İlisu Dövlət Tarix - Mədəniyyət Qoruğu

İlisu Dövlət Tarix - Mədəniyyət Qoruğu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from İlisu Dövlət Tarix - Mədəniyyət Qoruğu, Government Organization, Qax rayonu İlisu kəndi, Qax.

02/06/2026
28/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günüdür

27/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

27/05/2026

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

Qurban bayramınız mübarək!
27/05/2026

Qurban bayramınız mübarək!

Müşavirədəki çıxışın əsas mahiyyəti ondan ibarətdir ki, kənd təsərrüfatı sahəsi Azərbaycanda hər zaman dövlətin xüsusi d...
26/05/2026

Müşavirədəki çıxışın əsas mahiyyəti ondan ibarətdir ki, kənd təsərrüfatı sahəsi Azərbaycanda hər zaman dövlətin xüsusi diqqət mərkəzindədir və dövlət xətti ilə icra olunan layihələr bu sektorun inkişafına çox böyük təkan verir. Qəbul edilmiş dövlət proqramlar və qərarlar regionlarda böyük dönüşə səbəb olub, bütün bölgələri canlandırıb, məşğulluğu artırıb və irimiqyaslı sosial-infrastruktur layihələrinin uğurla icra edilməsini təmin edib. Bu uğurlu siyasətin bariz nümunəsi olaraq, işğaldan azad edilmiş torpaqları istisna etməklə, bu gün ölkə üzrə qazlaşmanın səviyyəsi artıq 96 faizə çatdırılıb. Dövlətin əsas strateji hədəflərindən biri də elə etməkdir ki, kəndlərdən şəhərlərə axın dayansın, əksinə, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın.

28 May  Müstəqillik Günü.  26 may 2026-cı il tarixdə İlisu” Dövlət Tarix- Mədəniyyət Qoruğunun əməkdaşları tərəfindən “İ...
26/05/2026

28 May Müstəqillik Günü.
26 may 2026-cı il tarixdə İlisu” Dövlət Tarix- Mədəniyyət Qoruğunun əməkdaşları tərəfindən “İlisu Diyarşünaslıq evinin” kollektivinin iştirakı ilə “28 May Müstəqillik Günü“ ilə əlaqədar tədbir keçirilmişdir.Tədbirdə kənd kitabxanası və İlisu kənd İƏD üzrə nümyəndəliyinin əməkdaşları da iştirak etmişdir.
Tədbir “İlisu Şəhidlər Xiyabanında” və İlisu Mədəniyyət evində təşkil olunmuşdur. Şərqdə və İslam dünyasında ilk dünyəvi ,demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından söhbət açılmış, “İlisu Şəhidlər Xiyabanında” Müstəqilliyimiz uğrunda şəhid olanların qəbrləri ziyarət edilmişdir.
Şəhidlərin qəbrinə gül dəstələri qoyulmuşdur.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müst...
25/05/2026

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi. Azərbaycan istiqlal müjdəsi ilə bütün Qafqaza isıq saçdı. Cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti o dövrün məhdud imkanları ilə miqyasına görə o qədər böyük işlər gördü ki, qısa müddət ərzində mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərdi. Sovet rejimi nə qədər çalışsa da, müstəqil dövlətimizin izlərini tarixdən silə bilmədi. Həmin gerçəkliyin nəticəsi idi ki, sovet dövləti laxlayan kimi müstəqil dövlətimizin bayrağı da, gerbi də, himni də ortaya çıxdı. Lakin müstəqilliyin bərpası ərəfəsində Azərbaycana rəhbərlik edənlər “bolşeviklərin varisləri” kimi, üçrəngli bayrağımızdan da, gerbimizdən də, dahi Üzeyir Hacıbəylinin istiqlal şairi Əhməd Cavadın sözlərinə bəstələdiyi himnimizdən də qorxurdular.

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası planetimizin gələcək inkişaf istiqamətlərini müəyyən edə...
21/05/2026

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası planetimizin gələcək inkişaf istiqamətlərini müəyyən edən mötəbər bir platformaya çevrilmişdir. Bu möhtəşəm tədbir qlobal miqyasda böyük maraq doğuraraq, dünyanın 182 ölkəsindən 45 mindən artıq qeydiyyata alınmış iştirakçını bir araya gətirməklə bəşəriyyətin ortaq gələcəyi üçün mühüm dialoq mühiti yaradır. Coğrafi və mədəni baxımdan Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan, hər zaman Şərqlə Qərbin qovuşduğu unikal bir məkan kimi çıxış etmişdir. Ölkəmizdə şəhərsalma ənənələrinə verilən yüksək dəyərin bariz nümunəsi olaraq bu ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi xüsusi rəmzi məna daşıyır.

Azərbaycanda ən böyük könüllülük platforması fəaliyyətə başlayır Azərbaycan Respublikası     yanında Mədəni İrsin Qorunm...
20/05/2026

Azərbaycanda ən böyük könüllülük platforması fəaliyyətə başlayır

Azərbaycan Respublikası yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “ ” könüllü proqramına qəbul elan edir.

“İrs Dostu” könüllü proqramının həyata keçirilməsində əsas məqsəd gənclərin mədəni irsin qorunması və təbliği sahəsində fəal iştirakının təşviqi, onların bu istiqamətdə bilik və bacarıqlarının inkişafına dəstək göstərilməsi, eləcə də mədəni irsə ictimai marağın daha da artırılmasına töhfə verməkdir.

Proqram Bakıda və regionlarda yerləşən struktur bölmələri, tabeli müəssisələri, həmçinin qoruq və muzeyləri əhatə etməklə, ümumilikdə ölkənin bütün regionlarında 140-dan çox müəssisədə təşkil olunacaq. Könüllülər mədəni irs obyektlərinin qorunması, maarifləndirmə tədbirlərinin təşkili, tədqiqatların aparılması, təşkilati dəstək və digər istiqamətlər üzrə müxtəlif proseslərdə iştirak edəcəklər.

Könüllülər üçün fəaliyyət müddətində xüsusi təlimlər təşkil olunacaq, onların peşəkar bilik və bacarıqlarının artırılmasına dəstək göstəriləcək.

“İrs Dostu”na cəlb olunacaq könüllülər yaradılması nəzərdə tutulan “İrs Dostu” vahid şəbəkəsinin tərkib hissəsi olacaqlar. Belə ki, bu şəbəkə mədəni irsin qorunması sahəsində müxtəlif dövlət qurumları, vətəndaş cəmiyyəti və özəl sektor arasında əməkdaşlığa əsaslanan vahid ekosistemin formalaşdırılmasını nəzərdə tutur.

Mədəni irsimizin qorunmasına töhfə vermək istəyən gənclər üçün yeni inkişaf platforması olan “İrs Dostu”na könüllülərin seçimi müsahibə əsasında həyata keçiriləcək. Müsahibə zamanı namizədlərin mədəni irs sahəsinə marağı, təşəbbüskarlığı, operativliyi, xarici dil bilikləri, ünsiyyət, ofis proqramlarında və komandada işləmə bacarıqları qiymətləndiriləcək.

“İrs Dostu” könüllüsü olmaq istəyən 18-35 yaş arası gənclər öz CV-lərini və motivasiya məktubu [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Mədəni irsimizin qorunmasına töhfə vermək və bu sahədə yeni təcrübə qazanmaq istəyən bütün gəncləri “İrs Dostu” proqramına qoşulmağa dəvət edirik.

Address

Qax Rayonu İlisu Kəndi
Qax

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when İlisu Dövlət Tarix - Mədəniyyət Qoruğu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share