Ordubad Rayon Gənclər və idman İdarəsi

Ordubad Rayon Gənclər və idman İdarəsi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ordubad Rayon Gənclər və idman İdarəsi, Government Organization, Ordubad.

03/06/2026
26 may 2026-ci il tarixində 28 May – Müstəqillik Günü münasibətilə şahmat üzrə Ordubad rayon birinciliyi keçirilmişdir.Y...
28/05/2026

26 may 2026-ci il tarixində 28 May – Müstəqillik Günü münasibətilə şahmat üzrə Ordubad rayon birinciliyi keçirilmişdir.

Yarış Ordubad Şahmat Məktəbində Ordubad Rayon Gənclər və İdman İdarəsi ilə Ordubad Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə baş tutmuşdur. Turnirdə ümumilikdə 36 nəfər yeniyetmə şahmatçı iştirak etmişdir.

Yarış zamanı iştirakçılar arasında maraqlı və gərgin mübarizə müşahidə olunmuş, şahmatçılar öz bilik və bacarıqlarını nümayiş etdirmişlər.

Yarışın sonunda qaliblər təşkilatçılar tərəfindən diplomlarla təltif olunmuşlar.

25 may 2026-cı il tarixində 28 May – Müstəqillik Günü münasibətilə Ordubad Peşə Liseyində təhsil alan tələbələr arasında...
25/05/2026

25 may 2026-cı il tarixində 28 May – Müstəqillik Günü münasibətilə Ordubad Peşə Liseyində təhsil alan tələbələr arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə birincilik keçirilmişdir.

Tədbir başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra çıxış edən Ordubad Peşə Liseyinin direktoru Nicat Rzayev və Ordubad Rayon Gənclər və İdman İdarəsinin rəisi Hacı Sadıqov 28 May – Müstəqillik Gününün Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyətindən, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolundan və müstəqillik uğrunda keçilən keşməkeşli yoldan bəhs etmişlər. Çıxışlarda bu gün Azərbaycanın güclü və suveren dövlət olaraq inkişaf etdiyi vurğulanmış, ölkədə gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda formalaşdırılmasının vacibliyi qeyd olunmuşdur.

Ordubad Rayon Gənclər və İdman İdarəsi ilə Ordubad Peşə Liseyinin birgə təşkilatçılığı ilə keçirilən intellektual oyun liseyin binasında baş tutmuşdur. Yarışda 6 komanda olmaqla ümumilikdə 30 gənc iştirak etmişdir.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən:

🥇 I yer – “Odlar yurdu” komandası
🥈 II yer – “İstiqlal” komandası
🥉 III yer – “Qarabağ” komandası

Qaliblər təşkilatçılar tərəfindən diplomlar və kubok ilə təltif olunmuşlar.

22 may 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində yeniyetmə və gənc idmançılar üçün Naxçıvan Muxtar ...
22/05/2026

22 may 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində yeniyetmə və gənc idmançılar üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Tədbirlər Planına uyğun olaraq “İCESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilmiş Ordubad şəhərinin tarixi-mədəni irs nümunələrinə maarifləndirici ekskursiyaların təşkili” bəndinin icrası məqsədilə ekskursiya təşkil olunmuşdur.

Ekskursiya Ordubad Rayon İcra Hakimiyyəti, Ordubad Rayon Təhsil Şöbəsi və Ordubad Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.

İştirakçılar Ordubad şəhərinin zəngin tarixi-mədəni irsini əks etdirən abidələrlə yaxından tanış olmuşlar. Onlar arasında XVII əsrə aid tarix-memarlıq abidəsi olan və hazırda Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərən Qeysəriyyə, XVII əsrin əvvəllərinə aid edilən və şəhərin mərkəzi ibadət ocaqlarından biri kimi formalaşmış Cümə məscidi, XVIII–XIX əsrlərə aid Şərq memarlıq üslubunda inşa edilmiş Ordubad hamamı, həmçinin görkəmli maarifçi Məmməd Tağı Sidqinin, tanınmış yazıçı Məmməd Səid Ordubadinin və kimyaçı alim Yusif Məmmədəliyevin ev muzeyləri ziyarət olunmuşdur.

Ekskursiya çərçivəsində gənclərə abidələrin tarixi, memarlıq xüsusiyyətləri və mədəni əhəmiyyəti barədə ətraflı məlumat təqdim edilmişdir.

