soltanova Münəvvər Feyruz qızı
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Kimya və biologiya müəllimliyi
16
Şirvanlı Fuad Şirvan oğlu
İqtisad Universiteti

17
Vəliyeva Sevinc Zahid qızı
Bakı Slavyan Universiteti
Regionşünaslıq
18
Rəsulov Sənan Saleh oğlu Bakı Slavyan universiteti
19
Nağıyeva Mədinə Asif qızı.
AZƏRBAYCAN AVİASİYA AKADEMİYASI mühəndislik
🌟 Hər birinizə uğurlar! Gələcəyimiz sizin kimi savadlı və vətənpərvər gənclərin əlindədir!

23/07/2026

Kəndimizin inkişafı naminə hər birimiz dəstək olaq

17/05/2026

16.05.2026 Ərəbqədim günü tədbirindən
Dostlar bəyənək zəhmət olmasa

14/05/2026
Dövlət Sərhəd Xidmətinin baş leytenantı-Göydərə kəndinin qəhrəman balası,qazi Məmmədov Rövşən Üzeyir oğlu 2025 ci ildə c...
13/03/2026

Dövlət Sərhəd Xidmətinin baş leytenantı-Göydərə kəndinin qəhrəman balası,qazi Məmmədov Rövşən Üzeyir oğlu 2025 ci ildə cənab prezident,Ali Baş Komandan İlham Əliyev tərəfindən ,,Hərbi xidmətlərə görə " medalı ilə təltif olunmuşdur.Medalın təqdim olunma mərasimi isə bu yaxınlarda N saylı hərbi hissədə keçirilmişdir .Medalı qəhrəman oğlumuza Dövlət Sərhəd Xidmətinin rəisi general -polkovnik Elçin Quliyev şəxsən özü təqdim etmişdir.
Biz də bu uğur münasibətilə qəhrəman balamızı təbrik edir,bu çətin,çətin olduğu qədər şərəfli olan peşəsində ona uğurlar arzulayırıq.

✅ Əgər  Ərəbqədimdə "90-cı illərin adamı" mövzusunuda rəy sorğusu  keçirilsə heç kim tərədüd etmədən kəndin ən hörmətli ...
17/02/2026

✅ Əgər Ərəbqədimdə "90-cı illərin adamı" mövzusunuda rəy sorğusu keçirilsə heç kim tərədüd etmədən kəndin ən hörmətli adamı kimi kənd həkimi Vahid Süleymanovun adını çəkər.

✅Vahid Süleymanov 1960-ci ildə Şamaxı rayonu Göylər kəndində anadan olub.İlk təhsilini də öz doğma kəndində almışdır.A.Səhhət adına 2 saylı Bakı Tibb məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Zoologiya institutunun laboratoriyasında işləmiş və ordan da Ordu sıralarına çağırılmışdır.Xidmət zamanı hərbi qospitalda işləməsi ona öz təcrübəsini artırmağa imkan vermişdir.

Hərbi xidmətini başa vurduqdan sonra Vahid Süleymanov Şamaxı Səhiyyə şöbəsinin əmri ilə Ərəbqədim kəndinə tibb məntəqəsinin müdiri təyin olunmuşdur.Ərəbqədimdə işlədiyi müddət ərzində Vahid hər bir ərəbqədimlinin əzizdir desək,səhv etmərik.Ərəbqədimdə heç kim Vahidin bacarığına,insanpərvərliyinə,əllərinin şəfalı olmasına şübhə etmir.Neçə-neçə xəstələr Vahidin şəfalı əlləri ilə müalicə olunub sağalıb.

