Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi Şimal-qərb Regional Mərkəzi - fövqəladə hallar nazirinin 17 aprel 2008 - cı il tarixli 036 nömrəli əmri ilə yaradılmışdır.

İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib
18/07/2022

İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib.

Qax rayonunda mülki müdafiə dəstələri ilə nümunəvi mülki müdafiə məşqi keçirilibFövqəladə Hallar Nazirliyinin Şimal-qərb...
07/07/2022

Qax rayonunda mülki müdafiə dəstələri ilə nümunəvi
mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən Qax rayonu hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib.
“Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti" mövzusunda keçirilən tədbirə Şimal-qərb Regional Mərkəzinin aidiyyəti struktur bölmələri, Qax Rayon İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı və Fövqəladə Hallar Komissiyası, ərazi mülki müdafiə qüvvələrinin şəxsi heyəti cəlb olunub.
Məşqin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.
Məşq zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Sonda məşqin təhlili aparılaraq çatışmazlıqlar diqqətə çatdırılıb, müvafiq tapşırıqlar verilib.

FHN-in Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçiribFövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkə...
06/07/2022

FHN-in Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi və Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsini ilə birgə 05 iyul 2022-ci il tarixində Şəki regonal “ASAN xidmət” mərkəzində, həmçinin Şəki rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hallarla bağlı davranış qaydaları”, “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzularında maarifləndirmə tədbiri keçirib. Hər iki tədbirdə ASAN xidmətin və Mərkəzi Xəstəxananın əməkdaşları iştirak edib.
Dinləyicilərə “Fövqəladə hallar barədə ümumi məlumat”, “Zəlzələ”, “Texnogen qəzalar”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Meşlərdə yanğın təhlükəsizliyi”, “Günvurma və istivurma”, “İlkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları” və “112 qaynar xətti” haqqında geniş məlumatlar verilib, mövzulara aid videoçarxlar göstərilib.
Sonda iştirakçıları mövzulara dair maraqlandıran suallar cavablandırılıb.

İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransda iştirak edib
04/07/2022

İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransda iştirak edib

İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı işə başlayıb.

İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxış edib
01/07/2022

İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxış edib

Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyası iyunun 27-də işini davam etdirib.

Prezident İlham Əliyevin Silahlı Qüvvələr Günündə Kəlbəcərdəki çıxışı mühüm siyasi-hərbi və tarixi hadisədir
01/07/2022

Prezident İlham Əliyevin Silahlı Qüvvələr Günündə Kəlbəcərdəki çıxışı mühüm siyasi-hərbi və tarixi hadisədir

26 İyun – Silahlı Qüvvələri Günündə Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfər etməsi, Kəlbəcərdə komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimin keçirilməsi, mərasimdə Müzəffər Ali Baş Komanda...

İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib.
01/07/2022

İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib.

İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib. Dövlətimizin başçısı Zirvə Toplantısında çıxış edib. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı - Hö

Balakən rayonunda kompleks mülki müdafiə təlimi keçirilib"Azərbaycan Respublikasının 2022-ci il üçün Mülki müdafiə tədbi...
24/06/2022

Balakən rayonunda kompleks mülki müdafiə təlimi keçirilib

"Azərbaycan Respublikasının 2022-ci il üçün Mülki müdafiə tədbirləri planı" çərçivəsində 21-23 iyun 2022-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin rəhbərliyi ilə Balakən rayonunda "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.
Təlimdə Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin rəisi polkovnik-leytenant Sadiq Bəkirli, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, FHN-in aidiyyəti qurumlarının nümayəndələri, rayon Fövqəladə Hallar Komissiyası (FHK), İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər iştirak ediblər.
Əvvəlcə kompleks mülki müdafiə təlimi ilə əlaqədar Balakən Rayon İcra Hakimiyyətinin inzibati binasında müşavirə keçirilib. Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin rəisi polkovnik-leytenant Sadiq Bəkirli fövqəladə hadisələr zamanı mülki müdafiənin əhəmiyyəti, mülki müdafiənin təşkili, mülki müdafiə tədbirlərinini icra vəziyyətindən danışaraq, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyini önə çəkib, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətin əhəmiyyətindən bəhs edib. Balakən rayonunda təşkil olunan kompleks təlimin əhəmiyyətindən danışan Sadiq Bəkirli qeyd edib ki, rayon ərazisində olan qüvvələrin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də əhalinin maarifləndirilməsi, mühafizəsi, xəbərdarlıq, mühafizə vasitələri ilə təminatı, köçürülməsi və digər bu kimi mülki müdafiə tədbirləri daim diqqət mərkəzində olmalıdır. Onun sözlərinə görə, mülki müdafiə dəstələrinin fövqəladə hadisələrə qarşı nə dərəcədə hazır olduqlarını nümayiş etdirən bu dəfəki kompleks təlim zamanı Nazirliklə yanaşı rayonun bütün idarə, müəssisə və təşkilatları, mülki müdafiə dəstələri, qərargahlar və mülki müdafiə sahəsinə cavabdeh şəxslər üzərlərinə böyük məsuliyyət düşdüyünü anlayaraq, təhlükə yaranan zaman birgə fəaliyyətin təşkilinə nail olmalıdırlar.
Müşavirədə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev təlimin vacibliyindən danışaraq, mülki müdafiə sahəsində birgə fəaliyyətin və əməkdaşlığın əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığını vurğulayıb.
Sonra kompleks mülki müdafiə təliminə start verilib. Təlimin keçirilməsində məqsəd dislokasiya ərazisində mülki müdafiə planlarının reallığının yoxlanılması, mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar komissiyalarının, rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin olunması, ehtimal olunan fövqəladə hadisələr zamanı mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin yüksək hazırlıq rejiminə gətirilməsi olub. Eyni zamanda, fövqəladə hadisələr zamanı mülki müdafiənin idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin təşkil edilməsi və birgə fəaliyyət mexanizminin təkmilləşdirilməsi, mülki müdafiə dəstələri tərəfindən qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasının təşkili və həyata keçirilməsi, əhalinin fövqəladə hallar zamanı təhlükəsiz davranış qaydaları üzrə maarifləndirilməsi, iştirakçıların fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili sahəsində bilik və bacarıqlarının artırılması da təlimin əsas məqsədini təşkil edib.
Təlim zamanı rayonun mülki müdafiə qüvvələri fövqəladə hadisənin baş verməsi barədə rayon rəhbərliyinin, FHK-nın və mülki müdafiə idarəetmə orqanlarının xəbərdar edilməsi, rayonun mülki müdafiə idarəetmə orqanlarının, mülki müdafiə xidmətlərinin və ərazi üzrə mülki müdafiə qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi, şəxsi heyətin "xəbərdarlıq toplanış" siqnalı üzrə fəaliyyəti, ərazinin kəşfiyyatının aparılması, məlumatların toplanması və təhlilinin aparılması, görüləcək qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həcminin müəyyən edilməsi və təşkili işləri yerinə yetirilib. Bundan əlavə, təlim iştirakçıları tərəfindən Nazirliyin xilasetmə qüvvələri ilə rayonun mülki müdafiə qüvvələri arasında xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı qarşılıqlı fəaliyyətin və idarəetmənin təşkili, xəsarət alanlara tibbi yardımın göstərilməsi, zərərçəkmiş əhalinin müvəqqəti olaraq təhlükəli zonalardan köçürülməsi və rayonun həyat təminatının bərpası ilə bağlı tədbirlərin təşkili, qəza-bərpa işlərinin yerinə yetirilməsi tədbirləri də reallaşdırılıb.
Tədbirin gedişində rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti uğurla təşkil edilib və qarşıya qoyulmuş məqsədlərə nail olunub. Kompleks təlimə Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Balakən rayon Polis şöbəsinin, rayonun hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin ümumilikdə 212 nəfər şəxsi heyəti və 41 ədəd texnikası cəlb edilib.
Qeyd edək ki, bu kimi təlimlər Fövqəladə Hallar Nazirliyi tərəfindən mütəmadi olaraq təşkil olunur.

İlham Əliyevin Özbəkistana dövlət səfəri
24/06/2022

İlham Əliyevin Özbəkistana dövlət səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri iyunun 22-də başa çatıb.

FHN-in Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçiribFövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkə...
22/06/2022

FHN-in Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi və Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə birgə 21 iyun 2022-ci il tarixində Balakən Dövlət Aqrar İnkişaf Mərkəzində, habelə Balakən rayon Gənclər və İdman idarəsində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib.
Tədbirlərdə dinləyicilərə “Fövqəladə hallar barədə ümumi məlumat”, “Zəlzələ”, “Texnogen qəzalar”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Meşlərdə yanğın təhlükəsizliyi”, “Günvurma və istivurma”, “İlkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları” və “112 qaynar xətti” haqqında geniş məlumatlar verilib, mövzulara aid videoçarxlar göstərilib.
Sonda iştirakçıları mövzulara dair maraqlandıran suallar cavablandırılıb.

İlham Əliyev Qlobal Bakı Forumunda çıxış etdi
21/06/2022

İlham Əliyev Qlobal Bakı Forumunda çıxış etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu işə başlayıb. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...

Address

Qəbələ şəhəri, Elçin Kərimov Küçəsi 46
Qabala
AZ3600

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994242054310

Alerts

Be the first to know and let us send you an email when Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi:

Share