GİKM-in Şəki-Zaqatala regional nümayəndəliyi

GİKM-in Şəki-Zaqatala regional nümayəndəliyi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from GİKM-in Şəki-Zaqatala regional nümayəndəliyi, Government Organization, Qax. Heydər Əliyev Mərkəzi, Qax.

Qax, Balakən, Zaqatala və Şəki gənclərinin fəaliyyəti, maraqları, ideya və fikirlərini əks etdirir.

🌐 www.gikm.az
📥[email protected]
https://linktr.ee/gikm_seki_zaqatala

🏆 28 May – Müstəqillik Gününə həsr olunmuş Qax şəhər məktəbləri arasında “Xəmsə” Milli İntellektual Oyunu keçirilib.📍 İn...
28/05/2026

🏆 28 May – Müstəqillik Gününə həsr olunmuş Qax şəhər məktəbləri arasında “Xəmsə” Milli İntellektual Oyunu keçirilib.

📍 İntellektual oyun Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektoru, Qax Rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəki-Zaqatala regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə Qax Rayon Heydər Əliyev Mərkəzində baş tutub.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən:

🥇 1-ci yer – Qax rayon Zakir Müslümov adına Qum kənd tam orta məktəbin komandası
🥈 2-ci yer – Qax şəhər Etibar Babayev adına 4 nömrəli tam orta məktəbin komandası
🥉 3-cü yer – Qax rayon Nizami Gəncəvi adına İlisu kənd tam orta məktəbin komandası

📌 Qeyd edək ki, intellektual oyunun keçirilməsində əsas məqsəd şagirdlər arasında milli-mənəvi dəyərlərin, vətənpərvərlik hissinin və intellektual düşüncənin inkişaf etdirilməsi, onların tarix, mədəniyyət və dövlətçilik ənənələri barədə biliklərinin artırılması, həmçinin sağlam rəqabət mühitində komanda ruhunun formalaşdırılmasıdır.

Yaşasın müstəqil, qüdrətli, suveren Azərbaycan! 🇦🇿
28/05/2026

Yaşasın müstəqil, qüdrətli, suveren Azərbaycan! 🇦🇿

Birlik, paylaşma və yardımsevərlik ruhunu yaşadan Qurban bayramınız mübarək!
27/05/2026

Birlik, paylaşma və yardımsevərlik ruhunu yaşadan Qurban bayramınız mübarək!

🏛️ Qaxda gənclər üçün tarixi-mədəni və ekoloji ekskursiya təşkil olunub.Şəhərsalma və Memarlıq İli çərçivəsində gəncləri...
21/05/2026

🏛️ Qaxda gənclər üçün tarixi-mədəni və ekoloji ekskursiya təşkil olunub.

Şəhərsalma və Memarlıq İli çərçivəsində gənclərin iştirakı ilə Qax rayonunun İlisu kəndində yerləşən tarixi abidələrə və Ramramay şəlaləsinə ekskursiya həyata keçirilib.

Ekskursiya zamanı iştirakçılar tarixi abidələrin memarlıq xüsusiyyətləri, tarixi əhəmiyyəti və qorunub saxlanılması istiqamətində görülən işlər barədə ətraflı məlumat əldə ediblər. Eyni zamanda gənclər bölgənin zəngin təbiəti və turizm potensialı ilə yaxından tanış olublar. 🌿

Təşkil olunan ekskursiyanın əsas məqsədi gənclər arasında tarixi-mədəni irsin təbliği, ətraf mühitin qorunmasına diqqətin artırılması və gənclərin milli-mədəni dəyərlər barədə maarifləndirilməsidir. ✨

📢 Qax rayonunda gənclər üçün maarifləndirici təlim təşkil olunub!Gənclərin Karyera İnkişaf Platforması çərçivəsində Qax ...
19/05/2026

📢 Qax rayonunda gənclər üçün maarifləndirici təlim təşkil olunub!