Vahid həkim doğrudan da nadir insanlardandır.Onun həyatının əsas mənası insanlara xidmət etməkdən ibarətdir.Bütün digər məsələlər onun üçün ikinci dərəcəlidir.O,xəstələrə xidmət etməkdən heç bir təmənna gözləmir.Amma ərəbqədimlilər çox gözəl bilir ki,vahidin maddi vəziyyəti başqalarından heç də yaxşı deyil.Öz Hippokrat andına sadiq qalan Vahid həkim insanlara xidmətdən,şəfa verməkdən aldığı zövqdən başqa heç bir mükafat gözləmir.Onun ən böyük mükafatı el məhəbbətidir.Vahid həkim üçün gecə ya gündüz,isti ya soyuq yoxdur.Günün hansı vaxtı,hansı şəraitdə olursa olsun o,çağırılan yerə,ehtiyac duyulan yerə getməkdən yorulmur usanmır.
Ərəbqədim,Göydərə və Nardərən kəndlərinin əhalisi Vahid həkimi öz doğması bilir,ona hörmət və ehtiramla yanaşır.

Vahid həkim hazırda Təqaüd yaşı ilə əlaqədar doğulduğu Göylər kəndində yaşayır.
Harda olmasından aslı olmayaraq hər zaman Ərəbqədimlilərin ürəyindədir Vahid həkim.

✅Allah sağlam ömür versin Vahid həkimə.

✅Soltanov Nursoltan Əlisoltan oğlu 1953-cü il oktyabr ayının 17-də Şamaxı rayonunun Nardərən kəndində anadan olmuşdur. 1...
14/02/2026

✅Soltanov Nursoltan Əlisoltan oğlu 1953-cü il oktyabr ayının 17-də Şamaxı rayonunun Nardərən kəndində anadan olmuşdur.

1954-cü ildə ailə Ərəbqədim kəndinə köçmüş və orada məskunlaşmışdır. O, Ərəbqədim kənd 8 illik məktəbini bitirdikdən sonra Şamaxı rayonu Nərimankənd kəndində orta tahsil almişdir. İki il Sovet ordusu siralarinda hərbi xidmətdən sonra 1975-ci illda Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş, 1982-ci illdə universiteti bitirərək tarixçi, tarix və ictimaiyyət müəllimi ixtisasına yiyələnmişdir.

Universitetdə qiyabi təhsil aldığı müddətdə əvvəlcə qonşu Göydərə kəndində, sonra isə yaşadığı Ərəbqədim kəndindəki orta məktəbdə tarix müəllimi kimi fәaliyyət göstərmişdir. 2017-ci ilə qədər həmin məktəbdə işləmiş və oradan da təqaüdə çixmışdır. İşlədiyi müddətdə məktəbin ictimai hәyatında və gənc nəslin vәtənpərvərlik ruhunda tәrbiyə olunmasında xüsusi xidmәtləri olmuşdur. Tәdris etdiyi tarix fənnini şagirdlərinə sevdirərək onlarda öz xalqının tarixinə sevgi аşılamışdır.

Kəçən əsrin 90-cı illərindən başlayaraq yaşadığı Ərəbqədim kəndinin tarixini araşdırmaqla məşğul olmuş və "Yaddaşlarda yaşayan hәqiqətlər: Ərəbqədim" adlı kitab yazmışdır. Lakin, tәəssüf ki, sağlığında bu kitabı çap etdirə bilmәmişdir.

Soltanov Nursoltan Əlisoltan oğlu 2024-cü il noyabr ayının 24-də 71 yaşında vәfat etmişdir.

Allah rəhmət etsin!

10/02/2026

Dostlar istəyirik səyfəmizdə kəndlərimizin
✅ağsaqqalları
✅hacıları
✅ziyalıları
✅tanınmış şəxsiyyətləri haqqında məlumatlar paylaşaq.Sizdən xahişimiz sizdə olan məlumat və şəkilləri səyfəmizin mesaj bölməsinə göndərəsiniz.Öncədən təşəkkür!

09/02/2026

Ərəbqədim
Hər zaman Azanın səsi gəlsin kəndlərimizdən
Dostlar xahiş bəyənək,paylaşaq səyfəmizə dəstək olaq

Address

Ərəbqədim
Qobustan
3712

Telephone

+994509897177

Website

Alerts

Be the first to know and let us send you an email when Qobustan rayon Ərəbqədim,Göydərə,Nardərən kəndləri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share