Welcome to Oğuz,Azərbaycan

Welcome to Oğuz,Azərbaycan Oğuzun 1077 kvadratkilometr sahəsi var. Tədqiqatçılar (ASE II c, E. Nuriyev, Ə. Əyyubov, M. Bejanov və b.) Burada “d” “t”- ya çevrilmiş, “n” isə düşmüşdür. IV cild.

Məqsədimiz OĞUZu tanıtmaq
OĞUZda turizmi inkişaf etdirmək
OĞUZdakı yeniliklərdən sizi xəbərdar etməkdir
Bizimlə olduğunuz üçün təşəkkürlər
"ADIMIZ TARİXİMİZDİR " Böyük Qafqazın cənub yamacında şimaldan Rusiya Federasiyası (Dağıstan MR), qərb və cənubdan Şəki, şərqdən isə Qəbələ rayonları ilə sərhədlənən Oğuz rayonu Azərbaycanın zəngin təbiəti və güclü iqtisadi potensialı olan bölgələrindən biri

dir. İnzibati rayon kimi Vartaşen adı ilə 1930-cu il avqust ayının 8-də yaradılmışdır. Rayon mərkəzi Vartaşen 1961-ci ilə qədər kənd olub. 1961 - 1968-ci illərdə ona şəhər tipli qəsəbə, 1669-cu ildə rayon tabeliyində şəhər statusu verilib. 1991-ci ilin fevral ayında Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasında rayonun və şəhərin adı dəyişdirilərək Oğuz qoyulmuşdur. illər uzunu “Vartaşen” toponiminin səhv olaraq Hind-İran məşəli “vard” (gül) və “şen” (kənd) sözlərindən yarandığını, “güllü kənd” mənası verdiyini yazmışlar. Əksinə, Vartaşen, həmçinin Vardanlı (indiki Kərimli kəndinin 1991-ci ilə qədər olan adı) türk - Azərbaycan məşəli söz olub Vardan adlı şəxs adı ilə bağlıdır. Bu antroponim xalqımızın ulu tarixindən soraq verən, Qafqaz Albaniyasında geniş yayılmış adlardan biri olmuşdur. Adın ən məşhur daşıyıcısı isə Albaniyada Mehranilər sülaləsinin əsasını qoyan, alban - sabir tayfasından olan Mehranın nəvəsi, 600 - 615-ci illərdə alban çarı olmuş, “İgid Vardan” kimi tanınmış knyaz Vardan idi.

“Vartaşen” ilkin formada “Vardanaşen” olmuşdur. Eyni adlı (Vardanaşen) yaşayış məntəqəsi (kənd) hal-hazırda Xocavənd rayonunda da mövcuddur. “Şen”–Azərbaycan dilinin izahlı lüğətində (Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2006. səh. 196) Azərbaycan dilinə aid söz (şenlik) kimi götürülür, “abad yaşayış yeri, məntəqə, qəsəbə” anlamında olduğu bildirilir. Dağlıq Qarabağın, Naxçıvan MR-nın, Qərbi Azərbaycanın (Ermənistan) ərazisində sonluğu “şen” lə bitən çoxlu kənd, oba, yer adları bu gün də qalmaqdadır. Məsələn: Xoşkeşin (Culfa), Remeşin (Şahbuz), Şenlik (Ağcabədi), Donaşen (Tərtər), Vardanaşen, Petrosanşen (Xocavənd) və s. adlı kəndlər bu qəbildəndir..
“Vardan” şəxs adı iki komponentdən ibarətdir: “var” və “dan”. Hər iki komponent türk-Azərbaycan mənşəli sözlərdir. “Var” komponenti qədim və ilkin orta əsrlər Azərbaycan tarixində yer, tayfa və şəxs adlarında geniş işlənmişdir. Məsələn: “Varsan” şəhəri (Mahmud İsmayılov), “Varsan- Varsak-Varsaz” vilayəti, ölkəsi (Ziya Bünyadov), “Varsak–Varsaz-Varsan” tayfası (Mirəli Seyidov), Varaz, Vardan, Vardim şəxs adları (Ziya Bünyadov, Qiyasəddin Qeybullayev). Tədqiqatçı alimlər (Ziya Bünyadov, Mahmud İsmayılov, Mirəli Seyidov və b.) “var” tərkibli bu sözləri türk mənşəli sözlər hesab edirlər.Mirəli Seyidov “Azərbaycan mifik təfəkkürünün qaynaqları” (Baki, 1983, səh. 297) əsərində IV-V əsrlərdə Zaqafqaziyada yaşamış, Azərbaycan xalqının soykökündə duran “Varsaq / varsak qəbiləsindən bəhs edərkən yazır ki, “var” (“bar”) sözü –“malik olmaq, olan” anlamındadır. Q. Qeybullayev də eyni fikirdədir. O, “Azərbaycan türklərinin təşəkkülü tarixindən” (Bakı, 1994, səh 185) əsərində Albaniyada şəxs adlarının mənasını izah edir və Vardim adlı bir şəxsin adındakı “var” sözünün – “hazırda meydanda olan”, “mövcud olan”, “varlıq” anlamı daşıdığını bildirir.“Azərbaycan dilinin izahlı lüğəti”ndə (Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2006, IV cild, səh. 463) “var-varlıq” – çoxmənalı söz kimi təqdim olunur, “mövcud olan, yaşayan, həmişə var olan, sərvət, dünya, kainat, həyat, həyat mənbəyi, bütün mövcudat, rifah, vücud ” və s. anlamları daşıdığı bildirilir.“Vardan” dakı “dan” isə, göründüyü kimi, dan yeridi, Günəşin çıxdığı yerdi, Günəşin özüdü. Beləliklə, Vartaşen-türk-Azərbaycan məşəli söz olub, “həmişə var olanın, ali məqamda duranın, od oğlunun , türk igidinin kəndi, obası”,odlar yurdu” mənalarını daşıyır

22/01/2026
20/09/2025
08/08/2025
Çox yaşa , Oğuz eli !!!
08/08/2025

Çox yaşa , Oğuz eli !!!

Yerlimizə dəstək olaq
23/05/2025

Yerlimizə dəstək olaq

Address

Oguz
AZ4800

Website

Alerts

Be the first to know and let us send you an email when Welcome to Oğuz,Azərbaycan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share