19/03/2026
M.Bilalov adına Aydınqışlaq kənd tam orta məktəbində Vətən uğrunda canından keçmiş şəhid Əhmədov Hidayət Muxtəsər oğlunun anım günü qeyd olunmuşdur.
Tədbir çərçivəsində məktəbin tarix müəllimi tərəfindən şəhidin həyat yolu və göstərdiyi qəhrəmanlıq nümunələri haqqında şagirdlərə ətraflı məlumat verilmişdir. Hərbi rəhbər isə çıxış edərək şəhidlərimizin şücaətindən, Vətənə olan sonsuz sevgisindən bəhs etmiş, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyini vurğulamışdır.
Anım günü münasibətilə məktəb kollektivi tərəfindən şəhidin məzarı ziyarət olunmuş, xatirəsi dərin ehtiramla yad edilmişdir. Eyni zamanda şəhidin ailəsi, xüsusilə anası ziyarət olunaraq onlara mənəvi dəstək göstərilmişdir.
Şəhidlərimizin əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır.