Zəngilan rayon 21 nömrəli tam orta ümumtəhsil məktəbi

Zəngilan rayon 21 nömrəli tam orta ümumtəhsil məktəbi Təhsil

İlk dərsimiz  "Memarlıq və Şəhərsalma İli"nə həsr olunubBu gün məktəbimizin II-XI siniflərində ilk dərslər “Memarlıq və ...
15/09/2026

İlk dərsimiz "Memarlıq və Şəhərsalma İli"nə həsr olunub

Bu gün məktəbimizin II-XI siniflərində ilk dərslər “Memarlıq və Şəhərsalma İli” mövzusuna həsr olunub.
Şərqi Zəngəzur Regional Təhsil İdarəsi

📚Bilik Günü tədbiri keçirildiBu gün məktəbimizdə  15 Sentyabr – Bilik Günü münasibətilə tədbir keçirildi. 🔔🇦🇿Yeni tədris...
15/09/2026

📚Bilik Günü tədbiri keçirildi

Bu gün məktəbimizdə 15 Sentyabr – Bilik Günü münasibətilə tədbir keçirildi. 🔔🇦🇿

Yeni tədris ilinin başlanğıcı münasibətilə məktəb kollektivini, şagirdlərimizi və valideynlərimizi təbrik edir, hər bir şagirdimizə yeni dərs ilində bol bilik, yüksək nailiyyətlər və uğurlar arzulayırıq!
Şərqi Zəngəzur Regional Təhsil İdarəsi

📚”Bilik Günü”nüz mübarək!2026-2027-ci tədris ilinin başlanğıcı münasibətilə bütün şagirdlərimizi, müəllimlərimizi və val...
14/09/2026

📚”Bilik Günü”nüz mübarək!

2026-2027-ci tədris ilinin başlanğıcı münasibətilə bütün şagirdlərimizi, müəllimlərimizi və valideynlərimizi ürəkdən təbrik edirik! 💐
Qoy yeni tədris ili uğur, yeni biliklər, gözəl nailiyyətlər və xoş xatirələrlə yadda qalsın. Hər bir şagirdimizin yolu açıq, arzuları böyük, uğurları bol olsun!

Zəngilan rayon 21 nömrəli tam orta ümumtəhsil məktəbi olaraq yeni tədris ilinə böyük həvəs və inamla başlayırıq! 🇦🇿

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi

11/09/2026
09/09/2026
03.09.2026-cı il tarixdə məktəbimizdə 2026-2027-ci tədris ilinin ilk Pedaqoji şura iclası keçirildi. İclasda aşağıdakı m...
03/09/2026

03.09.2026-cı il tarixdə məktəbimizdə 2026-2027-ci tədris ilinin ilk Pedaqoji şura iclası keçirildi. İclasda aşağıdakı məsələlər gündəlik müzakirə mövzusu oldu.

✅2025-2026-cı tədris ilində IV,VI,IX və Xl siniflərin imtahan nəticələrinin təhlili

✅2026-2027-ci tədris ilinə hazırlıq

✅Daxili intizam qaydalarının, növbətçilərin və iş rejiminin təyin edilməsi, dərs cədvəlinin təsdiqi

✅Müəllimlərin dərs yükünün bölünməsi,metodiki şuranın sədri və üzvlərinin təyini, sinif rəhbərlərinin və sinif komplektlərinin təsdiqi

✅Qarşıda duran digər cari məsələlər

Pedaqoji kollektivə yeni tədris ilində uğurlar, fəaliyyətlərində əzmkarlıq və yüksək nailiyyətlər arzulandı.
Yeni tədris ilimiz uğurlu olsun!

