GİKM-in Qazax-Tovuz regional nümayəndəliyi

GİKM-in Qazax-Tovuz regional nümayəndəliyi Gənclərin Sosial və Fərdi İnkişaf, Karyera Platforması

Qazax və Ağstafa gəncləri “Sağlam gənclik” layihəsində yenidən bir araya gəliblər.🤩 Layihə çərçivəsində Ağstafada 3 iyun...
03/06/2026

Qazax və Ağstafa gəncləri “Sağlam gənclik” layihəsində yenidən bir araya gəliblər.🤩

Layihə çərçivəsində Ağstafada 3 iyun - Dünya Velosiped Gününə həsr olunmuş veloyürüş həyata keçirilib. 🚴🏻‍♂️

📌 Fəaliyyətin keçirilməsində əsas məqsəd gənclər arasında sağlam həyat tərzinin təşviq edilməsidir.

✨️ 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qazax gəncləri tərəfindən Heydər Əliyev parkı ərazisində ak...
01/06/2026

✨️ 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qazax gəncləri tərəfindən Heydər Əliyev parkı ərazisində aksiya təşkil olunub. 😍

Aksiya çərçivəsində uşaqlarla görüş keçirilib, onlara müxtəlif hədiyyələr təqdim edilərək bayram sevinci bölüşülüb. 🎈🎁

Uşaqların sağlam, təhlükəsiz və xoşbəxt gələcəkdə böyüməsi cəmiyyətimizin ən vacib prioritetlərindən biridir.

🎊 Əziz uşaqlar, bayramınız mübarək! Sizə sağlam, firavan və uğurlu gələcək arzulayırıq.

🎶 Gənclərimiz “Musiqi klubu” çərçivəsində asudə vaxtlarını rəngarəng keçirirlər! 🌈✨ Klub üzvləri növbəti dəfə bir araya ...
31/05/2026

🎶 Gənclərimiz “Musiqi klubu” çərçivəsində asudə vaxtlarını rəngarəng keçirirlər! 🌈

✨ Klub üzvləri növbəti dəfə bir araya gələrək birlikdə unudulmaz və əyləncəli dəqiqələr yaşayıblar. 🤩

​🎼 Budəfəki görüşdə istedadlı gənclərimiz – Alqayıt və Sənan Mehdiyev qardaşları pianoda ifa etdikləri müxtəlif musiqilərlə hər kəsə xoş ovqat bəxş ediblər. 🎹✨

​Əziz gənclər, siz də “Musiqi klubu”muza üzv olmaqla asudə vaxtınızı daha maraqlı, əyləncəli və rəngarəng keçirə bilərsiniz! 😍

🇦🇿 Ağstafada Qazax və Ağstafa gənclərinin iştirakı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş “Dövlətçilik tariximizi ...
28/05/2026

🇦🇿 Ağstafada Qazax və Ağstafa gənclərinin iştirakı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş “Dövlətçilik tariximizi qürurla yaşadırıq” adlı dəyirmi masa keçirilib.

Dəyirmi masada Gənclərlərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyinin koordinatoru Abuhəyat Əfəndi Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, fəaliyyəti, siyasi quruluşu ilə bağlı geniş izah verib, xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində misilsiz rolu olduğunu vurğulayıblar. Daha sonra fəal gənclərimiz, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi Aytən Kərimova, Bakı Dövlət Universitetinin Qazax filialının tələbəsi Əli Quliyev də mövzu ilə əlaqədar çıxış ediblər.

Yaşasın müstəqil, qüdrətli, suveren Azərbaycan! 🇦🇿
28/05/2026

Yaşasın müstəqil, qüdrətli, suveren Azərbaycan! 🇦🇿

Birlik, paylaşma və yardımsevərlik ruhunu yaşadan Qurban bayramınız mübarək!
27/05/2026

Birlik, paylaşma və yardımsevərlik ruhunu yaşadan Qurban bayramınız mübarək!

“İnkişaf və Təcrübə Akademiyası” çərçivəsində görüşlər uğurla davam edir. 😍✨ Təlimlərdə gənclərə texniki baza modulu haq...
26/05/2026

“İnkişaf və Təcrübə Akademiyası” çərçivəsində görüşlər uğurla davam edir. 😍

✨ Təlimlərdə gənclərə texniki baza modulu haqqında ətraflı məlumat verilib.
Həmçinin gündəlik iş və təhsil həyatında geniş istifadə olunan “Drive”, “Google Docs” və “Google Sheets” alətlərindən düzgün və səmərəli istifadə qaydaları izah olunub. 💻

🔸İştirakçılar bu alətlər vasitəsilə faylların idarə olunması, sənədlərin hazırlanması və məlumatların effektiv şəkildə işlənməsi barədə məlumat əldə ediblər.

📚 “Kitab klubu”nun növbəti görüşündə   və   yenidən bir araya gəliblər. 📖 Gənclərimiz görüşdə görkəmli dramaturq Cəfər C...
22/05/2026

📚 “Kitab klubu”nun növbəti görüşündə və yenidən bir araya gəliblər.

📖 Gənclərimiz görüşdə görkəmli dramaturq Cəfər Cabbarlının ailə-məişət mövzusunda qələmə aldığı “Solğun çiçəklər” pyesini müzakirə ediblər. Əsərdə pulun insanların əxlaqını pozaraq, daxili aləmlərinin eybəcərləşdirilməsindən, sədaqətli, təmiz qəlbli insanlara əzab və işgəncə verilməsindən bəhs edilir.

📘 Pyesdə C.Cabbarlı həyatı realist boyalarla təsvir edərək, ədalətsizliyin, fəlakətlərin mənbəyini göstərə bilmişdir.

🏛️ Qazax və Ağstafa gəncləri 18 May - Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Qazax Tarix-Diyarşünaslıq Muzeyinə, daha son...
18/05/2026

🏛️ Qazax və Ağstafa gəncləri 18 May - Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Qazax Tarix-Diyarşünaslıq Muzeyinə, daha sonra isə Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyinə səfər ediblər.

📌️ Ekskursiya zamanı gənclərə muzeylərin eksponatları, Qazax rayonunun tarixi, həmçinin görkəmi ədiblərin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Address

Heydər Əliyev Parkı
Qazakh
3500

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994503666186

Website

Alerts

Be the first to know and let us send you an email when GİKM-in Qazax-Tovuz regional nümayəndəliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to GİKM-in Qazax-Tovuz regional nümayəndəliyi:

Share