Ümumilikdə 50 nəfər ekskursiyada iştirak etmişdir.

21 may 2026-cı il tarixində Ordubad Peşə Liseyinin idman zalında rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Zər...
22/05/2026

21 may 2026-cı il tarixində Ordubad Peşə Liseyinin idman zalında rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında stolüstü tennis üzrə rayon turniri keçirilmişdir.

Turnir Ordubad Rayon Təhsil Şöbəsi və Ordubad Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutmuşdur. Yarışda 16 oğlan və 7 qız olmaqla ümumilikdə 23 idmançı iştirak etmişdir.

Oğlanlar arasında nəticələr:
🥇 I yer – Mirzəli Əli Ağaş oğlu
🥈 II yer – Cabbarov Fəxrəddin Taleh oğlu
🥉 III yer – Muxtarov Həsən Çingiz oğlu

Qızlar arasında nəticələr:
🥇 I yer – Əliyeva Məryəm Kamil qızı
🥈 II yer – Rzalı Aytac Etibar qızı
🥉 III yer – Rüstəmli Pərvin Aslan qızı

Turnirin sonunda qaliblər təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılmışdır.

Belə yarışların keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərdən uzaq durulması və gənclərin idmana marağının artırılmasıdır.

20 may 2026-cı il tarixində Ordubad Rayon Mədəniyyət Sarayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü i...
22/05/2026

20 may 2026-cı il tarixində Ordubad Rayon Mədəniyyət Sarayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə məktəblilər arasında “Gənc İstedadların Dram Dünyası” adlı teatr müsabiqəsinin rayon mərhələsi keçirilmişdir.

Müsabiqə Naxçıvan Muxtar Respublikasının Təhsil, Mədəniyyət, eləcə də Gənclər və İdman nazirliklərinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq təşkil edilmişdir.

Tədbirin keçirilməsində əsas məqsəd məktəblilərin teatr sənətinə marağının artırılması, onların yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması, milli-mənəvi dəyərlərə bağlı və vətənpərvər ruhda tərbiyə olunmasına töhfə vermək olmuşdur.

Müsabiqədə ümumilikdə 55 şagird iştirak etmişdir. Rayonun ümumtəhsil məktəblərinin şagirdləri müxtəlif səhnəcik və tamaşalarla çıxış etmiş, iştirakçılar münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir.

Yekun nəticələrə əsasən:
I yer – Vənənd kənd tam orta məktəbi – Üzeyir Hacıbəyovun “Arşın mal alan” əsəri
II yer – Azadkənd tam orta məktəbi – kompozisiya
III yer – Ordubad şəhər 3 nömrəli tam orta məktəbi – M.F. Axundovun “Hekayəti Müsyo Jordan və Dərviş Məstəli şah” tamaşası

Sonda fərqlənən komandalar diplomlarla təltif olunmuşdur.

14 may 2025-ci il tarixində Ordubad şəhər 3 nömrəli tam orta məktəbdə “İnternet mühitində uşaqların təhlükəsizliyi və ki...
16/05/2026

14 may 2025-ci il tarixində Ordubad şəhər 3 nömrəli tam orta məktəbdə “İnternet mühitində uşaqların təhlükəsizliyi və kiber-bullinqlə mübarizə” mövzusunda maarifləndirici təlim keçirilib. Təlim və tərəfindən birgə təşkil olunub.

Təlimdə 30 məktəbli iştirak edib. Tədbirin əsas məqsədi şagirdlərin internet resurslarından təhlükəsiz istifadəsi, sosial şəbəkələrdə qarşılaşa biləcəkləri risklər, kiber-bullinq halları və bu hallardan qorunma yolları barədə maarifləndirilməsi olub.

Tədbirdə çıxış edən internet təhlükəsizliyinin müasir dövrdə mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, uşaqların rəqəmsal mühitdə təhlükəsiz davranış qaydalarına yiyələnməsinin vacibliyindən danışıb. O bildirib ki, kiber-bullinq uşaqların psixoloji durumuna mənfi təsir göstərən ciddi problemlərdən biridir və bu halların qarşısının alınmasında valideyn, müəllim və cəmiyyətin birgə fəaliyyəti mühüm rol oynayır.