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi

29/08/2026
Azərbaycan və Özbəkistan qardaşlığıAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəki...
27/08/2026

Azərbaycan və Özbəkistan qardaşlığı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana həyata keçirdiyi dövlət səfəri iki qardaş ölkə arasındakı strateji tərəfdaşlığın və dostluq əlaqələrinin ən yüksək zirvədə olduğunu bir daha nümayiş etdirdi. Səfər çərçivəsində mətbuata verilən bəyanatlar və imzalanan sənədlər Azərbaycan-Özbəkistan münasibətlərinin sadəcə sözdə deyil, konkret və irimiqyaslı layihələrlə daha da gücləndiyini sübut edir. Prezident İlham Əliyev öz çıxışında Özbəkistanın, xüsusən də paytaxt Daşkəndin hazırda böyük bir yüksəliş dövrü yaşadığını xüsusi vurğulayaraq, bu inkişafın Prezident Şavkat Mirziyoyevin uzaqgörən siyasətinin nəticəsi olduğunu bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, vaxtilə iqtisadi əsasların sıfırdan formalaşdırıldığı bir ölkə bu gün sənayesi şaxələndirilmiş, investisiya cəlbediciliyi yüksək olan və dünya birliyində böyük hörmətə malik güclü bir dövlətə çevrilib.
İki ölkə arasında iqtisadi əməkdaşlıq görünməmiş bir sürətlə inkişaf edir. Əvvəllər birgə layihələrin olmamasına baxmayaraq, hazırda Azərbaycan və Özbəkistan bir milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə doğru inamla irəliləyir və bu hədəf artıq uzaq xəyal deyil, yaxın gələcəyin reallığı kimi dəyərləndirilir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına fəal qoşulması regionun geoiqtisadi potensialını daha da artırıb və bu gün Mərkəzi Asiya ilə Azərbaycan vahid, böyük inkişaf imkanlarına malik geoiqtisadi məkana çevrilib. Ölkələrimiz hazırda energetika, nəqliyyat, turizm, kənd təsərrüfatı, dağ-mədən, avtomobil sənayesi və bank sektorunda sıx əməkdaşlıq edir. Aparıcı Azərbaycan bankının və SOCAR-ın Özbəkistan bazarına daxil olması, o cümlədən neft-qaz kəşfiyyatı sahəsindəki birgə layihələrin son mərhələyə qədəm qoyması bu əlaqələrin miqyasını açıq şəkildə göstərir.
Münasibətlərimizin əsasında dayanan ən mühüm amillərdən biri də qarşılıqlı mənəvi dəstək və sarsılmaz qardaşlıq telləridir. Prezident İlham Əliyev Özbəkistanın işğaldan azad edilmiş Azərbaycan ərazilərində, xüsusən də Qarabağda bərpa işlərinə verdiyi töhfələri böyük minnətdarlıqla qeyd etdi. Füzuli şəhərində Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi və Xankəndidə tikiş fabrikinin fəaliyyətə başlaması Özbəkistanın qardaşlıq dəstəyinin bariz nümunəsidir. Səfər çərçivəsində təşkil olunan regionlararası əməkdaşlıq forumu da tərəflər arasında səylərin birləşdirilməsi və yeni sinerjilərin yaradılması baxımından mühüm əhəmiyyət kəsb etdi.
Dövlət səfərinin ən yaddaqalan məqamlarından biri də Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının 3-cü iclasının keçirilməsi və əməkdaşlığın bütün spektrini əhatə edən yeni sənədlərin imzalanması oldu. Həmçinin, dövlət başçılarının qarşılıqlı olaraq ali ordenlərlə təltif edilməsi mərasimi baş tutdu. Prezident Şavkat Mirziyoyev Azərbaycan Prezidentinə ali dərəcəli "Dostluq" ordenini, Prezident İlham Əliyev isə özbəkistanlı həmkarına "Heydər Əliyev" ordenini təqdim etdi. Bu, iki xalq və dövlət rəhbərləri arasındakı dərin ehtiramın rəmzi idi. Sonda Prezident İlham Əliyevin qardaş ölkə rəhbərini Azərbaycana dövlət səfərinə dəvət etməsi, gələcəkdə bu strateji və sarsılmaz birliyin daha da dərinləşəcəyinin əsas təminatıdır.
Günel Mustafayeva


Address

Qaradag

Alerts

Be the first to know and let us send you an email when Zəngilan rayon 21 nömrəli tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Zəngilan rayon 21 nömrəli tam orta ümumtəhsil məktəbi:

Shortcuts

Share