Çaylı 2 nömrəli Məktəb

Çaylı 2 nömrəli Məktəb Elm və Təhsil Nazirliyi Qazax Rayon Elşən Cəfərov adına Çaylı kənd 2 saylı məktəb. Qazax rayon Çaylı kənd 2 saylı tam orta məktəbin rəsmi Facebook səhifəsidir.

Bütün paylaşımlar və yazılar Çaylı kənd 2 saylı tam orta məktəbinə məxsusdur.

25/07/2023

Azərbaycan prezidentinin yeni uğuru - Şuşa Qlobal Media Forumu.

Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən Şuşa Qlobal Media Forumunda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu iştirak etdi. Həmçinin Foruma 60 yerli media rəhbəri və nümayəndəsi qatıldı. İştirakçıların, həmçinin onların təmsil etdikləri ölkələrin say tərkibi tədbirin beynəlxalq əhəmiyyəti barədə aydın təsəvvür yaradır. Cənab İlham Əliyevin forumdakı çıxışı, iştirakçıların çoxsaylı suallarına cavabı bir daha tarixi həqiqətlərimizin, postmünaqişə dövrünün reallıqlarının, müasir dövrün çağırışlarının və onların düzgün cavablandırılması yollarının təqdimatı oldu. Dövlət başçısı İlham Əliyevin çıxışının mahiyyətində Azərbaycanın, regionun gələcəyi ilə bağlı hədəflər dayandı. Ölkə Prezidenti bildirdi ki, prinsip etibarilə strateji inkişaf istiqamətləri bir çox illər bundan əvvəl müəyyən edilmişdir. Yeganə məqam odur ki, həyat öz dəyişikliklərini əlavə edir və dəyişən reallıqları planlarımıza inteqrasiya etməli oluruq. İşğal altındakı ərazilərin azad olunmasından sonra sosial-iqtisadi məsələlər ön planda dayanır. Çünki Azərbaycanda siyasi proseslər düzgün istiqamətdə gedir. Cəmiyyətdə gələcəyimizin əsas məsələləri üzrə konsensus var. Bu mühüm məqam da xüsusi qeyd edildi ki, Ermənistanla münasibətlərin tənzimlənməsində sülh müqaviləsinin imzalanmasına nail olsaq, ümumiyyətlə, Cənubi Qafqazda vəziyyət sağlamlaşacaq və yüksək risk zonasından çıxmış olacaq. Münasibətlərin normallaşması həm Azərbaycan, həm də Ermənistan iqtisadiyyatı üçün daha genişmiqyaslı planların gerçəkləşdirilməsinə imkan verəcək. Sual-cavab formatında keçirilən Forum tarixi həqiqətlərə işıq salaraq ölkəmiz barədə dolğun məlumatın əldə edilməsində zəngin mənbə olacaq. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, forum iştirakçıları üç saata yaxın davam edən müzakirələr sayəsində ölkələrinə çox yaxşı nəticələrlə qayıdacaq. Cənab İlham Əliyevin söylədiyi hər bir fikir, gündəmə gətirdiyi hər bir məsələ, irəli sürdüyü təklif gələcək üçün bir ideya, istiqamətdir. Bütün dövrlər üçün informasiya mübarizəsinin vacibliyini nəzərə alsaq belə tədbirlərin, daha dəqiq desək, beynəlxalq miqyas alan forumların keçirilməsi mütləqdir. Dövlət başçısı İlham Əliyevin bu forumun müntəzəm olaraq keçirilməsini və buna birinci Şuşa Qlobal Media Forumu adının verilməsini təklif etməsi də bu məqsədə xidmət edir.

Qazax rayon Çaylı kənd Elşən Cəfərov adına 2 saylı tam orta məktəbin tarix müəllimi Rəhimova Xavər Cəlal qızı.

26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günüdür.
26/06/2023

26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günüdür.






Qazax rayonu Çaylı kənd E.Cəfərov adına 2 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Əliyeva Bəsti H...
25/06/2023

Qazax rayonu Çaylı kənd E.Cəfərov adına 2 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Əliyeva Bəsti Həsən qızı təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahan mərhələsində 41 bal toplamışdır. Təbrik edir, daha böyük uğurlar arzulayırıq!




Qazax rayon Çaylı kənd E.Cəfərov adına 2 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Rəhimova Nəsibə ...
25/06/2023

Qazax rayon Çaylı kənd E.Cəfərov adına 2 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Rəhimova Nəsibə Aydın qızı təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahan mərhələsində 43 bal toplamışdır.Təbrik edirik, nailiyyətlərinin davamını arzu edirik!