Təlim zamanı mövzu ilə bağlı slayd təqdim olunub, iştirakçılara sosial şəbəkələrdən düzgün istifadə, şəxsi məlumatların qorunması, internet etikası və təhlükəli onlayn davranışlardan yayınma yolları barədə ətraflı məlumat verilib. Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

14 may 2026-cı il tarixində Ordubad şəhər stadionunda Ümummilli Lider in anadan olmasının 103-cü ildönümünə həsr olunmuş...
14/05/2026

14 may 2026-cı il tarixində Ordubad şəhər stadionunda Ümummilli Lider in anadan olmasının 103-cü ildönümünə həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdləri arasında atletika üzrə rayon birinciliyi keçirilmişdir.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Birincilik Ordubad Rayon Təhsil Şöbəsi ilə Ordubad Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutmuşdur.

Yarışda oğlanlar arasında 300 metr, qızlar arasında isə 60 metr məsafəyə qaçış üzrə ümumilikdə 20 idmançı mübarizə aparmışdır.

Yarışın nəticələrinə əsasən:

Oğlanlar arasında 300 metr məsafəyə qaçış üzrə

I yer — Bağırov Mərdan

II yer — Qasımzadə Məhəmməd

III yer — Nəsirov Nazim

Qızlar arasında 60 metr məsafəyə qaçış üzrə

I yer — Aysu Məmmədli

II yer — Müslümova Leyla

III yer — Haşımova Leyla

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın sonunda qaliblər diplomlarla mükafatlandırılmışdır.

08 may 2025-ci il tarixində Ümummilli Lider in anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat üzrə Ordubad rayon...
08/05/2026

08 may 2025-ci il tarixində Ümummilli Lider in anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat üzrə Ordubad rayon birinciliyi keçirilmişdir.

Yarış Ordubad Rayon Gənclər və İdman İdarəsi ilə Ordubad Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə baş tutmuşdur. Turnirdə ümumilikdə 40 nəfər yeniyetmə şahmatçı iştirak etmişdir.

Tədbirin əvvəlində iştirakçılara Ümummilli Lider Heydər Əliyevin həyatı, dövlətçilik fəaliyyəti və xüsusilə idmanın inkişafına göstərdiyi diqqət və qayğı barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Heydər Əliyevin gənclərə və idmana verdiyi dəyər bu sahələrin davamlı inkişafında mühüm rol oynamışdır.

Yekun nəticələr:

I yer – Qurbanov Həsən
II yer – Dadaşlı Kənan
III yer – Əliyev Məhərrəm

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın sonunda qaliblər diplomlarla təltif olunmuşlar.

5–7 may 2026-cı il tarixlərində Ordubad rayon Peşə Liseyinin idman zalında “Ümummilli Lider in anadan olmasının 103-cü i...
07/05/2026

5–7 may 2026-cı il tarixlərində Ordubad rayon Peşə Liseyinin idman zalında “Ümummilli Lider in anadan olmasının 103-cü ildönümünün qeyd edilməsi məqsədilə” Ordubad rayon ümumtəhsil məktəblərinin qızlardan ibarət voleybol komandaları arasında rayon birinciliyi keçirilib.

Birincilik Ordubad Rayon Gənclər və İdman İdarəsi, Ordubad Rayon Təhsil Şöbəsi və Yeni Azərbaycan Partiyası Ordubad rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirin açılış mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, həmçinin Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi fəaliyyətindən, dövlət quruculuğu sahəsində həyata keçirdiyi mühüm islahatlardan, eləcə də ölkədə idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. Qeyd olunub ki, əsası Ulu Öndər tərəfindən qoyulan gənclər və idman siyasəti bu gün uğurla davam etdirilir, gənclərin sağlam ruhda formalaşması və idmana marağının artırılması istiqamətində mühüm işlər görülür.

Yarışda rayonun ümumtəhsil məktəblərini təmsil edən şagird-idmançılar iştirak ediblər.

Yekun nəticələrə əsasən:

I yer – Aşağı Əylis kənd tam orta məktəbinin komandası

II yer – Ordubad şəhər internat tam orta məktəbinin komandası

III yer – Ordubad şəhər 3 nömrəli tam orta məktəbinin komandası

Sonda qalib komandalar təşkilatçılar tərəfindən diplom və kuboklarla təltif olunublar.


Address

Ordubad

Website

Alerts

Be the first to know and let us send you an email when Ordubad Rayon Gənclər və idman İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share