13/06/2026
13.06.2026-cı il tarixdə Qəbələ rayon Daşca kənd tam orta məktəb rəsmi qonaqların iştirakı ilə təntənəli "Son zəng" tədbiri keçirilmişdir.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunmuşdur.Mərasimdə rəsmi qonaq qismində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Qəbələ rayon komitəsinin sədri Camal Qurbanov ,məktəb rəhbərliyi, pedaqoji heyət,şəhid xanımı Çinarə Bayramova və valideynlər iştirak edərək məzunların sevincini bölüşmüşlər. Çıxış edənlər 11-ciləri təbrik edərək, onlara müstəqil həyatda və ali məktəbə qəbul imtahanlarında yüksək müvəffəqiyyətlər arzulamışlar..Bu ilki "Son zəng" həm də son dərəcə emosional və qürurverici bir hadisə ilə yadda qalmışdır. Uzun illər məktəbimizdə fəaliyyət göstərən, gənc nəslin təlim-tərbiyəsində müstəsna xidmətləri olan iki fədakar müəllimimiz –Əsədova Almas Həkim qızı və Cəmilova Tamella Cəfər qızı təqaüdə yola salınmışdır. Məktəb rəhbərliyi və Həmkarlar İttifaqı Qəbələ rayon komitəsi tərəfindən çoxillik səmərəli pedaqoji fəaliyyətlərinə görə dəyərli müəllimlərimizə dərin təşəkkür ifadə olunmuş, onlara fəxri fərmanlar və xatirə hədiyyələri təqdim edilmişdir.Rəsmi hissənin ardınca məzunların hazırladıqları ədəbi-bədii kompozisiyalar, musiqi və rəqs nümayişləri tədbirə xüsusi rəng qatmış və on bir illik məktəb həyatının rəmzi olan son zəng səsləndirilmişdir.Məktəb kollektivi adından bütün məzunlarımızın yolunun açıq olmasını diləyir, təqaüdə çıxan müəllimlərimizə uzun ömür və möhkəm can sağlığı arzulayırıq!