Qazax rayon Çaylı kənd E.Cəfərov adına 2 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı  müəllimi Nağıyeva İlhamə...
25/06/2023

Qazax rayon Çaylı kənd E.Cəfərov adına 2 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Nağıyeva İlhamə Sadiq qızı 24 iyun 2023-cü il tarixdə keçirilmiş təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahan mərhələsində 45 bal toplamışdır. Məktəb rəhbərliyi və müəllim kollektivi adından İlhamə müəllimi təbrik edir, daha böyük uğurlar arzulayırıq!




Qazax rayonu Çaylı kənd E.Cəfərov adına 2 N-li tam orta məktəbin ibtidai sinif müəllimi Sadıqova Vəsilə Sadiq qızı təhsi...
23/06/2023

Qazax rayonu Çaylı kənd E.Cəfərov adına 2 N-li tam orta məktəbin ibtidai sinif müəllimi Sadıqova Vəsilə Sadiq qızı təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahan mərhələsində 44 bal toplamışdır. Vəsilə müəllimi təbrik edir, yeni-yeni uğurlar arzu edirik!




23 iyun 2023-cü il tarixdə Tovuz şəhəri N.Tusi adına məktəbdə keçirilən  təhsilverənlərin sertifikatlaşdırılması prosesi...
23/06/2023

23 iyun 2023-cü il tarixdə Tovuz şəhəri N.Tusi adına məktəbdə keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində Qazax rayonu Çaylı kənd E.Cəfərov adına 2 N-li tam orta məktəbin ibtidai sinif müəllimi Məşədiyeva Zülfiyyə Sadıq qızı yüksək nəticə göstərərək 50 bal toplamışdır. Zülfiyyə müəllimi təbrik edir, gələcək pedaqoji fəaliyyətində uğurlar arzu edirik!




Məktəbdə tətbiq olunan "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nın nəticələrinə əsasən akademik göstəric...
15/06/2023

Məktəbdə tətbiq olunan "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nın nəticələrinə əsasən akademik göstəricilərinə, ictimai və sosial fəaliyyətinə görə fərqlənən şagirdlərimiz rəğbətləndirilərək tərifnamə və təşəkkürnamə ilə təltif edildilər. Ümidvarıq ki, "Rəğbərləndirilən şagirdlər" digər şagirdlərimiz üçün də yaxşı nümunə olacaqlar.




"14 iyun - Son zəng" tədbiri bizim məktəbimizdə də keçirildi. 32 nəfər şagirdimiz məzun adını alaraq müstəqil həyata qəd...
15/06/2023

"14 iyun - Son zəng" tədbiri bizim məktəbimizdə də keçirildi. 32 nəfər şagirdimiz məzun adını alaraq müstəqil həyata qədəm qoydu. Yolunuz uğurlu olsun, əziz məzunlar!





14/06/2023

15 iyun Milli Qurtuluş Günü – Xalqımızı zirvəyə aparan yol.

İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın
müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir. Xalqımız illərlə arzusunda olduğu və 1991-ci ildə bərpa etdiyi müstəqilliyini ötən əsrin 90-cı illərinin əvvəllərində itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Respublikanı hakimiyyət böhranı, xaos, özbaşınalıq, anarxiya bürümüşdü. Müqəddəs və əzəli torpaqlarımız bir-birinin ardınca işğal olunurdu. Daim ən ağır günündə onun imdadına yetişən əbədiyaşar lider, Türk dünyasının böyük oğlu Heydər Əliyev Bakıda 1990-cı ilin qanlı 20 Yanvar hadisələri baş verdiyi ilk dəfə olaraq bu zülmə qarşı etiraz səsini ucaltdı. Doğma Vətəninə qayıdan Ümummilli Lider həmin dövrdə ağır iqtisadi-sosial problemlərlə üzləşən muxtar respublikada qısa müddətdə iqtisadi sabitlik yarada
bildi. Bütün Azərbaycan vətəndaşları əmin idi ki, xalqımızı düşdüyü mürəkkəb vəziyyətdən yalnız ulu
öndər Heydər Əliyev çıxara bilər. Ümummilli Lider yaranmış çətin anda dövlətin və dövlətçiliyin
qorunması məsuliyyətini öz üzərinə götürdü. 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın
çağırışına səs verərək Bakıya qayıtdı və ölkəmizi ictimai-siyasi böhrandan və vətəndaş müharibəsi
təhlükəsindən xilas etdi. Həmin gün sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu və
böyük qurtuluşa doğru mühüm addım atıldı. Bununla da Azərbaycanın müasir tarixində ən uğurlu
mərhələ başladı. Azərbaycanın yeni tarixində dönüş başladı və bu tarix sözün həqiqi mənasında
xalqımızın qurtuluşunun başlanğıcı oldu. Bu qayıdışla milli dövlətçiliyimiz məhv olmaqdan qurtuldu.
Heydər Əliyev ilk öncə vətəndaş müharibəsinin qarşısını alaraq qısa müddət ərzində ölkəni yaranmış
ictimai-siyasi böhrandan çıxardı, qanunların aliliyini təmin edən hüquqi dövlət quruculuğu prosesini
sürətləndirdi və dövlətimizin beynəlxalq aləmdə imicinin yüksəlməsinə xidmət edən müstəsna
addımlar atdı.
Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında dəfələrlə xarici və daxili düşmənlərimiz
tərəfindən dövlət çevrilişlərinə cəhdlər olunsa da, Heydər Əliyev bu cəhdlərin qan tökülmədən,
müdrik və uzaqgörən, real, təmkinli və inamlı siyasəti ilə qarşısını aldı, vəziyyəti xalqın xeyrinə dəyişdi.
Ulu Öndərin siyasi və diplomatik ustalığı həqiqətən də dövlət quruculuğu tarixinin ən parlaq
səhifələrindən oldu. Azərbaycanı inkişaf edən, tənəzzüldən tərəqqiyə, vətəndaş müharibəsi
astanasında olan ölkədən güclü vətəndaş həmrəyliyinin formalaşdığı diyara çevirdi. Müasir müstəqil
Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı kimi Azərbaycanın müstəqillik tarixini
yazan ümummilli liderimiz qısa zamanda demokratik əsaslara malik dövlət qurmaqla, misilsiz
xidmətləri ilə, köklü demokratik hüquqi dövlət quruculuğu ilə tariximizin parlaq səhifələrini yazdı.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik dövlətçilik siyasəti nəticəsində
Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda böyük işlər görülməklə milli
dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü hüquqi islahatlar aparıldı.
Memarı Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, çoxpartiyalılıq
prinsipi əsasında demokratik prezident, parlament və bələdiyyə seçkiləri təcrübəsinin formalaşması,
siyasi plüralizm, söz və mətbuat azadlığı, siyasi partiyalar və ictimai təşkilatların fəaliyyəti üçün
qanunvericilik təminatı olan əlverişli şəraitin yaradılması, şəffaf məhkəmə-hüquq fəaliyyətinin
formalaşması, neft strategiyasının yaradılması və həyata keçirilməsi yolunda atılan mühüm addımlar
respublikamızda hərtərəfli inkişafın təməli oldu. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin
beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin
sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının
əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Bu gün ümummilli lider Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli
Ordumuz işğal altındakı torpaqlarımızı azad edərək, xalqımızın 30 illik doğma yurd–yuva həsrətinə son
qoydu. Bu gün həmin ərazilərdə bərpa–quruculuq işləri sürətlə davam edir, yeni infrastruktur yaradılır.
Ölkədə bütün sahələrdə davamlı inkişaf təmin olunub.
Xüsusi vurğulamaq lazımdır ki, bütün bu nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən
müəyyənləşdirilən siyasi kursun Prezident İlham Əliyevin rəhbərliyi ilə qətiyyətlə davam etdirilməsi
faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan
dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan
dövlətinə çevrilib, ötən dövrdə möhtəşəm iqtisadi uğurlara imza atılıb. Ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar Azərbaycanın gələcəyinin daha da uğurlu olacağının təminatçısıdır.

Qazax rayonu Çaylı kənd Elşən Cəfərov adına 2 saylı tam orta məktəbin tarix müəlliməsi
Rəhimova Xavər.

Qazax rayonu Çaylı kənd E.Cəfərov adına  2 saylı tam orta məktəbində  BSQ-lər məktəb rəhbərliyinin nəzarəti altında keçi...
14/06/2023

Qazax rayonu Çaylı kənd E.Cəfərov adına 2 saylı tam orta məktəbində BSQ-lər məktəb rəhbərliyinin nəzarəti altında keçirildi. Artıq dərs ili başa çatdı. Məktəbdə yarımillik və illik qiymətləndirmə prosesi başlanılmışdır.




Məktəbdə "Şagird davranış qaydaları"nın  tətbiq edilməsi  nəticələri şagird və valideynlərlə də  müzakirə edildi.
09/06/2023

Məktəbdə "Şagird davranış qaydaları"nın tətbiq edilməsi nəticələri şagird və valideynlərlə də müzakirə edildi.




Address

Azərbaycan, Qazax, Çaylı
Qazakh
AZ3517

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00

Telephone

+994222930547

Website

Alerts

Be the first to know and let us send you an email when Çaylı 2 nömrəli Məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Çaylı 2 nömrəli Məktəb:

Share