22/05/2026
Neftçala rayonunda "Heydər Əmanəti Neftçala" adlı görüş keçirilib.
🔹22 may 2026-cı il tarixində "Şəhərsalma və Memarlıq İli” çərçivəsində Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun, Neftçala rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Neftçala rayon Təşkilatının və Neftçala Heydər Əliyev Mərkəzinin birgə təkilatçılığı, Neftçala Peşə məktəbi Publik Hüqiqi Şəxsinin dəstəyi ilə Heydər Əliyev Mərkəzində “Heydər Əmanəti Neftçala” adlı görüş keçirilmişdir.
İlk olaraq Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın Respublikasının ərazi bütövlüyü uğrunda əziz canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra 1979- cu il 30 may tarixində Ulu Öndərin rayonumuza səfərini, həyatını və fəaliyyətini əks etdirən muzeyə və sərgiyə baxış keçirilib. Heydər Əmanəti Neftçala adlı videoçarx nümayiş olunub.
🔹Neftçala rayon gənclər və idman sektorunun müdiri Araz Əhmədov, Uşaq Səfirlər Məclisinin Neftçala rayon üzrə nümayəndəsi Ruhid Cəfərli, Neftçala Heydər Əliyev Mərkəzinin əməkdaşı Şövkət Əliyeva, Yeni Azərbaycan Partiyası Neftçala rayon Təşkilatının məsul əməkdaşı Sona Mirzəyeva və Neftçala rayon İcra hakimiyyətinin başçısı aparatının Ərazi Təşkilat və İctimai-Siyasi məsələlər şöbəsinin İctimai, Siyasi və Humanitar məsələlər sektorunun müdiri Vasif Əliyev çıxış edərək bildiriblər ki, 30 May 1979-cu il Neftçala rayonunun tarixində xüsusi iz qoyan, unudulmaz günlərdən biridir. Ulu Öndər Heydər Əliyevin Neftçalaya tarixi səfərindən illər keçsə də, həmin günün rəngarəng xatirələri, rayonda yaratdığı böyük ruh yüksəkliyi hələ də qəlblərdə yaşayır. 1973-cü ilin aprel ayında Heydər Əliyevin birbaşa təşəbbüsü ilə Neftçalanın rayon statusu özünə qaytarıldı. Bu hadisə Neftçalanın şəhərsalma və memarlıq tarixində yeni bir eranın, intibah dövrünün başlanğıcı idi. Yenidən müstəqil inzibati mərkəzə çevrilən Neftçalada genişmiqyaslı tikinti-abadlıq işlərinə start verildi. Yeni inzibati binalar, məktəblər, mədəniyyət ocaqları, yaşayış massivləri inşa olundu. Sənaye obyektləri bərpa edildi, küçələr yenidən quruldu. Bu gün bizim gördüyümüz, sevdiyimiz müasir Neftçalanın şəhər strukturu məhz həmin qətiyyətli addımın bəhrəsidir. Odur ki, müstəqil və abad Neftçala bizə həm də böyük Heydər Əmanətidir! Bu tarixi memarlığı və şəhərsalma irsini qorumaq hər birimizin borcudur. Ulu Öndər Heydər Əliyev yaratdığı əsərin seyrinə 1979-cu il may ayının 30-da çıxdı. Neftçalaya tarixi səfəri zamanı rayonun hər bir guşəsini gəzmiş, onun sənaye, kənd təsərrüfatı potensialı və quruculuq işləri ilə yaxından tanış olmuşdur. Bu gün bizim “Heydər Əmanəti” olaraq qoruduğumuz Neftçala onun arzularının, uzaqgörənliyinin canlı memarlıq abidəsidir. Bu tarixi görüşlər, bu unudulmaz anlar zamanın axarında heç vaxt itməyəcək. Çünki rəhbərlə xalqın bu səmimi vətən sevgisi tarixin yaddaşına əbədi bir görüş kimi həkk olunub!
Bu əmanət etibarlı əllərdədir və Neftçala hər zaman öz qurucusunun izi ilə, onun ucaltdığı körpülərlə gələcəyə doğru daha inamla addımlayacaq! Deyə bildirdilər.
✅Bu cür görüşlər gənclərin şəxsi inkişafına, onların cəmiyyətə faydalı fərd kimi formalaşmasına və rayonumuzun zəngin tarixinin daha geniş şəkildə tanıdılmasına xidmət edir.