Gənclərin Karyera İnkişaf Platforması çərçivəsində Qax rayon A.Abbasov adına Turaclı kənd tam orta məktəbində gənclər üçün “Karyera üçün ilk addımlar” mövzusunda təlim keçirilib.

💼 Təlim zamanı iştirakçılara karyera planlamasının mahiyyəti, düzgün karyera hədəflərinin müəyyənləşdirilməsi, şəxsi inkişafın əhəmiyyəti və gələcək uğurlu karyera üçün atılmalı olan ilk addımlar barədə ətraflı məlumat verilib.

📍 Zaqatalada gənclər üçün Gənclərin Karyera İnkişaf Platforması çərçivəsində “Biznesmen obrazı” mövzusunda təlim keçiril...
14/05/2026

📍 Zaqatalada gənclər üçün Gənclərin Karyera İnkişaf Platforması çərçivəsində “Biznesmen obrazı” mövzusunda təlim keçirilib.

📌 Təlim zamanı iştirakçılara biznesdə ünsiyyət bacarıqları, vaxtın düzgün idarə olunması, qərarvermə, şəxsi inkişaf və biznes düşüncə tərzi ilə bağlı məlumat verilib. Həmçinin mövzu ətrafında fikir mübadiləsi aparılıb.

📝 Təlimin sonunda gənclərlə praktiki tapşırıqlar işlənilib və interaktiv müzakirələr həyata keçirilib.

📍 10 May – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Qax rayonunda gənclər arasında ...
10/05/2026

📍 10 May – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Qax rayonunda gənclər arasında intellektual yarış təşkil olunub.

🧠 Yarış zamanı iştirakçılar Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan tarixi və ümumi dünyagörüşü istiqamətində biliklərini nümayiş etdiriblər. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın qalibləri kubok və diplomlarla təltif olunublar.

Qeyd edək ki, intellektual yarış Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəki-Zaqatala regional nümayəndəliyinin, YAP Qax Rayon Təşkilatının və Qax rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

📍 Qax rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev...
10/05/2026

📍 Qax rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin həyat yolu və siyasi irsi” mövzusunda dəyirmi masa təşkil olunub.

🇦🇿 Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

🎙️Tədbirdə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektorunun müdiri Elvin Həsilov, Qax rayon Heydər Əliyev Mərkəzinin direktoru Arzu Dunusova və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəki-Zaqatala regional nümayəndəliyinin əməkdaşı Elmir Həşimli çıxış edərək Ümummilli Lider Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyətinin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıblar. Çıxışlarda bu kimi tədbirlərin gənclərin vətənpərvərlik ruhunda formalaşmasına, milli dəyərlərə bağlılığının gücləndirilməsinə və dövlətçilik ənənələrinin daha dərindən mənimsənilməsinə töhfə verdiyi qeyd olunub.

🎥 Tədbirin sonunda Qax rayon Qaxbaş kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi Əsma Həmidlinin Ulu Öndərin 103-cü ildönümünə həsr olunmuş təqdimatı və Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

🇦🇿 Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Zaqatala və Qax şəhərlərində yerləşən Ulu Önd...
10/05/2026

🇦🇿 Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Zaqatala və Qax şəhərlərində yerləşən Ulu Öndər Heydər Əliyevin abidələri ziyarət olunub.

Abidələr önünə gül dəstələri düzülərək, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib. 🥀

Gənclərə daim qayğı və diqqət göstərən Ulu Öndər Heydər Əliyevi 103-cü ildönümündə hörmətlə anırıq.
10/05/2026

Gənclərə daim qayğı və diqqət göstərən Ulu Öndər Heydər Əliyevi 103-cü ildönümündə hörmətlə anırıq.

Address

Qax. Heydər Əliyev Mərkəzi
Qax

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994706650196

Alerts

Be the first to know and let us send you an email when GİKM-in Şəki-Zaqatala regional nümayəndəliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share